Microsoft Word Jurnal 1 13 ed doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   12   13   14   15   16   17   18   19   ...   51

Fəlsəfə tarixi 
 
 
49
Əbu Turxan təlimində dünya əbədi sonsuz və tükənməz olan imkanlar 
dünyasıdır. Hər bir insanın model-dünyası ancaq bir an ərzində aktuallaşa 
bilir. Və bu an sonsuz kiçik olduğu təqdirdə insanın dünyası heçliyə çevrilir. 
Əbu Turxanın fəlsəfə ilə dini uzlaşdırmaq təşəbbüslərindən biri məhz bu 
məsələyə aiddir. Onun fikrinə görə, imkanlar dünyası zaman və məkan çər-
çivəsinə salınmadan, yəni bütövlükdə  və tamamilə ancaq Allah tərəfindən 
aktuallaşdırıla bilər. Allahın dərgahında imkan ilə gerçəklik eyniyyət təşkil 
edir; çünki imkan dünyası heçlik yox, varlıqdır. Buna yaxın mövqedən çıxış 
edən sufilər belə hesab edirlər ki, var olan ancaq Allahdır, qalan hər  şey 
fanidir, heçlikdir. Lakin Əbu Turxan təlimində məsələ bir qədər başqa cür 
qoyulur. Burada söhbət Allahın varlığından-yoxluğundan getmir; söhbət 
dünyanın O-nun üçün var olmasından, varlığından gedir. Yəni əslində insa-
nın ancaq bir zaman anı və ən kiçik məkan kontiniumu çərçivəsində (guya) 
aktuallaşdıra bildiyi model-dünyadan fərqli olaraq, Allah üçün öz yaratdığı 
dünyanın həm zaman, həm məkan rakursunda bütün nöqtələri aktuallaşa bi-
ləndir.  
Burada məkan-zaman kontiniumuna transfer edilmiş bir problemin 
başqa bir rakursdan da işıqlandırılmasına ehtiyac vardır. Bu – yaradıcılıq ra-
kursudur.  İnsanın nəyi isə “yaratması” və Allahın yaratması köklü surətdə 
fərqlidir.  İnsan istənilən anda və istənilən məkanda yarada bilmir. Bunun 
üçün ona müəyyən məkan və zaman kontiniumu verilməlidir. İkincisi insan 
heçdən yaratmır, o nəyi isə sadəcə dəyişir və bu dəyişiklik zaman axınında 
baş verir. İnsanın dünya haqqında düşüncələri mexaniki dünyagörüşü ilə 
məhdudlaşdığı vaxtlarda bu problem özünü daha aydın  şəkildə göstərir. 
Belə ki, insanın bütün yaradıcılığı hansı isə şeylərin və onların hansı isə his-
sələrinin məkanda yerini dəyişməklə həyata keçir. Məsələn, dülgər ağacdan 
masa düzəldirsə, bu ağacın müəyyən hissələrini atır, müəyyən hissələrini kə-
sib o birisinin yanına gətirir və onunla calaşdırır; yəni təbiətdə öncədən ha-
zır şəkildə olan şeylərin məkanını dəyişməklə iş görür.  
Yaradıcılıq insanın öz Mən-inə aid olan ahəngin kənara transferi, 
cismani dynyada realizasiyasıdır. 
 
 


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
50
Subyektivliyə qarşı çıxışlar fəlsəfənin də inkarı kimi 
İdrak müstəvisində subyektivlik çox vaxt (ssientist baxışda) arzu-
olunmaz hesab edilir. Xüsusilə elmi idrakda. Çünki elm öz üzərinə obyektiv 
gerçəkliyi olduğu kimi öyrənmək missiyasını götürmüşdür. Söhbət ikiqat 
obyektivlikdən gedir. Yəni öyrəndiyimiz obyekt bizim müdaxiləmiz olma-
dan, necə varsa elə öyrənilməlidir. Üstəlik idrak prosesinin özündə də bizim 
tərəfimizdən müdaxilə olmamalıdır. Tam obyektiv idrak təlimi – inikas təli-
midir. Yəni gerçəklik necə varsa, eləsə də şüurumuzda əks olunurmuş. Biz 
cisimləri necə görürüksə, onlar doğurdan da elə imişlər. Biz onları hansı 
rəngdə görürüksə, həmin rəngdədirlər. İstidirlərsə, deməli, istidirlər, soyuq-
durlarsa, deməli, soyuqdurlar və s. Və bu zaman biz özümüzü inandırırıq ki, 
bizim, yəni dərk edən şəxsin cismə heç bir qarışacağı yoxdur. İdrak prose-
sində  əldə edilmiş hissi obraz məhz cismin obrazıdır, ona tam adekvatdır. 
Bir çox materialist fəlsəfi təlimlər, idrakı inikas kimi qəbul edənlər məhz bu 
mövqedə dayanırlar, xüsusilə marksizm fəlsəfəsi. 
Lakin fərqli yanaşmalar da vardır.  
1.
 
Bizdə yaranan hissi obrazın cisimlə heç bir eyniyyət dərəcəsi yox-
dur. Yəni biz obyektiv reallığı dərk edə bilmərik. Bu tipli idrak təlimləri aq-
nostisizm adı altında birləşir.  
2.
 
Hissi obrazla obyektin müəyyən uyğunluğunu qəbul edən, amma 
bunu eyniyyət hesab etməyən, nisbi sayan təlimlər – buna şərti olaraq relya-
tivizm, yaxud (Yum)şaq aqnostisizm demək olar. 
3.
 
Hissi obrazı simvol hesab edənlər – semiotik təlimlər.  
4.
 
Hissi obrazı duyğuların kombinasiyası hesab edənlər – maxizm. 
Yəni bütün obrazlar duyğu elementlərinin müxtəlif kombinasiyalarıdır. (Bu 
təlim əslində C.Lokkun ideyalar təlimindən bəhrələnir. Belə ki, Lokkda ide-
ya Platondan fərqli olaraq xassələri ifadə edir.) Kombinasiyalar ən optimal 
yolla qurulmalıdır. Bu isə fikrə qənaət prinsipidir.  
5.
 
İdrak prosesini obyektin özü ilə obyektiv idrakın kombinasiyası ki-
mi götürənlər. Yəni idrakın nəticəyə  təsiri olur, amma bu təsir dərk edən 
şəxsdən asılı olmur, ümumiyyətlə insan idrakına məxsus xüsusiyyəti ifadə 
edir.  


Fəlsəfə tarixi 
 
 
51
6.
 
İdrak prosesinə obyektlərin, cisimlərin varlığını, mahiyyətini  əks 
etdirmək kimi yox, onların təsvirini vermək kimi baxan təlimlər, o cümlə-
dən neopozitivizm. Yəni  əslində söhbət cismin əslində necə olmasından 
yox, bizə necə görünməsindən, bizim üçün necə  aşkarlanmasından gedir. 
Başqa sözlə desək, obyekt subyektə “güzəştə” gedir.  
Qnoseologiyada subyektivlik iki müxtəlif səviyyədə ortaya çıxır. Ar-
dıcıl subyektiv idealizm (məsələn, Berkli) obyektin varlığını ümumiyyətlə 
inkar etdiyindən hissi obrazı Allahın iradəsi kimi qəbul edir. Burada hər 
hansı bir obyektivlikdən, o cümlədən, elmi obyektivlikdən danışmaq yersiz-
dir.  İnsan nəyisə  məhz olduğu kimi dərk edə bilməz, çünki “olduğu kimi, 
deyilən şey yoxdur. Belə mütləq subyektivizm, təbii ki, elm adamları tərə-
findən qəbul oluna bilməz, amma fəlsəfədə əsas cərəyanlardan biri kimi ya-
şamaqdadır. Nisbi subyektiv təlimlər idrakda subyektin (insanın) rolunu nə-
zərə alan və ona subyekt-obyekt münasibətlərindən bəhs edir. Amma burada 
məqsəd son nəticədə subyektin təsirini istisna etmək və “obyektiv həqiqətə” 
çatmaqdır.  
Bir sözlə, elm və onu əsas idrak forması kimi götürən təlimlər, poziti-
vizmin müxtəlif dövrlərdəki formaları  təbiəti, obyektiv gerçəkliyi olduğu 
kimi olmasa da, heç olmasa göründüyü kimi, təzahür etdiyi kimi öyrənmə-
yin metodlarını, mümkünlük şərtlərini araşdırırlar. Burada subyektivlik tam 
istisna olunmasa da, onu minimuma endirmək cəhdləri göstərilir.  
 Husserl  fenomenologiyası  hətta fəlsəfəni də subyektivlikdən “xilas 
etmək”, onu ciddi, dəqiq elm olaraq işləyib-hazırlamaq təşəbbüsü göstərir. 
Husserl deyir: “Ruhun da sirləri təbiət elmlərinin metodları ilə açılmalıdır” 
(3, 101-116).  
Lakin nəinki fəlsəfə, hətta elm də, alimlər nə qədər çalışırlarsa-çalış-
sınlar, subyektivlikdən tam azad ola bilmir. Əvvəla, ona görə ki, elmin ob-
yekti özünü idraka “olduğu kimi” təqdim etmək istəmir. Heyzenberqin 
qeyri-müəyyənlik prinsipi göstərir ki, bizim çalışmağımızdan asılı olmaya-
raq obyekt özü prinsipcə tam təsvir oluna bilməz. Koordinat və impuls, za-
man və enerjinin eyni vaxtda dəqiq təyin olunması sadəcə mümkün deyil. 
Deməli, həqiqətə gedən yol cisimdən, obyektdən keçmir; yeganə ümid ra-
sional biliyə, insan əqlinə qalır. Lakin əqlin obyektivliyi də isbat oluna bil-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə