Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   22   23   24   25   26   27   28   29   30

 

103


 

 

üçün həmin xəzinədən bir içim də olsa mey nuş etmək alın yazısı 



kimi onlardan hər birinin qismətinə düşmüşdür. 

Ə.Cavad klassik irsə, Füzuliyə arxalanır, lakin irsi təkrarla-

mır, onu təqlid  etmirdi. Şairin  müasirləri arasında qəzəl  yazanlar 

çox idi. Onların bəziləri yaxşı da qəzəlxan idi. Lakin Əhməd Ca-

vad tək-tük nümunələri çıxmaq şərti ilə demək olar ki, qəzəl yaz-

mamışdır.  Yaxud,  janrından  asılı  olmayaraq,  Ə.Cavadın  bir  sıra 

çağdaşlarının şerləri dil baxımından çox mürəkkəb olub çətin an-

laşılan  ərəb  ifadələri,  fars  izafətləri  ilə  dolu  olurdu.  Ə.Cavad  isə 

mümkün qədər açıq və anlaşıqlı yazmağa çalışır, əsərlərini də ge-

niş oxucu kütləsi yaxşıca qavrayırdı. Lakin şair şəxsən özü bu cür 

yazmaqla  daxilən  tam  təmin  oluna  bilmir,  mühitinin  şer  təsərrü-

fatını  da,  belə  demək  mümkünsə,  xüsusi  nəzarət  altında  sax-

layırdı. “Dilimiz” şeri bu nəzarətdən doğan mücadiləçi əməli ad-

dımlarından  biri  idi.  Mücadiləçi  sözünü  gəlişi  gözəl  işlətmədim. 

Şair Azərbaycan dilinin təbiiliyinə xələl gətirən, onun lüğət tərki-

bini ağırlaşdıran, xalq tərəfindən anlaşılmasını çətinləşdirən əcnə-

bi  sözlərinə  aludəçiliyi  şerində  çox  kəskin  tənqid  edir  və  bu  za-

man əslində  dərin  ehtiram  və  məhəbbət bəslədiyi canlı klassiklə-

rimizə,  özünün  təbirincə  desək,  “qocaman  ədiblərimizə”  də  gü-

zəştə getmirdi. Bu şer oxuculara təqdim olunanda M.Ə.Sabir artıq 

həyatda yox idi və onun xalq ruhunda yazılmış əsərlərinin, el ara-

sında deyildiyi kimi, yeri görünürdü. Bu sahədə Vaqifin, Zakirin, 

Sabirin  dildə  xəlqilik  yolunu  davam  etdirən  qələm  sahibləri  ilə 

yanaşı elə sənətkarlarımız da vardı ki, əsərlərinin dilinin qəlizliyi 

sahəsində  sanki  bir-birilə  yarışa  girmişdilər.  Ə.Cavad  rişxəndlə 

yazırdı ki, bu cür şerlər elə bil göyə çıxıb millətə oradan baxırlar; 

yəni  onun  mənəviyyat,  o  cümlədən  də  dil  sarıdan  qayğı  və 

ehtiyaclarına biganəlik göstərirlər. Millətin mənəvi qayğılarına bu 

cür münasibətin nəticəsini Ə.Cavad həyəcanla pisləyirdi: 

 

 



104

 

 



Od yetmədi, yağdı atəş başına, 

Siyah qondardılar qara qaşına. 

Alınır dilləri, zəban verilir, 

İsmarlanıb boran, yağmur kəsilir, 

Ağları bəyaza, sarısı zərdə 

Döndü, can dayanmaz bu ağır dərdə. 

Dəyişdi hər şeyi, bum oldu bayquş, 

Əlbisə geyildi, paltar qaldı boş. 

...Çalındı qardaşı, gəldi bəradər,  

Bacının yerində həmşirə gəzər. 

Nədir bu qiyamət, nə işdəsiniz, 

Ey bizim qocaman ədiblərimiz? 

 

Ə.Cavad  böyük  uzaqgörənliklə  elan  edirdi  ki,  bir  zaman 



gələcək və xalqın ağıllı övladları dilimizi süni surətdə qəlizləşdi-

rən  bəzi  qələm  sahiblərinə  lənətlər  yağdıracaqlar.  Çünki,  şairin 

möhkəm  qənaətinə görə, bu cür ədiblərin kəramətindən ədəbi dil 

öz  lüğət tərkibi  etibarı ilə ərəb və fars dillərindən demək  olar ki, 

fərqlənmirdi. 

Yuxarıdakı  müxtəsər  məlumatdan  bir  daha  göründüyü  ki-

mi, hələ ilk əsərlərindən etibarən, Ə.Cavadın şer dili öz aydınlığı, 

ahəngdarlığı  ilə  fərqlənir,  zaman  keçdikcə  daha  da  saflaşır  və 

digər ürəyə yatan keyfiyyətlərə yiyələnirdi. 

 

Bu qaranlıq gecə nə qədər sürdü, 



Yetiş imdadıma, ey Dan ulduzu! 

Barı sən gəl, mənə yuxu gəlmədi, 

Yetiş fəryadıma, ey Dan ulduzu! 

 

Qudurğan qasırğa, çarpışıq yollar, 

Yolumda zülmət var, uçurumlar var, 


 

105


 

 

Yetiş ki, ömrümün karvanı ağlar, 



Aman, gəl dadıma, ey Dan ulduzu! 

 

Keçən yüzilliyin onuncu illərində qələmə alınmış bu misra-



ların məna və əhəmiyyətini, ahəngdarlığını, obrazlılığını bir tərə-

fə  qoyub,  diqqəti  elə  onun  dilinə  cəlb  etmək  istərdim.  Buradakı 

dil sadəliyi və aydınlığını, sözlərin xalq dili xəzinəsinə məxsuslu-

ğunu  90-cı  illərin  ən  çox  tanınmış  şairlərindən  B.Vahabzadə  və 

N.Xəzrinin əsərləri ilə müqayisə etmək olar. 

Aydınlıq,  rəvanlıq  Ə.Cavad  şerinin  yeganə  məziyyətləri 

deyildi. Uzun müddət xalqdan süni sədlər vasitəsilə ayrı salınmış 

bu sənətin digər ən mühüm keyfiyyətlərindən biri, bəlkə də birin-

cisi  lakonizmdir,  yığcamlıqdır,  az  sözlə  çox  mətləb  ifadə  etmək 

iqtidarıdır.  Lakin  şer  şairin  konkret  bir  anda  daxilən,  mənən  ya-

şadığı  güclü  hissin,  bəzən  də  təzadlı  duyğuların  tüğyanından  ya-

ranır  və buna  görə  də əsasən  müxtəsər olur. Ə.Cavadda  da belə-

dir. Bəlkə də elə buna görədir ki, şairin əsərlərinin çoxunun həc-

mi bir kitab səhifəsindən artıq deyil. 

Az  sözlə  geniş  lövhə,  hadisə,  bəzən  hətta  insan  xarakteri 

əks etdirən şerlərin müəllifi kimi onu çağdaşlarından nadir sənət-

karlarla  müqayisə  etmək  olar.  “Yaralı  quş”,  “Sən”,  “Qaldı”, 

“Ana”,  “Ümidimə”,  “Dərdim”,  “Niyə  gəlmədin?”,  “Oyan”  və  s. 

əsərlər  dediyimizə  sübutdur.  Bu  şerlər  Ə.Cavadın  “Qoşma” 

(1916)  kitabındadır.  Lakin  bu  siyahını  şairin  növbəti,  “Dalğa” 

(1919) kitabındakı, eləcə də digər mənbələrdəki əsərləri hesabına 

genişləndirmək  də  mümkündür.  Lirik  miniatür  səciyyəsi  daşıyan 

həmin şerlərin hər birində ya zəngin bir təbiət lövhəsi, ya hansısa 

bir tarixi  hadisənin əks-sədası,  nəhayət, ya  da  insan əhval-ruhiy-

yəsinin çalar zənginliyindən konkret bir nümunə ilə qarşılaşırıq. 

Hətta  həcmcə  şərti  olaraq  miniatür  adlandırdığımız  bu 

ülgüdən bir qədər kənara çıxan şerlərinin də ayrı-ayrı bəndlərində 

 

106



 

 

Əhməd  Cavad  belə  yığcamlığın  ürəyə  yatan  nümunələrini  verə 



bilmişdir.  Məsələn,  Dağıstana  həsr  etdiyi  və  öz  canlı  müşahidə-

ləri  ilə  tarixə  ricətlərin  qovşağından  ibarət  “Dağlar”  şeri  bu  cür 

bəndlərlə zəngindir. Əsərdə müharibələrdən sinəsinə çalın-çarpaz 

dağlar  çəkilmiş  ulu  dağlar  canlandırılaraq  şairin  həmsöhbətinə, 

həmdərdinə çevrilmişdir. Şeri oxuyarkən vaxtilə bu dağların qoy-

nunda üz-üzə gəlib çarpışan orduları görmüş, onların hayqırtıları-

nı,  atların  kişnərtisini,  qılınc-qalxan  şaqqıltısını  dinləmiş  kimi 

olur, azadlığı, istiqlaliyyəti uğrunda son imkanlarına qədər qəhrə-

mancasına  mübarizə  aparmış  Şamili  ehtiramla  yad  edirik.  İkicə 

beytin  oyatdığı  təəssürat  bizi  dönə-dönə  qəhrəman  keçmişimizə 

boylandırır: 

Gördün çarpışarkən soylar, oymaqlar, 

Oynardı gözlərdə qanlı mızraqlar. 

Sahibi qovğada ölmüş qısraqlar 

Gördünmü nə yazıq kişnər, a dağlar?! 

 

Sənətkar bir rejissorun məğlubiyyətlə bitmiş əla döyüş səh-



nəsi canlandırması üçün bu dördcə misrada nə qədər zəngin detal-

lar var! 

Obrazlılıq Ə.Cavad şerinin canıdır. Şair hər bir qiymətli sə-

nət əsəri üçün vacib olan bu keyfiyyəti çox əlvan və incə yollarla 

təmin  edir. “Hərbzədələr” şerindən aldığımız  misralar mahir rəs-

samın əli ilə canlandırılmış mənzərəni andırmırmı? 

 

Aşıqlardan səs yox, sazları qalmış, 

Çoban, sürün hanı, tozları qalmış, 

Ellər köç eyləmiş, izləri qalmış... 

 

Yaxud: 



Baxdım o yerlərə buludlar ağlar, 

Məzarlığa dönmüş bağçalar, bağlar, 

Maralsız qaldınız, a qarlı dağlar... 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə