Microsoft Word Gulnara-kitab son doc


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə14/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   10   11   12   13   14   15   16   17   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
41
 
 
 
 
terminin işlənməsi kifayətdir:-mış şəkilçili olması üçün 
perfekt I, -ıb şəkilçisi ilə əmələ gələn üçün perfekt II”
1

B.O.Oruzbayeva “Qırğız dilində keçmiş zaman 
formaları” adlı monoqrafiyasında felin keçmiş zamanı-
nın aşağıdakı formalarını göstərir: 
a) qəti keçmiş zaman 
b) qeyri-müəyyən keçmiş zaman 
ç) subyektiv keçmiş zaman 
c) davamlı keçmiş zaman  
d) uzaq keçmiş zaman  
e) davamlı uzaq keçmiş zaman.
2
  
O.Allanazarov 1953-cü ildə “Müasir türkmən ədə-
bi dilində keçmiş zaman” adlı dissertasiyasını yazmış və 
1975-ci ildə müəllifin eyniadlı monoqrafiyası nəşr olun-
muşdur.O.Allanazarov türkmən dilində keçmiş zamanın 
on iki formasını göstərmişdir:
qəti keçmiş zaman, müəyyən 
imperfekt, qeyri-müəyyən imperfekt, məqsədli keçmiş I, məq-
sədli keçmiş II, qeyri-müəyyən nəqli keçmiş zaman, uzaq 
keçmiş,  şərt  şəklinin keçmiş zamanı, arzu şəklinin keçmiş 
zamanı, vacib şəklinin keçmiş zamanı, keçmiş zamanın 
modal formaları, subyektiv keçmiş zaman
3
.  
K.Ubaydullayev qaraqalpaq dilinin materialları əsa-
sında felin keçmiş zamanını 3 hissəyə - müəyyən  keç-
miş, nəticəli keçmiş və uzaq keçmiş zaman formalarına 
ayırır və hər bir hissənin də müxtəlif zaman formalarını 
                                                 
1
 Əfəndiyeva T.Felin keçmiş zaman formaları.Bakı,“Nurlan”,2005,s. 35.  
2
Орузбаева Б.О. Формы прошедшего времени в киргизском языке. 
Фрунзе, Изд. АН. Киргизской ССР, 1955, с. 7-54.  
3
Алланазаров О. Прошедшее время в современном туркменском 
литературном языке. Ашхабад, “Ылым”, 1975, с. 51-118.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
42
 
 
 
 
göstərir. Onun keçmiş zamanla bağlı bölgüsünü aşağı-
dakı cədvəldə ümumiləşdirmək olar: 
                                  Keçmiş zaman 
 
 
müəyyən  keçmiş       nəticəli keçmiş    uzaq keçmiş 
müəyyən qəti keçmiş                             uzaq keçmiş 
bitməmiş müəyyən keçmiş                    subyektiv uzaq           
                                                               keçmiş 
müəyyən bitməmiş 
qeyri-müəyyən  keçmiş 
gələcəkli keçmiş 
adi keçmiş 
E.Qacarova XVIII-XIX əsr türkmən dilinin yazılı 
abidələrində xəbər şəklinin dörd keçmiş zaman forması-
nın olduğunu yazır:qəti keçmiş(-dı/-di), perfekt(-mış/-
miş, -ıb/ib,-an/-en<-qan/-qen), imperfekt(-ur/-ür,-ır/-ir,   
-ar/-er +эрди),  plyuskvamperfekt(-mış/-miş+erdi, -ıb/ -
ib+erdi, -an/-en<-qan/-qen+erdi)
1

İndiki zaman. Məlum olduğu üzrə, türk dillərində 
felin digər zamanlarından fərqli olaraq indiki zaman 
formasının morfoloji əlamətləri öz rəngarəngliyi ilə 
seçilir. Müasir türk dillərinin  əksəriyyətində indiki za-
manın ifadəsi üçün yalnız bir morfoloji göstəricidən is-
tifadə olunduğundan indiki zamanın formaları keçmiş 
zaman formaları qədər çox deyil. Bu həm də keçmiş za-
manın indiki zamana nisbətən daha geniş zaman kəsi-
                                                 
1
Каджарова  Э.Прошедшее  время  изъявительного  наклонения в  письменных 
памятниках туркменского языка XVIII-XIX вв. АКД, Ашхабад,1964,с.3.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
43
 
 
 
 
yini əhatə etməsi ilə əlaqədardır. Lakin buna baxmaya-
raq keçmiş zamanın  əsas morfoloji göstəriciləri  əksər 
türk dillərində sabit olduğu halda, indiki zamanın göstə-
riciləri haqqında bunu söyləmək çətindir. 
 Bildiyimiz kimi, oğuz qrupu türk dillərinə daxil 
olan dillərin hər birində indiki zaman özünəməxsus şə-
kilçilər qəbul etməklə – Azərbaycan dilində -ır, -ir, -ur, 
-ür, türk dilində  -(ı
4
)yor, türkmən dilində  -yar, -yər
qaqauz dilində -er,-эr şəkilçiləri vasitəsilə düzəlir. Qıp-
çaq və bulqar qrupu türk dillərində, yakut, çuvaş dillə-
rində isə əsasən, -a,   -e, -y şəkilçiləri ilə formalaşır.  
Karluq qrupu türk dillərində də vəziyyət bir qədər 
fərqlidir.  İndiki zaman formasını  əmələ  gətirmək üçün 
özbək dilində -a,-y, salar dilində -por, sarı-uyğur və ye-
ni uyğur dillərində -ppar şəkilçilərindən istifadə olunur. 
Bir cəhəti də qeyd edək ki, oğuz qrupu türk dillərindən 
başqa (türkmən dili istisna olmaqla) digər türk dilləri in-
diki zaman formalarının sayının daha çox olması ilə 
diqqəti cəlb edir. Türk dillərində indiki zamanın da 
müxtəlif terminlərlə ifadəsi mövcuddur. Belə ki, yalnız 
bir indiki zaman formasının işləndiyi türk dillərində bu 
zaman forması indiki zaman adı altında təqdim olunur. 
İki və daha artıq indiki zaman forması olan türk 
dillərində isə müxtəlif terminlərlə ifadə edilir.  
A.N.Kononov türk dilində -(ı
4
)yor şəkilçili zamanı 
indiki zaman
1
, özbək dilində -a, -y şəkilçisi ilə formala-
                                                 
1
Кононов  А.Н.  Грамматика  современного  турецкого  литературного  языка. 
М.-Л., Изд. АН СССР, 1956, с. 223. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə