Microsoft Word ilyas efendiyev met doc



Yüklə 2,96 Mb.
səhifə8/122
tarix25.06.2018
ölçüsü2,96 Mb.
#51346
1   ...   4   5   6   7   8   9   10   11   ...   122

Èëéàñ ßôÿíäèéåâ 

 

34 



İncə ruhlu həyəcanlar, romantik çalarlar, ülvi hisslər Nigar xanı-

mın  şeirində  mənim çox hiss etdiyim xüsusiyyətlərdəndir. O za-

mankı estetikada vulqar sosiologizm təbliğatı öz damğasını Nigar 

xanımın poeziyasına vura bilməmişdi. 

 

*** 

O, insan qəlbinin, insan hisslərinin fövqəladə dərəcədə güclü 

bir tərcümanı kimi meydana çıxmışdı...  Tolstoy bütün əsrlərin 

böyük sənətkarıdır! 

 

*** 

Ostrovskinin həyatı və əsərləri dünya ədəbiyyatının maraqlı 

və ən təəccüblü hadisələrindən biridir. Bu həyat insan iradəsinin, 

həqiqi insan ləyaqətinin bir təntənəsidir. 

 

 

 



 

 

 



Áèáëèîãðàôèéà 

 

35 



 

 

 



 

İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr ve-

ribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. 

İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona 

görə əhəmiyyətlidir ki, o öz əsərlərində həm Azərbaycan xalqının 

tarixinin çox mühüm səhifələrini  ədəbiyyat, teatr vasitəsilə bu-

günkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatı-

mızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir. Belə-

liklə, xalqımızı həm tarixə hörmət bəsləməyə sövq etmişdir və bu 

barədə xidmətlər göstərmişdir, tarixi bilmək üçün xalqımıza yar-

dım etmişdir, eyni zamanda yaşadığımız zamanda mənəviyyat, 

əxlaq, insanlıq, Vətənə  və millətə  sədaqət ruhunu aşılamışdır. 

Hesab edirəm ki, xalqımız bu əsərlərdən çox bəhrələnmişdir. 

Ona görə  də  mən bu gün İlyas  Əfəndiyevin bütün yaradıcı-

lığını, onun yazdığı əsərləri böyük minnətdarlıq hissi ilə xatırla-

yıram. Hesab edirəm ki, o, xalqımız qarşısında öz borcunu, daha 

doğrusu, öz missiyasını şərəflə yerinə yetirmişdir, xalqımıza, mə-

dəniyyətimizə, teatrımıza,  ədəbiyyatımıza çox böyük irs, böyük 

sərvətlər qoyub getmişdir. Güman edirəm ki, bunu xalqımız heç 

vaxt unutmayacaqdır.  Şübhəsiz ki, biz İlyas  Əfəndiyevin xatirə-

sini əbədiləşdirmək üçün qərarlar da qəbul edəcəyik, şəxsən mən 

edəcəyəm, çünki o, buna layiqdir. Belə əsərlərlə o, onsuz da xal-

qın qəlbində yaşayacaqdır. 

 

Heydər Əliyev, 

Azərbaycan xalqının ümummilli lideri 

 

 



 


Èëéàñ ßôÿíäèéåâ 

 

36 



 

 

 

Elm və mədəniyyət xadimləri   

İlyas Əfəndiyev haqqında 

 

İlyas  Əfəndiyev  əməkçilərin zəhmət birliyini böyük məhəb-



bətlə  və  hərarətlə  təsvir edir, onların zəhmətini parlaq və real 

boyalarla göstərir... 



Səməd Vurğun, 

Xalq şairi 

 

Azərbaycan sovet şeirinin təməlini qoymuş Süleyman Rüs-



təmlə Səməd Vurğunun, Rəsul Rzanın arasında kökü dərinliklərə 

yayılması, gövdənin birliyi, yekparəliyi nöqteyi-nəzərindən bir 

birlik, vahidlik, budaqların eyni göy üzünə ayrı-ayrı  tərəflərdən 

uzanması nöqteyi -nəzərindən isə ayrılıq vardır. Bir-birinə  həm 

oxşayırlar, həm oxşamırlar. Mirzə İbrahimovla Hüseyn Mehdinin 

nəsri haqqında da, ustad Cəfər Cabbarlının və İlyas Əfəndiyevin 

dramaturgiyası haqqında da eyni şeyi söyləmək mümkündür. 

Nazim Hikmət, 

Beynəlxalq Sülh mükafatı laureatı, türk şairi 

 

İlyas Əfəndiyev hər cür milli məhdudluqdan uzaq bir yazıçı-



dır.  Ədəbiyyatımızın beynəlmiləlçilik, ümumbəşəri ideyalarına 

sadiq olan ədib, cəmiyyətdə müxtəlif millətlərdən olan insanların 

necə qardaş kimi əlbir çalışıb, xoşbəxt yaşadıqlarını dövrümüzün 

ən böyük nailiyyəti kimi təsvir edir. 



Məmməd Arif, 

akademik 

 

İlyas  Əfəndiyev gələcək nəsillərin də sevə-sevə oxuyacağı 



uzunömürlü əsərlər yaradıcısıdır.  

Məmməd Cəfər Cəfərov,  

akademik  

Áèáëèîãðàôèéà 

 

37 


İlyas  Əfəndiyev öz yaradıcılıq xüsusiyyətlərinə sadiq qala-

raq, təbii insan psixologiyasını təbii və sadə boyalarla göstərir.  



Mehdi Hüseyn, 

Xalq yazıçısı 

 

Azərbaycan  ədəbiyyatı  mənim nəzərimdə böyük və  rənga-



rəng gülüstan isə, İlyas Əfəndiyevin yaradıcılığı bu gülüstanda öz 

gözəlliyi,  ətri və  təravəti ilə  dərhal diqqəti cəlb edən cazibədar 

toplu və dolğun bir çiçəklikdir. 

İlyas Əfəndiyev yaradıcılıqda gözəlliyə, incəliyə, estetik zə-

rifliyə meyl edən yazıçıdır. O, bədii əsər üçün vacib xüsusiyyətlə-

rə dilin ifadəli və obrazlı olmasına, xarakterlərin canlı və dolğun 

çıxmasına, süjet ve kompozisiya bütövlüyünə ciddi diqqət yetirir, 

böyük  əmək sərf edir, bu da nəticəsiz qalmır, onun əsərlərinin 

maraqlı, oxunaqlı olmasına kömək edir. Bu əmək və səyin müka-

fatı isə oxucuların məhəbbətidir ki, İlyas onun azlığından şikayət 

edə bilməz. 

Mirzə İbrahimov,  

Xalq yazıçısı, akademik 

 

İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan sovet ədəbiyyatının 



münbit zəminindən doğan, rişələnən, getdikcə köklənən qoşa qar-

daş kimi qoşalıqda yaradıcılıqdır. Bu yaradıcılıq istedadlı nasirlə 

mahir dramaturqu birləşdirib, birlikdə söykək-söykəyə qaldırır... 

İlyas nəsri onun dramaturgiyasına, dramaturgiyası da onun nəs-

rinə dayaq durur, kömək göstərir. İlyasın nəsri də, dramaturgiyası 

da ahəngdardır, cazibədardır... Sən İlyas nəsrini oxuyursan, istər 

onun romanı, povesti olsun, istərsə bir-birindən gözəl hekayəsi 

olsun, heç birisi səni - oxucunu yormur... 



Süleyman Rəhimov, 

Xalq yazıçısı 

 

İlyas Əfəndiyev dramaturgiyasının məhsulu və məhsuldarlığı 



yalnız rəqəmlə ölçülə bilməz. Burada kəmiyyət keyfiyyətdən ayrı 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə