15
dinlə əlaqəsinin olduğunu göstərmişdir. Azərbaycanda geniş yayılan
əhli-haqlar kimi Novruzlu da Allaha aid edilən min bir adı Hz. Əliyə
şamil edir. Dini məzmunu o qədər də dərin olmayan bu şeirdə fəlsəfi-
poetik dərinlik, hiss və duyğuların axıcılığı diqqət çəkir. Şeirin ruhu,
canı pоеtik-fəlsəfi intonasiyası fərqli anlam qazanır. Aşıqlarda pirin,
vergi verənin, ustadın Hz. Əli olması bir ənənədir. Qazax aşıqları da
yeri gəldikcə ustadlarının Hz. Əli olduğunu söyləyirlər. Aşıqların Hz.
Əlidən badə aldığı, aşıqlıq sirrini ondan öyrəndiyi məlumdur. Aşıq
Məhəmmədin “Əlidi, Əli” adlı qoşması bu cəhətdən daha maraqlıdır.
Bu qoşmada dini-irfani rəmzlər bir-bir sadalanır, irfani dəyərlər
təqdim edilir. Aşıq Məhəmməd (Dərya Məhəmməd) burada Allahla,
peyğəmbərlə bərabər Hz. Əlini tərifləyir, onun şəhərlər fəth etdiyin-
dən, tilsim qırdığından, vəliyullah olduğundan bəhs edir:
Yetmiş iki dildə dörd kitab əhli,
Dinlərin sərdarı Əlidir, Əli.
Dünya qərar tutub beş adın üstə
Göylərin ləngəri Əlidir, Əli.
Göründüyü kimi, haqq aşıqlığı aşıq sənətinin inkişafında
xüsusi bir mərhələ təşkil etməklə, bu sənətin əsas məzmununu
özündə əks etdirir. Şeirlərində təsvvüfi istilahları, qavramları özündə
əks etdirən Dirili Qurbani, Xəstə Qasım, Aşıq Ələsgər, Molla Cüma,
Növrəs İman, Aşıq Hüseyn Bozalqanlı və b. Azərbaycan aşıq
ədəbiyyatının başlanğıcdan sufi yönlü olduğunu təsdiq edir. Bəşəri
еşqdən ilаhi еşqə qədər yüksələn аşıqlаrdа sаz çаlıb, söz qоşmаğı
оnlаrа ərşi-kürsü yаrаdаn Ucа Аllаh vеrmişdir. Vеrgini оnlаrа
verənin Hz. Əli, qırхlаr, Хızır, nurаni qоcа оlmаsı dа bu ilhаmın sufi
mənşəli оlduğunu göstərir. Hаqq аşığının sadə şаirdən üstünlüyü də
оnun Hаqqın dili ilə söyləməsi, bədаhətən şеirlər qоşmаsı, qıfılbənd
kimi sоruşulаn təsəvvüfi sirləri ilаhi bir qüdrətlə аçmаsındаdır.
Аşıqlаr аşiqlikdən аşıqlığа gеdən yоl, ilаhi vеrgi, dərvişlik, ərənlik
məqаmlаrı hаqqındа qоşduqlаrı еşq dаstаnlаrındа uzun-uzаdı
məlumаt vеrirlər. Qazax aşıqlarından bəziləri butadan, vergidən,
pirdən də danışmaqla dinə yad olmadıqlarını göstərmişlər. Bu aşıqlar
dünyaya aldanmamağı, zərə, qiymətli daş-qaşa məhəl qoymamağı
tövsiyə
edirlər, nəfsə
qalib gəlməyi bu şəkildə–nəsihətlə
dinləyicilərinə çatdırırlar. Aşıq Bəhrəmin şeirlərində buna daha çox
rast gəlmək mümkündür:
Qəm yemə divana könlüm
Bir gün olar sizə yaz gələr-gələr.
16
Yaxşı otur, yaxşı dolan, yaxşı dur
Bu fani dünyadı söz gələr-gələr.
9
Haqq aşıqlığının yuxuda verilməsi, yuxunun sufizmdə önəmli
yer tutması da diqqətdən kənarda qalmamalıdır. Haqq aşıqlığının
yuxuda verilməsi C.Bəydilinin araşdırmasında daha fərqli və
dəqiqliyi ilə izah olunmuşdur.
10
Dissertasiyanın ikinci fəslinin üçüncü yarımfəsli “
Qazax aşıq
və el şairlərinin yaradıcılığının mövzu dairəsi” adlanır. Qazax aşıq
və el şairlərinin əsərlərinin mövzu dairəsi olduqca zəngindir. XX əsr
Qazax aşıqlarının yaradıcılığının kamilləşdiyi bir dövrdür. Əsrlər
boyu Qazax bölgəsi sazın-sözün, şeiriyyətin sənətkarlıq qüdrətini
özündə qoruyub saxlaya bilmişdir. Vaqifdən, Vidadidən sonra Səməd
Vurğun poeziyasının təsiri ilə aşıq və el şairlərinin yaradıcılığında
sənətkarlıq cəhətləri inkişaf etmişdir. Birinci onu qeyd etmək
vacibdir ki, bu mahalın qələm sahibləri ustadnamələrə daha çox
üstünlük verib, çünki öyüd-nəsihət, ibrətamiz fikirlər mənəvi
dəyərləri səciyyələndirən amil kimi məclislərdə ilkin olaraq
səslənirdi. Ustadnamələr Yunis Əmrə, Aşıq Veysəl, Aşıq Alı, Abbas
Tufarqanlı, Aşıq Ələsgər yaradıcılığında daha aktualdır. Mirzə
Səmədin, Aşıq Məmmədyarın, Canallı Məmmədin, Şair Hacı Qaraca-
yevin, Qocayev Məhəmmədin, Aşıq Avdının, Şair Temrazın, Şair
Qulunun, Aşıq Cəlal Qəhrəmanovun, Aşıq Kərəm Nəsibovun, Aşıq
Şəmistan Dərgahquliyevin, Aşıq Zəkəriyyə Mehmanın, Aşıq Ədalət
Nəsibovun və s. yaradıcılığında ustadnamələrə xüsusi yer ayrılıb.
El şairi Çoban Qulu belə deyir:
Qədəm qoyub bir məclisə varanda
Əyləş öz yerində dur deməsinlər.
Dindirsələr kəlmə-kəlmə cavab ver,
Yağ olan sözünə şor deməsinlər
11
.
Şair Qulunun ustadnaməsi Ululu Kərimin ustadnaməsi ilə
mahiyyət etibarilə eynidir:
Salam verib bir məclisə varanda
Yaxşı əyləş, yaxşı otur, yaxşı dur
9
XX əsr Qazax aşıqları və el şairləri / toplayanı və tərtib edəni Qəsəbova İ. Bakı:
Nurlan, 2009, s.357
10
Bəydili C. Türk mifoloji sözlüyü. Bakı: Elm, 2003, s.142
11
Məşədiyev Q. Karvanlar qocalır, yollar qocalmır. Bakı: Nurlan, 2007, s.46
17
Dindirəndə kəlmə-kəlmə cavab ver,
Görən desin: bərəkallah yaxşıdır
12
.
Hər iki müəllifin şeirində məclis əhlinə, eləcə də cəmiyyətdəki
insanlara bir ustad nəsihəti verilir. Qazax aşıqlarının nəsihətamiz,
hikmətli şeirlərinin sevilib məclislərdə yayılmasının başlıca səbəblə-
rindən biri də, bu bölgədə el şairlərinin və aşıqların el ağsaqqalı,
müdrik insan kimi dəyərləndirilməsi, onların məsləhətlərinə əməl
edilməsi olmuşdur. Qazax mahalında elçi gedəndə, iki gəncin və ya
ailənin arasına nifaq düşüb küsüşəndə aşıq və ya el şairlərini apa-
rarmışlar ki, işlər düzəlsin. Çünki, onlar o qədər nüfuza malik idilər
ki, xalq onların sözündən çıxmazdı.
Qocayev Məhəmmədin yaradıcılığında Allaha inam, hər şeyin
yaradana məxsusluğu, “bu dünyadan neçə-neçə canların gəlib
keçdiyini” xatırladan, insanlığın daim qalar olduğunu ifadə edən
misralar səciyyəvidir.
Yerin alar qisas qiyama qalmaz,
Bir gün cana bir nişanə düşəcək.
Yaman günü hər kim kimə göstərib,
Həmən gündən bir gün danə düşəcək
13
.
Qazax şairlərinin məhəbbəti tərənnüm edən şeirləri də özəlliklə
seçilir. Qazax aşıqlarının tərənnüm etdikləri gözəllər asta yerişli,
kəklik gülüşlü, ceyran baxışlı, gül camallı, şirin dilli, ismətli, həyalı
Azərbaycan qızlarıdır. Onların ifadələrində əsl sevgi, ismətli gözəllə-
rin vəsfinə həsr edilmiş şeirlərdə isə səmimilik duyulur. Aşıq Sadıq
Avdıoğlunun yaradıcılığında sevgi şeirləri daha qabarıqdır. Onun
sevgilisinə həsr etdiyi şeir bütövlükdə sevgi yolunda nələr baş verə
bilərsə o hisslər istisna deyildir. Şeirlərinin birində Aşıq deyir:
Sevirəm yaz başı güllər içində,
Bir lalə-nərgizi, bir bənövşəni.
Oxuyar aşıqlar bir qızılgülü,
Bir lalə-nərgizi, bir bənövşəni
14
.
Qazaxda ana vətən, torpaq, ata yurdu müqəddəs tutulur. Bu qa-
zaxlıların yurd qeyrəti hisslərinin daim olması ilə bağlı psixoloji
keyfiyyətdən irəli gəlir. Aşıqların eləcə də el şairlərinin aparıcı
12
Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Maarif, 1992, s.182
13
XX əsr Qazax aşıqları və el şairləri / toplayanı və tərtib edəni Qəsəbova İ Bakı:
Nurlan, 2009, s.132
14
Yenə orada, s.581
18
mövzularından ən başlıcası vətən, yurd sevgisidir. Ş.Məmmədli
Borçalı aşıqlarının vətən mövzusunu iki yöndə büruzə verdiyini
yazır:
1)ümumiyyətlə, vətən mövzusu
2) bilavasitə Borçalı mövzusu
Ümumiyyətlə, vətən mövzusu və bilavasitə yaşadığı bölgəyə
olan sevgi təkcə Borçalıda deyil, Göyçədə, Gədəbəydə, Şirvanda və
eləcə də digər bölgələrdə geniş şəkildə əhatə olunmuşdur. Qazax
aşıqlarının yaradıcılığında geniş yayılmış mövzularından biri də
təbiət gözəli “ceyran”dır. Ceyrana bir çox şairlər söz qoşub tərif
yazmışlar. Qazax bölgəsində Vurğunun ölümündən sonra Vurğun
əmanəti kimi baxılan ceyran məclislərdə tez-tez söylənilirdi.
Aşıq Ayaz Zülfüqarov ceyrana Vurğun əmanəti olaraq belə
deyir:
Ovçusan gəzirsən dağlar başında,
Amandır endirmə düzə ceyranı.
Vurğunun izi var torpaq daşında,
O, tapşırıb getdi bizə ceyranı.
15
Aşıq Cəlal Qəhrəmanov ceyranın gözəlliyinin qarşısında
bəxtinin qara olmasını bu cür dəyərləndirir:
Deyirlər “Ahutək”, düzdür bu misal,
Ondadır gözəllik, ondadır camal.
Hayıf ki, yaradan ay Aşıq Cəlal,
Yaradıbdır baxtı qara ceyranı.
16
Qazax aşıqlarının ən çox müraciət etdikləri mövzulardan biri
də sazla bağlı şeirlərdır. O baxımdan hər hansı bir aşığın
yaradıcılığına baxılırsa baxılsın, onun yaradıcılığında saza həsr
olunmuş şeirə rast gəlməmək mümkün deyil. İslam dininin
qəbulundan əvvəl türklərin qopuza müqəddəslik vermələri, orta
əsrlərdə sazın üzərinə keçirildi. Ona görə də Azərbaycanın bütün
bölgələrində aşıqlar sazı müqəddəsləşdirmişlər. Qazax bölgəsinin
aşıqları saza daha həssas yanaşırlar. Onlar sazla danışır, dərdləşir,
nakam sevgilərini, sirlərini paylaşırlar. Necə ki, Aşıq Avdı deyir:
Sən ki, eşqin yoldaşısan,
Gümüş telli, sədəfli saz.
15
XX əsr Qazax aşıqları və el şairləri / toplayanı və tərtib edəni Qəsəbova İ. Bakı:
Nurlan, 2009, s.510
16
Aşıq Cəlal Q. Sədəfli saz məni dindir. Bakı: Sabah, 1992, s.32