Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə46/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

 
536
“Şur” və “Çahargah” fantaziyaları ilə yanaşı, geniş bir proqramla 
təmsil olunurdu. Orkestrin imkanları o qədər yüksək idi ki, Mosk-
vada Azərbaycan incəsənətinin ongünlüyündə Üzeyir Hacıbəy-
linin “Arşın mal alan” operettasının orkestr partiyasını xalq çalğı 
alətləri ifa etmişdir. Xalq çalğı alətləri orkestrinin iştirakçıları 
Azərbaycanın gənc musiqiçiləri idi. Onların arasında Ağabacı 
Rzayeva və onun bacısı Ruqiyyə xanım da var idi. Hər iki bacı ilk 
dəfə olaraq Moskvanın möhtəşəmliyi ilə üz-üzə gəlmişdilər.  Əl-
bəttə ki, oradan aldığı  təəssürat Ağabacıya təsir etmiş, təhsilini, 
yaradıcılığını davam etdirmək üçün qol-qanad vermişdi.  
Moskvadan qayıdandan sonra məhəllələrindən dərsə gedən 
Ağabacı artıq tarını sinəsinə basıb sıxıla-sıxıla keçmir, başını dik 
tutub, qürur hissi ilə yoluna davam edirdi. Çünki, əvvəllər ona 
rişğəndlə baxan qonşuları indi öz qızlarını Ağabacı kimi musiqi-
çi olmaq üçün atası İsmayıl kişinin yanına gətirirdilər. 
 
 
  
Mirzə Fərəc Rzayev 
 
Ağabacı Rzayevaya isə texnikumda, 1939-cu ildən başlaya-
raq dərs saatları verməyə başlayırlar. O, tələbələrə not ilə çalma-
ğı öyrədirdi. Həmin ildə onu ictimai işlərə də cəlb edirlər. Oxu-


 
537 
duğu məktəbdə  Ağabacının bacarığını, fəallığını görərək rayon 
Sovetinə deputatlığa təqdim edirlər. İlk ictimai işində dərin mə-
suliyyət hiss edən Ağabacı, tez-tez seçiciləri ilə görüşür, onların 
ərizə və şikayətləri ilə tanış olurdu. 
1940-cı ildə  Ağabacı Rzayeva Musiqi Texnikumunu bitirir 
və Konservatoriyanın hazırlıq kurslarına daxil olur. Eyni zaman-
da onu Musiqi Texnikumunda müəllim kimi notla tar dərsi de-
məyə saxlayırlar. 1940-1960-cı illərdə Ağabacı Rzayeva bu tex-
nikumun müəllimi kimi fəaliyyət göstərir. 
Bu illərdə qardaşı Nəsir Azərbaycan ordusunun əsgəri kimi Və-
tənə borcunu verirdi. Bir gün ondan gələn məktubun arasından Nə-
sirin yazdığı “Vətən” şeiri çıxır. Qardaş həsrəti, Vətən məhəbbəti 
Ağabacıda dərin hisslər oyadır. İlhama gələn gənc qız, bu sözlərə 
mahnı  bəstələyir. Artıq onun ilhamını susdurmaq olmaz idi. İlk 
əsərini xalq çalğı alətləri üçün “Gənc vətənpərvərlər marşı”nı yazır. 
Əsəri orkestrdəki yoldaşlarına göstərir. Onlar marşın musiqisini bə-
yənərək onu məşq etməyə başlayırlar. Amma bu əsəri Ağabacı, 
müəllimi Üzeyir bəyə göstərməyə cəsarət etmir. Tez bir zamanda 
Üzeyir bəy də “Gənc vətənpərvərlər marşı”nı eşidir, musiqinin mü-
əllifinin kim olduğunu öyrənir. Ağabacı Rzayevanın bacısı Ruqiy-
yə xanım xatirələrində yazırdı ki: “Üzeyir bəy tələbəsinin “Marş” 
əsərini dinləyəndən sonra onun musiqisini çox bəyənir, Ağabacını 
yanına çağırtdıraraq, “Sən sübut etdin ki, qadın da bəstəkar ola bi-
lərmiş” sözlərini deyir və ona Konservatoriyanın bəstəkarlıq şöbə-
sinə daxil olmağı məsləhət görür.” 
 
Vətənpərvərlər marşı 
 
 


 
538
 
 
Beləliklə, Ağabacı Rzayeva nəinki Azərbaycanda, eləcə  də 
bütün Şərqdə ilk professional qadın bəstəkar və Üzeyir bəyin ilk 
tələbələrindən biri olur. Ağabacı Rzayevadan sonra Hökumə Nə-
cəfova,  Ədilə Hüseynzadə,  Şəfiqə Axundova, Elmira Nəzirova 
Azərbaycan musiqisinin ilk qadın bəstəkarları kimi musiqi tari-
xinə düşürlər. Adlarını  çəkdiyimiz bu qadınlar Üzeyir bəydən 
dərs almış tələbələrdirlər.  
1941-ci ildə Ağabacı Rzayeva Azərbaycan Dövlət Konserva-
toriyasının bəstəkarlıq şöbəsinə daxil olur. Konservatoriyada da-
hi Üzeyir Hacıbəylinin dərsləri ona çox şey öyrətmişdi. Müəlli-
minin ona dərslərin birində dediyi: “Xalqını sev, musiqini onun 
başa düşəcəyi dildə yaz ki, qoy xalq da səni sevsin” sözləri Ağa-
bacı Rzayevanın yaradıcılıq kredosuna çevrilir.  
Ağabacı Rzayevaya Konservatoriyada musiqi tarixindən 
Azərbaycanın ilk musiqişünaslarından olan Xurşud xanım Ağa-
yeva dərs demiş, sonralar onun müəllimləri arasında Qara Qara-
yev, Cövdət Hacıyev, Əfrasiyab Bədəlbəyli kimi simalar olmuşdur.  
 
 


 
539 
 
 
II fəsil 
 
Mahnı, romans və digər janrlarda  
yazdığı əsərlər 
 
1942-ci ildə onu Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçirlər. 
Artıq Ağabacı daha məsuliyyətli, daha məhsuldar işləməyə başla-
yır. Bir-birinin ardınca mahnı-romanslar yazır. Böyük Vətən müha-
ribəsi zamanı  Ağabacı Rzayeva öz istedadını mahnılarda sınayır. 
Onun əsərlərinin ilk mövzusu Vətən, onun azadlığı oldu, elə “Gənc 
vətənpərvərlər marşı”, “Vətən” mahnısı buna bariz nümunədır. 40-
cı illərin mahnı-romansları arasında Mirvarid Dilbazinin sözlərinə 
“Partizan oğlu”, “Qəhrəman ananın qəhrəman oğlu” və başqalarını 
göstərmək olar. Həmin illərdə Azərbaycanın Himnini yazmaq üçün 
müsabiqə elan olunanda Üzeyir Hacıbəyli ilə birlikdə  Ağabacı 
Rzayeva da müsabiqəyə qoşulur və o vaxtlar onun yazdığı Himn 
də münsiflər tərəfindən bəyənilmişdir.  
1944-cü il Azərbaycanın musiqi tarixində əlamətdar hadisəli bir 
ildir. Həmin ildə Tbilisi şəhərində Zaqafqaziya Respublikalarının 
musiqi ongünlüyü keçirilirdi. Ongünlükdə üç respublikadan əlavə 
Sovet İttifaqının məşhur sənətkarları da iştirak edirdilər. Azərbay-
can həmin ongünlükdə böyük bir nümayəndə heyəti ilə təmsil olu-
nurdu və bir çox bəstəkarların əsərləri də ilk dəfə məhz həmin on-
günlükdə səslənmişdi. Gənc bəstəkarlar Qara Qarayev, Cövdət Ha-
cıyev və Soltan Hacıbəyovun birinci simfoniyaları, Fikrət Əmiro-
vun simfonik poeması, Niyazinin “Xatirə” və “Döyüşdə” simfonik 
lövhələri ilə birlikdə Ağabacı Rzayevanın da orkestr üçün yazdığı 
“Yallı” instrumental əsəri və görkəmli müğənni Bülbülün ifasında 
mahnı-romanslarından “Gözləyirəm sevgilim” (sözləri Cəfər Xən-
danın), “Gözlərin” (sözləri  İsmayıl Soltanın), “Dilbərim” (sözləri 
Zeynal Cabbarzadənin) səslənmişdi. Adlarını çəkdiyimiz bu əsərlər 
həmin ongünlükdə böyük müvəffəqiyyət qazanmışdı.  
1944-cü ildə Azərbaycan Kinostudiyasında ilk qadın bəstəkar 
Ağabacı Rzayeva haqqında film çəkilir. Filmdə Ağabacı Rzayevanın 


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə