Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   22   23   24   25   26   27   28   29   30

 

111


 

 

Poeziya əsərində tərənnümdən təhkiyəyə keçmək, bu və ya 



digər  həyat  hadisəsini,  əhvalatı,  insan  münasibətlərini,  məişət 

qayğılarını  təsvir  etmək  və  bu  zaman  təbiiliyi  qorumaq,  süniliyə 

yol  verməmək  şairdən  böyük  bacarıq,  qələmdən  püxtəlik  tələb 

edən  bir  işdir.  Onun  ən  yaxşı  nümunələrindən  birinə  Ə.Cavadın 

“Moskva” şerində rast gəlmək mümkündür: 

 

Bəstini tanıyıram yeddi-səkkiz yaşından, 



Bir çox şeylər keçmişdir zavallının başından. 

Atası Məhəmmədin var idi altı qızı, 

Yazıq kişi deyərdi: “Bu arvad imansızı 

Yerindən tərpədincə bir qız budur ha gəldi!” 

Doğrudan el içində ağır idi qız dərdi. 

Qız nəydi - qoz ağacı: yetən atardı bir daş, 

Qız ki üçdən keçərdi, axtarılardı əlac. 

Ər tərəf, arvad tərəf; yığılıb candar, imam, 

Üçüncü qız gəlincə taparlardı ad: “Tamam”. 

Qız doğmaq el içində daş doğmaqdan betərdi, 

Dördüncü qızın adı heç söz yox ki, “Yetər”di. 

Sən gül əkərsən, bəzən baxarsan ki, kol bitər; 

Beşinci qız da gəlsə adlanardı “Qızyetər”. 

Biçarə Məhəmmədin ruzigarı bəd əsdi, 

Üzünə saldı gəldi bu altıncı qız - Bəsti. 

 

Burada  el  məişətinin,  yoxsul  kəndli  güzəranının  inikası 



olan bəzi adətlərin çox dəqiq təsviri ilə  qarşılaşırıq.  Azərbaycan-

da  kasıbyana  həyatın  öz  tələblərindən  və  bəzi  məhdud  təsəvvür-

lərdən  süzülüb  gələn  etnopsixologiyanı  öyrənmək  baxımından 

tədqiqatçılar üçün bu kiçik parçada çox zəngin material mövcud-

dur. 

 

112



 

 

Yuxarıda qeyd etdiyim kimi, Ə.Cavad xalqımızın tarixində 



birinci demokratik dövlət qurumu olan Azərbaycan Cümhuriyyə-

tini ürəkdən  müdafiə  edir, onun  ideallarının  həyata keçirilməsin-

də cani-dildən iştirak edir, öz qələmini səfərbərliyə alaraq bir sıra 

əsərlərini dövlət atributlarımızın tərənnümünə həsr edirdi. Burada 

istər istəməz adamın yadına sovet dövrünün bəzi bayram və bay-

raq  şairlərinin  əsərləri  düşür.  Lakin  bunlar  mahiyyətcə  tamamilə 

bir-birindən fərqli şerlərdir. Oraq-çəkicli bayrağı vəsf edənlər heç 

də  uşaq  deyildilər.  Onlar  bilirdilər  ki,  həmin  bayraq  günahsız 

soydaşlarımızın  al  qanına  bulaşmış,  onların  kəmikləri  üzərində 

ucalmışdır.  Odur  ki,  bu  bayraq  və  bayram  şerləri  heç  vaxt  ürək-

dən  gələ bilməzdi. İşğalçıların dövlət rəmzi, nadir istisnaları çıx-

maq şərtilə, heç vaxt tam səmimiyyətlə tərənnüm oluna bilməzdi. 

Ə.Cavad  isə  bütün  şair  varlığı  ilə,  daxildən  gələn  tam  səmi-

miyyətlə  öz  milli  dövlət rəmzini,  öz azadlıq  və  istiqlaliyyət sim-

volunu vəsf edirdi. Digər mühüm fərq isə Ə.Cavadın bu qəbildən 

olan  əsərlərindəki  bədiilik,  sənətkarlıq  idi.  “Al  bayrağa”  şeri  bu 

baxımdan çox səciyyəvi detallarla zəngindir. Burada 1919-cu ilin 

yayında  Azərbaycandakı  millət  və  din  qardaşlarının  köməyinə 

qoşmuş  Türkiyənin  bayrağından  bəhs  açılır,  “gül  rəngində  bir 

yapracıq”  ortasındakı  hilalla  birlikdə  şerin  predmetinə  çevrilir. 

Lakin  əsərin  mahiyyəti  sadəcə  tərənnüm  ruhunda  yox,  onun 

müəllifinin obrazlı təfəkkür tərzindədir. 



 

Hakim olub bir torpağa, 

Ona etmək böylə naz. 

Səndən başqa bir gözələ 

Söylə, neyçin yaraşmaz?! 

 

Ə.Cavadın vəsf etdiyi bayraq hər şeydən əvvəl milli varlıq, 



milli dövlətçilik vüqarının, xalqın birlik, güc və qüdrətinin, ərazi, 


 

113


 

 

torpaq bütövlüyünün ifadəsidir. Ləyaqətli, qeyrətli əllərdə olduq-



da  onun  kütlələri  öz  ardınca  aparmaq  iqtidarı  vardır.  Şair  bayra-

ğın beləcə bir qüvvət və qüdrət, iqtidar daşıyıcısı olması ilə onun 

gözəllik,  zəriflik  kimi  keyfiyyətlərini  üz-üzə  gətirir,  bayrağı  mü-

şəxxəsləşdirir  və  güc-qüdrət  əlaməti  ilə  naz  eləmək  xüsusiyyəti-

nin  müqayisəsi  əsasında  onu  öz  oxucusuna  daha  da  sevdirir,  on-

ların  mənən  doğmalaşmasına  kömək  edir.  Şair  bununla  da  kifa-

yətlənmir,  buludları  hərbi  paraddan  keçən  əsgər  dəstələrinə,  dal-

ğalanan  bayrağı  bu  paradı  qəbul  edən  vüqarlı  sərkərdəyə,  dövlət 

başçısına, xalqın liderinə qiyas edir. 

Əbəs  yerə  deyil  ki,  Sərvət  Gürcan  bu  şeri  türk  bayrağına 

həsr olunmuş ən gözəl, ən mənalı əsərlərdən biri kimi qiymətlən-

dirmişdir. Onun fikrincə, Ə.Cavadın başqa bir şeri - “Çırpınırdın, 

Qara  dəniz!”  Türkiyədə  “75  ildən  artıq  bir  müddətdə  bir  milli 

mahnı kimi nəsillərin qəlbini riqqətə gətirməkdədir”. Xalqın zəfər 

sevinclərinin,  məğlubiyyət  nisgillərinin  səmimi  ifadəsi  baxımın-

dan  bu  alim  Ə.Cavadı  Türkiyənin  ən  tanınmış  görkəmli  şair-

lərindən Mehmet Emin Yurdaqul və Mehmet Akif Ərsoyla müqa-

yisə  etmişdir.  Türk  alimi  tamamilə  haqlıdır.  Ümumiyyətlə,  Əh-

məd  Cavad−yaradıcılığı  Türkiyədə  geniş  təqdir  edilən  Azərbay-

can  şairlərindən  biridir.  Bunun  mühüm  səbəblərindən  biri  qonşu 

ölkədə əsrin əvvəllərindən etibarən poeziyada xəlqiliyin vüsətlən-

məsi ilə bağlıdır. Keçən əsrin  qəliz  osmanlı ədəbi  dilindən fərqli 

olaraq  XX  əsrin  astanasında,  eləcə  də  əsrimizin  əvvəllərində 

Mehmet Emin Yurdaqulun  nəşr etdirdiyi “Türkcə şerlər” (1898), 

“Türk  sazı”  (1914),  “Dan  səslərin  (1915)  və  b.  kitablar  əcnəbi 

sözlərdən  mümkün  qədər  təmizlənən,  aydın  ana  dilində  yazılan 

milli ruhlu, istiqlal amallı yeni şerin populyarlaşmasına ciddi təsir 

göstərmişdi. E.Yurdaqulun Türkiyədə başladığı bu nəcib missiya-

nı  Azərbaycanda ardıcıllıqla həyata keçirmək sahəsində Ə.Cava-

dın  dövri  mətbuatda  çıxan,  bir  qismi  isə  “Qoşma”  və  “Dalğa” 

 

114


 

 

kitablarında  toplanan  şerləri  fərqlənirdi,  onun  əsərlərinin  dili 



osmanlı  ədəbi  dilindən  və  bu  ədəbi  dildə  çox  geniş  yer  tutmuş 

mürəkkəb  ərəb  ifadələrindən  və  fars  izafətlərindən  əsaslı  şəkildə 

uzaq  idi. Milli ruh Ə.Cavadın əsərlərinin  yalnız  dil fakturasında, 

şifahi  xalq  ədəbiyyatı  qaynaqlarına  söykənməsində  yox,  onların 

məqsəd  və  məramında  da,  sənətkarlığında  da  özünü  aşkar 

göstərirdi. 

 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə