Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə1/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
  1   2   3   4   5   6   7   8   9   ...   139


___________________________________________________1 

 


___________________________________________________2 

 

 

__________________ 



MÜSTƏQİLLİYİMİZ  

ƏBƏDİDİR 

__________________ 



___________________________________________________3 

 

__________________________________________________

  

MÜSTƏQİLLİYİMİZ 



______________________ 

ƏBƏDİDİR 

___________________ 

İYİRMİ ÜÇÜNCÜ KİTAB 

____________________________ 

noyabr, 1999-dekabr, 1999 



__________________________________ 

 

 



 

 

 



AZƏRNƏŞR 

BAKI-2008 


___________________________________________________4 

 

 



 

 

ç ı x ı ş l a r   



  n i t q l ər 

__________________________________ 

                   b ə y a n a t l a r   



   m ü s a h i b ə l ə r 



          _________________________________ 

               m ə k t u b l a r   



  m ə r u z ə l ə r 



            _______________________________ 

               m ü r a c i ə t l ə r  



  f ə r m a n l a r 



           __________________________________ 

 

 

 

 

 

AZƏRNƏŞR 

BAKI-2008 


___________________________________________________5 

BBK 32  

Ə56 

Buraxılışına məsul 

 

RAMİZ MEHDİYEV 

 

ƏLİYEV HEYDƏR 

Ə 56   Müstəqilliyimiz əbədidir. B., Azərnəşr, 2008, 480 səh. 

 

Xalqımızın ümummilli lideri Heydər  Əlirza oğlu  Əliyevin çoxcildlik əsərlərinin 



oxuculara təqdim olunan bu cildində ölkədaxili ictimai-siyasi məsələlərə, xarici 

səfərlərə  və görüşlərə dair materiallar, dünyanın görkəmli dövlət və hökumət 

başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, tanınmış  şəxsiyyətlərə  məktubları 

verilmişdir. Burada, eyni zamanda ATƏT-in  İstanbul sammitində  və Qara Dəniz 

İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşündə nitqləri, dövlət və hökumət başçıları 

ilə apardığı danışıqlar, xam neftin Bakı-Tbilisi-Ceyhan  əsas ixrac boru kəməri 

vasitəsilə  nəql edilməsinə dair Azərbaycan, Cürcüstan və Türkiyə respublikaları 

arasında imzalanmış sənədlər nəşr edilmişdir. Həmçinin, Azərbaycan ilə Bolqarıstan, 

Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə  əməkdaşlığın daha da inkişaf 

etdirilməsi barədə imzalanmış      sənədlər,   informasiya   vasitələrinə      verdiyi   

müsahibələr toplanmışdır. 

Azərbaycan yazıçılarının bir qrupu, dünya şöhrətli alim İhsan Doğramacı, dahi 

musiqiçi Mstislav Rostropoviç ilə görüşlərdəki söhbətləri, bələdiyyə seçkiləri ilə 

əlaqədar Azərbaycan xalqına müraciəti və s. öz əksini tapmışdır. 

 

  

 

BBK-32 

 

 

2008


)

07

(



651

0801000000



M



 

 

 



© Azərnəşr, 2008 

  

   



 


___________________________________________________6 

 

 



 

BEYNƏLXALQ ATATÜRK SÜLH MÜKAFATI 

KOMİSSİYASININ SƏDRİ, ATATÜRK DİL VƏ TARİX 

QURUMUNUN RƏHBƏRİ, PROFESSOR RƏŞAD GƏNC 

İLƏ GÖRÜŞDƏ SÖHBƏT 

 

2 noyabr 1999-cu il 



 

Heydər  Əliyev:  Rəşad bəy, sizi bir daha salamlayıram. Çox 

məmnunam. 



Rəşad Gənc: Sayın cümhur başqanım, Sizə hörmət və ehtiramımı 

bildirirəm. Bir daha xoş  gəlmişsiniz! Sizi burada görməkdən 

həqiqətən çox məmnunam. Bizim iki cümhur başqanımız vardır. 

İkincisini də burada görmək həqiqətən bizi çox şad etdi. Sizi sağ-

salamat gördük və yenə də çox sevindik. Sizə Allahdan cansağlığı və 

çox uzun ömür diləyirəm. 

Cənab prezident, Beynəlxalq Atatürk Sülh Mükafatımızı aldığınıza 

görə də Sizə xüsusi təşəkkür edirəm. 



Heydər  Əliyev: Çox sağ olun. Siz Azərbaycanın böyük 

dostusunuz. Biz də sizi çox sevirik. Mən bizim böyük elçi vasitəsilə 

sizə həmişə salamlarımı yetirmişəm. 

Rəşad Gənc:  Cənab prezident, Sizin salamınızı  həmişə alıram. 

Mən də Sizə hər zaman hörmət və ehtiramımı bildirirəm. 



Heydər  Əliyev: Çox təşəkkür edirəm. Atatürk Sülh Mükafatının 

mənə verilməsi haqqında qəbul etdiyiniz qərar mənim üçün tarixi bir 

qərardır. Mən bilirəm ki, bu qərarı qəbul etmək o qədər də asan bir iş 

deyildi. Çünki siz bir çox namizədlərdən birini seçməli idiniz. Sizin bu 

barədə  mənə münasibətiniz də, bu işə  səs verməyiniz də çox 

önəmlidir. Bilirəm ki, sizin bu mükafat komissiyasının başqanı kimi, 

buna Baş nazir rəhbərlik edir.   



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə