Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   22   23   24   25   26   27   28   29   30

 

107


 

 

İşğalçı  müharibənin  cəmiyyətə,  xalqa  yalnız  maddi  yox, 



həm  də  əvəzsiz  mənəvi  zərərlər  vurması  şairi  dəhşətə  gətirir. 

Xalq  qəlbinin tərcümanı  olan sazın-sözün, şerin-sənətin  itkilərini 

hesaba almaq üçün əslində heç bir meyar mövcud deyil. Son mis-

ra  adamın  yadına  məşhur  Azərbaycan  bayatısını  salır.  (Dağlar 

marala qaldı, otu sarala qaldı, Soyuq bulaq, göy çəmən, O da ma-

rala  qaldı).  Xalq  bayatısı  payız  qabağı  elin  dağdan  endiyi  gün-

lərin əhval-ruhiyyəsini ifadə edən hicran, nisgil çalarına malikdir. 

Həm də bu, bir növ ötəri əhval-ruhiyyədir. Köçənləri qarşıda yeni 

fərəhli  görüşlər  gözləyir.  Gələn  ilin  yayında  yenə  ellər  dağlara 

qalxacaq,  saralmış  otların  yerində  atlas  çəmənliklərlə,  yaxında-

uzaqda vaz atan marallarla üz-üzə gələcəkdir. Şerdə isə şair qəlbi 

dağların  maralsızlaşdığından,  yəni  təbiətin  özünün  yetim  qaldı-

ğından acı-acı şikayətlənir.  

“Utan” adlı satirasından aldığımız aşağıdakı misralarda şair 

zahirdə bir cür, batində  isə tamam  özgə  cür təsir bağışlayan  mü-

əyyən  soydaşlarının,  inamı  ilə  möhtəkirlik  edən  bəzi  din  dəllal-

larının mükəmməl portretini çəkmişdir. 

 

Saldırıb sən ac köpəklərtək qan içməkdən bütün 

Əllərin qan, dişlərin qan, surətin qan, bir utan! 

Geydiyin əmammə ağ, amma, yazıq, qəlbin qara, 

Daşmısan, daşdanmı ruhun, ey müsəlman, bir utan! 

Kor gözün, şil əllərin bir qövmü məhv etməkdədir, 

Bax, onun ənqazıdır bu ahü əfqan, bir utan! 

 

Ə.Cavadın  şerlərində  dərin  düşündürücülük  iqtidarı  var. 



Həmin  şerləri  oxuyanda  göz  önündən  bir-biri  ilə  bağlı  mənzərə-

lər, onların  da oyatdığı fikirlər silsiləsi gəlib  keçir. Belə baxanda 

aşağıdakı iki misra bəlkə də sadə görünür: 

 

 



108

 

 



Dəniz dərdə düşər, dalğalar ağlar, 

Dağlar dərdə gəlsə, dumana yazıq! 

 

“Yazıq” şerindən aldığım bu iki misrada oxucunu cəlb edən 



ilkin,  üzdə  olan  əlamət  alliterasiyadır.  Lakin  burada  obrazlar 

silsiləsinin məna ardıcıllığı daha vacib məqamdır. Hər şeydən əv-

vəl bu beytdə  dərdin böyüklüyü çox  iri  miqyaslı  obrazlar vasitə-

silə  ifadə  olunmuşdur.  Yəni  dərdin  böyüklüyünü  əks  etdirmək 

üçün  klassik  poeziyada  dönə-dönə  uğurla  qələmə  alınan  gül  və 

bülbül, aşiq və hicran, xəzan yarpağı və ildırım çaxması, nəhayət, 

qara  buludlar  kimi  ənənəvi  obrazlar  Ə.Cavadın  canlandırdığı  tə-

biət  hadisələri  müqabilində  son  dərəcə  kiçikdir.  “Yazıq”  şerində 

mətləbin  ifadəsi  üçün  şair  daha  qlobal  kateqoriyalarla  düşünür. 

Onun  təsəvvüründə  nəhəng  dənizlərin  sayı-hesabı  bilinməyən 

dərdlərini, olsa-olsa, elə  yenə  də sayı-hesabı bilinməyən  dalğalar 

duyar. Əlavə edim ki, gah pıçıltı, gah da şaqqıltı və hayqırtı kimi 

səslənərək  əks  etdirə  bilər.  Bəs  dağlar?  Bəzən  ətəklərində  sürü-

nən,  hərdən  də  zirvələrinə  qalxan  tüstü-duman  da  dağların  ağır 

dərdlərinin  ifadəçisi  deyilmi?  “D”  səsinin  xüsusən  söz  başında 

dönə-dönə  təkrarı  isə  dərd  kəlməsinə  uyar  bir  assosiasiya  oyat-

maq  üçün  çox  gözəl  tapılmış,  məna  dəyəri  ilə  yanaşı,  bu  kədərli 

mətləbin özünəməxsus ağır-ləngər ifadə tərzini təmin etmişdir. 

Ə.Cavadın  işlətməyi  çox  sevdiyi  obrazlar  silsiləsində  tə-

zadlar  mühüm  yer  tutur.  Bir-biri  ilə  məzmunca  ziddiyyət  təşkil 

edən  kateqoriyaları  qarşılaşdırmaq  yolu  ilə  şair  öz  təsvir  və 

tərənnüm  obyektinin  fövqəladə  keyfiyyətlərini  qabardıb  canlan-

dırır: 

Aç, deyirəm, aç sənə, 

Aç, mənim ağ gülüm, hey! 

Qış günündə qar kimi 

Quşbaşı yağ, gülüm, hey! 



 

109


 

 

Yaxud: 



Günəşlərin altında 

Qaralmazsan nədəndir? 

Xəzan sənin bayramın, 

Saralmazsan nədəndir? 

 

Yayın  cırcıramasında,  avqustun  ortalarında  açmağa  başla-



yan pambığın qışın oğlan çağında yağan quşbaşı qara qiyas

*

 edil-



məsi, günəş işığının qara rənglə, xəzan çağının isə bayramla qar-

şılaşdırılması bu  konkret  halda çox səmərəli bədii nəticə vermiş-

dir. 

Təkcə  “Səsli  qız”  poemasında  şair  ancaq  səs  məfhumunu 



yerinə  görə  dörd  mənəda  işlədib,  hərəsinə  də  konkret  psixoloji 

çalar aşılamışdır. 

 

Can verən sərxoş gecə 

Ölürkən yorğun-əzgin, 

Coşdu qızın səsində 

Ölkədə qaynayan kin. 

 

Yüksəldi hər tərəfdən 

Şəhvətli, kirli səslər, 

Alınlarda dolaşdı 

Ölüm iyli nəfəslər. 

 

Quşlar da bax, gözəl qız, 

Coşdu o gün sənintək. 

Onlar da sərdi-durdu, 

Yollarda səsdən ipək.  

                                                

*

 Qiyas - tutuşdurma, müqayisə



 

 

110



 

 

Dünyanı alt-üst edən 



Canlı büllur səsində 

Parlayan aləmləri 

Anlarmı qan içənlər? 

 

Şairin Nizami muzeyinin arxivində səs məfhumunun poetik 



açıqlanmasından ibarət bir təfriqəsi var. O, “Səsli qız”dan gətiril-

miş  yuxarıdakı  bəndlərlə  məzmunca  çox  gözəl  səsləşir.  Bununla 

belə  demək  çətindir  ki,  həmin  təfriqə  poemadan  ixtisar  edil-

mişdir,  yoxsa  başqa  bir  münasibətlə  qələmə  alınmışdır.  Bundan 

asılı  olmayaraq  aşağıda  verdiyim  həmin  şer  parçası  Ə.Cavadın 

sənətkarlıq  imkanlarının  genişliyindən,  obrazlı  təfəkkür  tərzinin 

zənginliklərindən xəbər verir: 

 

Mən çox səslər dinləmişəm: 

Həm zil, həm bəm. 

Səsdən duyduğum zövqü mən 

Saya bilməm. 

Səs görmüşəm: pərdə-pərdə 

Çıxar zilə, 

Dinləyənlər düşər dərdə, 

Gələr dilə. 

Səslər də var, sanırsan ki, 

O bir röya, 

Bihuş edər səni sanki 

İlıq ziya. 

Bəzən çılğın bir fırtına 

Daşar, coşar, 

Coşar yalmana-yalmana, 

Dağlar aşar. 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə