Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə13/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   9   10   11   12   13   14   15   16   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



27

Makula, əs-Siləfi, əl-Kəhhalə və başqalarının əsərlərində) şirvanilər nisbəli ziyalılar haqqında 

yetərincə məlumatın olması da bunu bir daha təsdiqləyir.         

 Azərbaycanı səyahət zamanı öyrənmiş müəlliflərin mənbələrində Şirvanın çox sayda 

ziyalılarının olması və onların müxtəlif elmi mərkəzlərdə iştirakı, elmi biliklərin inkişafındakı rolu 

barədə məlumat verilir. Dəməşq Universitetində təhsil almış İbn əs-Sabuni bildirirdi ki, Əbül-

Qasım ibn Ruvaha əl-Ənsari kimi şeyx alim Azərbaycanın Şirvan bölgəsindən olan Əbül-Həsən əl-

Müfəddidin tələbəsi olmuşdur (35, s.316). Bu, Şirvanın özündə elmi mühitin yüksək səviyyədə 

olmasından xəbər verirdi. Şirvan alimlərinin formalaşmasında mühüm amil olan mühit bir neçə 

Şirvanşahlar nəslinin elmi- mədəni fəaliyyəti sayəsində yaranmışdı. Şirvanşahlar elm və 

mədəniyyətə ətraflı dəstək verməklə məşhur olmuşlar (28, p.552). Şirvan, xüsusilə, Şirvanşah I 

Fariburz (1063- 1096) və onun vəziri Baha əd-Din Kamal əl-Mülk Əbül-Fərəc Məhəmməd ibn əl-

Hüseyn əl-Kakuyinin* dövründə (XI əsrin sonlarında) «torpağına göylərin həsəd aparıldığı» 

çiçəklənən bir diyara çevrilmişdi (15, л.13 а; 3, s.142). Şirvanşah və onun vəziri təhsilli şəxslərə 

himayəçilik edirdilər. I Fariburzun sarayında ərəb dilində mədhiyyələr yazan şairlər toplanmışdı. 

Ərəb şairi əl-Qəzzinin bu diyara səyahət etməsi ərəbdilli poeziyanın ənənəvi janrlarının inkişafına 

təkan vermişdi, əs-Siləfi (h.478/1085- 576/1180) kimi sufi şeyx alimin Şirvana ziyarəti isə bu 

diyarda fiqh və sufilik, eləcə də hədis elmi geniş yayıldığını göstərir. Əs-Siləfinin Şirvana 

səyahətindən əsas məqsəd hədis toplamaq, orada yaşayıb-yaradan hafizlər, ilahiyyatçı alimlər, 

mühəddislər, qarelər, vaizlər barədə eşitdiklərini dəqiqləşdirmək, onların həyat və yaradıcılığı, 

inamı haqqında yeni məlumat əldə etmək olmuşdur (4, s.27). Şirvan elmi mühitinin əsas iştirakçıları 

yerli alimlər idilər. Onlardan biri şirvanlı vaiz Əbülhəsən Əli ibn Əhməd Əli əl-Mufaddid haqqında 

əs-Siləfiyə əsaslanan İbn əs-Sabuni (anadan olub h.604 /1207) məlumat verir. O yazır: «Hafiz əbu 

Tahir əs-Siləfi (Allah ona rəhmət eləsin) «Mucəm əs-Səfər» əsərində əl-Mufaddid əş-Şirvanini 

xatırlayaraq yazır ki, o, həqiqətən Şirvanın şəhərləri və ona yaxın yerlərdə məşhur sinli bir şeyx 

olmuşdur. O, dövrünün ən yaxşı vaizlərindən hesab edilirdi. Şirvanın «dər əl-məmləkəti» olan 

Yəzidiyyədə hörməti vardı. O, əl-Hüseyn ibn Mənsur əl-Həllacın xəbərlərini toplamışdır. Onun 

haqqında bizə Bağdadda onu dinləmiş bir nəfər rəvayət etmişdir. Sonra Şirvanda onunla görüşüm 

vaxtı bu (“Xəbərlər”) haqda ondan öyrəndim». Bizim bəzi təfsirlərimizdə onun haqqında xatırlanıb”  

(5, s.323).  

Şirvanşahlardan III Mənuçöhrün hakimiyyətdə olduğu 40 il ərzində (514-555/1120-1160) də 

Şirvanşahlar dövləti özünün inkişafı dövrünü yaşamışdır. XII  əsrin görkəmli ədib və alimi, otuz ilə 

yaxın Xarəzmşah Atsızın “Divani-inşasının”  başçısı olmuş Rəşidəddin Vətvat (h.471-487(1088-

89/1094-cü illər arasında Bəlxdə doğulmuşdur) Şirvanşah Mənüçöhrə yazdığı tərcibənddə Şirvan 

dövləti və Şirvanşahlar ocağının güc və bacarığından, “Şirvanşahların sözükeçərliliyinin Rumun ən 

ucqarlarına belə gedib çatdığından danışılır. Mənüçehr ölkəsinin görən gözü, Şərq və Qərb 

hökmdarlarının başçısı kimi yazıya alınmışdır (37, s.496-500; 10, s.48-88). RəşidəddinVətvat 

Şirvanşahlar və Mənüçehrin bütün bu keyfiyyətlərilə yanaşı “elm və rüsumun” qayğıkeşi 

olmasından da danışır. 

 Bu tərəqqi özünü mədəni mühitdə də tapır. Şair Cəlaləddin Fələki Şirvani (öl.1181) III 

Mənüçöhrün sarayında o dövrün bütün Yaxın Şərqdə şöhrət tapmış, Azərbaycanda şeir məktəibni 

yaratmış görkəmli şairlər, məlik əş-şüara- “şairlər şahı” adlandırılan Əbül-Üla Gəncəvi, Xaqani, 

Fələki Şirvani, Mücirəddin Beyləqani** cəm olmuşdu (17, c.27-70). Mədhiyyəçi Cəlaləddin  

Məhəmməd Fələki Şirvani (ö.1181) sarayda “şairlərin şahı” titulunu qazanmışdı. “Fələki”  ləqəbini 

isə görünür münəccimliklə məşğul olduğuna görə qazanmışdı. Fələki vəfat edərkən kürəkəni 

Xaqani  ona uzun bir mərsiyyə şeri yazmışdı***. Qanınatası və dostu olmuş Fələki kimi Xaqani də 

Şirvanşahları tərənnüm edən şeirlər yazmışdır. Zəkəriyyə əl-Qəzvini Mücirəddin əl-Beyləqanini 

digərlərindən fərqləndirərək üstün hesab edirdi. Müəllif əlavə olaraq məlumat verir ki, şair İsfahana 

gələrkən  şeirində  yerli sakinləri cahil adlandırmışdı. Bundan xəbər tutan  İsfahanın rəisi bütün 

isfahan şairlərinə buna münasibət bildirməyi əmr etmişdi. Onlar buna əməl etmiş, şeirləri bir kitaba 

cəm edərək, Mücirəddinə göndərmişdilər (18, c.52). 

Şirvanşah I Fariburz kimi Mənüçehr də filosof, şair və alimlərin qayğısına qalırdı. Bu işin 

icrasına nəzarəti vəzirlərindən biri olmuş Əmin əd-Din əl-Əxrasiyə həvalə etmişdi. Fələki Şirvani 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



28

bu vəzirin Şirvandakı filosof, həkim, astroloq, şair və ənənəçilərə hamilik etməsindən bəhs edir (2, 

s.160).  Xaqani Şirvani Fələki və digər Şirvan şairləri kimi  şirvanşah Mənuçöhrü mədh etmişdir. III 

Mənüçöhr şairlərdən Xaqaniyə saysız-hesabsız mükafat və hədiyyədən başqa hər il 30 min dirhəm 

məvacib verirdi. Mənuçöhr vəfat edəndən sonra elm və incəsənətə hamiliyi davam etdirən 

Axsitanşah (ö.1188-1194-cü illər arasında) onun yerinə keçdi. Nizami Gəncəvi də özünün “ Leyli 

və Məcnun”  Bu şirvanşaha  1188-ci ildə Nizami Gəncəvinin “ Leyli və Məcnun”  poemasını 

Şirvanşah Axsitanın sifarişi ilə yazmışdı (13, s.5). Şair əsərində onun fəaliyyətini yüksək 

qiymətləndirmişdir. 

Xaqani Şirvani (1126-1199) yeni şahın yeni seçdiyi paytaxt  Bakıda qərarlaşır (24, c.148).  

Saray şairi kimi qəbul edilən Xaqani uzun illər özünün şairlik yaradıcılığının bir qolunu  Axsitan, 

onun ailəsi və saray əyanlarına  mədhiyyə formalı şeirlər yazmaqla məşğul olmuşdur.  Əsir 

Əxsikerti (ö.1212) Xaqani ilə görüşüb deyişmək üçün Fərqənədən  Şirvana yola düşmüşdür. Xaqanı 

1194-1199-cu illər arasında Təbrizdə vəfat etmiş Söhrab adlı şəhər yaxıllığındakı qəbristanlıqda 

“şairlər məqbərəsi”ndə dəfn edilmişdir. Burada ondan əvvəl Beyləqani (1198) və bir az sonra  Zahir 

Fəryabi və digərləri dəfn edilmişdir. 

Şirvanı şair kimi ziyarət edən şairlərdən biri də   Əbunnami Sədəqə ibn İbrahim Tənəvvuxi əl- 

Məərri olmuşdur. O, Şirvanda olarkən Nizamülmülk haqqında mərsiyyə demişdir. Mərsiyyənin 

məzmunu belədir: “Nizam Əbu Əli bütün aləmin rəhbəri, dinin imamı idi. Onu zülmlə öldürməklə 

insanlar üçün gündüz gecəyə döndü. Onlar sadəcə bu böyük şeyxi öldürmədilər, əslində bütün 

camaatı və İslamı öldürdülər” (31, s.15). Mərsiyyə  şairin bu böyük şəxsiyyətə böyük ehtiramını 

göstərməklə bərabər, həm də Şirvanın o dövrdə şeir məclislərinin təşkil olunduğu, şeir 

yarışmalarının təşkil olunduğu məkan kimi, mədəniyyət mərkəzlərindən  biri olduğunu bir daha 

təsdiqləyir. Bağdada səfər edən şirvanlı şair Xaqani Bağdad alimlərinin elmi məclislərində iştirak 

etmişdir. Onun ərəbcə oxuduğu xütbəni Bağdad alimləri dərindən alqışlamışdır. Şairimizə «Dəbiri-

ərəb» ləqəbi verilmişdir (9, s.42) . Bağdad xəlifəsi ona öz yanında qalıb dəbir (münşi) olmağı təklif 

etdikdə öz ana yurdunu sevən vətənpərvər şair ona demişdi: ”Mən dəbir deyil, vəzir olmağa belə 

razı deyiləm, Şirvanda anam məni gözləyir” – deyə, bu təklifi qəbul etməmişdı (7, s.5). Bağdada  

təriflər yağdıran  şairimiz  Bağdada həsr etdiyi şeirində  Misirlə  müqayisədə  üstünlüyü  Bağdada 

vermişdir. 

 

Bağdada köçərək burada fəaliyyət göstərən şirvanlı alimlərdən Məhəmməd ibn Uşeyr (Aşir 



?) ibn Məruf Əbu Bəkr əş-Şirvani (ö. 547/1152) haqqında məlumat verən əs-Safadi onu dövrünün 

Hibbətullah ibn Mübarək ibn əs-Sakti kimi görkəmli alimi ilə yanaşı qoyur. O qeyd edir ki, Əbu 

Bəkr əş-Şirvani dövrunun digər alimləri ilə yanaşı Şirvan alimlərindən elm öyrənmişdir (18, c.61; 

19, s.149).  

Nizamiyyəyə ən layiqli, kamil biliyə malik mütəxəssislər işə götürülürdü. Şirvan elmi-ədəbi 

məktəibnin yetişdirmələri xüsusi nüfuz sahibləri olmuşlar. Ibn əl-Fuvati məlumat verir ki, Şamaxıda 

doğulmuş Qəvaməddin Yusif ibn Mənsur ibn İbrahim Əş-Şirvani (ö. 1258) vətəni Şirvanda təhsil 

almışdı. Şirvan elmi-ədəbi məktəbinin yetişdirməsi kimi məşhurlaşdığı üçün Nizamiyyə 

mədrəsəsinə dərs deməyə dəvət olunmuşdur. Elmi–asami (onomastika) sahəsində əsərlərin müəllifi

müqayisəli qrammatika üzrə məşhur alim olmuşdur. Onun fəlsəfədən də dərs deməsi məlumdur. İbn 

əl-Fuvati onun öz əli ilə qazılara yazdığı təlimatı gördüyünü qeyd edir  (27, c.118). Maraqlıdır ki, 

elm mərkəzlərinə toplaşan tanınmış şəxslər bir-birlərinə elmi məclislərdə həmin vaxt iştirak 

etməyən soydaşları haqqında məlumat vermiş, fikir mübadiləsi aparmışlar. Şirvanlı vaiz Əbül-

Həsən Əli ibn Əhməd Əli əl-Mufaddid haqqında ibn əs- Sabuni yazır: «Mən Dəməşq 

universitetində təhsil alarkən onun haqqında bizə ondan qiraəti öyrənmiş alim şeyxlərdən biri Əbül- 

Qasım Abdulla ibn əl-Hüseyn əl-Ənsari məlumat verib. Qahirədə təhsil aldığım vaxt isə Əbül- 

Həsən Əli ibn İsmayıl ibn İbrahim ibn Cubara əl-Kindidən aşağıdakı məlumatı almışam: əl-Hafiz 

əbu Tahir Əhməd əs-Siləfi əl-İsfahani İsgəndəriyyədə tələbə olarkən belə bir əhvalat danışıb: 

«Şirvanda kəramət sahibi olan və əz-Zərəndi kimi tanınan qazı Əbül- Qasım əl- Həsən ibn Mümtaz 

əl- İsfahani varid olanda qazı Əbu Bəkr Əhməd ibn Səhl ibn Sirri əl-Həmədani öz fitvasından əl 

çəkdi  və dedi: «O bunda məndən üstündür». Bu və buna yaxın mənadakı sözlər Şirvanda əl-

Mufaddiddən eşitdiyim kəlamlardır» (35, s.17).   Əl-Mufaddid əş-Şirvaninin bu məlumatı Şirvanda 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə