I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
23
özündə əks etdirmiş olsun. Bu bir o qədər də asan iş deyildir. İkinci, daha mürəkkəb məsələ,
mətnlərin ümumi həcmini seçməkdən ibarətdir. Azərbaycan dilinin tezlik lüğəti üçün əsas mənbə
qəzet materialları olmuşdur. İxtiyari götürülmüş mətnlərdən 100 min söz seçilmişdir.
Tezlik lüğətlərinin tətbiqinin məlumatların avtomatik işlənməsində avtomatik tərcümədə,
referatlaşdırmada, poliqrafiyada, kriminalistikada, anonim yazıların müəlliflərini müəyyən-
ləşdirməkdə müstəsna əhəmiyyəti vardır.
Əvvəldə qeyd etdiyimiz kimi, ilk tezlik lüğəti 1997-ci ildə işıq üzü gördü [8]. Sonralar onun
yenidən işlənmiş variantı 2004-cü ildə nəşr olundu [9]. 2010-cu ildə isə Azərbaycan dilinin tezlik
lüğəti çap edildi [10]. Bu lüğətin tərtibi üçün Azərbaycan dilinin bütün üsulları təmsil olunmaqla
təxminən 50 milyona yaxın söz formadan ibarət mətnlər linqvostatistik təhlilə cəlb olunmuşdur.
Lüğətdə 12000-ə yaxın söz kökü əhatə olunmuşdur. Azərbaycan tezlik lüğəti leksikanın statistik
modeli kimi ümumi leksikologiyanın, dil tədrisinin bir çox problemlərinin həllində əvəzsiz mənbə
rolunu oynayır.
Bundan başqa tarixi abidələrin öyrənilməsində statistik metodların tətbiqi təkzibolunmaz
əhəmiyyət kəsb edir. Dünya dilçiliyində hind-Avropa dillərinin qrupları arasındakı qohumluq
əlaqələrinin aşkar edilməsində 1927-ci ildə ilk dəfə polşa alimi Yan Çekanovskiy, məhz, bu
metoddan istifadə etmişdir [11]. Amerika alimi Morris Svodeş isə 1948-ci ildə leksik-statistik
metoddan istifadə edərək dillərin lüğət fondunu öyrənərkən belə qənaətə gəlmişdir ki, bütün dillərin
əsas lüğət fondu sabit sürətlə, yavaş-yavaş dəyişir [11]. Eləcə də dillərin tipoloji öyrənilməsində də
statistik metodların böyük rolu vardır.
Azərbaycan dilçiliyində tarixi abidələrin o cümlədən yazılı abidələrin kompüterlərdə tədqiqi
ilə bağlı “Kitabi-Dədə Qorqud”un 1988-ci ildə nəşr olunmuş tənqidi mətni üzrə (tərtibçilər:
F.Zeynalov, S.Əlizadə) əlifba-tezlik və əks əlifba siyahısı hazırlandı [12]. Burada tezlik siyahısı ön
minə yaxın söz formanı əhatə edir. Dastanda qeydə alınmış sözlər işlənmə tezliyinə görə azalma
sırası ilə verilmişdir.
Əlifba-tezlik siyahısında isə söz formalar işlənmə tezliyinə görə deyil, əlifbaya görə
düzülmüşdür. Tərtib olunmuş bu siyahının dil tarixi ilə məşğul olan mütəxəssislər üçün böyük
əhəmiyyəti vardır.
Klassik irsimizdən M.Füzulinin nəzm əsərlərinin statistik-distributiv təhlili tədqiq
olunmuşdur. Əlbəttə, klassik ƏDƏBIYYAT müraciətin, müəlliflərinin əsərlərində üslubi
xüsusiyyətlərinin özünəməxsusluğunu aşkar etmək, işlənmə tezliyinin göstəricilərini müqayisə
etməklə naməlum müəllifli əsərlərin müəllifini müəyyənləşdirməkdə böyük əhəmiyyəti olar.
Bundan başqa Azərbaycan dilçiliyində linqvistik tədqiqatlarda bir çox problemlərin həllində
geniş istifadə olunan Azərbaycan dilinin əks lüğəti tərtib edilmişdir [13].
Əks lüğət adı altında nə başa düşülür və onun adi lüğətlərdən (iki dilli, izahlı və s.)
fərqləndirən cəhət nədir?
Əks lüğətlər adi lüğətlərdən quruluşuna görə fərqlənirlər. Adi lüğətlərdə sözlər başlanğıc
hərflərinə görə əlifba sırası ilə düzülürlər. Əks lüğətlərdə isə sözlər sonuncu hərflərinə görə əlifba
sırası ilə yerləşdirilir.
“Azərbaycan dilinin əks-lüğəti”, “Azərbaycan dilinin orfoqrafiya lüğəti əsasında tərtib
olunmuşdur. Bundan başqa “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə iştirak etməyən sözlər
“Azərbaycanca-rusca” lüğətdən götürülərək əks lüğətə daxil edilmişdir. “Azərbaycan dilinin əks
lüğəti” türk dilləri üzrə tərtib olunmuş lüğətlərdən həcm etibarilə ən sanballısı hesab edilə bilər.
Bir sözlə, demək olar ki, yuxarıda sadaladığımız metodlardan Azərbaycan alimləri uğurla öz
tədqiqatlarında istifadə edirlər. Belə ki, aksiomatik metodla Axundov, Vəliyev, Melnikov [4 -7,14]
modelləşdirmə metodu ilə Vəliyeva, Pines, Mahmudov, Əmirov, Fətullayev, Xəlili, Kuliyeva,
İskəndərova [3, 15-22];
Nəzəri-linqvistik metodla Melnikov, Vəliyeva, Vəliyev, Mahmudov [22-29,37] çoxluqlar,
avtomatlar və alqoritmlər nəzəriyyəsindən istifadə Vəliyeva, Mahmudov [26-29], statistik metodla
Pines, Vəliyeva, Mahmudov, Rəhmanov, Sultanov, Mamedova, Şıxıyeva [ 30-36, 38] işləri
aparmışlar.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
24
AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunda 2013-cü ildə Kompüter Dilçiliyi şöbəsi
yaradılmışdır. İlk növbədə “Azərbaycan dilinin internet məkanında işlənməsi” mövzusu üzrə Dövlət
Proqramında nəzərdə tutulmuş Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının
yaradılması qarşıya məqsəd qoyulmuşdur. Bununla əlaqədar “Azərbaycan dili” adlı oçerk yazılmış,
Azərbaycan dilçiləri haqqında məlumatlar, Azərbaycan dili ilə bağlı sənədlər (sərəncamlar,
fərmanlar, qərarlar, komissiyalar) toplanılmışdır.
ƏDƏBIYYAT
1. Толдова С. Ю., Ляшевская О. Н. Современные проблемы тенденции
компьютерной лингвистики. В зеркале 24-ой международной конференции по компьютерной
лингвистике COLING 2012 // Вопросы языкознания, 2014, 1,с.120-145.
2. Штиндлова Й. Применение методов механизации и автоматизации в
лексикологической работе за рубежом. Автоматизация в лингвистике. М-Л., 1966, 240 стр.
3. Vəliyeva K.A. Mətnin avtomatik təhlili və sintezi.B., 1996, 158 s.
4.Axundov A.A. Riyazi dilçilik. B., 1979, 79 s.
5. Axundov A.A. Seçilmiş əsərləri.II C., B., 2012, 464 s.
6. Vəliyev A.H. Azərbaycan dilinin keçid şivələri. Doktorluq dissertasiyası. B.,1974, 400s.
7. Vəliyev A.A. Azərbaycan dilinin keçid şivələri. B., 2005, 334 s.
8. Vəliyeva K. A., Mahmudov M.Ə., Pines V.Y., Rəhmanov С. Azərbaycan qəzet dilinin
tezlik lüğəti. B., 1997, 212 s.
9. Vəliyeva K. A., Mahmudov M. Ə., Pines V.Y. Azərbaycan qəzet dilinin tezlik lüğəti. B.,
2004, 263 s.
10. Mahmudov M. Ə., Fətullayev Ə. B. , S.Məmmədova S., Fətullayev R., Hüseynli R.,
Talıbov B., Əzimova G., Abdullayev N. Azərbaycan dilinin tezlik lüğəti (söz kökləri). B., 2010,
464 s.
11. Методы математической статистики и моделирование в сравнительной истории
языкознания. http: || yazıkoznanie.ru/content|view/ 127/215.
12. Vəliyeva K.A., Mahmudov M.Ə., Pines V.Y., Rəhmanov C.Ə., Sultanov V.S, “Kitabi-
Dədə Qorqud” dastanlarının statistik təhlili. B., 1999, 248 s.
13. Mahmudov M. Ə., Fətullayev Ə. Azərbaycan dilinin əks lüğəti. B., 2004
14. Мельников Г.П. Некоторые способы описание и анализа гармонии гласных в
современных тюркских языках. ВЯ, 1962, 6, 31-58 s.
15. Пинес В.Я. Моделирование структуры азербайджанских глагольных форм в связи
с проблемой автоматического словаря. АКД, 1970, 19 s.
16. Махмудов М.А. Разработка системы формально-морфологического анализа
тюркской словоформы (на материале азербайджанского языка) АКД, Баку, «Элм», 1982, 26 s.
17. Əmirov Z.M. Azərbaycan dilinin formal modellərinin yaradılması və onların əsasında
linqvistik prosessorun qurulması. Texniki elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim
edilmiş dissertasiyanın avtoreferatı, B., 2006, 19 s.
18. Fətullayev Ə.B.. Azərbaycan-ingilis maşın tərcüməsi sistemi üçün rəqəm-modelləşdirmə
metodunun işlənib hazırlanması və tətbiqi. NDA, B., 2006, 19 s.
19. Xəlili Ə.M. Deduktiv maşının bilik bazasının tərkib hissəsi kimi “Məhdud Azərbaycan
dili”nin formal qrammatikasının işlənib-hazırlanması, NDA, B., 2009, 34 s.
20. Кулиева З.Ю. Определение оптимальной структуры автоматического словаря и
системы машинного перевода. AKD, В., 2011, 46 с.
21. Искендерова Н.А. Программно-частотный и качественно-семантический анализ
адекватности переводов и его применение к переводам на различных языках. АКД, 2008, 19
с.
22. Əliyev Ə.A. İngiliscə-Azərbaycanca maşın tərcüməsi sistemində felin çoxmənalığının
alqoritmik həlli. Fil.ü.f.d.DA, B., 2012, 20 s.
23. Мельников Г.П. Системология и языковые аспекты кибернетики. М., 1978, 368 s.