Èëéàñ ßôÿíäèéåâ
46
təndaşlıq amalı güclü olan qəhrəmanlar vasitəsilə tamaşaçılara
çatdırır.
Həsən Turabov,
Xalq artisti
Biz aktyorlar İlyas Əfəndiyevin tamaşalarında çıxış etməyi
özümüzə fəxr bilmişik.
Şəfiqə Məmmədova,
Xalq artisti
Əgər teatrımızın yaşlı nəslə mənsub olan aktyorları bir aktyor
kimi yetişmələrində müasirləri Cəfər Cabbarlının və onun drama-
turgiyasının böyük rolundan fəxrlə danışırdılarsa, biz də, yəni alt-
mışıncı illərdə səhnəyə gəlmiş gənclər, cəsarətlə deyə bilərik ki,
səhnəyə gəlişimizdə, bir aktyor kimi püxtələşməyimizdə müasiri-
miz İlyas Əfəndiyevin və onun zəngin dramaturgiyasının müstəs-
na rolu olmuşdur.
Fuad Poladov,
Xalq artisti
Həyatda kimə və nəyə görə yaşamağımın səbəbini dərk etdi-
yimə və bir də Vətənimə, xalqıma olan sonsuz sevgimə görə tək
bir insana – unudulmaz İlyas Əfəndiyeva borcluyam...
Firəngiz Mütəllimova,
Xalq artisti
İlyas müəllim, mən sizinlə birgə işlədiyim birinci tamaşadan
– “Büllur saray”dan tutmuş sonuncu tamaşa – “Hökmdar və
qızı”na qədər böyük bir mənəvi dünya qazandım. Bu dünya çox
ülvi, çox işıqlı, çox böyük, çox zəngin idi...
Nə yaxşı ki, mənim sənət dünyamda Siz varmışsınız, İlyas
müəllim. Əlvida! Ürəyimdə qoyub getdiyiniz bu işıqlı xatirələr
üçün sağ olun!
Bəsti Cəfərova,
Xalq artisti
Áèáëèîãðàôèéà
47
Əziz İlyas müəllim! Siz çiyinlərinizi, ürəyinizi, həyatınızı
verib Azərbaycanı XXI yüzilliyin astanasına gətirib çıxardınız.
...Qəbriniz nurla dolsun, Torpağınız nur olsun! Daha gözəl
bir dünyada görüşənədək, İlyas müəllim!
Vaqif Bayatlı Odər,
şair
İlyas Əfəndiyevin ədəbi yaradıcılıq portreti üçün nəzərdə tu-
tula biləcək cizgilər çoxdur, onları saymaqla qurtarmaz. Lakin hə-
min cizgilərin hamısı üçün ümumi olan, onların hamısına aşılan-
mış bir keyfiyyət var: vüsət və şairanəlik.
Əkbər Ağayev,
tənqidçi, professor
İlyas Əfəndiyev müasirlərimizdən yazır. Cəmiyyətin inkişa-
fının müxtəlif mərhələlərində inqilabın qələbəsi və elmi-texniki
inkişafla əlaqədar qarşıya çıxan mürəkkəb ictimai-siyasi, iqtisadi-
mədəni, mənəvi-əxlaqi problemlərin həlli yolunda çalışan, axta-
ran müasirlərimizin ictimai fəaliyyəti və daxili aləmləri onun əsas
bədii tətbiq hədəfıdir.
Cəlal Məmmədov,
yazıçı
Èëéàñ ßôÿíäèéåâ
48
İlyas Əfəndiyevin vəfatı ilə əlaqədar dərc edilmiş
məqalələrdən səmimi ürək sözləri
Böyük sənətkarımızı, xalqımızın ən işıqlı övladlarından biri-
ni - İlyas Əfəndiyevi itirdik. İlyas Əfəndiyev əslinə-nəslinə yara-
şan şərəfli, namuslu yazıçı ömrü sürdü. Həm də namuslu ömür
sürdüyünü özü bəyan etmirdi, qələmindən ayrılmadan son günlə-
rinəcən halal zəhmətiylə, hər cürə intriqalardan, həsəddən və nif-
rətdən uzaq bir aləmdə - sənət dünyasında yaşadığı həyatıyla sü-
but edirdi. Nəsrimizin ən dəyərli örnəklərindən olan “Geriyə bax-
ma, qoca” romanını yaratmış İlyas müəllim Qarabağda keçən
uşaqlığını, gəncliyini, ömrünün gerisində, keçmişində qalmış elat
yaşamını canlı səhnələriylə, koloritli simalarıyla, dəqiq ayrıntıla-
rıyla həmişə xatirələrində saxlayırdı, amma o, sənətimizin üzü ge-
riyə yox, irəliyə baxan mütərəqqi fədaisi idi.
İlyas Əfəndiyev canlı klassik idi və böyük sələfləri, çağdaş-
ları, çiyindaşları uyuduğu torpaqda, onların yanında, onların əha-
təsində əbədiyyətə qovuşdu.
İlyas Əfəndiyevin ölümü - ədəbiyyatımız üçün, teatrımız
üçün böyük itkidir. Və şəxsən mənim üçün də ağır itkidir. O, vali-
deyn, indiki zamanda gündüz çıraqla axtarılan ziyalılardan idi.
Atamın dostu və dostumun atası.
Anar,
Xalq yazıçısı
İlyas müəllimin əsərlərini oxuyarkən onun böyük obrazı,
onun insanlıq xüsusiyyətləri istər-istəməz adamın gözü qarşısında
canlanır. Çox maraqlı bir faktdır ki, onun Qarabağa aid olan, ha-
mımızın böyük dərdi olan bu torpaq haqqında “Hökmdar və qızı”
pyesinə - bu son əsərinə, elə bil ki, özünün bütün ustalığını, bütün
Áèáëèîãðàôèéà
49
təcrübəsini sərf etmişdir. Və çox heyif olsun ki,
özü bu əsərin
tamaşasını görə bilmədi. Dünyasını dəyişəndən sonra əsər səhnə-
yə qoyuldu. Məncə, İlyas müəllimin gözəl əsərləri içərisində iki
əsəri də burada – bizim yanımızdadır: Elçin müəllim və Timuçin
müəllim. Xalqımız üçün iki belə oğul böyütmək də vətəndaşlıq-
dır. İlyas Əfəndiyev dühası ölməzdir...
Polad Bülbüloğlu
Xalq artisti
Xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından bir il keçir. Düz
bir ildir ki qədirbilən oxucular və tamaşaçılar onun nurlu üzünə,
mehriban səsinə həsrət qalıblar... lakin əsl sənətkar ölümündən
sonra yenidən doğulur. Bu mənada İlyas Əfəndiyevin əbədilik
qazanmış ömrü yenicə başlayıb.
Hüseyn Abbaszadə,
Xalq yazıçısı
“İlyas Əfəndiyevin Azərbaycan teatrı, dramaturgiyası önün-
dəki xidmətləri” – deyə düşünəndə, göz önünə Çexovun rus mə-
dəniyyəti üçün etdikləri gəlir.
Xan Rəsul,
publisist
Neçə-neçə sənət fədaisi haqq dünyasına qovuşub. Amma
İlyas Əfəndiyevin itkisi bir an belə unudulmayıb...
Əsərlərinin əksəriyyəti ilə tanış olsaq da, hərdən mənə elə
gəlir ki, İlyas Əfəndiyev irsini lazımi səviyyədə mənimsəməmi-
şik. Yoxsa... Yoxsa bu günə düşməzdik, vallah... “Üçatılan”ı si-
nəmizə basıb “Dağlar arxasında üç dost” olardıq. “Geriyə bax-
ma”zdıq ölsək də...
Mamırlı daşlarla döş-döşə durub, “Söyüdlü arx”larımızı kişi
kimi qoruyardıq. Yoxsa Şuşanın “büllur saray”larında özümüz
əyləşərdik. “Xurşidbanu Natəvan”ın ruhu qarşısında xəcalət çək-
məzdik. “Mahnımız dağlarda qalmazdı” heç vaxt. Odur ki, İlyas