Microsoft Word Jurnal 1 13 ed doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   10   11   12   13   14   15   16   17   ...   51

Fəlsəfə tarixi 
 
 
43
müasir Avropanın təməlində Husserlin bu qədər sevmədiyi texnisizm da-
yanmırmı? Husserl bir tərəfdən Avropa ruhundan danışır, digər tərəfdən də, 
skeptisizmin və empirisizmin əleyhinə çıxış edir. Halbuki, Avropa ilk növ-
bədə məhz empirizmin və elmi-praktik fəaliyyətin sayəsində müasir Qərb si-
vilizasiyasının təməlini qoya bilmişdir. Ona görə də bizcə, Yeni Dövrün ma-
hiyyətini F.Bekon R.Dekarta nisbətən daha yaxşı simvolizə edir.  
 
Fəlsəfəni elmiləşdirmək cəhdləri 
F.Bekon təcrübəni, R.Dekart isə düşüncəni önə çəkməklə əslində hər 
ikisi “Mən”in daha ilkin təməli olan ruhi-mənəvi başlanğıcı, ilahi inamı 
insanı bürüyən “açıq duyğuları” inkar edir, yaxud “qulaqardına vurur”, gör-
məzlikdən gəlirlər. Yəni Qərb düşüncəsi ölçüsüz, sonsuz, yayğın, məntiq 
xaricində olan nə varsa, hamısından abstraksiya olunur və ancaq təcrübə və 
məntiqə sığan, lokal bir obrazı predmet olaraq qəbul edir. Və bununla da əs-
lində tək dindən deyil, fəlsəfədən də imtina edərək bütün diqqəti elmə yö-
nəldir. Bəli, Yeni Dövr elmin prioritetliyi ilə  səciyyələnir. Bu, normal bir 
haldır. Lakin təəssüf ki, söhbət daha artıq elmi düşüncənin din və fəlsəfəyə 
nəzərən daha çox diqqət mərkəzinə çəkilməsindən deyil, onların da elm tə-
rəfindən “ehtiva edilməsi”, işğal olunması, mənimsənilməsindən gedir. Belə 
ki, Yeni Dövrün elm adamı üçün yeni din və yeni fəlsəfə əlbisəsi tikilir və 
həqiqi din və fəlsəfə “oyundankənar vəziyyətə” salınır.  
Bütün insan ruhunu işğal etmiş elmin açdığı süfrədə fəlsəfəyə saxlanı-
lan pay ya elmi biliklərin həqiqiliyinin yoxlanması – demarkasiya çərçivə-
sində, ya da elmi dilin optimallığının təmin edilməsi – linqvistik analiz çər-
çivəsində dilənçi payından başqa bir şey deyil. Halbuki, əsl fəlsəfə nə təcrü-
bənin, nə də elmi düşüncənin girə bilmədiyi bir az qaranlıq, bir az alatoran, 
amma ucu-bucağı olmayan, böyük, sonsuz – açıq sistemdir. Həm də bu qa-
ranlıqda hərdənbir şimşək çaxır və insanın bütün ruhu işıqlanmış olur; insan 
Mütləqə, Həqiqətə ancaq bu yolla qovuşur. Elmin həqiqətləri isə  həmişə 
nisbidir. 
Bəs fenomenologiya? Bəs onun fəlsəfəyə verib-ala bilmədiyi nədir? 
Həm də pozitivizm kimi fəlsəfəni sadəcə inkar etmir, əksinə, onun yerini 
tutmağa, “yeni fəlsəfə” statusu ilə  çıxış etməyə  səy göstərir. Onun poziti-


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
44
vizmdən əsas fərqi isə hissi təcrübəni inkar etməsi, daha doğrusu, hissi olan 
hər şeyi və deməli, hissi təcrübəni də varlıq xaricində tutmasıdır. Onun dün-
yası şüur dünyasıdır. Lakin nə kimi bir şüur? Ancaq intellektual fəaliyyətlə 
çərçivələnmiş bir şüur. Əslində, şüurun guya hissi təcrübədən asılı olmadan, 
xalis şəkildə mövcudluğu və bütün həqiqətlərin də ancaq bu məkanda qərar 
tutduğunu iddia edən bir təlim. Dünyanın təsviri də elmi terminlərlə, cxem-
lərlə, mücərrəd  şəkildə deyil, hadisələrin bilavasitə  təsviri və adi danışıq 
dilindəki sözlərlə həyata keçirilir.  
Əgər pozitivizmin təməlində Yum aqnostisizmi dayanırsa, Husserl fe-
nomenologiyasının təməlində Berkli subyektiv idealizmi dayanır. Sadəcə 
olaraq, necə ki, deistlər din və Allahla öz münasibətlərini “aydınlaşdırmaq” 
üçün onları “mötərizə xaricinə çaxarırlar”, eləcə də Husserl həm hissi dün-
yanı, həm də Allahın iradəsini “mötərizə xaricinə çıxarmaqla” təməllərdən, 
prinsiplərdən abstraksiya olunur və öz “fəlsəfəsinə” xalis obrazlar və ya fe-
nomenlərdən başlayır.  
Beləliklə, Husserl tək metafizikaya deyil, pozitivizmə  də qarşı  çıxır-
mış kimi görünür. Lakin elmin hegemonluğu da, pozitivist düşnücənin ha-
kim kəsilməsi də Qərb üçün əsas göstəricilər deyilmi?  
E.Husserl böhrandan çıxış yolu tapmaq üçün empirizmə, naturalizmə, 
texnisizmə, hətta pozitivizmə, bir növ alternativ olan fenomenologiyanı irəli 
sürərkən, əslində Avropanı böhrandanmı, yoxsa Qərb mahiyyətindənmi xi-
las etmək istəyir? Yaxud, Avropaya özünün əsl simasını fenomenologiyadan 
qidalanmış olan başqa bir təlim – ekzistensializmmi qaytaracaqdır? Məgər 
ekzistensializm Qərbdə yaranmış Şərq hadisəsi deyilmi?  
Yox, əksinə, bu təlimlər Avropaya və ya Qərbə aid olmayıb, Şərqə qa-
yıdışın və ya Şərqlə sintezin mahiyyətini ifadə edir. 
Jan Pol Sartr yazır: “Biz Husserldə  şüurun mahiyyət strukturlarının 
gözəl təsviri və ardıcıl izahı ilə rastlaşsaq da, heç yerdə ontoloji problemin, 
məhz şüurun varlığı probleminin qoyuluşu ilə rastlaşmırıq. ... Eləcə də dün-
yanın varlığı problemi də havadan asılı qalır. ... Fenomenoloji epoche-dən 
geriyə – dünyaya qayıdış yoxdur” (1, s. 55; 2, 476). Yəni Husserlin onto-
logiya və metafizikadan imtina praktikası əslində pozitivizmin o biri üzü idi. 
Əsl böyük fəlsəfəyə qayıdış lazım idi. “Şelerin fenomenoloji realizmi”, 


Fəlsəfə tarixi 
 
 
45
“Haydeggerin hermenevtik fenomenologiyası”, “Merlo Pontinin qavrayış 
fenomenologiyası” və s. bu kimi yeni-yeni fenomenologiyalar əslində Hus-
serl təliminin birbaşa davamı olmayıb, ondan fərqli istiqamətlərdə uzaqlaş-
maq və fəlsəfi problematikaya yaxınlaşmaq meyllərinin nəticəsi idi.  
Müasir mərhələdə A.T.Timeniçkanın həyat fenomenologiyası sayəsin-
də yenidən həqiqi böyük fəlsəfəyə qayıdış təşəbbüsü göstərilir. Lakin bu qa-
yıdışın yolu üzərində böyük baryerlər vardır. 
Yeni dövrdən başlayaraq Qərb sivilizasiyasının formalaşması yeni tip-
li düşüncə tərzinin sayəsində mümkün olmuşdur. Bu düşüncə göylərdən ye-
rə enməyin, hissi dünya həqiqətlərini hissi təcrübədən intixab etməyin və 
nəhayət, elmi təcrübələrin real həyati proseslərə geniş miqyaslı  tətbiqinin 
sayəsində mümkün olmuşdur. Bununla da neçə əsrlər ərzində Qərb göylər-
dən yerə, abstrakt həqiqət axtarışlarından real əməli fəaliyyətin həqiqətlərinə 
doğru yol qət etmiş və texnogen təbiətin və informasiya cəmiyyətinin təməli 
qoymuşdur. Lakin bu böyük yolu qət edərkən özündən, öz təbiətindən uzaq-
laşdığının fərqinə varmamışdır.  
Lakin yer yumru olduğundan Hindistana getməyin başqa bir yolu da 
olduğu kim, əks istiqamətdə davam edən bu hərəkətin nə vaxtsa fırlanıb ye-
nidən Şərqə üz tutacağını da güman etmək olardı. Maraqlıdır ki, Hindistana 
gedən ikinci yol Amerikadan keçdiyi kimi, Qərb dünyasının Şərq fəlsəfəsinə 
yolu da bu dəfə yenə Amerikadan keçir. Biz görkəmli Amerika filosofu 
Anna-Terezanın Şərqə qayıdış fəlsəfəsini nəzərdə tuturuq. 
Lakin Qərbdə heç də hamı zamanın nəbzini tuta bilmir və Qərb rasio-
nalizminin böhranından çıxış yolunu hansı isə postmodernist baxışlarla əvəz 
etmək təşəbbüsləri özünü doğrultmur. İdrakın ahəngdar sistemindən ayrılan 
rasionalist qanadı ancaq irrasionalist tendensiyaları bərpa etməklə tamamla-
maq mümkün olduğunu unudurlar. Digər tərəfdən, insanın iç dünyasından, 
hissi yaşantılardan, ekzistensiyadan ayrılmaq hesabına obyektivləşmiş bilik 
və onun üzərində qurulan epistemoloji metodologiya, pozitivizm, neopoziti-
vizm, postpozitivizm və nəhayət, linqvistik analiz, semantik fəlsəfə, struktu-
ralizm, neostrukturalizm və buradan da postmodernizmə keçid, – bax, budur 
rasionalizmin birtərəfli inkişafının gətirdiyi böhran məqamı! 
Əgər Qərb rasionalizm ənənələrindən həqiqətən uzaqlaşmaq istəyirsə, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə