Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə14/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   10   11   12   13   14   15   16   17   ...   139

___________________________________________________51 

müqavilənin, sənədin imzalanması gözlənilir. Şübhəsiz ki, bunların ən 

başlıcası  əsas boru kəməri barədədir. Məndə olan məlumatlara görə

İstanbulda Transxəzər qaz kəmərinin çəkilməsi barədə  də ümumi 

anlaşmanın imzalanması gözlənilir.  Şübhəsiz ki, bu böyük layihə  də 

məhz Sizin təşəbbüsünüzlə meydana çıxan layihələrdən biridir və 

ümidvarıq ki, bu da müvəffəqiyyətlə başa çatacaqdır. 

Cənab prezident, fürsətdən istifadə edərək, onu da bildirmək 

istəyirəm ki, Amerika Birləşmiş  Ştatları  Xəzər regionundan dünyaya 

ixrac olunacaq bu enerji ehtiyatlarını dünyanın malı etmək üçün Sizin 

göstərdiyiniz çox qətiyyətli səyləri çox yüksək qiymətləndirir. 

Heydər  Əliyev:  Sağ olun, təşəkkür edirəm. Həqiqətən, Bakı-

Ceyhan neft kəməri, neft borusu artıq beş ildir mənim gördüyüm 

işlərin demək olar ki, bir istiqamətidir. Ötən beş ildə biz bir çox 

mərhələlərdən, bir çox çətinliklərdən keçmişik. Bilirsiniz ki, son 

zamanlara qədər də bu məsələ yenə  hələ tamam deyildi. Təbiidir ki, 

Amerika Birləşmiş  Ştatlarının bu məsələdə prinsipial mövqeyi bizə 

çox kömək etdi. Əsas işlər bizim üzərimizə düşmüşdü və biz də bunu 

başa çatdırdıq. Müqavilə hazırdır. Bizim nümayəndələrimiz indi 

Ankarada işləyirlər. 

Noyabr ayının 1-də Ankarada mənə Beynəlxalq Atatürk Sülh 

Mükafatı veribrkən orada Türkiyənin bütün dövlət, hökumət başçıları 

- hamısı iştirak edirdi. Orada açıqca dedim ki, Bakı-Ceyhan məsələsi 

həll olunubdur və biz İstanbulda bu müqaviləni imzalayacağıq. 

Siz bilirsiniz ki, Transxəzər qaz kəməri haqqında da bizim fikrimiz 

müsbət olmuşdur və bu barədə  mən Ankarada bəyanat verdim. 

Amerika Birləşmiş  Ştatlarının keçmiş dövlət katibi cənab Corc Şults 

ilə görüşümüzdə  də bu məsələni biz çox ətraflı müzakirə etdik. 

Güman edirəm ki, İstanbulda bu barədə bir çərçivə müqaviləsi, yaxud 

bir bəyannamə imzala- 

  



___________________________________________________52 

nacaqdır Burada bizim bir məsələ vardır, bunu da cənab Corc Sults 

Bakıda olanda danışırdıq ki, bu Transxəzər qaz kəmərində gələcəkdə 

Azərbaycanın qaz ixracı imkanları da nəzərdə tutulmalıdır. 



Stenli Eskudero: Tamamilə doğrudur. 

Heydər   Əliyev:  Cənab  Şult da bu barədə dedi ki, tamamilə 

doğrudur və belə də olmalıdır. Bu şərtlə biz İstanbulda bəyannaməni 

imzalayacağıq. Ona görə  də  həqiqətən,  İstanbulda böyük hadisələr 

olacaqdır. Bu, tarixi hadisələr və ondan sonra da hələ çox işlər görməli 

olacağıq. Bütün bu müqavilələri yerinə yetirmək lazımdır. Ancaq bu 

barədə artıq bizim təcrübəmiz vardır. Biz sizinlə və başqa ölkələrdən 

olan şirkətlərlə bu məsələləri lazımi səviyyədə apara bilirik. Hər halda  

mən  şəxsən çox məmnunam ki, bu beş ildə gördüyümüz islər artıq 

sona çatilədır və müsbət nəticə verir.  

Stenli  Eskudero:  Cənab prezident, şübhəsiz, mən Sizin bu 

layihələrin həyata keçirilməsi üçün müntəzəm, davamlı surətdə səylər 

qoymuş bir şəxsin həmin layihələrin həyata keçməsinin nəticələrini və 

yaxud deyərdim ki, artıq sona çatmasını, onun bəhrələrini gördükdə 

necə şadlıq hissləri kecirdiyinizi anlaya bilərəm. 

Cənab prezident, başqa bir məsələ ilə əlaqədar Sizə onu bildirmək 

istəyirəm ki, bu yaxınlarda Alyaska ştatından biznes dairələrini təmsil 

edən bir qrup şəxs Azərbaycana çox uğurlu səfər etmişdir. Alyaska 

ştatından Azərbaycanda səfərdə olan nümayəndə heyətinə,  şübhəsiz 

ki, Amerika Birləşmiş  Ştatları Ticarət Nazirliyinin nümayəndələri də 

qatılmışdılar. Üç günlük səfər zamanı nümayəndə heyəti 

Azərbaycanın dövlət və hökumət nümayəndələri ilə, Dövlət Neft 

Şirkətində, Beynəlxalq  Əməliyyat  Şirkətində, Azərbaycana sərmayə 

qoysa Amerika biznes dairələrini təmsil edən  şirkətlərlə çox saylı 

görüşlər keçirdilər. Bu göruşlər nəticəsində onlar bir  daha əmin 

oldular ki, Azərbaycanda xarici investisiyalar üçün 

  

 



___________________________________________________53 

çox  əlverişli  şərait yaradılmışdır. Bu şirkətlər öz sahələrində 

Azərbaycana sərmayə qoymaq üçün bir sıra uğurlu layihələrin də 

perspektivli olduğunu gördülər. 

Mən Sizə bu barədə  əvvəllər bildirmişdim. Bu nümayəndə heyəti 

Alyaska  ştatının qanunverici orqanından Sizə  rəsmi dəvət göndərilə 

ki, Siz həmin ştatı ziyarət edəsiniz. Bu dəvəti Alyaska qanunvericilik 

orqanı adından xarici əlaqələr komissiyasının sədri xanım Bornes 

imzalamışdır və qanunverici orqan Sizi Alyaskada görmək istəyir. 

Mən Alyaskada olarkən xanım Bornes ilə görüşdüm. Görüş zamanı o, 

məndən xahiş etdi ki, onların bu rəsmi dəvətini Sizə çatdırım. Eyni 

zamanda xahiş etdi ki, ziyarətiniz zamanı Sizi oğlunuz İlham müşayiət 

etsin. Bu dəvətdə qeyd olunubdur ki, sizin üçün münasilə olan bir 

zamanda Alyaska ştatına ziyarətinizi arzu edirlər. 



Heydər  Əliyev: Çox sağ olun, cənab səfir, mən təşəkkür edirəm. 

Bu dəvəti mən çox yüksək qiymətləndirirəm. Alyaska ştatı  əfsanəvi 

bir yerdir. Ona görə  də oranı ziyarət etmək həqiqətən hər cəhətdən 

maraqlıdır. Ancaq işgüzar  əlaqələr qurmaq, şübhəsiz ki, bizim üçün 

hər  şeydər üstündür. Mən mütləq bu dəvətdən istifadə edəcəyəm və 

sizin üçün, mənim üçün münasilə bir vaxtda bunu həyata keçirəcəyik. 



Stenli Eskudero: Çox gözəl. Mən bu məlumatı bu gün onlara 

göndərəcəyəm. Cənab prezident, elə bilirəm ki, onlar bunu eşitməkdən 

çox məmnun olacaqlar. 

Cənab prezident, bir çox başqa məsələlər də vardır ki, mən 

fikirlərimi Sizinlə bölüşmək istəyirəm.  Əgər etiraz etməsəydiniz, 

onları özəl halda davam etdirərdik. 



Heydər  Əliyev:  Bəli, davam etdirərik.Ancaq mən istəyirəm bir 

məsələni bildirim. Sizin müraciətiniz olmuşdu və dörd konqresmenin 

mənə müraciəti olmuşdu. Azərbaycanda ayrı-ayrı dini icmaların 

burada hüquqlarının pozulması haqqında, onlara maneçilik törədilməsi 

haqqında. Mən bu məsə- 

  

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə