I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
33
Kitabın başqa bir yerində müəllif bu cərgəyə, həmçinin peşəkarlığa məxsus ifadələri, antik
ƏDƏBIYYAT və əsatir ifadələri, elmi məfhumlara aid sabit ifadələri və s.-ni də daxil edir . Müəllif
lüğətlərin tərtibi ilə bağlı bir çox mülahizələr irəli sürmüş və geniş mənada götürür.
Müəllifin «Azərbaycanca-rusca frazeologiya lüğəti» 5500 ifadəni əhatə edir[12
]. Həmin lüğət
bu sahə üzrə ilk addım kimi qiymətləndirilir. Ə.Orucovun qeyd etdiyinə görə bu yolda çoxlu
çətinliklərə baxmayaraq, lüğətin leksikoqrafiya sahəsində böyük əhəmiyyəti vardır. Frazeoloji
materialın lüğətə daxil edilməsi zamanı məcazi mənalılıq, obrazlılıq, üslubi çalarlıq meyarı əsas
götürülmüşdür. Ə.Orucov sonralar tərtib etdiyi «Azərbaycanca-rusca frazeologiya lüğəti»ndə [93, s.
5-15] də dilimizin frazeologiyası haqqında müəyyən fikirlər irəli sürmüşdür.
Bütün bu görülən işlər Azərbaycan dili frazeologiyasına marağı daha da artırmış, yeni-yeni
problemlər meydana çıxmışdır. Bununla da, frazeologiyada yaranmış problemlər aparılan tədqiqat
işlərində ətraflı şəkildə araşdırılaraq təhlil edilmişdir.
Belə tədqiqat işlərindən biri K.Əliyevin «Bədii ƏDƏBIYYATda frazeologiyanın üslubi
xüsusiyyətləri» [13
] adlı namizədlik dissertasiyasıdır.
Azərbaycan dilçiliyində mötəbər (dəyərli) frazeoloji tədqiqatlardan biri də N.Rəhimzadənin
«Azərbaycan dilində idiomatik ifadələr» [14] adlı namizədlik dissertasiyasıdır. N.Rəhimzadə
burada idiomatik ifadələrin əmələgəlmə yollarını, onların məna növlərini, morfoloji əlamətlərinə
görə təsnifini, üslubi xüsusiyyətlərini və s. məsələləri müəyyənləşdirməyi bir vəzifə kimi qarşısına
məqsəd qoymuşdur.
Azərbaycan dilçiliyində frazeologiya ilə bağlı H.Bayramov bir neçə məqalə yazmış, qarşıya
müəyyən problemlər qoymuş və bu problemləri müqayisəli şəkildə həll etmişdir. H.Bayramovun
qədim türk dilləri üzrə apardığı tədqiqatlar da bunu bir daha açıqlayır. H.Bayramov adı çəkilən
abidələr üzərindəki tədqiqatlarından sonra belə qənaətə gəlir ki, Azərbaycan dilinin müstəqil
ümumxalq dili kimi formalaşması dövründə ana dilimizdəki frazeoloji ifadələr mövcud olan türk
dillərinin frazeoloji vahidləri ilə üzvi şəkildə bağlıdır.
H.Bayramov bütün araşdırmalarına, demək olar ki, «Azərbaycan dili frazeologiyasının
əsasları» [15] monoqrafiyası ilə yekun vurmuşdur. Əsər üç fəsildən ibarət olmaqla Azərbaycan dili
frazeologiyasının ümumi məsələlərini, Azərbaycan dili frazeologiyasının strukturunu və
Azərbaycan dili frazeologiyasının məna quruluşunu əhatə edir. Frazeologiyaya həsr edilmiş
əsərlərdən biri də H.Həsənovun «Azərbaycan dilinin frazeologiyası» əsəridir. Elmi-metodiki
göstəriş kimi nəşr olunan bu kitab diqqətəlayiqdir. «Müasir Azərbaycan dili» proqramına uyğun
yazılmış həmin əsərin məqsədi vəsaitdə yazıldığı kimi, «qiyabiçi tələbələrdə frazeologizmlər barədə
düzgün təsəvvür yaratmaq, … frazeologizmlərin proqram həcmində mənimsənilməsinə düzgün
istiqamət vermək və mövzu ilə bağlı olan mövcud ƏDƏBIYYATa tələbələrin diqqətini cəlb
etməkdir» [16, s. 1].
Bu dövrdə Z.Əlizadənin dərs vəsaiti kimi nəşr etdirdiyi «Azərbaycan atalar sözü və zərb
məsəllərinin leksik-semantik xüsusiyyətləri» kitabı da diqqəti cəlb edir. Kitabda, həmçinin
frazeologiya haqqında da məlumat verilmiş, atalar sözü və məsəllərin bir çox sahədə olduğu kimi,
frazeologiyaya münasibəti məsələsi də açıqlanmışdır. Həmin kitab daha da genişləndirilərək ikinci
dəfə çap olunmuşdur [17].
A.Axundov «Ümumi dilçilik» kitabında frazeologiya məsələlərindən bəhs edərkən, dilçilik
elmində iki qrup söz birləşmələrinin olduğunu göstərir: sərbəst və qeyri-sərbəst söz birləşmələri
(sabit və qeyri-sabit) terminlərini işlədir. Sonra müəllif bunları aşağıdakı kimi fərqləndirir: «Sərbəst
və yaxud qeyri-sabit söz birləşmələri o birləşmələrə deyilir ki, onların tərkib hissələri müstəqil
leksik mənaya malik olsun, morfoloji və sintaktik cəhətdən üzvlərinə ayrılsın. Belə söz bir-
ləşmələrini qrammatikanın sintaksis şöbəsi öyrənir.
Sabit və yaxud qeyri-sərbəst söz birləşmələri isə o birləşmələrə deyilir ki, onların tərkib
hissələri müstəqil leksik mənaya malik olmur (daha doğrusu, onu itirir), morfoloji və sintaktik
cəhətdən üzvlərinə ayrıla bilmir. Belə birləşmələrə frazeoloji birləşmələr və ya frazeologizmlər
deyilir» [18, s. 167]. Müəllifin məsələlərə münasibəti tamamilə doğrudur.
Azərbaycan dilçilərindən M.M.Mirzəliyevanın «Türk dilləri frazeologiyasının nəzəri
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
34
problemləri» [19] adlı əsərində oğuz-türk dillərinin frazeologiyasının elmi-nəzəri məsələləri
sistemli və monoqrafik yolla öyrənilmişdir.
M.T.Tağıyev və F.H.Hüseynov müasir və XIX əsr rus ədəbi dili materialları əsasında bu və ya
digər frazemin mətndə, sözlər əhatəsində leksik və qrammatik xüsusiyyətlərindən söhbət açmışlar,
S.Mehdiyeva isə bu münasibəti XVIII-XIX əsr Azərbaycan dili materialları əsasında şərh etmişdir.
Yəni burada, müəlliflərin də qeyd etdikləri kimi, frazemlə mətnin leksik-semantik qarşılıqlı
təminetmə keyfiyyətindən danışılır. Müəllif düzgün olaraq göstərir ki, Azərbaycan ədəbi dili
frazeologiyasının inkişaf prosesində frazemlərin leksik-semantik zənginliklərinin
müyyənləşməsində sintaktik bütövlərin – konkret mətnlərin əhəmiyyəti böyükdür [20, s.43].
S.Mehdiyeva A.Bakıxanovun dilində işlənən frazeoloji vahidlərdən bəhs edərkən feli
frazeoloji birləşmələrə daha geniş yer vermişdir. Ümumiyyətlə, belə qənaətə gəlirik ki,
frazeologizmlər öz mənalarına görə iki böyük qrupa bölünür: 1) tam şəkildə (sırf) məcazi məna
bildirən frazeoloji birləşmələr; 2) natamam (yarım məcazi mənada) şəkildə məcazi məna bildirən
frazeoloji birləşmələr.
Birinci qrupda, yəni tam şəkildə məcazi məna bildirən frazeoloji birləşmələrin tərkibindəki
sözlər öz müstəqil mənalarını tamamilə itirir. Bu cür frazeoloji birləşmələrə aşağıdakıları göstərə
bilərik: əli soyumaq, yrəyi yanmaq, dərisinə saman təpmək, dərisini soymaq, dabanına tüpürmək,
dağı dağ üstə qoymaq, at başı salmaq və s.
İkinci qrupda olan frazeoloji birləşmələrin tərkibində olan sözlərin biri məcazlaşır. Məsələn:
ağlı başına gəlmək, fikrə getmək, fikir çəkmək, göz yaşı axıtmaq, yola düşmək, acından ölmək və s.
Frazeoloji vahidləri araşdıran dilçilərin çoxu onları müxtəlif yanaşma prinsipləri ilə öyrənsələr
də, hamısı bir nöqtədə birləşirlər. Başqa sözlə, həmin dilçilər üçün frazeoloji vahidlər sərbəst söz
birləşmələrinin əks qütbü olan sabit söz birləşmələridir. Frazeoloji vahidləri bütünlüklə söz
birləşməsi saymaq isə əslində bir sıra məsələlərin üzə çıxmasına mane olmuş, frazeoloji vahidlərin
linqvistik təbiəti, mahiyyəti onları söz birləşməsi adlandırmağa imkan verməmişdir. Belə vahidlərin
söz birləşmələrinin böyük bir hissəsindən fərqli xüsusiyyətləri, özlərinə məxsus cəhətləri türk
dillərində çox inkişaf etsə də, uzun müddət onların diqqətdən kənarda qalmalarına səbəb olmuşdur.
İfadəlilik və obrazlılıq isə frazeoloji vahidlərin əsas əlamətlərindən, səciyyəvi
xüsusiyyətlərindəndir. Lakin bu onların varlığını şərtləndirən başlıca, həlledici amil ola bilməz.
Çünki həmin xüsusiyyət funksional üslubi xarakter daşıyır. Bu baxımdan ona yalnız nitqin,
üslubiyyatın obyekti demək mümkündür.
Danışıq nitqi ilə sıx bağlılıqları frazeoloji vahidlərin funksional səciyyə daşımalarını
şərtləndirir. Məsələn: baş aparmaq, başdan eləmək, yağ içində üzmək, yağ içində böyrək kimi
saxlamaq və s. Lakin frazeologiyanın ayrıca bir dilçilik sahəsi kimi varlığı üçün frazeoloji
vahidlərin işlənmə xüsusiyyətlərinə deyil, daşıdıqları linqvistik kateqoriyalara əsaslanmaq vacibdir.
Frazeologiyada mübahisə doğuran cəhətlər sırasına sabitliyin frazeoloji vahidlər üçün
kateqorial əlamət olub-olmaması məsələsi də daxildir. Frazeoloji birləşmələrə həsr edilmiş bəzi
tədqiqat əsərlərində sabitliyin frazeoloji birləşmələrin müəyyənləşdirilməsində əsas, bəlkə də
yeganə meyar sayılmasına etiraz edilir. Hətta nəticədə bir çox kateqorial əlamətlərin diqqətdən
kənarda qalması, frazeologiyanın hələ də dilçilikdə müstəqil bir şöbə kimi təsdiq edilməsinə imkan
verilmədiyi göstərilir.
Qeyd edək ki, frazeologiyada sabitlik frazeologizmlərin işlənmə sabitliyidir. Bu sabitlik,
sözsüz ki, pozula da bilər. Elə buna görə də bəzən buna nisbi sabitlik deyilir.
Sabitliyin frazeoloji vahidlərin əsas müəyyənedici xüsusiyyəti, kateqorial əlaməti olması heç
bir şübhə doğurmur. Dilin ən qədim laylarına məxsus olub, müasir dilimizdə öz ilkin leksik
mənasını itirmiş və ya ondan uzaqlaşmış, müəyyən morfoloji dəyişikliklərə uğramış hər hansı söz
və ya ifadə bu gün məhz frazeoloji vahidin komponenti kimi «yaşaması», müstəqil söz kimi
işlənməsə də, frazeoloji vahidin məhz sabitliyi gücünə dildə qorunub qala bilməsi təsadüfi deyildir.
Elə bu «həyatın» hesabına da həmin sözün əvvəlki mənasını müəyyənləşdirmək və ya bu ilkin
mənalara yol açmaq mümkün olur.
Qrammatik və yaxud sərbəst birləşmələr, eləcə də onların tərkibindəki sözlər dilin müəyyən
tarixi mərhələsində məcazi məna bildirməklə fəallıqlarını – işləkliklərini itirdikdə sözlər arasında