Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

 

95

 



 

vəlkindən  də  kəskin  davam  edirdi.  Məsələn,  Yazıçılar  İttifaqının 

o zamankı rəhbərlərindən biri yenə  də 37-ci  ilin  mart plenumun-

dakı  məruzəsində  “Pambıq  dastanı”  haqqında  deyirdi:  “Adı  çox 

gözəldir. Ancaq müəllif bu fikirdədir ki, bizim həyatımızın hamı-

sı pambıq üçündür. Halbuki yoldaş Stalin deyib ki, bizə pambıq-

dan, neftdən əvvəl xalqlar dostluğu lazımdır. Bilmək lazımdır ki, 

neft,  pambıq  xalqlarımızı  yaşatmaq  üçündür.  (Ə.Cavada  müra-

ciətlə)  Sən  isə...  Azərbaycan  kəndinin  yaxşılaşmasını  göstərmir-

sən”. 


Plenumun  stenoqramından  bu  sətirləri  oxuyanda  istər-istə-

məz  yadıma  bir  el  məsəli  düşür:  “Bəzənirəm,  xanım  döyür,  bə-

zənmirəm - ağam!” İllər boyu yeri gəldi-gəlmədi, Ə.Cavadın adı-

nı hallandırırdılar ki, həyatdan  yazmır, yeni  mövzulara biganədir 

və  s.  Poema  hazır  olanda  isə  şairin  əməyini  yerə  vurur,  müəllifi 

daha  “vacib”  mövzuya,  “xalqlar  dostluğuna”  yönəldir  və  onu 

kənddə  həyatın  yaxşılaşdığını  göstərməməkdə  ittiham  edirlər. 

Əcəb “məntiqdir!” 

İctimai  quruluşu  zorla  yıxan  bolşeviklər  əllərindən  gələn 

qədər qırıb  dağıtdıqdan, qarət etdikdən sonra ölkənin  kənd təsər-

rüfatını kollektivləşdirmək şüarını ortaya atdılar. Kollektivləşmə-

nin törətdiyi böyük dramatik gərginliyə, çoxlu faciələrə baxmaya-

raq 30-cu illərin əvvəllərində onun artıq müəyyən üstünlükləri də 

özünü  göstərirdi.  Torpağın,  istehsal  alətlərinin  ümumiləşdirilmə-

si,  plan  ödənildikdən  sonra  qalan  məhsulun  bərabər  bölünməsi 

“işləyən əllərin”, iflasa uğramış kənd yoxsullarının, keçmiş muz-

durların mənafeyinə uyğun gəlirdi. Azərbaycanda hələ ilk nümu-

nələri  görünən  o  dövr  üçün  müasir  maşınları,  kənd  təsərrüfatı 

texnikasını almağa, iş həyətləri, fermalar, tövlələr, pambıq qurut-

ma  məntəqələri  tikməyə,  suvarma  kanalları  çəkməyə  yalnız  tək 

təsərrüfatçıların  yox,  onların  ilk  birliklərinin,  kommunanın  gücü 

çatırdı və i.a. Növ-növ kimyəvi gübrələrlə geniş miqyasda zəhər-

 

96

 



 

lənmə və şorlaşma, duzlaşma baş vermədiyi həmin illərdə bir sıra 

təsərrüfatlarda  məhsuldarlığın  həqiqətən  yüksək  olduğunu  da 

burada qeyd etmək yerinə düşərdi. Bir çox ziyalılar kimi şairləri-

miz də kolxozu bir zaman bolşeviklərin tarixdə bərabəri olmayan 

kütləvi istismar vasitəsinə çevirəcəyini görə bilmirdilər. Ona görə 

R.Rza faraş qozanı tərənnüm edir, ilin hamı üçün əziz olan bahar 

fəslinə “bolşevik  yazı” adı verirdi. Ə.Cavadın da “Pambıq  dasta-

nı”  (1931)  poemasındakı  mahnını  bu  deyilənləri  və  bəzi  digər 

məqamları nəzərə aldıqda düzgün başa düşmək olar: 



 

Oxuyurdu tarlada 

Kolxozun gözəl qızı: 

Var olsun insanlığın 

Beş guşəli ulduzu! 

 

Yaşasın şuraların 

Şərəfli istiqlalı! 

Yaşasın ölkəmizin 

Bu pambıq istiqbalı! 

 

...Pambığın feyzinədir: 

Sarsıldı köhnə həyat, 

Dünyaya örnək oldu 

Kollektiv təsərrüfat. 

 

Mən də qoşdum səsimi 

Bu gəncliyin səsinə; 

Belə bir dastan yazdım 

Bu pambıq ölkəsinə. 

 



 

97

 



 

Mənzərə tam aydın olsun deyə bunu da deyək ki, “Pambıq 

dastanı”  poemasını  və  yeni  mövzularda  tərənnüm  səciyyəli  bəzi 

şerlərini yazdığına baxmayaraq, 1937-ci ilin martında vəzifəli bir 

qələm yoldaşı Yazıçılar İttifaqının plenumunda Ə.Cavadı ittiham 

edib sonra belə bir sual verməklə onu bir növ “vətəndaş edamı”na 

məhkum  etmişdi:  “Sən  vaxtilə  bu  partiyaya  (Müsavata  -  B.N.) 

mənsub olubsan. Bu gün sənin qulağının dibində bu qədər proses 

gedir, bu qədər müsavatçılar tutulur: ümumiyyətlə xalqımız onla-

ra lənət oxuyur. Bəs sən necə xalq dostusan ki, bu barədə bir şey 

də  olsun  yazmadın? Xalqımızın  qələbələrində  nə üçün iştirak et-

mirsən? Bəlkə  müsavatçıların sənə, bəlkə  də sənin  musavatçılara 

ümidin var?!” 

 

 



 

 

 



98

 

 



 

 

 



 

 

 



 

ПОЕТИКАСЫНДАН

 

НОТЛАР 


 

 

aşım altmışı keçsə  də (kitabın  ilk  variantı 1990-cı illə-



rin  əvvəllərində  yazılıb-red.)  bir  sıra  təqiblərə  məruz 

qalmış sənətkarlarımız  kimi  Ə.Cavadı da görmək, onu dinləmək, 

şairlə ünsiyyət saxlamaq  mənə  müyəssər olmayıb. Bu  cür böyük 

xadimlərin tale kitabı bağlananda mənim yeddi yaşım vardı, ailə-

miz də onların yaşayıb-yaratdığı Bakıdan uzaqlarda məskun idi. 

1937-ci  il  hadisələrinin  amansızcasına  tüğyan  elədiyi  hə-

min  gərgin  vaxtda cəmiyyətin  həyatına ölüm saçan  ildırımlardan 

biri də  Ağdaşda bizim  köhnə  dudmanımıza düşüb, tifaqımızı  da-

ğıtdı.  Bir  gecə  yarısı  atamı,  əmimi  “xalq  düşməni”  ittihamı  ilə 

apardılar.  Mərhum  böyük  qardaşım  didərgin  düşdü.  Bizim  dörd 

otaqlı,  əmimin  üç  otaqlı  mənzillərimizdən  hamımızı  çıxarıb  sək-

kiz adamdan ibarət ailəyə bircə otaq verdilər. Həyətimizi, ona bi-

tişik  bağımızı  əlimizdən  aldılar.  Vaxtilə  anam  gəlin  gələrkən 

cehizinə əlavə olunmuş balaca taxıl yerimizi isə hələ 20-ci illərdə 

müsadirə etmişdilər. Düşmən ünsürün övladları kimi həyətdə, kü-

çədə, məktəbdə, digər ictimai yerlərdə gözü kölgəli dolanır, uşaq-




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə