Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   22   23   24   25   26   27   28   29   30

 

99

 



 

larla  sözümüz  çəp  gəlib  dalaşanda  kimin  haqlı,  kimin  haqsız  ol-

duğunun  fərqinə  varmadan,  demək  olar  ki,  həmişə  hökmü  bizim 

əleyhimizə  çıxarırdılar.  Belə  bir  vaxtda  zərərdidə  sənətkarları-

mızın  nəinki  özlərini  görmək,  heç  onların  kitablarını  da  oxumaq 

bizə nəsib olmamışdı. Sonralar universitetdə təhsil alanda repres-

siya qurbanlarının qadağan edilmiş kitablarından bəzilərini köhnə 

kitabfüruşdan alır, böyük risk bahasına olsa da yenicə öyrəndiyi-

miz  ərəb  əlifbası  ilə  oxuyur,  sənət  aləmləri  haqqında  müəyyən 

təsəvvür əldə edirdik. 

Bəs bu görkəmli ədəbi simalar həyatda necə adamlar olub-

lar? Konkret  desək,  məsələn, Əhməd Cavad bir insan, şəxsiyyət, 

ailə başçısı, övlad atası kimi hansı keyfiyyətlərə malik olmuşdur? 

Onun xarakterinin aparıcı cəhəti, əsas səciyyəsi  özünü nədə gös-

tərirdi? Şairin zahiri görkəmi, siması necə idi? Nəhayət, onun ya-

radıcılıq  şakəri  nə  idi,  Ə.Cavad  şer  üzərində  necə  işlərdi?  Bütün 

bunlar  barəsində,  həcmcə  bir  qədər  kiçik  də  olsa,  məna  və  məz-

munca çox  qiymətli olan  məlumatı Niyazi  Axundzadənin “Atam 

Əhməd  Cavad”  məqaləsindən  almaq  mümkündür.  “...Hər  dəfə 

onun  haqqında  düşünəndə  gözümün  qarşısında  ucaboylu,  göy 

gözlü, işıqlı, məğrur və nikbin bir insan canlanır. Həyatının ən çə-

tin  və  ən  qəmli  anlarında  belə  onu  sarsılan,  sıtqayan,  bir  küncə 

qısılıb  şikayətlənən,  kədərə  qapılan  görməmişəm.  Hər  şeyə  nik-

bin, xeyirxah bir gözlə baxmağa adət etmişdi. Bu, təkcə adət de-

yildi.  Onun  öz  varlığından,  daxilində  qaynayan  duyğulardan  sü-

zülüb  gələn sehirli, inamlı, güclü bir işıq  idi”. Niyazi  bəyin xati-

rələrindən  bunu  də  öyrənirik  ki,  hər  hansı  bir  şerini  yazmazdan 

əvvəl  Ə.Cavad  onun  mövzu  və  motivlərini  qəlbində  xeyli  vaxt 

yaşadar,  ayrı-ayrı  misralarını  söhbət  əsnasında  deyər,  düşünər, 

daşınar  və  nəhayət,  şerini  tamamlayıb  meydana  çıxararmış.  Bəzi 

əsərlərini  yazmaq üçün  isə uzun  müddət  material toplar, araşdır-

malar aparar, ondan sonra mətləbi  misralara çevirib  qələmə alar-

 

100


 

 

mış. Ə.Cavadın yaradıcılığını xalqdan ayırmaq üçün bolşevik re-



jiminin gördüyü hər cür tədbirlərə baxmayaraq əsərlərinə əbədiy-

yət  qüvvəsi  verən,  onları 60-70  illik bir zaman arxasından  qaldı-

rıb  günümüzə  gətirən,  istiqlal  mübarizəmizə  qovuşduran,  yəqin 

ki,  bir  də  elə  şairin  bu  sənətkarlıq  şakəri,  hər  şerinin  üstündə 

əsim-əsim əsməsi olmuşdur. 

Əhməd Cavad Azərbaycan poeziyasının özünəməxsus ədə-

bi taleyi, sənətdə  orijinal  dəsti-xətti  olan  nadir simalarından biri-

dir. O, ümumşərq islam zehniyyətinə, ümumtürk mənəvi qaynaq-

larına, xüsusən də erkən orta əsrlərdən üzü bəri davam edib gələn 

ana  dilli  şerimizə  dərindən  bələd  idi.  Bir  sıra  dilləri  bilib  həmin 

dillərdə  elmi-bədii  ədəbiyyat  oxuması  onun  məlumat  dairəsini 

vüsətləndirmiş, bədii zövqünü cilalamışdı. Əsərlərindən göründü-

yü  kimi,  şair  öz  sənətinin  bütün  ruhu,  fikri-bədii  yönlərilə  şifahi 

xalq yaradıcılığına, klassik ədəbi irsə bağlı olmuş, türk, fars, ərəb, 

rus  dillərində  mövcud  çoxəsrlik  ədəbi  irsi  incəliklərinə  qədər 

bilmiş,  bütün  bunlar  Ə.Cavadın  parlaq  istedadı  ilə  qovuşaraq 

onun  əsərlərinin  sənətkarlıq  baxımından  yüksək  səviyyəsini  tə-

min  etmişdir. Azərbaycan şerinin, folklorunun iki çox  qədim xə-

zinədən  barındığı  qənaətində  olan  Ə.Cavad  bu  əzəli  mənbələrə 

bağlılığından  öz  ilhamına  qanad  taxır  və  həmin  əvəzsiz  mənəvi 

sərvətlərin varislərindən biri kimi iftixar edirdi: 

 

Açın qəlbin qübarını, baxın nədir baş yazısı: 

Əvvəl Allah göndərəndir, sonra türkün bayatısı! 

 

Şairin  yaradıcılığı,  bayatılar  da  bura  daxil  olmaqla  şifahi 



xalq ədəbiyyatından, onun zəngin obrazlar aləmindən, deyim tər-

zindən sənətkar kimi faydalanmağın bariz nümunəsidir. Ümumiy-

yətlə,  Ə.Cavad  folklorumuzun  vurğunu,  onun  yorulmaz  toplayı-

cılarından  biri  idi.  Nizami  Muzeyində  şairin  topladığı  folklor 




 

101


 

 

nümunələrindən  ibarət  bir  neçə  dəftər  saxlandığını  qeyd  etmiş-



dim.  Həmin  dəftərlərdən  birində  otuz  iki  xalq  mahnısının  mətni 

qeydə  alınmışdır.  Bu  dəftərdəki  mahnıların  təkcə  adları,  yaxud 

onların başlanğıc misraları şairin folklor dəftərində necə qiymətli 

bir xəzinənin öz əksini tapdığını nişan verir: “Apardı sellər Sara-

nı”, “Haray naşı əlindən”, “Su gəlir lülə-lülə”, “Ay qız, yaylığın-

da nəyin var sənin?”, “Dedim bir busə ver”, “Pəncərədən daş gə-

lir”, “Mindim gəmisinə, sürdüm Salyana”, “Araqçının məndədir”, 

“Samavarı  alışdırdım”,  “Yeri,  dam  üstə  yeri”,  “Elə  demə,  zalım 

yar!”, “Belə şümşad barmaq olmaz!” və i.a. 

Şairin yaradıcılığının hələ ilk mərhələsində özünü göstərən 

dilin sadəliyi, axıcılığı, ahəngdarlığı bilavasitə folklordan süzülüb 

gələn  vacib  keyfiyyətlər  idi.  Bu  dövrə  məxsus  “Yaralı  quş”  şeri 

bir  də  məhz  bu  əlamətlərinə  görə  XX  əsr  Azərbaycan  poeziya-

sında nadir və çox əhəmiyyətli bir hadisə idi. Bundan əvvəl nələr 

və nə qədər yazmasından asılı olmayaraq, məhz bu əsər Azərbay-

can ədəbiyyatına yeni, parlaq bir istedadın, xalq sənətkarının gəli-

şindən  xəbər  verən  bahar  qaranquşu  idi.  “Yaralı  quş”da  Ə.Ca-

vadın  bundan  sonrakı  bütün  yaradıcılığı  üçün  səciyyəvi  olan  bir 

keyfiyyət  çox  bariz  şəkildə  təsbit  olunmuşdur  və  maraqlıdır  ki, 

həmin  keyfiyyət  onun  sonrakı  demək  olar  ki,  bütün  əsərlərində, 

özü  də  yüksələn  bir  xətlə  davam  etmişdir.  Bəli,  dilinin  təbiiliyi, 

sadəliyi,  rəvanlığı,  ahəngdarlığı  etibarı  ilə  Azərbaycan  söz 

sənətinə həqiqətən də yeni bir istedad gəlmişdi: 

 

Yaralıdır könlüm quşu, yaralı, 

Yaralandı yazıq aşiq olalı. 

 

Mənim qənaətimə görə, M.Ə.Sabirin “Oğul mənimdir əgər, 



oxutmuram əl çəkin!” misrası və xalq arasında bu adla da məşhur 

olan  şeri  XX  əsrin  satirik  poeziyasında  nədirsə,  Ə.Cavaddan  da 

 

102


 

 

gətirdiyim  misralar  və  onları  götürdüyüm  şer  dövrün  lirikasında 



məhz  odur.  Ə.Cavadın  ədəbiyyatımızda  yerini  vaxtında,  düzgün 

müəyyən  edən  görkəmli  ədib  və alim  Y.V.Çəmənzəminli “Azər-

baycan  ədəbiyyatına  bir  nəzər”  (1919)  əsərində  XX  əsr  poeziya-

sında müşahidə olunan yenilikdən danışarkən bu poeziyanın bariz 

nümayəndələri  hesab etdiyi H.Cavid  və Ə.Cavadın  yaradıcılığın-

da haqlı olaraq “başqa bir aləm” açılmaqda olduğunu göstərirdi. 

Ə.Cavadın  klassik  irsə, ana dilli şerimizin tarixinə  və  tale-

yinə  münasibətini  açıqlamaq  baxımından  “Füzuli”  şeri  xüsusi 

əhəmiyyət  kəsb  edir.  Onun  nəzərində  Füzuli  bütün  türk  ellərinin 

qüdrətli sənətkarıdır. Bu ellərin vaxtilə gur şəfəqlər saçan şer oca-

ğının  qaralmağa  başladığı,  mənəvi  sərvətlərimizin  böhran  keçir-

diyi bir vaxtda Füzulinin sənət möcüzəsi zühur edib bir sönməyən 

şimşək  kimi  çaxmış, şerimizin uzun  müddətli  inkişaf  yoluna işıq 

saçmışdır.  Xalqın  bağrından  qopduğu,  buna  görə  də  xalqın  dər-

dini, odunu yaxşı bildiyi üçün: 

 

El dərdinin dərmanını buldu Füzuli, 



Onunçün də böyük şair oldu Füzuli. 

 

Füzuli irsinin gücü onun elm və sevgi kimi iki yaşarı dayaq 



üzərində  ucalmasındadır.  Füzuli  lirik  qəhrəmanının  məhəbbət 

yolunda  fədakarlığı,  qeydsiz,  şərtsiz  cəfakeşliyi  də  bu  şerdə 

Ə.Cavadın xüsusilə yüksək qiymətləndirdiyi bir keyfiyyətdir. 

 

Çox doğrudur: sevdiyindən yandı Füzuli, 

Sevdiyindən dərdi də xoş sandı Füzuli. 

 

Şairin təbirincə Füzuli öz poeziyasının dirilik suyundan bir 



əbədiyyət  xəzinəsi  yaratmışdır.  Özündən  sonra  gələn  sənətkarlar 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə