Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
  1   2   3   4   5   6   7   8   9   ...   32


Səlahəddin Xəlilov 
 
 
 
Xatirələrdə davam 
edən dostluq
 
(Şəxsiyyətlər, portretlər) 
 
 
 
 
 
 
Bakı - 2013 


 
- 2 -
 
 
 
 
S.Xəlilov. Xatirələrdə davam edən dostluq 
(Şəxsiyyətlər, portretlər). Bakı, “Çaşıoğlu” nəş-
riyyatı, 2013, 160 səh. 
 
 
Kitaba müəllifin Azərbaycanın görkəmli almləri 
haqqında müxtəlif vaxtlarda qələmə aldığı xatirələri, 
təəssüratları daxil edilmişdir.  
Kitab geniş oxucu auditoriyası üçün nəzərdə 
tutulmuşdur.  
 
 
 
 
ISBN:  
 
 
 
 
©Xəlilov S., 2013 
 
 
 
 


 
- 3 -
 
 
 
Ön söz 
 
Fəlsəfə  də, ümumi, universal məsələlərdən 
bəhs etməsinə baxmayaraq, ayrı-ayrı insanların şəx-
si həyat təcrübəsindən və ictimai təcrübədən bəh-
rələnir.  
Düzdür, dünya haqqında fikirləşmək, onun 
hansı isə bir modelini qurmaq üçün bütün düyanı 
gəzib-görməyə ehtiyac yoxdur; dünyanı insan ancaq 
iç dünyası vasitəsi ilə, kosmik əqllə  əlaqə yaradıl-
ması sayəsində  təsəvvür edə bilər. Bu təsəvvür  ək-
sər insanlarda duyğu halında olur və ancaq seçilmiş 
insanlar onu rasional idrak səviyyəsində, anlayış və 
kateqoriyalar vasitəsilə ifadə edə bilirlər.  
İnsan ancaq öz şəxsi təcrübəsindən, şəxsi duy-
ğu və  təsəvvürlərindən çıxış etməklə  həqiqətə çata 
bilməz. Həqiqət insana ya ilham, şövq, vəcd, kəşf 
səviyyələrində üzə  çıxan sezgi vasitəsilə verilir, ya 
da digər insanların şəxsi təcrübələri və təsəvvürləri 
ilə diskurs sayəsində tədricən formalaşır. İkinci hal-
da söhbət həqiqətə addım-addım, pərdə-pərdə ya-
xınlaşmaqdan gedir.  
Digər şəxslər! Onlarsız ayrıca götürülmüş bir 
şəxs nə özünü, nə də dünyanı tanımaq, bilmək iqti-
darında deyil.  


 
- 4 -
Hər bir insanın dünyagörüşünün formalaşma-
sında iştirak edən bu “digər  şəxslər”  əslində, onun 
ictimailəşmiş siması, özündənkənar mövcudluğu-
dur. “Mən”in məxsusiləşməsi, özləşməsi də, ancaq 
“sən” və “o”nun mövcudluğu sayəsində mümükün 
olur. Marksizm fəlsəfəsində bu cəhət o dərəcədə qa-
bardılmışdı ki, insan ancaq ictimai varlıq kimi qəbul 
olunurdu və onun fərdiliyi, özlüyü, “mən”i çox vaxt 
unudulurdu.  
Lakin ictimai mühit hələ “digər  şəxslər”, sə-
ninlə əks-əlaqəni təmin edən, öz-ün formalaşmasına 
xidmət edən amil deyil. Əksinə, ictimai mühit 
“mən”in  əridilməsinə, fərdiyyətin itməsinə xidmət 
edir.  İctimai  şüur da öz növbəsində  hər bir şəxsin 
identifikasiyası, dünyaya özəl,  şəxsi baxışlarının 
formalaşması üçün bir əngəldir.  Şəxsi yaşantılar 
güclü olmayanda və insan öz psixi həyatını: duyğu 
və təsəvvürlərini anlayışlarla, sözlərlə ifadə edə bil-
məyəndə onun aşkar dünyagörüşü mühitlə, ictimai 
şüurla, ənənə və stereotiplərlə üst-üstə düşür, fərdiy-
yət isə ancaq anlaşılmayan, dumanlı hissiyyat kimi, 
“qeyri-şüuri” səviyyədə saxlanılmış olur. Bax belə-
cə, çoxlu sayda özünü dərk edə bilməyən, özündən 
xəbərsiz və mühitdə itib-batan insanlar yetişir. On-
ların ayrı-ayrı şəxslərlə münasibətləri də əslində, ic-
timai mühitlə, cəmiyyətlə münasibətin tərkib hissə-
ləridir.  
Bir sözlə, “normal” insanların – sosial varlıq-
ların münasibətləri də sosial mühitin özünə adek-


 
- 5 -
vatdır və heç bir özəlliyə malik deyil. Daha doğru-
su, belə münasibətlərin fərdiliyi ancaq hissiyyat sə-
viyyəsində mümkündür. Birini başqasından doğma-
lıq və yadlıq hissləri ayırır. Yadlarla münasibət icti-
mai normativlər səviyyəsində; əxlaq və hüquq nor-
malarına uyğun olaraq qurulur. Doğmalarla müna-
sibətdə isə bura hissiyyat da əlavə olunur. Hər bir 
fərdi münasibət məhz bu hissiyyatın xarakteri və də-
rəcəsi ilə seçilir. Bütün yerdə qalan hallarda müna-
sibətlərin tənzimlənməsi məhz normativlərə, şablon-
lara uyğunlaşdığından belə münasibətlərin hər hansı 
bir özəlliyi olmur və onlar xatirə kimi saxlanmır.  
Beləliklə, xatirələr ya doğmalar haqqında his-
siyyat və yaşantılar səviyyəsində, ya da tək-tək hal-
larda rasional səviyyədə,  əqli proseslərin “doğma-
laşması”  şəklində  işıq üzü görür. Birinci halda – 
poeziya, ikinci halda – fəlsəfə yaranır. 


 
- 6 -
Bu kontekstdə ötən illərin bir xatirəsi yadıma 
düşdü. 80-ci illərdə  mən Asif Əfəndiyevlə (Asif 
Ata) əməkdaşlığı dayandırıb ali məktəbdə fəaliyyə-
timi “normal” şəkildə davam etdirdiyim vaxtlarda o 
özünün yeni çıxmış kitabını  mənə belə bir avtoq-
rafla göndərmişdi: “Yadlar içərisində doğmama”. O, 
mənim normativ mühitdə tezliklə  əriyə biləcəyimə 
inanmırdı. 
“Palaza bürünüb elnən sürünənlərin” hansı isə 
əlahiddə bir mühitə ehtiyacları yoxdur. Çünki bü-
tövlükdə cəmiyyət onların mühitidir. Onların şüuru 
da ictimai şüurla sinxrondur. Şəxsiyyət isə o adam-
lara deyilir ki, onlar cəmiyyətlə tam üst-üstə düşmə-
diyindən dünyaya öz məxsusi baxışları, fərqli dü-
şüncə tərzi, fərqli idealları və hədəfləri olduğundan, 
onlar bir növ mühitsiz qalır, cəmiyyət üçün yad ün-
sürə çevrilir və istər-istəməz normativ qurumlar tə-
rəfindən sıxışdırılmış olurlar. Belə adamların tam 
təklənməməsi üçün öz mənəvi-intellektual varlıqla-
rına həmçins olan lokal mühitə ehtiyacları olur. 
Əksər hallarda cəmiyyətin inkişafı da məhz bu 
adamlar hesabına həyata keçir. Çünki ictimai var-
lığa uyğun olan ictimai şüur onu inkişaf etdirməyə 
qadir deyil. İnkişaf məhz fərqlənənlərin, daha doğ-
rusu, mövcud normativ səviyyənin fövqünə qalxan-
ların hesabına mümkün olur. “Ziyalı” dediyimiz in-
sanlar ilk növbədə məhz şəxsiyyət olmalıdırlar. Cə-
miyyətin işığında yaşayanlar onun inkişaf yoluna 
işıq sala bilməzlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə