Microsoft Word ilyas efendiyev met doc



Yüklə 2,96 Mb.
səhifə7/122
tarix25.06.2018
ölçüsü2,96 Mb.
#51346
1   2   3   4   5   6   7   8   9   10   ...   122

Èëéàñ ßôÿíäèéåâ 

 

30 



Eyni sözləri istedadlı  şairə  Mirvarid Dilbazi haqqında da 

demək olar. Vətənə, xalqa bağlılıq, heyranlıq onun şeirlərində 

sanki incə bir musiqiyə çevrilir. Bu musiqidə elə bil ki, bahar su-

larının şırıltısını, yenicə qayıtmış sığırçınların, qaranquşların hə-

yəcanlı səslərini eşidirik. Ağ, çəhrayı meşə çiçəklərinin rayihəsini 

duyuruq. Şairədə Azərbaycan təbiətinə bir vurğunluq vardır və az 

qala bu nəcib hiss onun zərif şeirlərinin bir leytmotivinə çevrilir.  

 

*** 

Müasir Azərbaycan uşaq ədəbiyyatının inkişafında görkəmli 

xidmətli olan şairlərimizdən biri də  Zeynal Cabbarzadədir. O, 

həm böyüklər, həm də kiçiklər üçün yazan, rəvan bədii dilə, lirik 

ahəngə malik məhsuldar bir şairdir. Onun onlarca gözəl mahnı-

lar kimə məlum deyil? O, həmişə səmimi və açıq qəlblidir.  

 

*** 

Mən onu ilk dəfə Xuraman rolunda görmüşəm. Onun müxtə-

lif psixoloji anlarda, tez-tez baş verən ruhi dönüş məqamlarında 

göstərdiyi ustalıq, məharət və incəlik mənə о qədər təsir etmişdi 

ki, teatrdan çıxandan sonra da uzun müddət Xuraman gözümün 

qabağından çəkilmirdi...  О azərbaycanlı Xuramanı necə  təbii 

yaradırsa, rus qadını Katerinanı da elə koloritik və gözəl ifa edir. 

Fatma Qədri geniş yaradıcılıq vüsətinə malik sənətkardır. 

 

*** 

Hökumə Antonionun zühuru ilə Misir çariçasının qəlbində 

başlayan məhəbbət tufanını о qədər təbii, о qədər həssas, о qədər 

dərin ehtirasla yaradır ki, adam səhnəni unudur, qarşısında ya-

lnız sevən və bu sevgini bütün varlığı, bütün vücudu ilə hiss edən 

bir qadın görünür. Bir an adama elə gəlir ki, onun bütün taxt-tacı 

bu məhəbbətin, bu ehtirasın qarşısında bir heçdir. 

 

*** 

Əli Vəliyev sözübütöv, karagələn bir adam kimi tanınırdı, buna 

görə  də  çətinliyə düşən adamların tez-tez ona müraciət etmələri 

təsadüfi deyildi. 

Áèáëèîãðàôèéà 

 

31 


...Əli Vəliyev qəzetdə, jurnalda redaktor olanda da, başqa 

vəzifələrdə də, həmişə istedad hiss elədiyi gənc yazıçılara, şairlərə 

əlindən gələn köməyi əsirgəmirdi. Ona görə də, gənc yazıçılar özlə-

rində ona qarşı bir doğmalıq hiss eləyirdilər. Kömək lazım olanda 

ona müraciət edirdilər. 

 

*** 

Adil İsgəndərov öz işində, necə deyərlər, bütöv sənətkar idi. 

Onun quruluşlarında həll olunmamış  mətləbə, tamamlanmamış 

epizoda rast gəlmək olmazdı. Heç bir detal onun nəzərindən ya-

yınmazdı. O, realist bir sənətkar olmaqla bərabər, romantik idi. 

Onun səhnə realizmi qanadlı, şairanə bir realizm idi. Stanislavski 

üsulunu, Moskva Bədaye Teatrının  ənənələrini yaradıcı  şəkildə 

bizim akademik teatra gətirən, bu ənənələri Azərbaycan xalqının 

temperamenti ilə, Azərbaycan koloriti ilə birləşdirərək, məhz 

milli ruhda inkişaf etdirən böyük rejissorumuz Adil İsgəndərov 

olub. 

 

*** 

“Azərbaycan”ın keçdiyi yol bizim hər birimizin mənəvi həya-

tı ilə bağlı olmuşdur... Biz balaca bir rayon şəhəri olan Füzulidə 

yaşayırdıq... Elə bil ki, о, hələ məktəb masasında oturan bizi bö-

yük, geniş xarici dünya ilə bağlayırdı... 

Bizim ilk əsərlərimizi də xalqa о tanıtdırdı. “Gözlənilməyən 

sevgi” adlı ilk hekayəm onda nəşr olunanda aldığım məktublar, 

vurulan zənglər,  о zaman heç kəsin tanımadığı bir gənc olan 

məndə yaratdığı hisslər indi də yadımdadır. 

