I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
31
Məlumdur ki, 1926-cı ilin fevral ayında keçirilən Birinci Ümumittifaq Türkoloji Qurultayının
keçirilməsinin 80 illiyi, sonra da 90 illiyinin qeyd edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin
sərəncamları böyük tarixi hadisədir. Sərəncamda göstərilir ki, qurultay türkdilli xalqların
inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur.
Qurultay , həqiqətən, türkdilli xalqların tarixində əvəzedilməz rola malikdir. Hazırda Birinci
Türkoloji Qurultayın 90 illiyinin keçirilməsi türk xalqlarının daha da sıx birliyinin birliyinin
təməlinin möhkəmlənməsi baxımından əvəzolunmazdır.
Çətin bir dövrdə keçirilən Birinci Türkoloji Qurultayda Azərbaycandan, Qazaxıstandan,
Özbəkistandan, Türkmənistandan, Türküstandan, Krımdan, Qırğızıstandan və digər
respublikalardan 131 nümayəndə iştirak etmiş və fərdi şəkildə də dəvətlər olmuşdur.
Qurultayda Təşkilat Komitəsinin sədri S.Ağamalıoğlu, Təşkilat Komitəsinin üzvü akademik
V.V.Bartold, moskvalı professor İ.N.Borozdin, professor Y.Mesaros, leninqradlı akademik
A.A.Miller, professor B.Çobanzadə, professor A.N.Genkoya, prof. L.V.Serba, prof.
A.N.Samoyloviç, prof. N.İ.Aşmarin, akad. A.Y.Krımski, akad. S.F.Oldenburk , F.R.Ağazadə və
başqa görkəmli alimlər dilçilikdə həll olunması vacib sayılan problemlər haqqında məruzə və çıxış
etmişdilər.
Qurultayda dilçiliyin hər bir sahəsinə aid çıxışlar və məruzələr olsa da dilin frazeologiyası
haqqında heç bir müzakirə olmamışdır.
Qeyd edək ki, Türkologiyada frazeologiyanın linqvistik bir sahə kimi öyrənilməsinə XX əsrin
40-cı illərindən başlanmışdır.
Hələ XIX əsrin axırları – XX əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycanın görkəmli
yazıçısı, xalq dilinin gözəl bilicisi Y.V.Çəmənzəminli ilk dəfə olaraq «Dilimizdə ikimənalı söz və
cümlələr» adlı lüğət hazırlamışdır. Həmin lüğətin əlyazması hazırda arxivdə saxlanılır. Burada 140-
a qədər frazeoloji vahid verilmişdir. Aşağıda həmin lüğətdən bəzi nümunələri veririk:
Hava buluddur – yəni məclisdə şübhəli adam var.
Ayağı sürüşkən, suyu yumşaq – əxlaqsız.
Saqqal altından keçmək – səmimi deyil, səthi və zahiri hörmət göstərmək.
Qarnı suya qoymaq – yemək ümidilə gözləmək.
Evə süpürgə çəkmək – oğurlamaq, çalıb-çapmaq.
Ölü bit qabığı – arıq və çəlimsiz adam və s.
Verilmiş nümunələrdən də göründüyü kimi, Y.V.Çəmənzəminlinin bu lüğəti xalq dili əsasında
yaranan ifadələrdən ibarətdir
1
.
1943-cü ildə türk tədqiqatçısı M.N.Özönün «Türkcə təbirlər sözlüyü» [1] kitabı çapdan çıxmış
və bütün atalar sözü ilə yanaşı ifadələr də şərh edilmiş, onların fərqli cəhətləri göstərilmişdir. Bu
sahədə türk dilində ilk təcrübə olan həmin sözlüyün öz dövrü üçün böyük əhəmiyyəti olmuşdur.
Bununla yanaşı, Azərbaycan dilinin tarixi frazeologiyasında bəzi frazeoloji nümunələrə rast gəlsək
də, ümumiyyətlə, türkologiyada ilk dəfə bu sahədə sistemli tədqiqat işi aparan qazax dilçisi
S.K.Kenesbayev olmuşdur. O, «Устойчивые сочетания слов казахского языка (парные слова,
идиомы и фразы) (Kazak tilinin kalıntanğan söz toptarı (kos sözder, idiomdar men frazalar)» [2]
adlı doktorluq dissertasiyası ilə türkologiyada ilk olaraq tədqiqat işi aparmışdır. Bundan sonra o,
qazax dilinin frazeologiyasından bəhs edən «Идиомы и фразы казахского языка»,
«Фразеологические парные выражения в казахском языке», «О некоторых особенностях
фразеологических единиц в казахском языке» və digər məqalələr də yazmışdır. Müəllif həmin
məqalələrdə qazax dilinin frazeologiyası haqqında müəyyən mülahizələr irəli sürmüşdür və
dissertasiyasında idiomların 3 əlamətini göstərmişdir .
Türk dilində də sabit söz birləşmələri araşdırıcıların diqqətindən yayınmamışdır. Həmin dildə
bu birləşmələrə aid problemlər barədə A.N.Kononovun yürütdüyü fikirlər maraq doğurur. [3,
s.373
]
S.N.Muratov xalis frazeoloji idiomlar, sabit söz birləşmələri, leksik frazeoloji idiomlar adı ilə
frazeoloji birləşmələrin bir neçə növünü göstərir. Müəllif frazeoloji birləşmələrlə sabit söz
1 MənbəƏlyazmalar İnstitutundan götürülmüşdür.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
32
birləşmələrinin fərqini göstərməyə çalışsa da, öz fikrində dolaşıqlıq yaradır. Çünki o,
komponentlərdən birinin müstəqil mənası olmayan tərkibləri də frazeoloji ifadə kimi götürür.
Frazeoloji vahidlərin təsnifində yeni bir mərhələni V.V.Vinoqradov açmışdır.
V.V.Vinoqradov frazeoloji vahidlərin semantik strukturunu vermiş və onları təsnif etmişdir. Onun
təsnifatının əsasını frazeoloji söz birləşmələrində komponentlərin mənası ilə yaratdıqları frazeoloji
vahidin ümumi mənası arasındakı münasibətlər təşkil edir[4
]. Qeyd edək ki, V.V.Vinoqradovdan
sonra bu məsələdən bəhs edən müəlliflər frazeologiya sahəsində onun təsnifatını əsas götürürlər.
Z.Q.Uraksinin «Фразеология башкирского языка» əsərinin [5
] başqırd dilində
frazeologiyanın sistemli şəkildə öyrənilməsində rolu böyükdür. Müəllif burada frazeoloji vahidlərin
semantik, qrammatik və sintaqmatik planda analizini vermiş, frazeologizmlərin paradiqmatik və
transformatik qarşılığını göstərmiş, etimoloji cərgəsini açıqlamış və onların digər türk dillərinin və
monqol dilinin materialları əsasında müqayisəsində mənbə və məxəzlərini və s. göstərmişdir
S.T.Nauruzbayeva da həmçinin «Фразеологические единицы в каракалпакско-русском
словаре» adlı monoqrafiyasında qaraqalpaq dilində olan frazeoloji vahidlərin monqol və bir neçə
türk dilləri ilə müqayisəsinə aid misallar göstərmiş, onların şərhini vermişdir [6].
Azərbaycan dilçiliyində frazeologiya, onun növləri, xüsusiyyətləri və mənbələri haqqında ilk
geniş məlumata M.Hüseynzadənin 1954-cü ildə çapdan çıxmış «Müasir Azərbaycan dili» kitabında
rast gəlirik. Müəllif doğru olaraq dilimizdə frazeoloji birləşmələrin xalqın həyatı ilə bağlı olduğunu
göstərir [7]. O, həmçinin idiomların frazeoloji birləşmələrin başqa növlərindən fərqli
xüsusiyyətlərini qeyd etməklə, onların dilimizdəki mənbələrini də açıqlayır. Müəllif sonra yazır ki,
frazeoloji birləşmələr sabit söz birləşmələridir [7, s. 32-35].
M.Hüseynzadədən sonra bu sahə S.Cəfərovun diqqətini cəlb etmiş və o, «Azərbaycan dilində
idiomlar» adlı məqalə yazmışdır. Sonra müəllif «Müasir Azərbaycan dilinin leksikası» kitabında [8]
frazeologiya, onun növləri, xüsusiyyətləri haqqında geniş bəhs etmişdir. Həmin kitab 1982-ci ildə
yenidən təkmilləşdirilərək ikinci dəfə nəşr edilmişdir [9]. Bu nəşrdə frazeologiya haqqında daha
ətraflı məlumat verilir. S.Cəfərov burada frazeologiya bəhsində öyrənilən sabit söz birləşmələrinin
aşağıdakı növlərini verir: idiomlar, ibarələr, hikmətli sözlər, atalar sözləri, zərbi-məsəllər,
tapmacalar. Göründüyü kimi, S.Cəfərov sabit söz birləşmələrinin geniş anlayış ifadə etdiyini
bildirir.
Azərbaycan dilinin tarixi və üslubiyyatı ilə bağlı mühüm fəaliyyəti olan Ə.Dəmirçizadə
«Azərbaycan dilinin üslubiyyatı» [9, s. 168-179] kitabında frazeologiyaya toxunmaqla idiomatik
vahidlərə geniş yer vermiş, onların üslubi xüsusiyyətlərini təhlil etmişdir. Ə.Dəmirçizadənin
fikrincə, idiomlar bütün üslublarda, ən çox isə bədii üslubda işlənir. Müəllif burada idiomları üç
qrupa bölür: idiomatik sözlər, idiomatik ifadələr və idiomatik cümlələr [9, s. 170].
Keçən əsrin 60-70-ci illəri Azərbaycan dili frazeologiyası tarixində ən uğurlu dövr olmuşdur.
Belə ki, bu dövrdə dilçiliyimizdə frazeologiya sahəsində xeyli iş görülmüş, məqalələr və bir neçə
dissertasiya işi yazılmışdır.
Bu dövrdə A.Qurbanovun «S.Vurğunun «Vaqif» pyesinin dili və üslubu» adlı namizədlik
dissertasiyasında, qiyabi oxuyan tələbələr üçün «Müasir Azərbaycan dilinin frazeologiyası» [10]
adlı metodiki göstərişdə və «Müasir Azərbaycan ədəbi dili» kitabında frazeologiyadan geniş bəhs
etmişdir.
Frazeologiyanın tədqiqi M.Məmmədovun «N.Nərimanovun nəsr əsərlərinin leksikası və
frazeologiyası» adlı namizədlik dissertasiyasında da öz əksini tapmışdır. Müəllif dissertasiyanın
ikinci fəslini bütünlüklə frazeologiyaya həsr etmiş, burada N.Nərimanovun nəsr əsərlərində işlənən
frazeoloji vahidlərin morfoloji növü, o cümlədən feili frazeoloji vahidlər haqqında ətraflı danışmış
və onların üslubi xüsusiyyətlərini göstərmişdir.
Görkəmli leksikoqraf-alim Ə.Orucov «Azərbaycan dili filoloji izahlı lüğətinin nəzəri əsasları»
monoqrafiyasında müasir dilimizin frazeologiyasına toxunaraq yazır: «… onun (frazeologiyanın-
S.N.) əhatə dairəsi daha genişdir. Frazeologiya dedikdə, dildə olan sabit söz birləşmələrinin hamısı
nəzərdə tutulur. Frazeologiyaya eyni zamanda, məsəllər, atalar sözləri, klişe halını almış tərkiblər,
aforizmlər və s. də daxildir».