Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə47/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

 
540
Cəfər Cabbarlının sözlərinə yazdığı “Azərbaycan” romansı  səslən-
mişdir. Maraqlıdır ki, Üzeyir Hacıbəylinin sevimli tələbələrindən 
biri olan Ədilə Hüseynzadənin çox gözəl səsi var idi. Ədilə xanım 
eyni zamanda vokalnan da məşğul olurdu. “Azərbaycan” romansını 
həmin filmdə Ədilə Hüseynzadə ifa etmişdi. Onu royalda müşayiət 
edən isə gözəl pianoçumuz Asya xanım Zülfüqarova olmuşdu. 
1948-ci ildə Moskvada, incəsənətdə formalizm əleyhinə mü-
barizə başlamışdı. Bəstəkar Vano Muradelinin musiqidə forma-
lizm haqqında məşhur çıxışından sonra, Bakıda da bu çıxışı mü-
zakirə edib, bir əsəri tənqid etmək lazım idi. Bəstəkarların, yazı-
çıların və Mərkəzi Komitə üzvlərinin iştirak etdiyi iclasda Ağa-
bacı Rzayevanın Nizaminin sözlərinə yazılmış “Könlüm” ro-
mansını tənqid atəşinə tutaraq qərar cıxartdılar ki, romans reper-
tuardan götürülsün. Halbuki görkəmli müğənni Bülbülün ifasın-
da “Könlüm” romansı çox sevilmişdi və radio dalğalarında tez-
tez səslənən bir əsər idi. Bu haqsız tənqid Ağabacı xanıma əlbət-
tə ki, çox pis təsir etmişdi. Lakin bir neçə ildən sonra haqq yeri-
ni tapdı. “Kommunist” qəzetində Mədəniyyət Nazirliyinin qərarı 
çap olundu ki, bəstəkar Ağabacı Rzayevanın vaxtı ilə repertuar-
dan çıxarılmış “Könlüm” romansı haqsızlığa uğrayıb və  əsəri 
yenidən repertuara qaytarmaq lazımdır. Bu, Ağabacı Rzayevanın 
həyatında rast gəldiyi maneələrdən biri idi. Hələ Üzeyir bəyin 
sağlığında coxları onun yazdığı əsərlərinin, müəlliminin qələmi-
nə  mənsub olduğunu düşünürdülər.  Bu  da  Ağabacı Rzayevaya 
çox pis təsir edirdi. Bir tərəfdən də bu dedi-qodular onu daha da 
əzmləndirir, məhsuldar işləyərək biri-birinin ardınca gözəl əsər-
lərini yazırdı.  
Ümumiyyətlə, 1948-ci il Ağabacı Rzayeva üçün ağır illərdən 
biri idi. Ata kimi sevdiyi, daim qayğısını öz üzərində hiss etdiyi, 
sevimli müəllimi Üzeyir bəyin vəfatı hər kəsi sarsıtdığı kimi Ağa-
bacı xanıma da ağır təsir etmişdi. Sanki yer ayağının altından get-
mişdi. Bu yoxluğu notlara keçirmək, qəlbinin ağrılarını üzə  çı-
xartmaq lazım idi. Ağabacı Rzayeva Üzeyir Hacıbəylinin ölümü-
nün ildönümünə şair Hüseyn Abbaszadənin sözlərinə “Sənin xatı-
rən” qəzəl-romansını yazır. Bu romansla o, kiçicik də olsa müəlli-
minin ruhu qarşısında öz borcunu vermiş olur. 


 
541 
 
Hörmətli müəllimim Üzeyir Hacıbəyovun əziz xatirəsinə 
 
Sənin xatirən 
 
 
 
 
 
 


 
542
 
 
 
 
 
 
 


 
543 
 
 
 
 
 


 
544
 
 
 
 
 
Bu  əsər rekviyem kimi səslənir. Kiçik bir romansda dərin 
hüzn, kədər, itki, faciə vardır. Romans ardı-arası kəsilməyən in-
kişaf üzərində qurulmuşdur. Əsərin orta hissəsində Üzeyir Hacı-
bəyli harmoniyaları, intonasiyaları, onun “Sevgili canan” qəzəl-
romansının ruhu hiss olunur. Bəlkə də, bəstəkar bunu bilərəkdən 


 
545 
etmiş, sanki Üzeyir Hacıbəyli ruhunun onun əsərlərində yer al-
masını göstərmək istəmişdi. Romans kədərli muğamımız olan 
“Segah” məqamında yazılmışdır. 
Hələ Üzeyir Hacıbəyli sağlığında, Ağabacı Rzayevanın xalq 
çalğı alətləri üçün yazdığı əsərlərini dinləyəndən sonra, onun or-
kestr duyumunu çox bəyənmişdi. Buna görə də Üzeyir bəy özü-
nün “Sənsiz” və “Sevgili canan” musiqili qəzəllərini orkestr 
üçün işləməyi məhz Ağabacıya tapşırır. Ağabacı gənc olmasına 
baxmayaraq bu əsərləri böyük ustalıqla orkestrə uyğunlaşdırır. 
Partiturada musiqili qəzəllərin aparıcı melodiyasını isə  həzin 
tembrə malik olan klarnet alətinə həvalə edir. Bu, Üzeyir Hacı-
bəylinin xoşuna gəlir və o vaxtdan etibarən xalq çalğı alətləri or-
kestrinə klarnet aləti də daxil olur. Müəlliminin yoxluğundan 
sonra orkestrdə “Sənsiz”i dinləyən Ağabacının ürəyi ustadının 
“sənsiz”liyini ömrünün sonuna qədər hiss etmiş olur. 1975-ci il-
də Üzeyir Hacıbəylinin ev-muzeyinin açılması  qərarı alınanda 
Ağabacı Rzayeva müəlliminə aid olan materialların toplanılma-
sında muzey əməkdaşlarına yaxından köməklik göstərmişdi. 
Ozündə Üzeyir bəyin avtoqrafları ilə olan notları muzeyə hədiy-
yə etmişdi. 
50-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının xalq yaradı-
cılığı bölməsinin üzvləri tez-tez Azərbaycanın rayonlarına gedir, 
xalq arasında oxunan mahnıları lentə alır, xalq istedadlarını üzə 
çıxarırdılar. Ağabacı Rzayeva da bu bölmənin fəal üzvü kimi 
xalq yaradıcılığı üzvləri ilə sıx əlaqə saxlayırdı. 1950-ci ildə o, 
Siyəzən, Ağcabədi, Kürdəmir rayonlarına ezam olunur. Məqsəd, 
Bakıda keçirilən olimpiada üçün istedadlar seçmək idi. Eyni za-
manda xalq yaradıcılığına aid olan materiallar, aşıq musiqisi nü-
munələri toplamaq, aşıqlar arasında istedadlar axtarmaq lazım 
idi. Həmin il Gəncə şəhərində aşıqlarla görüş çox maraqlı keçir, 
oradan Ağabacı Rzayeva çoxlu materiallar gətirə  bilir.  Bu  eza-
miyyətlərdə Ağabacı Rzayeva bir çox istedadlara kömək əlini uzat-
mışdı. Onlara gələcək işlərində öz məsləhətləri ilə dəstək olmuşdu.  
Salyan şəhərinin Mədəniyyət evində, gənc bir oğlan, öz iste-
dadı ilə Ağabacı Rzayevanın diqqətini çəkir. Bu gənc aşıq, eyni 
zamanda yaxşı tar çalır, muğam-mahnı oxuyurdu. Ağabacı Rza-


 
546
yeva onu Bakıya dəvət edir, musuqi məktəbinə daxil olmağa kö-
mək edir və o, tezliklə xalqın sevimlisinə çevrilir. Həmin gənc, 
məlahətli səsə malik olan, unudulmaz sənətkar – Qulu Əsgərov 
idi. Qulu Əsgərov isə, onu professional səhnəyə gətirən Ağabacı 
Rzayevanı həmişə minnətdarlıq hissi ilə yad edirdi.  
50-ci illər bəstəkarın həyatında yaradıcılıqla yanaşı, ictimai 
işlərlə dolu illər idi. O, üç dəfə – 1950, 1953, 1955-ci illərdə Ba-
kı Sovetinə deputat seçilir. Sonralar, 1963-cü ildə isə onu Ali 
Sovetə deputat seçirlər. Arxiv materiallarından bəlli olur ki, 
Ağabacı Rzayeva bir deputat kimi çox fəal işlər görmüşdü. 
Azərbaycanın  Şamxor rayonundan deputat seçildiyinə görə bu 
rayonun problemlərini həll etməyə çalışırdı.  Şamxor musiqi 
məktəbinin binası yox idi. Bir deputat kimi o, binanın alınması 
üçün lazım olan yerlərə müraciətlər etmiş, məqsədinə nail ola 
bilmişdi.  Şamxorun Leninkənd Mədəniyyət evinin nəfəs alətlə-
rindən ibarət orkestrini bağlamaq istəyəndə  Ağabacı Rzayeva 
Şamxor rayonu İstehsal  İdarəsi rəisi Süleymanova və ideoloji 
şöbə müdirinə  məktubla müraciətində orkestrin bağlanmasının 
yolverilməzliyi barədə  əsaslı  dəlillər gətirmişdi. Bu orkestrin, 
kəndin mədəni həyatında və gənclərin tərbiyə işində böyük əhə-
miyyətinin olduğunu göstərmişdir. Azərbaycan hökumətinin 
ideoloji məsələlərə böyük əhəmiyyət verdiyini, Mərkəzi Komi-
tənin iyun Plenumunu əsas gətirib, onun qərarlarını  hər yerdə 
həyata keçirməyi tövsiyə etmişdi. Əlbəttə ki, deputatın bu müra-
ciətindən sonra Allahverdi Mehdiyevin (skripkaçı Bayandur 
Mehdiyevin atası) rəhbərlik etdiyi nəfəs alətləri orkestri fəaliy-
yətini davam etdirmişdi.  
Azərbaycan SSR İctimai Təminat naziri Zülfiyyə xanım Se-
yidməmmədovaya seçicisi 25 yaşlı  Əliyev Vahid Mikayıl oğlu-
nun vəziyyətilə bağlı məktub göndərmiş, ona köməklik göstərmə-
si üçün müraciət etmişdir. Məktubdan görünür ki, Ağabacı Rzaye-
va Əliyev Vahidi xəstəxanada ziyarət etmiş, ailə vəziyyəti ilə ma-
raqlanmış, 1-ci qrup əlil olduğunu bilib, ona köməklik göstərmiş-
dir. Bu səpkidə olan məktub və müraciətlərin sayı olduqca çoxdur.  
1965-ci ildə Ağabacı Rzayeva bəstəkar həmkarı İsmayıl Qu-
liyevlə birlikdə  Həzi Məmmədovun librettosu əsasında “Höcət 


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə