Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə48/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
1   ...   45   46   47   48   49   50   51   52   53

 
547 
eləmə” musiqili komediyasını yazır. Əsər Şıxəli Qurbanov adına 
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında müvəffəqiy-
yətlə tamaşaya qoyulur. Üç pərdə, beş  şəkildən ibarət olan bu 
əsərin quruluşçu rejissoru Əliheydər  Ələkbərov, dirijoru Kamal 
Məmmədov, rəssamı Altay Seyidov idi. Əsərdə, teatrın aparıcı akt-
yorları  Əzizağa Qasımov, Hacıbaba Bağırov, Səyavuş Aslanov, 
Lütfəli Abdullayev, Məmmədsadıq Nuriyev, Nəcibə Behbudova, 
Şəfiqə Qasımova, Mobil Əhmədov və başqaları iştirak edirdilər.  
 
 


 
548
Əsərin məzmununda uşaq oyuncaqları fabrikində çalışan  əmək 
adamlarının fəaliyyəti, onların nəcib arzu və istəkləri, məhəbbəti 
və  cəmiyyətimizdə  hələ  də  təsadüf olunan yeniliyə, inkişafa 
mane olan bir qisim insanların obrazları əks olunmuşdu. Əsərin 
musiqisi hadisələrlə üzvi surətdə bağlı olub, ayrı-ayrı obrazların 
əhval-ruhiyyəsini düzgün əks etdirir. Bəstəkarlar, operetta jan-
rına xas olan ariya, duet, rəqs və reçitativlərdən çox bacarıqla 
istifadə edə bilmişdi. Bu istər lirik əhval-ruhiyyəli vokal 
nömrələrdə olsun, istərsə  də satirik obrazların musiqi xarakte-
rində öz əksini tapmışdır. 
1965-ci il “Bakı” qəzetinin 03 noyabr tarixli nömrəsində mu-
siqişünas Xanlar Məlikov musiqili komediyaya həsr olunmuş 
məqaləsində yazırdı: “Əsəri, komediyanın həyatsevər musiqisi 
olduqca zənginləşdirir. Azərbaycan xalq yaradıcılığına yaxın 
olan bu musiqi özünün sadəliyi ilə seçilir. Eyni zamanda melo-
diyaların plastikliyi, işıqlılığı və iti rəqs ritmləri əsərin musiqisi-
ni dinləyiciyə sevdirir. Təkcə solo nömrələr və duetlər deyil, 
həmçinin xor, rəqs musiqiləri də mahnı formasına yaxınlığı ilə 
geniş dinləyici təbəqəsinin qəlbinə yol tapır.  
Bütün musiqili komediya boyu Ağabacı Rzayevanın “Kukla” 
uşaq mahnısının melodiyası keçir. Bu melodiya əsərin uvertüra-
sında xor və rəqs nömrələrində səslənir.” 
“Kukla” uşaq mahnısının  əsərdə  səslənməsi heç də  təsadüfi 
deyildir. Çünki, komediyadakı hadisələr uşaq oyuncaqları fabri-
kində baş verir. Ümumiyyətlə, Ağabacı Rzayevanın “Kukla” 
uşaq mahnısının taleyi çox uğurlu olmuşdur. Bu mahnı yarandı-
ğı gündən başlayaraq populyar olmuş və bu günə qədər uşaqla-
rın sevimli mahnısı olaraq qalmışdır. 
Ağabacı Rzayevanın yaradıcılığında uşaq musiqisi əhəmiy-
yətli yerlərdən birini tutur. Bəstəkar gənc dostları olan məktəbli-
ləri, kiçik yaşlı  uşaqları unutmayaraq onlar üçün biri-birindən 
gözəl mahnılar yazmışdır. “Kukla”, “Qaranquş”, “Pioner qalstu-
ku”, “Bakı metrosu”, “Sabahın ustaları”, “Vətənimiz”, “Ağ gö-
yərçinim”, “Balaca kapitan”, “Qərənfiləm mən” və s. Bütün bu 
mahnılar bu günə  qədər də öz əhəmiyyətini itirməyib, məktəb 
proqramlarında öz yerini tutub və uşaqların sevimli mahnılarına 


 
549 
çevriliblər. Çünki bəstəkar Ağabacı Rzayeva bu mahnıları uşaq-
ların anladığı, yadda qalacağı dildə yazıb, melodiyalarının gözəlliyi 
ilə onları özünə  cəlb edib. O, şairə Mirvarid Dilbazi ilə birlikdə 
uşaqlar üçün “Günəş eşqi” adlı musiqili tamaşa da yazmışdır.  
 
Kukla 
 


 
550
 
 
 
Mahnı janrı musiqinin mürəkkəb formalarından biridir. Çün-
ki kiçik bir əsərdə böyük bir fikri ifadə etməyi hər bəstəkar ba-
carmır. Mahnı janrının öz formaları, öz üslubları var. Bəstəkar 
Ağabacı Rzayevanın yaradıcılığının əsas və ən böyük bir qolu-
nu, mahnı və romansları təşkil edir. Onun yazdığı hər bir mahnı-
sı, hər bir romansı ilk ifasından xalq tərəfindən sevilib dillər əz-
bəri olurdu. Müəllimi dahi Üzeyir bəyin ona tövsiyəsi olan: 
“Xalqın başa düşəcəyi dildə yaz, qoy xalq da səni sevsin” – söz-
ləri onun yaradıcılığı boyu müşayiət etmiş, o sözlərə sadiq qal-
mışdı. Ağabacı Rzayevanın hər bir mahnısının melodiyası, hər 
bir romansının akkordları çox sadə, eyni zamanda sadə olduğu 
qədər də dərin məzmunlu idi. 
Yaradıcılığının çiçəkləndiyi bir dövrdə onun ən gözəl vokal 
silsilələri bəstələnmişdi. Nizami Gəncəvi, Məhəmməd Füzuli, 
İmadəddin Nəsimi, Molla Pənah Vaqifin sözlərinə romanslar ya-
zır. Bundan əlavə rus klassiklərindən Aleksandr Puşkin, Mixail 


 
551 
Lermontov və Nikolay Nekrasovun sözlərinə (Xalq şairi Məm-
məd Rahimin tərcüməsində) romanslarda “Oxuma, gözəl”, “Qa-
ra gözlər”, “Yuxu”, “Şaxta” və digər əsərləri yazır. “Oxuma, gö-
zəl” romansının yazılmasının tarixçəsi vardır. Dahi rus şairi 
Aleksandr Sergeyeviç Puşkinin yubileyinə həsr olunmuş müsa-
biqə elan edilmişdi. Həmin müsabiqəyə bir çox Azərbaycan bəs-
təkarları əsər təqdim etmişdilər. Qalib əsərlər arasında Qara Qa-
rayevlə yanaşı Ağabacı Rzayevanın da Puşkinin sözlərinə yazıl-
mış “Oxuma, gözəl” romansı da var idi. 
Qeyd etmək lazımdır ki, Puşkinin “Oxuma, gözəl” şeirinə bir 
çox klassik rus bəstəkarları müraciət etmişdilər. Raxmaninovun, 
Balakirevin bu sözlərə yazılmış romansları çox məşhur idi. Bəl-
kə  də, hamını heyran edən Raxmaninovun romansı, Ağabacı 
Rzayevaya da təsir etmiş və o, Puşkin poeziyasına xas olan klas-
sik rus şerinin sözlərini Azərbaycan xalqının ruhunu oxşayan in-
cə melodiyaya çevirərək orijinal bir əsər yaratmışdı. Romansın 
ilk ifaçısı SSRİ Xalq artisti Firəngiz  Əhmədova olmuşdu. Səs-
ləndiyi gündən əsər, nəinki Azərbaycanda, eləcə də onun hüdud-
larından çox-çox uzaqlarda tanınmışdı, sevilmişdi və bu günə-
dək də vokalçıların repertuarında öz layiqli yerini almışdı.  
Klassik şairlərimizdən Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axun-
dov, Natəvan, Heyran xanım, Mirzə Ələkbər Sabir, Səməd Vur-
ğun, Mikayıl Müşfiq və başqalarının şeirlərinə yazılan romans-
lar arasında “Afəti cansan mənə”, “Zülfi pərişan olmasın”, “Əsi-
riyəm bir dilbərin”, “Yarə yetişsin”, “Qəzəl” və s. xalqın sevimli 
əsərlərinə çevriliblər. 
Görkəmli Azərbaycan  şairi Məhəmməd Füzulinin 400 illik 
yubileyinə Ağabacı Rzayevanın yazdığı “Afəti cansan mənə” ro-
mansına diqqət verək. 
Müəllif romansın son beytini müşayiətsiz, ifaçının solosunda 
verərək əsərin dramaturgiyasını daha da qabardır.  
 
 
 
 
 


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə