Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə22/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   18   19   20   21   22   23   24   25   ...   139

___________________________________________________77 

Şirakla mənim şəxsi dostluğum yaranıbdır. Bəlkə o vaxtlar mən səhv 

etmişdim. Ancaq bəlkə də elə mənim bu hərəkətim ona gətirdi ki, indi 

üç həmsədr vardır - dünyanın üç böyük dövlətindən həmsədr vardır. 

Amerika söz verdi, Fransa söz verdi, Rusiya da həmişə deyir ki, 

edəcəyik. Üç il keçibdir. 

1997-ci ildə paket təklifi verdilər, - yəni işğal olunmuş torpaqların 

azad olunması ilə  bərabər, Dağlıq Qarabağın statusu məsələsi 

müəyyən edilsin. Bu, bizi qane etmirdi. Amma biz fikirləşdik ki, nə 

edək, heç olmasa bunu qəbul edək. Əlimizdə də Lissabon sammitinin 

sənədi var idi. Mən Amerika Birləşmiş Ştatlarına getdim, avqustun 1-

də  Ağ evdə prezident Bill Klintonla görüşdüm. Onlar dedibr ki, çox 

yaxşı ki, bu təklifi qəbul etmisiniz, amma bunu bəyan edin. Mən Ağ 

evdəki nitqimdə bunu bəyan etdim. Amma Ermənistan həmin təklifi 

qəbul etmədi. 

Sonra Minsk qrupu yeni bir sənəd hazırlayıb sentyabr ayında bizə 

verdi. Bu sənəddə münaqişənin mərhələ-mərhələ həll edilməsi nəzərdə 

tutulurdu: demək, birinci mərhələdə - işğal olunmuş torpaqlar azad 

olunur, ikinci mərhələdə isə Dağlıq Qarabağın statusu məsələsi 

müəyyən edilməlidir. Biz bunu qəbul etdik. Ədalət naminə demək 

lazımdır ki, Ermənistanın o vaxtkı prezidenti Ter-Petrosyan da buna 

müsbət münasibət göstərdi. Hətta biz oktyabr ayında Strasburqda 

olarkən rəsmi surətdə birgə  bəyanat verdik ki, biz bu təklifi prinsip 

etibarilə qəbul edirik. 

Ter-Petrosyan bu təklifin qəbul olunması üzərində durdu. Yəqin 

bilirsiniz, - o, "Nezavisimaya qazeta"da böyük bir məqalə dərc etdirdi. 

Dedi ki, mən bu təklifi axıradək həyata keçirəcəyəm. 

Mən o məsələlərdən danışıram ki, bunları indiyədək mətbuatın 

qarşısında heç kəsə deməmişəm. 

1997-ci il qurtardı, 1998-ci ilin əvvəlində  mən eşitdim ki, Ter-

Petrosyan Parisə gedibdir. Mən Fransa prezidenti Jak 

  

 



 


___________________________________________________78 

Şiraka telefon etdim, onunla danışdım, soruşdum ki, vəziyyət necədir? 

Jak Şirak bildirdi ki, Ter-Petrosyan öz qərarının üzərində dayanır, mən 

də demişəm ki, düz edirsən.  Əlavə etdi ki, Ter-Petrosyan mənim 

dostumdur - həqiqətən də onların keçmişdən dostluğu var idi - o

təxminən ayın 10-11-dək Təhlükəsizlik  Şurasının iclasını keçirəcək, 

bu qərarı  qəbul edəcək və ondan sonra işlər başlanacaq, mən sənə 

zəng edəcəyəm. 

Ondan sonra nə oldu? Ermənistanda müxalifət qüvvələri Ter-

Petrosyana təzyiq etməyə başladılar. Birinci növbədə Robert 

Koçaryan, sonra müdafiə naziri və başqaları onun əleyhinə  çıxdılar. 

Ter-Petrosyan və onun bir neçə tərəfdarı istefa verdilər. Bu məsələdə 

böhran yarandı. Ter-Petrosyan da bildirdi ki, bir halda mən 

Ermənistana neçə illərdir başçılıq edirəm, münaqişənin bu təkliflər 

əsasında həllinə razılıq verirəm.  Əgər siz bunu qəbul etmirsinizsə

mən artıq burada otura bilmərəm. 

Ter-Petrosyan istefa verərək dedi ki, müharibə partiyası qalilə 

gəldi, sülh partiyası  məğlub oldu. O, vəzifədən getdi. Ermənistanda 

vəziyyət dəyişdi. Minsk qrupu fəaliyyətini dayandırdı ki, gözləyək, 

Ermənistanda prezident seçkiləri keçirilsin. Orada prezident seçkiləri 

oldu, yeni prezident seçildi. Bundan sonra Minsk qrupu bildirdi ki, bir 

az da gözləyək, yeni prezident öz işlərini sahmana salsın. Biz də 

gözlədik. 

Ondan sonra, 1998-ci ildə  mən Ermənistanın yeni prezidenti ilə 

Moskvada görüş keçirdim, gördüm ki, vəziyyət çox çətindir. 

Xatirimdədir, 1998-ci ildə biz Yaltada Qara Dəniz  İqtisadi 

Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının zirvə 

görüşündə  iştirak etdik. Bizim dostumuz, Türkiyənin prezidenti 

Süleyman Dəmirəl də orada idi. O da Ermənistan prezidenti Robert 

Koçaryanla orada görüşdü və sonra dedi ki, yox, çətin məsələdir. 

Beləliklə, 1998-ci il tamamilə boş qaldı. Rusiyanın 1998-ci ildə 

hazırladığı layihəni - "ümumi dövlət" layihəsini bizə təq- 

  

 



___________________________________________________79 

dim etdilər. Biz bunu qəbul etmədik, amma Ermənistan dərhal qəbul 

etdi. Təsəvvür edin, Minsk qrupunun ondan əvvəl hazırladığı bütün 

təklifləri Ermənistan rədd etmişdi və Minsk qrupu da geri çəkilmişdi. 

Amma son təklifi verdilər, biz onu qəbul etmədik, Ermənistan qəbul 

etdi. Minsk qrupu bizə təzyiq etməyə başladı ki, siz bunu qəbul edin. 

Onların nümayəndəsi dəfələrlə buraya gəlib-getdi. Mən bildirdim ki, 

xeyr, biz bunu qəbul edə bilmərik. Sonra Amerika Konqresində 

çıxışlar etməyə başladılar ki, nə üçün Azərbaycan Minsk qrupunun 

təklifini qəbul etmir, Ermənistan qəbul edir? Əcaba, Ermənistan 

Minsk qrupunun təkliflərini qəbul etməyəndə niyə bir adam durub 

demədi ki, Ermənistan nə üçün belə edir? Amma Azərbaycan bircə 

dəfə təklifi qəbul etməyəndə, bizim başımıza nə işlər gəlir. Təəssüflər 

olsun ki, müxalifət qüvvələri özlərini çox ədalətsiz, bəzən də çox 

vicdansızcasına aparırlar, görülən hər işə qara yaxırlar. 

Bilirsiniz, düzgün başa düşün, mən burada öz fəaliyyətimi 

şişirtmək istəmirəm. Bu işləri mən görürəm. Bəli, mən Amerika 

prezidenti Bill Klintonla bu barədə altı  dəfə söhbət etmişəm. 

Fransanın, Almaniyanın,  İngiltərənin dövlət başçıları ilə bu barədə 

dəfələrlə söhbət aparmışam. Rusiyanın prezidenti ilə  həddindən artıq 

söhbətlərimiz olubdur. 

MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşləri 

keçirilir. Həmin görüşlər qapalı olur. Bəziləri deyirlər ki, Heydər 

Əliyev nə üçün Azərbaycanı MDB-nin üzvü etdi? Vaxtilə Azərbaycan 

MDB-nin üzvü deyildi, biz nə qədər zərərlər çəkmişik, mən onları da 

sizə deyəcəyəm. Biz MDB-nin üzvü olmayanda orada nə olduğunu 

bilmirdik. Halbuki, Ermənistan da, başqa respublikalar da bu birliyin 

üzvü idilər. Amma biz kənarda durmuşduq. Biz MDB-yə üzv olduq, 

öz sözümüzü deyə bildik. 

1993-cü ilin dekabr ayında Azərbaycan MDB-nin üzvü olan kimi 

Aşqabadda keçirilən zirvə görüşündə mən böyük 

  

 



 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə