19
Məhəbbətin sirdaşısan,
Gümüş telli, sədəfli saz.
17
M.Allahmanlı yazır ki, “XIX əsr və XX əsrin əvvəllərində
Qazaxda ən geniş yayılan musiqi aləti saz olmuşdur. Bu məhz həmin
dövrdə aşıq ədəbiyyatının, aşıq sənətinin geniş təşəkkül tapması və
xalqın sənətə marağının nəticəsi idi. O səbəbdəndir ki, hər bir evdə
demək olar ki, divardan tüfəng, xəncərlə yanaşı, saz da asılmışdır”.
18
Beləliklə, Qazax aşıqlarının şeirlərindən göründüyü kimi, saz
obrazlaşdırılaraq simvola çevrilməklə yanaşı, daha çox canlı varlıq
kimi aşıq poeziyasının mövzusuna çevrilmişdir. O, aşığın sirdaşı,
yoldaşı, varı, dövləti və nəhayət, qədəri, taleyidir. Təbii ki, Qazax
aşıqlarının, eləcə də el şairlərinin ədəbi-bədii irsi, sənətin ideya-
estetik məzmunu və əxlaqi-etik mündəricəsi ilə birləşərək məlum
mövzularla bərabər yeni orijinal mövzular da yaratmışdır.
Dissertasiyanın ikinci fəslinin dördüncü yarımfəsli “Ustad-
şagird münasibəti” adlanır. Bu yarımfəsildə aşıqlığın ortaya çıxdığı
tarixdən bu günə qədər ustad-şagird münasibəti baxımından çox şey
dəyişsə də, dəyişməz qalan aşıqlıq sənətinin musiqi, avaz və şeir
üçlüyündə bir başqasına öyrədilməsi qeyd olunmuşdur. Ustad-şagird
münasibətini ilk araşdıran F.Köprülüdən üzü bəri ustad aşıqların
ərkana görə on iki aşıq yetişdirməsi, onların ustad aşığın yolunu
davam etdirməsi məsələləri üzərində durulmuşdur. Təbii ki, az-çox
bu mövzuya toxunan tədqiqatçılar F.Köprülüdən daha artıq fikir
söyləyə bilmədiklərindən ustad-şagird münasibəti hələ də öyrənilməli
mövzulardan biridir.
19
Burada on iki rəqəmi reallıqdan daha çox
məcazi məna ifadə edir. Necə ki, Aşıq Ələsgər deyir:
Adım Ələsgərdi, mərdü mərdana,
On iki şəyirdim işlər hər yana
20
Artıq qeyd olunduğu kimi, aşıq sənətinin ən ümdə xüsusiyyət-
lərindən biri də ustad aşıqların şagird hazırlamasıdır. Sənəti davam
etdirmək üçün ustad aşıq-şagird münasibəti aşıqlıq sənətinin ən
mühüm məsələsi kimi vacib problemlərdən biridir. Bəri başdan
demək lazımdır ki, ustad-şagird münasibəti qədim zamanlarda daha
17
Aşıq Avdı Qaymaqlı. İncəgülü. Bakı: Nurlan, 2009, s.48
18
Allahmanlı M. Azərbaycanın Qərb bölgəsinin mənəvi mədəniyyətindən. Bakı:
Nurlan, 2011 s.74
19
Köprülü F. Türk ədəbiyyatında aşıq tarzının menşe ve tekamülü // Türk saz
şairləri. Ankara: 1992
20
Aşıq Ələsgər. Bakı: Yazıçı 1988, 66
20
sistemli və ənənəvi olmuşdursa, bu ənənə zaman keçdikcə dəyişmiş,
əvvəlki şəklindən bir xeyli uzaqlaşmışdır. F.ü.e.d.
M.İmanov ustad-
şagird münasibətini bir “ənənə” olaraq dəyərləndirərək Aşıq Şəmşirin
ustad-şagird ənənəsinin davam etdirməsini belə ifadə edir:
“Doğrudan da, şagird illər uzunu ustaddan dərs alıb Qurbani, Abbas
Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Valeh... kimi sənətkarların
adı ilə bağlı saz və söz ənənəsini mənimsəmiş olur. Sonralar bir ustad
kimi Aşıq Şəmşirin də otuzdan artıq şagirdə aşıladığı həmin ənənədə
bir çox tələblərlə yanaşı, bir səciyyəvi cəhət də var: şeirlərin
dinləyiciyə yurd yeri ilə birlikdə çatdırılması”
21
. Ustad-şagird
münasibəti aşıqlarda deyil, hətta sazbəndlikdə, qalayçılıqda,
dəmirçilikdə, papaqçılıqda, çəkməçilikdə, dulusçuluqda və s. kimi bir
çox peşə sahələrində də olmuşdur. Buna bir növ sənətin varisliyi də
demək olar. Ancaq aşıqlıq sənətinin təməl qanunlarından biri olan
ustad-şagird münasibəti digər sənət növlərinin bu tip varislik
ötürməsindən fərqlənir. XX yüzilin əvvəllərində hələ də ustad-şagird
ənənəsi qorunmaqda, ustad aşığa xidmət göstərmək mərifət
sayılmaqda idi. Göyçə aşıq mühitinin görkəmli saz ustası Aşıq
Növrəs İman ustadlığın önəmi haqda yazırdı:
Mərifət lazımdır əzəl binadan,
Öyüt nəsihət gərək ata-babadan.
Yüz il cəhd etsən də qalarsan nadan,
Xidmətin olmasa kamil ustada
22
.
Ustad aşıq Qul Allahqulu da aşıqlıq sənətinin öyrənilməsi üçün
ustadın olmasının vacibliyini xüsusi vurğulayırdı:
Könül, qulluq eylə kamil ustada,
Ustad görməyənin işi xam qaldı.
Neçə danəndələr köçdü dünyadan,
Yerində bir neçə ağlı kəm qaldı.
Deyilənə görə, ustad aşıqlar hər adamı özlərinə şagird götür-
məzlərmiş. Onlar o şagirdlə demək olar ki, ömürlərinin xeyli
hissəsini birgə yaşayırlar. Onlarla yol yoldaşı, məclis ortağı olurlar.
Bəzən “ustada qulluq” sözünü təkcə sənət qulluğu kimi izah edirik.
Ancaq el arasında deyilənlərə və ustadların söylədiklərinə əsasən
deyə bilərik ki, şagirdlər günlərlə ustadın evində qalar, ona hər işində
21
İmanov M. Ustad aşıq və tarixi ənənə (II yazı) / 525-ci qəzet, 23.12.2013
22
Növrəs İman. Bakı: Səda, 2004, s.37
21
kömək edərmişlər. Qapıda-bacada, evdə-eşikdə nə iş varsa görərmiş-
lər. Ona görə də qulluq etmək sözü həm konkret, həm də məcazi
mənada işlədilmişdir. Şagird ustadına o qədər bağlı olur, onun
dediklərinə o qədər inanır ki, yalnız öz ustadını təbliğ edir.
Burada ustad-şagird münasibəti üçün mühüm olan bir cəhətə
də nəzər salmaq lazımdır. Ustadlar şagird olmaq istəyən uşaqları
müxtəlif üsullarla sınağa çəkərmişlər. Onun aşıqlıq sənətinə ötəri
həvəsi olub-olmadığını yoxlayarlarmış.
Ustadsız aşıqlar məclislərdə çox da hörmətlə qarşılanmazlar-
mış, belə ki, hər aşıq öz ustadı ilə bilinərmiş. Keçmişdə şagird usta-
dın evində aylarla qalarmış. Öyrətdiyinin əvəzində ustad aşıq, şagir-
dindən təmənna gözləməzmiş. Ancaq bunun müqabilində ustada
kimisi inək, kimisi xalça verərmiş. Ustad yanına gedən şagird bütün
aşıq yaradıcılığını tam öyrənib qurtarandan sonra ustadından xeyir-
dua alır, ustadı ilə halallaşarmış. Bəzən deyirlər ki, halallıq almamış
məclisə getməzmişlər. Keçmişdən üzü bu yana xalq aşıqların məc-
lisdə özlərini neçə aparmaları, ədəb-ərkanları, aşıq yaradıcılığını
mükəmməl bilmələri, hazırcavablığı əsasında ustadına afərin
söyləyir. Prof. M.Həkimov yazır ki, “Burada şagird ana südünün
halallığı ilə ustad bərəkallahı eyni məxrəcdə birləşir”. Əslində “ustad
bərəkallahı” deyil, şagird ustad halallığı ana südü qədər halal
olmalıdır, – desək daha məntiqə müvafiq olar
23
. Şagird ustada 5, 10 il
qulluq etməli imiş, hətta ustadların dediyinə görə, şagird məclislər
aparsa belə, ömrünün sonuna qədər ustadın yanına gedib-gələrmiş.
Buraya qədər deyilənlərdən ustad-şagird münasibətinin üç
cəhəti olduğunu görmək mümkündür. Həm ustad aşıqların yaxşı
şagird sorağında olmaları, həm gənc aşığın məclis aparmağa tam
hazır olmayanda ustadın yenidən onu hazırlaması, həm də ustad
sözünün, məsləhətinin dəyərli tutulması. Bir sözlə, aşıq mühitlərin
formalaşmasında əsaslı rol oynayan ustad aşıqlar sənətin
həmişəyaşarlığını təmin etmək üçün şagird yetişdirməyi də
unutmamışlar. Qazax aşıq mühitindən çıxan ustad aşıqlar da bu
ənənəni davam etdirərək aşıqlıq sənətinə yeni ruh, yeni estetik
kriterilər gətirmişlər.
Üçüncü fəsil “Qazax aşıq və el şairlərinin bədii sənətkarlıq
özəllikləri” adlanır və dörd yarımfəsildən ibarətdir. Birinci
yarımfəsil “Qazax aşıqları və el şairlərinin yaradıcılığında janr
23
Həkimov M. Aşıq sənətinin poetikası. Bakı: Səda, 2004, 606 s.
22
özünəməxsusluğu” adlanır. Bu bölmədə Qazax aşıq və el şairlərinin
fərdi yaradıcılıqlarına daha çox yer verilir. Belə ki, aşıq və şairlərin
aşıq şeir şəkillərindən istifadə qaydaları, az işlənən şeir növlərindən
istifadə olunduğu tədqiqat zamanı aşkarlanmışdır. Məlumdur ki, xalq
şeirinin ən geniş və ən qədim şeir şəkillərindən biri də qoşmadır.
Qazax aşıq-şairləri də bu növdən məharətlə istifadə etmişlər. Miskin
Əli, Şeyda Əziz, Mirzə Səməd, Aşıq Məmmədyar Eminov kimi şair-
aşıqların qoşmaları bu gün də məclislərdə aşıqlar tərəfindən ifa olun-
maqdadır. Miskin Əli Qazax rayonunda uzaq dağ kəndində 1881-ci
ildə anadan olmuşdur. Onun bir çox gözəlləmə və gəraylıları olmuş,
lakin dövrümüzədək çox az şeiri gəlib çatmışdır. O, ən çox qoşma
janrının gözəlləmə növündə yazmışdır. Bir gözəlləməsində deyirdi:
Gözəl, sənin həsrətini çəkirəm,
Üzünə tökülən teli görmüşəm.
Bir busə lütf edib, eyləsən kərəm,
Zənəxdanda qoşa xalı görmüşəm.
24
Aşıq şeir şəkillərinin bir çox növlərindən məharətlə istifadə
edən aşıq ruhlu şairlərdən biri də şair Qulu Məşədiyevdir.
Yaradıcılığında özünəməxsus üsluba malik olan şairin yaradıcılığında
bir hərf üzərində yazılan şeir növünə də rast gəlmək mümkündür.
“D” hərfi üzərində yazılmış şeir əslində qoşmanın bir növüdür.
Çünki, şeir 11 hecalıdır:
Dolaşdım dağları dəli divanə,
Danışdım dərdimi dağa, dözmədi.
Dağdakı dağlara dayanan döşüm,
Dünənki düyünə dağa dözmədi.
25
Bu şeir növündən təkcə şair Qulu deyil, bir çox şairlər, o
cümlədən, Allahverdi Hacalıyev (Şair Həvəskar) də istifadə etmişdir.
Onun da yaradıcılığında “B” hərfi üzərində yazılmış şeirə rast gəldik:
Bismillahla bərkimişəm, bişmişəm,
Belə bəd başlama, bədə bədəm, bəd.
Bəşər bəndəsiyəm başdan binadan,
Barışmaram, bedasıla bədəm bəd.
26
24
Aşıqlar / toplayanı H.Əlizadə. I c. Bakı: Azərnəşr, 1935, s.287
25
Şair Qulu. Karvanlar qocalır, yollar qocalmır. Bakı: Nurlan, 2007, s, 58
26
XX əsr Qazax aşıqları və el şairləri / toplayanı və tərtib edəni Qəsəbova İ. Bakı:
Nurlan, 2009, s.432