 

*** 

İsa Hüseynovun əsərlərini həmişə maraqla oxuyur və izləyi-

rəm. Onun yazı manerasındakı sadəlik,  şairanəlik və xalq ruhu 

mənə bir oxucu, bir yazıçı kimi xoş gəlir, hiss edirəm ki, o yazar-

kən çətinlik çəkmir, özünü yormur, hadisələrin təbii axını ilə 

gedərək, həyatdakı mühüm cəhətləri, xüsusiyyətləri nəzərdən qa-

çırmır. Hiss olunur ki, o, insan əhvali-ruhiyyəsinə, münasibətləri-


Èëéàñ ßôÿíäèéåâ 

 

32 



nə  dərindən nüfuz etmək, onları bir yazıçı kimi açıb göstərmək 

istəyir. O, öz qəhrəmanlarını yaxşı bildiyi, yaxşı tanıyıb duyduğu 

kənd həyatından seçir və təsvir edir.   

 

*** 

Həqiqi bütöv insan qəflətən öləndə, elə bil ki, meşədə qüdrət-

li bir palıd yıxılır. 

Ənvər  Əlibəyli  həqiqi bütöv insan idi: onun təbiətində  də

poeziyasında da mərdanəlik var idi. Sənətdə əsl poeziyanı saf və 

mərd ürəklər yaradır! 

Ənvərin  şeirləri mənə  həmişə  çınqıllar arasına səpələnmiş 

dağ güllərini xatırladır. 

 

*** 

Onu tanıtdırmaq üçün car çəkilməmişdir. Rəssamın  əsərləri 

hamıya “gəl-gəl” deyir. Göy qurşağı  səmada necə  əlvan, necə 

rəngarəngdirsə, Tahirin də sənət yolunda qoyduğu izlər o qədər 

gözəldir. 

 

*** 

Ədəbiyyata yeni-yeni gənc qüvvələr gəlirdi. Bunların içəri-

sində  Zeynal Xəlil xüsusilə seçilirdi. Onun lap ilk şeirlərində 

nəzər-diqqəti cəlb edən bir aydınlıq, yığcamlıq, hədəfi sərrast ni-

şan almaq cəhdi var idi. O da, şeirimizin özündən əvvəlki nüma-

yəndələri kimi, öz  mövzusunu xalqdan, onun qurmaqda olduğu 

yeni həyatdan alırdı. 

 

*** 

Tofiq təbiətən şairanə və olduqca həssas bir şəxsiyyət idi. 

İstər əsərdə, istərsə də aktyor oyununda psixoloji momentləri 

dərindən duyurdu və özü də həyatda belə idi. Yalançı pafosdan, 

zahiri təmtəraqdan, tamaşaçıları güldürmək üçün yalançı ko-

mizmdən bərk acığı gəlirdi və özü də həyatda belə idi. O, həqiqi 

sənət üçün yaranmış bir istedad idi... 

 

Áèáëèîãðàôèéà 

 

33 


*** 

Mehdi çox maraqlı, orijinal bir şəxsiyyət idi. Ədəbiyyatımız-

da, incəsənətimizdə baş verən müvəffəqiyyətsizliklər, gerilik əla-

mətləri onu əsəbiləşdirib özündən çıxarırdı. O, belə halların heç 

birinə qarşı biganə qala bilmirdi. Elə bil ki, bütün bunlarla mü-

barizə aparmaq onun şəxsi, doğma işi idi. Elə bil, o, bunların ha-

mısına məsul idi. Mehdi nöqsanlara qarşı amansız olduğu qədər 

də müvəffəqiyyətlərə sevinirdi. Salyeri paxıllığı ondan uzaq idi.   

Mehdi müasir mədəniyyətin, deyərdim ki, zirvəsində dayanan 

adamlardan idi. Dünya ədəbiyyatına yaxşı bələd idi. Həm də ki, 

heç bir tərifli əsərləri belə doğma kimi qəbul etməzdi. Bizim ədə-

biyyatımızı da həmişə diqqətlə izləyirdi, güclü və  zəif cəhətləri 

haqqında aydın fikirləri olurdu.  

 

*** 

Sabit Rəhman elə adam idi ki, onunla hər  şey danışmaq 

olardı. Hətta, ən ağır, ən çətin illərdə belə... 

Sabit Rəhman ölkənin mədəni-iqtisadi yüksəlişi barədəki xal-

qı  təngə  gətirən bitib-tükənməz təbliğatla həqiqət arasındakı 

uçurumu görüb hiss eləyən yazıçı idi.  

Bu cəmiyyətdə aldanan insanlar, özlərindən asılı olmayaraq, 

gülünc vəziyyətlərə düşürdülər və bunu Sabit kimi istedadlı yazı-

çılar hiss etməyə bilməzdilər. 

Mən, həmişə Sabit barədə fikirləşəndə, istər-istəməz, teatr 

barədə fikirləşirəm. Sabit Rəhman və Azərbaycan teatrı – mənim 

üçün bu iki anlayış arasında ən sıxı bir yaxınlıq var...  

 

*** 

Nigar xanım romantik təbə, təmiz, aydın koloritli dilə, zərif 

zövqə malik bir şairədir. Dünya ədəbiyyatına yaxşı  bələd idi. 

Azərbaycan Akademik Dram Teatrında mənim gördüyüm ilk ta-

maşa Şillerin “Məkr və məhəbbət” faciəsi idi. Pyesi Nigar xanım 

çox aydın, təbii bir dillə rus dilindən tərcümə etmişdi. Ancaq 

sonralar o pyesi rus dilində oxuyarkən mənə elə gəlirdi ki, əksinə, 

Şillerin əsərini Azərbaycan dilindən rus dilinə tərcümə ediblər... 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə