Èëéàñ ßôÿíäèéåâ
14
araşdırıcılarına zəngin material verir. Xüsusən teatr və dramatur-
giyanın estetik mahiyyəti, gizli, görünməz sənət normaları haq-
qında İlyas Əfəndiyevin konsepsiyası real təcrübədən, fərdi ya-
radıcılıq laboratoriyasından irəli gəlirdi.
Futuroloqlar gələcək haqqında proqnozlar verirlər. Bəzən
yanlış, bəzən də reallığa yaxın. Gələcək üçün ən doğru mənbə
milli bədii yaddaşdır, XX əsrin və ötən əsrlərin real bədii
salnaməsi olan İlyas Əfəndiyev sənəti, onun yaşamaq, var olmaq
qüdrətidir.
Şirindil Alışanlı,
filologiya elmləri doktoru, professor
Áèáëèîãðàôèéà
15
İlyas Əfəndiyevin həyat
və yaradıcılığının əsas tarixləri
1914
- May ayının 28-də İlyas Məhəmməd oğlu
Əfəndiyev Qaryagində (indiki Füzuli şəhərində)
anadan olmuşdur.
1930 -
orta məktəbi bitirdikdən sonra şəhər məktə-
bində və II dərəcəli partiya məktəbində dil və
ədəbiyyatdan dərs demişdir.
1933
- V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitu-
tunun ədəbiyyat fakültəsinin əyani şöbəsinə da-
xil olmuş, lakin ailəsinə qarşı siyasi-inzibati tə-
qiblər nəticəsində təhsilini yarımçıq qoymağa
məcbur olmuş, sonra həmin institutun qiyabi
coğrafiya fakültəsinə daxil olaraq 1938-ci ildə
oranı bitirmişdir.
1938
- Bakıya gələn İlyas Əfəndiyev “Yeni yol”,
“Kommunist” və “Ədəbiyyat qəzeti” redaksi-
yalarında işləmişdir;
- İlk mətbu əsəri “Buruqlar arasında” oçerki
“Yeni yol” qəzetində, noyabr ayında dərc olun-
muşdur.
1939
- Yazıçının “Kənddən məktublar” adlı ilk kitabı
Azərnəşr tərəfindən nəşr edilmişdir.
- Yanvar ayının 26-da “Berlində bir gecə” adlı
ilk hekayəsi “Ədəbiyyat qəzetində” çap olun-
muşdur.
Èëéàñ ßôÿíäèéåâ
16
1940
- Yanvar ayının 10-da Yazıçılar İttifaqına qəbul
olunmuşdur.
1943
- Öz hekayələri əsasında Mehdi Hüseynlə birlik-
də ilk dram əsəri olan “İntizar” pyesini yazmışdır.
1944 -
“İntizar” pyesi dekabr ayında M.Əzizbəyov
adına Azərbaycan Dövlət Dram Teatrında tama-
şaya qoyulmuşdur.
1946 -
İlk müstəqil dram əsərini - “İşıqlı yollar” pye-
sini yazır.
1947
- “İşıqlı yollar” əsəri M.Əzizbəyov adına Azər-
baycan Dövlət Dram Teatrında tamaşaya qoyul-
muşdur.
1948
-
M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram
Teatrının
Moskva qastrolu zamanı
“İşıqlı yollar”
əsəri tamaşaçıların böyük rəğbətini qazanmışdır;
-
“Bahar suları” əsəri M.Əzizbəyov adına Azər-
baycan Dövlət Dram Teatrında tamaşaya qoyul-
muşdur.
1949
- “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.
1951
- Rus dilində “Rasskazı” adlı ilk kitabı Bakıda
nəşr olunmuşdur.
1954 -
“Atayevlər ailəsi” pyesi M.Əzizbəyov adına
Azərbaycan Dövlət Dram Teatrında tamaşaya
qoyulmuşdur.
1954-1958
- Azərbaycan yazıçılarının II qurultayında (1954,
aprel) “Azərbaycan sovet dramaturgiyası”, III
Áèáëèîãðàôèéà
17
qurultayında (1958, dekabr) isə “Azərbaycan
dramaturgiyasının inkişafı haqqında” məruzələri
ilə çıxış etmişdir.
1958 -
“Söyüdlü arx” romanını yazmışdır.
1960
- “Körpüsalanlar” povestini qələmə almışdır;
- Azərbaycanın “Əməkdar incəsənət xadimi”
fəxri adına layiq görülmüşdür.
1963 -
“Dağlar arxasında üç dost” romanını yazmışdır.
1964
- Tamaşaya qoyulmuş “Sən həmişə mənimləsən”
pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji
dramın əsası qoyulmuşdur.
1967 -“Mənim günahım” pyesini yazmış, əsər
M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram
Teatrında tamaşaya qoyulmuşdur.
1968
- “Unuda bilmirəm” əsərinin ilk tamaşası olmuş-
dur. Əsər M.Əzizbəyov adına Azərbaycan Döv-
lət Akademik Dram Teatrında 424 dəfə tamaşa-
ya qoyulmuşdur.
1969
- “Məhv olmuş gündəliklər” pyesi tamaşaya
qoyulmuşdur.
1969-1973
- Azərnəşr tərəfindən yazıçının dörd cilddən
ibarət “Seçilmiş əsərləri” kitabı oxuculara təq-
dim edilmişdir.
1971
- Müasir mövzulara daha çox üstünlük verən ya-
zıçı ilk dəfə tarixi mövzuda “Mahnı dağlarda
qaldı” pyesini yazmış, elə həmin il əsər
Èëéàñ ßôÿíäèéåâ
18
M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram
Teatrında tamaşaya qoyulmuşdur;
- Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edil-
mişdir.
1972
- “Mahnı dağlarda qaldı” pyesinə görə Dövlət
mükafatına layiq görülmüşdür.
1973
- “Qəribə oğlan” pyesi çap olunmuş, əsər
M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram
Teatrında tamaşaya qoyulmuşdur.
1974
- Anadan olmasının 60 illiyi təntənəli surətdə
qeyd edilmişdir. Yubileylə əlaqədar olaraq
Oktyabr İnqilabı ordeni ilə təltif olunmuşdur.
1975 -“Bağlardan gələn səs” əsərini yazmış, əsər
M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram
Teatrında tamaşaya qoyulmuşdur.
1976-1978 -
“Sarıköynəklə Valehin nağılı” romanını yaz-
mışdır.
1979
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
30 iyul tarixli fərmanı ilə “Azərbaycanın Xalq
yazıçısı” fəxri adına layiq görülmüşdür.
1980
- “Geriyə baxma, qoca!” romanını qələmə almışdır.
1981 -
“Üçatılan” romanını yazmışdır;
- “Xurşidbanu Natəvan” əsəri M.Əzizbəyov adı-
na Azərbaycan Dövlət Dram Teatrında tamaşaya
qoyulmuşdur.
1983
-“Büllur sarayda” pyesi tamaşaya qoyulmuşdur;
Áèáëèîãðàôèéà
19
- “Yazıçı” nəşriyyatında ədibin “Seçilmiş əsərlə-
ri”nin 6 cildliyi çap edilmişdir.
1984
- Anadan olmasının 70 illiyi münasibətilə Lenin
ordeni ilə təltif edilmişdir.
1986
- “Şeyx Xiyabani” əsəri M.Əzizbəyov adına
Azərbaycan Dövlət Dram Teatrında tamaşaya
qoyulmuşdur.
1988 -
“Bizim qəribə taleyimiz” pyesini yazmış, əsər
M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram
Teatrında tamaşaya qoyulmuşdur.
1989 -
“Sevgililərin cəhənnəmdə vüsalı” pyesi tama-
şaya qoyulmuşdur.
1991 -
“Tənha iydə ağacı” əsəri Azərbaycan Dövlət
Dram Teatrında tamaşaya qoyulmuşdur.
1992 -
“Dəlilər və ağıllılar” əsəri Azərbaycan Dövlət
Dram Teatrında tamaşaya qoyulmuşdur.
1993
- “Qaçaq Süleymanın ölümü” povestini yazmışdır.
1994
- Anadan olmasının 80 illiyi təntənə ilə qeyd
edilmiş, o, sənət adamları arasında ilk dəfə res-
publikanın o zamankı ən yüksək - “Şöhrət” or-
deni ilə təltif edilmişdir.
1996
- Son əsəri olan “Xan qızı Gülsənubərlə tarzən
Sadıqcanın nağılı” povestini qələmə almışdır.
- Oktyabr ayının 3-də Bakı şəhərində vəfat etmiş
və I Fəxri Xiyabanda dəfn olunmuşdur.
Dostları ilə paylaş: |