13
başqasının, hətta tanımadığı bir kəsin mahnısını oxumağa məcbur
edilirdi”.
5
XX əsrin ortalarından başlayaraq Aşıq Avdı, Aşıq Məhəmməd,
Aşıq Temraz, Aşıq Bəhrəm, Aşıq Cəlal kimi aşıqlar zəngin ədəbi
irsləri və klassik ənənələrə sədaqətləri ilə Azərbaycan aşıq sənətinin
çağdaş nümayəndələrinə örnək olurlar. Ə.Eldarovanın qeyd etdiyi
kimi, “aşıqlar tarixin ən ağır keşməkeşli dövrlərində belə özlərinin
zəngin ədəbi musiqi irsinin qorunması, daha geniş yayılması,
nəsildən-nəslə keçməsi, ən yaxşı ənənələr əsasında inkişaf etdirilməsi
qayğısına qalmışlar.”
6
Dissertasiyanın ikinci fəslinin ikinci yarımfəsli “Qazax aşıq və
el şairlərinin yaradıcılığında dini motivli şeirlər” adlanır. Bu yarım-
fəsildə XX əsr Qazax aşıqlarının yaradıcılığında dini dünyagörüşün
mövcudluğu o dövrün sosialist, kommunist ictimai quruluşu ilə
qətiyyən uyğun gəlmədiyi göstərilir. Və nəticə etibarilə dinlə bağlı
şeirlərin çox az yer tutduğunun səbəbi aydınlaşdırılır. Konkret
nümunələr əsasında bu tendensiyanın səbəbinin aşıqların dini dünya-
görüşü ilə sovetləşən və ateistləşən sosial-siyasi mühit arasındakı
ziddiyyətlər olduğu aşkar olmuşdur. Digər tərəfdən, çox tez də sovet
rejiminə uyğunlaşmağa çalışan Borçalı, Göyçə, Gəncəbasar və Şirvan
aşıqları repressiyaya qurban getməmək üçün dini mövzulara müraciət
etməməyə başladılar. Buna paralel olaraq yeni quruluşla bağlı yeni
mövzular ortaya çıxdı.
Dini mövzuların, terminlərin, ideyaların, simvolların XX əsr
Qazax aşıq ədəbiyyatında az-çox qorunması yenə də Aşıq Ələsgər,
Növrəs İman və başqa aşıqların şeirlərinin təsiri ilə olmuşdur. Dini
təhsil almış bəzi Qazax aşıqlarının rəsmi ideologiyanın aşıqları
sovetləşdirməyə məcbur etdiyi bir dövrdə bu ideyaların tənəzzülə
uğramasının qarşısının alınmasında xüsusi xidmətləri olduğunu da
qeyd etmək lazımdır. Bunlardan Aşıq Məhəmməd, Aşıq Avdı, Şair
Temraz, Aşıq Bəhrəm və başqalarını göstərmək olar. Lakin Qazax
aşıqlarının demək olar ki, hamısı bu və ya digər dərəcədə dini termin
və rəmzlərdən istifadə etmişlər. Bunu aşıqların və el şairlərinin
yaradıcılığının təhlili bir daha əyani şəkildə təsdiq edir.
Aşıq ədəbiyyatında son dövrlərdə geniş araşdırılmağa çalışılan
sufi rəmzləri, təsəvvüf mövzuları aşıq sənətinin yeni mərhələyə
5
Allahmanlı M. Ozan, aşıq və aşiq. Bakı: Ağrıdağ, 1997, s.119
6
Eldarova Ə. Azərbaycan aşıq sənəti. Bakı: Elm, 1996, s.33
14
qədəm qoyduğu ilə deyil, aşıq ədəbiyyatının öyrənilməsinin yeni
mərhələyə keçməsi ilə əlaqədardır. Ancaq bir çox tədqiqatçılar
faktlardan deyil, görmək istədiklərindən yazırlar. Burada aşıq-aşiq,
təriqət-şəriət, hal elmi və s. haqqında yazmaqla aşıqları təriqət şairi
kimi araşdırırlar. Aşiq-aşıq, dərviş-aşıq münasibətini prof. F.Bayat
bir qədər fərqli şəkildə izah etmiş və aşıqların təsəvvüf əhli
olmadığını isbatlamışdır: “Təbii ki, bаşlаnğıcdа аşığа çеvrilən аşiqlər
təriqət əhli idilər və sоnrаdаn müstəqil bir təşkilаt kimi fоrmаlаşаn
аşıqlаr təхəllüs оlаrаq “Qul”, “Miskin”, “Аbdаl”, “Хəstə”, “Şаh”,
“Sultаn” və s. kimi tеrminləri qəbul еtməklə özlərinin təsəvvüfü
аxınа bаğlılıqlаrını qoruyub saxlamışlar. Аşıqlıq bir sənət növünə
çеvrildikcə təхəllüslər də аrха plаnа kеçməyə, dаhа çох “aşıq”
təyinеdici аdı ilə işlənməyə bаşlаdı. Sufizmin еşq аnlаyışı, vəhdəti-
vücudun оntоlоji və epistemoloji köklərini аçıqlаyаn şеirlər bu
ədəbiyyаtdа sеyrəlməyə bаşlаdı. Аşıq ədəbiyyаtının yaranmasından
dövrümüzə qədər dəyişməz qаlаn əsas ünsürü ilhаmın vеrgi ilə
verildiyinə, aşıqlığın ilаhi mənşəli оlduğunа inаm, bir də sufi
rəmzləri оldu. O halda aşıq hər nə qədər mənşəi baxımından təsəvvüf
ideologiyası ilə əlaqəli olsa da həm divan, həm də təkkə şairindən
fərqlənir, çünki XVII yüzildən müstəqil bir təbəqə kimi formalaşan
aşıqların şeirlərində daha çox bəşəri mövzular, bəşəri eşq, təbiət
gözəllikləri, gözəlləmələr, daha sonra ictimai mövzular əsas yer
tutmağa başladı”.
7
Burada təbii ki, M.F.Köprülünün və Ə.Cəfəroğlu-
nun
Anadolu və Azərbaycan aşıq sənəti ilə bağlı araşdırmalarında
aşıq sənətinin təşəkkül və təkamül dinamikası ilə bağlı düşüncələrini
də xatırlamaq lazımdır. Bu alimlərə görə, aşıqlar əski türk dini-mifik
görüşləri ilə orta əsrlərin dini-təsəvvüfi görüşləri qovşağında ortaya
çıxmış, aşıqlıq bu aspektdən öyrənilmişdir.
8
El arasında Şair Temraz adı ilə tanınan və qoşmalarını,
gəraylılarını, divanilərini daha çox Novruzlu tapşırması ilə yazan aşıq
pirinin Hz. Əli olduğunu, onun əlindən badə alıb içdiyini bildirməklə
7
Bayat F. Türk təkkə (təsəvvüf) ədəbiyyatı. Bakı: Elm və təhsil, 2011, s.341-342
8
Köprülü M.F. Türk edebiyatında aşık tarzının menşe ve tekamülü // Milli
tetebbular mecmuası, İstanbul, h. (1331), No. 1; Köprülü M.F. Azeri aşıklarından
Tufarkanlı Abbas // Türk Amacı dergisi, İstanbul, yıl 1, s.1, Temmuz, 1942;
Köprülü M.F. Türk saz şairleri. Ankara: 1992; Caferoğlu A. XVI asır azeri
sazşairlerinden Tufarganlı Abbas // Azerbaycan yurt bilgisi dergisi, Mart, 1932,
sayı 3; Caferoğlu A. Terekeme ağzile hudut boyu saz şairlerinden Kurbani ve
şiirleri // TDED, III, İstanbul, 1948, No.112