Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə49/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
1   ...   45   46   47   48   49   50   51   52   53

 
552
Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin vəfatının 400 illiyinə 
 
Afəti cansan mənə 
 
 
 
Ağabacı Rzayevanın mahnılarının məzmunu, quruluşu və 
forması olduqca müxtəlifdir. Biz, bu əsərlərin arasında qəhrəman 
neftçilərə, kolxozçulara həsr olunmuş, gənclik, sülh, xalqlar dost-
luğu haqqında mahnılara rast gəlirik. Müasirlik Ağabacı Rzayeva 
yaradıcılığının əsas mövzusu idi.  


 
553 
Ağabacı Rzayeva 10 mart 1964-cü il “Sovet kəndi” qəzetində 
özünün “Böyük qayğı” məqaləsində yazırdı: “Daha çox kənd təsər-
rüfatı məhsulları əldə etmək naminə tarlalarda, fermalarda, ayrı-ayrı 
təsərrüfat sahələrində yeni müvəffəqiyyətlər qazanan kənd zəhmət-
keşləri irəliyə doğru iri addımlar atır. Biz bəstəkarlar da bu cür irəli-
ləyişə laqeyd baxa bilmərik. Kənd adamlarını, əmək qəhrəmanlarını 
öz mahnılarımızda, ayrı-ayrı mahnılarımızda əks etdirməliyik”. 
Bəstəkarın dediklərinin təsdiqini “Tarla dilbəri”, “Qızıl ul-
duzlu oğlan”, “Abşeron”, “Muğan qızı” və s. mahnılarında gö-
rürük. Yenə həmin məqalədə Ağabacı Rzayeva yazırdı: “Mən bu 
mahnıları yazmazdan əvvəl ayrı-ayrı kəndlərə gedir, kolxozçula-
rın həyatı ilə yaxından tanış oluram, əlbəttə bu da əsərlərimə öz 
müsbət təsirini göstərir. Pambıqçı qızlarla görüşüm uzun zaman 
yadımda qalır. Mahnı bəstələnən zaman bu görüş elə bil ürəyim-
də şən melodiyalara çevrilir.” “Pambıqçı mahnısı”, “Pambıq yı-
ğan qızlar” sözsüz ki, bu yazılanların təsdiqidir.  
Daha sonra bəstəkar yazır: “Yaxşı yadımdadır, Kürdəmir ra-
yonunun qoyunçuluq fermalarında çobanlarla görüşüb, qoyun-
quzuların içində gəzib təmiz dağ havasını udandan sonra yazdı-
ğım “Çoban Qara” mahnısı daha real, daha təsirli çıxdı”. 
 
 


 
554
 
 


 
555 
Mahnının sadə sözləri Xalq şairi Mirvarid Dilbaziyə aiddir. 
Mahnının musiqisi də sadə, axıcı melodiyaya malikdir. Çoban 
bayatısı üzərində yazılan mahnıda təsviri elementlər vardır. Elə 
mahnının girişində musiqi, çobanın tütək səsini imitasiya edən 
müşayiətlə başlayir. Mahnını dinlədikcə Azərbaycanın ucsuz-
bucaqsız çöllərinin mənzərəsi göz önunə gəlir. Bu kiçik bir əsər-
də söz və musiqi vəhdəti öz əksini tapmışdır. 
O, qəhrəman neftçilərimizi də unutmayıbdır. Bəstəkarın 50-ci 
illər yaradıcılığına nəzər salanda görürsən ki, müəllif, neftçilərə 
həsr olunmuş bir sıra silsilə mahnılar yazmışdır. Bunların arasında 
“Neftçilər”, “Məzəli neftçi”, “Bizim Fərman” və nəhayət, neftçilər 
haqqında ən məşhur mahnısı şair Hüseyn Abbaszadənin sözlərinə 
bəstələdiyi “Neftçi Qurban” mahnılarını göstərmək olar.  
“Neftçi Qurban” minor tonallığında yazılmış,  şən  əhval-ru-
hiyyəli bir mahnıdır.  
 
Neftçi qurban 
 
 
 


 
556
 
 
 
 
Şair Hüseyn Abbaszadənin sözlərinə yazılmış bu mahnı, üçhis-
səli formada bəstələnmişdir. Mahnının oynaq melodiyası, rəvan rit-
mi qurub yaradan əmək adamlarını tərənnüm edir. Belə mahnılar-
dan biri də “Muğan qızı” (söz. Zeynal Xəlilindir) mahnısıdır. Baya-
tı-şiraz məqamı üstündə bəstələnən “Muğan qızı” mahnısının me-
lodiyası variantlıq prinsipinə  əsaslanır. Bu mahnı musiqi təhlili 
ücün ən parlaq, sözün əsl mənasında klassik nümunədir. 
 


 
557 
 
 
 
Mahnı üçhissəli sadə formada yazılıb.  Əsərin orta hissəsi 
kulminasiya bölməsini təşkil edir. Zirvədə  səslənən orta hissə 
yeni musiqi materialı üzərində qurulubdur. Poetik mətn – 11 he-
calıdır. Mahnının mətninə nəzər saldıqda görürük ki, burada he-
ca bölgüsü 6+5 prinsipinə  əsaslanır. Mahnıda kupletin ikinci 
cumləsi aparıcı, dramaturji rol oynayır. Həmin musiqi materialı 
interlyudiyada yəni nəqarətin əvvəlində səslənir. Nəqarətin həc-


 
558
mi digər mahnılarla müqayisədə böyükdür. O sanki əsərin orta 
hissəsini təşkil edir. Beləliklə, “Muğan qızı” mahnısında qeyri-
adi musiqi forması diqqəti cəlb edir. 
Ağabacı Rzayeva nədən yazırsa, yazsın ürəklə, ilhamla yara-
dırdı. Xalq yaradıcılığını, el musiqi folklorunu mükəmməl bilən 
bəstəkar həyatın mənalı günlərini, daha parlaq sabahını görür, 
bunlara nəğmələr mənbəyi kimi baxırdı. Onun “Telli sazım” 
(sözləri  İsgəndər Coşqunun), “Kəklik” (sözləri Məmməd Ara-
zın), “Evimizə gəlin gəlir” (sözləri Mirvarid Dilbazinin), “Lən-
kəran bağlarında” (sözləri Fikrət Qocanın) və s. mahnıları buna 
misaldır. 
“Evimizə  gəlin gəlir” mahnısının müvəffəqiyyətindən sonra 
bir sıra bu mövzuda mahnılar bəstələyir. “Toy mahnısı”, “Qız 
gəlin köçür”, “Barmağıma üzük tax”, “Nişan üzüyü” bu qəbil-
dən olan mahnılardır.  
Ağabacı Rzayeva, mahnılarının sözlərinə də böyük əhəmiy-
yət verirdi. O, mahnı yazarkən şairlərlə birlikdə işləməyi xoşla-
yırdı.  Əgər onun mahnılarına diqqət yetirsək söz və musiqinin 
vəhdətinin  şahidi oluruq. Çünki, Ağabacı Rzayeva söz sərrafı 
idi. Heç də təsadüfi deyildir ki, bir çox mahnılarının sözləri bəs-
təkarın özünə məxsusdur. Məsələn, “Durna qatarlı qızlar”, “Bi-
zim sahə milisi”. 
Bütün yaradıcılığı boyu mahnı-romans janrının təmizliyini, 
saflığını qoruyan bəstəkar 1971-ci ildə “Ədəbiyyat və incəsənət” 
qəzetində “Janrın tələblərini unutmaq olmaz” böyük bir pro-
blem, məqalə ilə çıxış etmişdi. Məqaləsində bir sıra təkliflər irəli 
sürmüşdü. Bu təkliflərdən biri də mütəmadi olaraq “Romans 
gecələri” konsertlərinin keçirilməsi idi. Məqalədə olan irad-
lardan irəli gələrək, “Ədəbiyyat və incəsənət” qəzeti öz səhifə-
lərində müzakirə açmışdı. Ağabacı Rzayevanın məqaləsinin da-
vamı kimi görkəmli müğənnilərimiz  Şövkət  Ələkbərova, Lütfi-
yar  İmanov öz fikirlərini yazmışdılar. Bəstəkar Tofiq Quliyev, 
musiqişünas Ramiz Zöhrabov məqalələrində Azərbaycan musi-
qisində mahnı və romansların nəaliyyət və problemləri ilə bağlı 
öz fikirlərini oxucularla bölüşmüşdülər.  
 


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə