9
izah edilmişdir. Göyçə-Qazax aşıq mühitlərinin bir çox xüsusiy-
yətlərini bir-birindən ayrı təsəvvür etmək mümkün deyildir. Çünki
ərazi etibarilə yaxın olan Qazax və Göyçə tarix boyu saz-söz sənəti
ilə eyni ənənələr üzərində formalaşmış inkişaf etmişdir. Göyçə aşıq
mühiti inzibatı ərazi baxımından da ona yaxın olan bölgələri əhatə
etmiş və bunun nəticəsində Qərb aşıq mühitinin, eləcə də Qazax
mahalının bir hissəsində formalaşan ustad sənətkarlar yetişmişdir.
Tədqiqatda Qazax-Göyçə mahalının aşıq sənətinin eyni ənənələr
üzərində inkişaf edərək, bu bölgələrin saz-söz sənəti daim vəhdətdə
olduğu da göstərilmiş, qeyd edilmişdir ki, Qazax mahalı coğrafi-ərazi
baxımından iki hissədə inkişaf etmişdir. Bir hissəsi yəni I-II Şıxlı
kəndi, İncə dərəsinin üç kəndi – Qaymaxlı, Kəmərli, Aslanbəyli və
Daşsalahlı kəndləri Borçalı aşıq mühitinin, Qazaxbəyli, Çaylı,
Canallı, Ağköynək kəndləri (yaxın keçmişdə – Ağstafa Qazağın
tabeliyində olan dövrlərdə Ağstafanın kəndləri də bu siyahıya
daxildir) Göyçə aşıq mühitinin mövqeyindən inkişaf edirdi. Bunlar
əsas verir deyək ki, Qazax-Göyçə aşıq yaradıcılığı ayrılmaz olduqları
üçün həm də burada el sənətkarları və ustad aşıqların yetişməsində
həmin bağlılıq mühüm rol oynamışdır. Aşıq Məmməd (Canallı
Məmməd), Aşıq Məmmədyar Eminov, Aşıq Hüseyn Sarıyev, Aşıq
Hüseyn Piriyev, Aşıq Ədalət Nəsibov, Aşıq Cəfər Eyvazov, Aşıq
Şəadət Gülməmmədov Göyçə aşıq mühitinin yetirmələridir.
XX əsrdə Qazax bölgəsinin aşıq və el şairləri günü-gündən
daha da dərinləşir, aktual mövzulara toxunurlar. Bu bölgə coğrafi
baxımdan bir çox sənət məkanları ilə həmsərhəddir, desək daha
doğru olar. Borçalı, Göyçə, Tovuz, Gədəbəy kimi bölgələrin tam
ortaq bir hissəsi olan Qazax hərtərəfli inkişaf etmişdir. Hətta 1927-ci
il may ayının 1-də Qazaxda aşıqlar konfransı da keçirilir. Tovuz
mahalından başda Bozalqanlı Hüseyn olmaqla, ustad aşıqlardan Aşıq
Mirzə Bayramov, Aşıq Əsəd Rzayev, Aşıq Məmmədyar da
(Ağköynəkli) bu konfransda iştirak ediblər. Hətta Göyçə mahalından
ustad Aşıq Növrəs İman da bu konfransda iştirak etmək üçün Qazağa
gəlmişdir. Deyilənə görə, böyük coşğu ilə keçirilən bu konfransda
ustad Aşıq Növrəs İman buyurub ki, ay Söyün əmi (Hüseyn
Bozalqanlı) gün Qazağa tərif deməsəm olmaz. Cavabında Aşıq
Söyün – “buyur, oğul” deyib:
10
Bir mayın günündə, oldu bir parad,
Bu sövqə baxanlar tamam oldu mat.
Alsınlar nəzərə qalmasın həsrət,
Gəlifdi Növrəs İman Qazağa.
2
Bu ikitərəfli sənət əlaqələri Qazax aşıqlarının yaradıcılığında
spesifik xüsusiyyətlər yaratmışdır. M.Allahmanlı yazır ki, “Qazax
aşıq yaradıcılığı Göyçə, Tovuz və Borçalı aşıq mühitləri ilə təmasda
daha çox uğur qazanmışdır. Məsələn T.Miralay ustad aşıq Ələsgərin
Qazağa gəldiyini söyləyir. Sonra müəllif ustad aşığın 1924-cü ilədək
Gəncə və Qazax qəzalarında dəfələrlə səfərdə olduğunu yazır. Eyni
zamanda, Ağ Aşığın və Aşıq Alının əsərlərindən aydın olur ki, onlar
da Qazaxda olmuş, heç şübhəsiz ki, məclislər keçirmişlər. Bu
təmaslarda Qazax aşıq yaradıcılığının özünün spesifik xüsusiyyətləri
yaranmışdır. Burada balabansız məclis aparan aşıqlarla yanaşı,
balabanla da məclis aparan aşıqlara da təsadüf edilir. Başqa bir
tərəfdən Qazax aşıq sənətində yaradıcı aşıqlar deyil, peşəkar aşıqlar
çoxluq təşkil edirdi. Çox təəssüf ki, onların çoxunun adı bizim üçün
naməlum qalmışdır”.
3
Birinci fəslin üçüncü yarımfəsli "Borçalı aşıq mühiti ilə sənət
əlaqəsi” adlanır. Azərbaycan aşıq sənətinin aparıcı qollarından birini
təmsil edən Qazax və Borçalı sənətkarları zəngin ənənələri, ifaçılıq
tərzi ilə eyni mühitin nümayəndələri olublar. Müxtəlif dövrlərdə bu
mahalın aşıq sənətini paylaşan bölgələr olan Borçalı, Göyçə,
Şəmşəddil (Tovuz), Gədəbəy, aşıqlardan Aşıq Canallı Məmməd,
Aşıq Məmmədyar, Mirzə Səməd, Şair Temraz, Aşıq Avdı, Aşıq
Məhəmməd, Aşıq Ədhəm Ərəbov, Şeyda Əziz, Miskin Əli, Çoban
Əfqan, Aşıq Cəlal Qəhrəmanov, Aşıq Ayaz Zülfüqarov, Aşıq Kərəm
Nəsibov, Aşıq Yəhya Məmmədov, Aşıq Zəkəriyyə Mehman və s.
aşıq sənətini qoruyub saxlayıblar. Tədqiqatın bu hissəsində Borçalı
aşıqları ilə Qazax aşıqlarının sənət əlaqələrindən danışılmışdır. Qazax
mahalının aşıqlarının müəyyən dərəcədə formalaşmasında və
inkişafında Borçalı aşıq mühitinin rolunun olduğu və ümumilikdə,
Qazax mahalının – “İncə Dərəsi” nahiyəsi demək olar ki, aşıq
2
Söyləyici: Çaylı kənd sakini Murad Novruzov (1928-2008)
3
Allahmanlı M. Azərbaycanın Qərb bölgəsinin mənəvi mədəniyyətindən. Bakı:
Nurlan, 2011, s.26
11
sənətində bütövlüklə Borçalı aşıq ənənəsindən bəhrələnməsi barədə
geniş izahlar verilmiş və lazımi tədqiqatlar aparılmışdır.
Vaqifdən, Vidadidən üzü bu yana XVIII yüzildə də Qazax
mahalının şairlərinin şeirləri Borçalı ədəbi mühitinin bəzəyi
olmuşdur. Ş.Məmmədli yazır ki, “XIX əsrdə və XX əsrin
əvvəllərində qazaxlı şairlərdən Molla Hüseyn Sabit, Şıxlı Mustafa
Ağa Arif, Dağkəsəmənli Mustafa ağa Nasir, Əbdürrəhman ağa
Dilbazi Şair, İsgəndər Ağa Şair, Xanlıqlardan Hacı Rəhim ağa
Vəhidi, Şahnigar Rəncuri, Kəsəmənli Çoban Əfqan, Qıraq Kəsəmənli
Məhəmməd, Köçəsgərli Əli, Misgin Əli, Ağstafalı Mirzə Səməd,
Məhəmmədəli, Şıxlı Səməd, Qaymaqlı Avdı, Daşsalahlı Tapdıq,
Canallı Məmməd və başqaları Borçalı elində ağır məclislər keçirmiş
və sevilmişlər”
4
.
Gəlin bu bilgiyə bir az dəqiqlik gətirək. Əvvəla
aşıqlardan aldığımız bilgiyə görə Qazax şairləri Borçalı elində məclis
aparmayıblar, onların sözləri daim məclislərdə aşıqların sazında ifa
edilib. Çoban Əfqanın özünü götürsək, savadsız el şairi olub ki, daim
Ceyrançöldə ağasının sürülərini otarıb. Miskin Əli və Köçəsgərli Əli
də həmçinin şair olublar, onların da Borçalı məclislərində özləri yox,
sözləri səslənib. Mirzə Səməd ağstafalı yox, Qazağın Daşsalahlı
kəndindən olub, söz qoşub, dastan yaradıb. Ümumilikdə, Canallı
Məmməd, Aşıq Avdı Qaymaqlıdan başqa adları çəkilən sənətkarların
heç birinin Borçalı aşıq məclislərinin aparılmasında rolları olmayıb.
Qazax mahalında, deyilənə görə, adı çəkilən Məhəmmədəli,
Daşsalahlı Tapdıq adlı sənətkar olmayıb. Aşıqlardan aldığımız
bilgiyə görə, ustad Aşıq Canallı Məmməd, Dərya Məhəmməd, Aşıq
Avdı, Aşıq Bəhram, Aşıq Cəlal Qəhrəmanov, Kərəm Nəsibov çağdaş
dövrün ustadı Aşıq Ədalət Nəsibov, şagirdlərindən Məhəmmədəli
Məşədiyev Borçalı mahalında ağır məclislər keçiriblər.
Bunlarla yanaşı, demək lazımdır ki, Aşıq Sadıq Sultanov,
Hüseyn Saraclı, Xındı Məmməd, Əmrah Gülməmmədov, Kamandar
Əfəndiyev, Məhəmməd Sadaxlı kimi Borçalının ustad aşıqları da
daim Qazax mahalında ağır məclislər aparıblar.
Dissertasiyanın ikinci fəsli
“Qazax aşıq və el şairlərinin
yaradıcılığında klassik sənət ənənələri" adlanır. Bu fəsil dörd
yarımfəsildən ibarətdir. Tədqiqatın bu fəslində Qazax aşıq və el
4
Məmmədli Ş. Azərbaycan ədəbiyyatının Borçalı qolu (1920-ci ilə qədər). Tbilisi:
Kolori, 2003, s.134
12
şairlərinin yaradıcılıqlarında klassik poetik ənənələr araşdırılmış,
klassik aşıq şeirinin yaşamasında, yeni nəsillərə ötürülməsində Qazax
aşıqlarının da əvəzedilməz rolu olduğu xüsusi vurğulanmışdır. Qazax
aşıq mühiti klassik ənənələrə söykənərək spesifik yaradıcılıq və
ifaçılıq yolu ilə fərqlənən aşıqlar yetişdirmişdir ki, bunların
yaradıcılığında təkcə Qazax aşıqlarının deyil, Göyçə, Borçalı,
Gədəbəy-Şəmkir aşıqlarının klassik ənənələrə sadiqliyi ilə yanaşı,
yeni çalarlarda da özünü qorumuşdur. Bu fəsildə Qazax mahalı
coğrafi baxımdan Göyçə, Borçalı, Gədəbəyə yaxın yerləşdiyindən
aşıq sənəti də bu üç bölgənin spesifik xüsusiyyətlərini özündə
daşıdığı ortaya çıxmışdır.
Bu fəslin “XX əsr Qazax aşıq yaradıcılığında klassik poetik
ənənə” adlanan birinci yarımfəslində göstərilir ki, mövzu baxımından
rəngarəng olan Qazax aşıqlarının yaradıcılığında şeirlər demək olar
ki, klassik ənənəyə daxil olan bütün mövzuları, şeir şəkillərini,
deyimləri qoruyub saxlamışdır. Klassik aşıq mövzularının işlənmə
dərəcəsini və ənənəsinin Qazax aşıq mühitində yaşadılmasını araşdır-
madan öncə aşıq sənətinin XX əsrdə, xüsusən də sovetləşmədən son-
ra əsaslı dəyişikliyə uğradığını, klassik ənənəni “qoruya bilmədiyi”
vurğulanmışdır. Bu yarımfəsildə əsas məqsəd Qazax aşıq mühitinin
milli folklor mədəniyyətində yerinin müəyyənləşdirilməsindən, onun
müasir nümayəndələrinin yaradıcılığının müqayisə və paralellər əsa-
sında filoloji yöndən araşdırılmasından, sənətkarlıq və ifaçılıq mə-
sələlərinin
öyrənilməsindən,
klassik
ənənənin
bu
mühitin
sənətkarlarının yaradıcılığında tutduğu yeri, mühitin özünəməxsus
sənətkarlıq xüsusiyyətlərini araşdırmaqdan ibarət olmuşdur. Çünki bu
aşıq mühitinin nümayəndələri yaradıcılıqlarında klassik ənənəni
qorumaqla yanaşı, spesifik yaradıcılıqla aşıq sənətinin müxtəlif janr
və şəkillərində yaradıb yaşatmışlar. Qazax aşıqları zincirləmə,
dodaqdəyməz, qıfılbənd, cığalı təcnis, gedər gəlməz təcnis, güllü
qafiyə, qoşma, gəraylı, divani, müxəmməs, cığalı müxəmməs ilə
yanaşı eyni hərf üzərində qurulmuş şeir və ümumiyyətlə, aşıq
sənətinin bütün növlərində şeirlər yazmışlar.
El sənətkarlarının zorla klassik sənətin məcrasından çıxmağa
vadar edildiyi bir vaxtda klassik aşıq mövzularının yaşadılması,
inkişaf etdirilməsi təqdirəlayiq hadisə idi. M.Allahmanlının da dediyi
kimi, “aşıq bu dövrdə öz nəğməsini oxumalı olduğu halda,