Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə13/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   9   10   11   12   13   14   15   16   ...   139

___________________________________________________45 

niz fatehləri Azərbaycanın  şair, yazıçı, bəstəkar və  rəssamlarının 

əsərlərində  əfsanəvi qəhrəmanlara çevrilərək xalqımızın tarixi 

yaddaşına əbədi həkk olunmuşlar. 

Neft Daşları XX əsrdən XXI əsrə atılmış bir körpüdür. Biz yeni 

əsrə müstəqil Azərbaycanın yeni neft strategiyası ilə qədəm qoyuruq. 

Həmin strategiyanın maddi və elmi təməli isə  məhz Neft Daşları ilə 

qoyulmuşdur. O illərdə qazanılmış misilsiz nailiyyətlər bu gün 

müstəqil Azərbaycanda uğurla yerinə yetirilən "Əsrin müqaviləsi"ndə 

öz parlaq ifadəsini tapmışdır. 

Əminəm ki, Azərbaycan dəniz neftçiləri öz zəngin təcrübələrindən 

səmərəli istifadə edərək bundan sonra da əzmlə çalışacaq, Azərbaycan 

iqtisadiyyatının dünya iqtisadi sisteminə sıx inteqrasiyasını, ölkəmizin 

hərtərəfli inkişafını, xalqımızın firavan həyatını təmin etmək üçün var 

qüvvələrini sərf edəcəklər. 

Bu yubiley günlərində sizə yeni-yeni əmək nailiyyətləri, hər 

birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram. 

 

 



 

 

HEYDƏR ƏLİYEV  



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 6 noyabr 1999-cu il 



  


___________________________________________________46 

 

 



FƏLƏSTİN DÖVLƏTİNİN PREZİDENTİ  

ZATİ-ALİLƏRİ CƏNAB YASİR ƏRƏFATA 

 

Hörmətli cənab prezident! 



Qəzzə sektorunu Qərb sahilindəki Fələstin şəhərləri ilə birləşdirən 

dəhlizin istifadəyə verilməsi münasibətilə sizi ürəkdən təbrik edirəm. 

Bu hadisəni qəhrəman xalqınızın gələcəyi və  səadəti naminə 

yorulmaz fəaliyyətinizin bəhrəsi kimi qiymətləndirirəm. 

Əminəm ki, yenilməz mübarizəniz və  fədakarcasına səyləriniz 

nəticəsində bölgədə sülh və əmin-amanlıq əbədi bərqərar olacaqdır. 

Sizə möhkəm cansağlığı, uğurlar, dost Fələstin xalqına xoşbəxtlik 

və tərəqqi arzu edirəm. 

 

Hörmətlə, 

 

HEYDƏR ƏLİYEV  



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 6 noyabr 1999-cu il 



  


___________________________________________________47 

 

VYETNAM SOSİALİST RESPUBLİKASININ  



PREZİDENTİ ZATİ-ALİLƏRİ  

CƏNAB THAN DİK LİONQA 

 

Hörmətli cənab prezident! 



Vyetnamda daşqınlar nəticəsində çoxlu insanın həlak olması  və 

böyük dağıntılar baş verməsi xəbəri məni dərindən kədərləndirdi. 

Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına, bütün dost 

Vyetnam xalqına dərin hüznlə başsağlığı verir, yaralananların və 

xəsarət alanların tezliklə sağalmasını arzulayıram. 

 

 



HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 6 noyabr 1999-cu il 



  


___________________________________________________48 

ADIGEYA RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ CƏNAB ASLAN CARİMOVA 

 

Hörmətli Aslan Əliyeviç, Sizi əlamətdar yubiley - doğum 



gününüzün 60 illiyi münasibətilə ürəkdən təbrik edirəm. 

Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində bu gün qardaş 

Adıgeya keçid dövrünün çətinliklərini müvəffəqiyyətlə aradan 

qaldırır. 

Mən xalqlarımız arasındakı  ənənəvi dostluq münasibətlərini 

yüksək qiymətləndirirəm.  Əminəm ki, əlbir səylərlə biz Qafqazda 

sülhə, sabitliyə və tərəqqiyə nail olacağıq. 

Sizə möhkəm cansağlığı, səadət və səmərəli fəaliyyətinizdə uğurlar 

arzulayıram. 

 

Hörmətlə



HEYDƏR ƏLİYEV  

Azərbaycan Pespublikasının Prezidenti 

 

Bakı şəhəri, 6 noyabr 1999-cu il 



  


___________________________________________________49 

 

TACİKİSTAN RESPUBLİKASININ PREZİDENTİ 



ZATİ-ALİLƏRİ 

CƏNAB İMAMƏLİ RƏHMANOVA 

 

Hörmətli İmaməli Şaripoviç! 



Tacikistan Respublikasının prezidenti vəzifəsinə yenidən 

seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. 

Əminəm ki, Azərbaycanla Tacikistan arasındakı ənənəvi çoxəsrlik 

dostluq əlaqələri xalqlarımızın rifahı, regionda sülh və sabitlik naminə 

bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir. 

Sizə möhkəm cansağlığı, dövlət fəaliyyətinizdə yeni-yeni uğurlar, 

qardaş tacik xalqına isə tərəqqi və firavanlıq arzulayıram. 

 

Hörmətlə



HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 7 noyabr 1999-cu il 



  


___________________________________________________50 

 

 



ABŞ-ın AZƏRBAYCAN RESPUBLİKASINDAKI  

SƏFİRİ STENLİ ESKUDERO İLƏ  

GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı  

 

8 noyabr 1999-cu il 

 

Heydər  Əliyev: Sizi səmimi-qəlbdən salamlayıram, cənab 

Eskudero. Vəziyyətiniz necədir? 

Stenli Eskudero:  Cənab prezident, çox yaxşıyam. Sizin 

vəziyyətiniz necədir? Siz çox yaxşı görünürsünüz. 



Heydər Əliyev: Çox işləyirəm, ona görə. 

Stenli Eskudero: Doğrudur. Mənə elə gəlir ki, Siz işləyən zaman 

yaxşı görünürsünüz. 



Heydər  Əliyev:  Elədir. Mən özüm də bunu hiss etmişəm. Ona 

görə də dünən, bazar günü həddindən artıq çox işləmişəm. 



Stenli Eskudero: Doğrudur, mən bunu dünən bildim. Çünki dünən 

mənimlə  əlaqə saxlanılmışdı  və burada Siz bəzi məsələləri müzakirə 

etmişdiniz.  Əslində, mənim özüm də, bir neçə  məsələ var idi, işdə 

onunla məşğul oldum. Cənab prezident, mənə elə  gəlir ki, gərək 

Sizinlə biz həftədə bir gün ayıraq ki, həmin gün bizim üçün iş 

olmasın. 



Heydər Əliyev: Elədir, tapmaq lazımdır. 

Stenli Eskudero: Cənab prezident, artıq çoxları Sizi təbrik etmək 

üçün öz növbələrini gözləməkdədirlər. Çünki Sizin apardığınız 

siyasətin nəticəsində  həm Sizin çox böyük tarixi qələbəniz, həm də 

Amerikanın tarixi qələbəsi hesab edirik ki, yaxın zamanlarda 

İstanbulda dörd böyük layihə üzrə 

  

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə