Microsoft Word Geo 7 mv-az-capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə43/47
tarix23.01.2018
ölçüsü3,69 Kb.
#22032
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   47

 
121
Dərs 47  / Mövzu:
 
ƏHALİNİN YERLƏŞMƏSİ
 
 
 
 
Mövzunun tədris edilməsində  əsas məqsəd təbii komponentlərin məskunlaşmaya 
təsiri nəticəsində əhalinin sıx və seyrək məskunlaşdığı əraziləri təyin etmək və re-
gionları əhalinin sıxlığına görə qruplaşdırmaqdır.  
 Müəllimin motivasiya mərhələsini dərslikdəki  şəkillər vasitəsilə  həyata ke-
çirməsi məqsədəuyğundur. Şagirdlər səhrada isti və quraq iqlimin olmasına görə və 
yüksək dağlıq ərazilərdə əhalinin sıxlığının seyrək olmasını şəkillərə görə müəyyən 
edirlər. Müəllim dərsə başqa cür də başlaya bilər. O, lövhədə    aşağıdakı  cədvəli 
çəkib “Hansı təbii şəraitdə əhali daha sıx məskunlaşmışdır?” sualını verə bilər: 
Göstəricilər A 
məntəqəsi B 
məntəqəsi C 
məntəqəsi D 
məntəqəsi 
Temperatur yay və qış +30 
 
və -20 
+18 və +5 
+3 və -26 
+24 və +2 
Yağıntı (illik miqdarı) 
300 mm 
800 mm 
200 mm 
700 mm 
Müəllim  şagirdləri rəqəmləri təhlil edərək, B və D məntəqələrində  əlverişli iqlim 
olduğuna görə əhalinin sıx məskunlaşdığına aid fikirlərə doğru istiqamətləndirə bilər. 
 “Fəaliyyət”də verilmiş tapşırıq müzakirə tələb etdiyindən şagirdlərin onu cütlər 
formasında yerinə yetirməsi məqsədəuyğundur. Tapşırığın  əsas məqsədi verilən 
təsvirlərdə əhalinin məskunlaşmasına dair fikirlər söyləmək və ərazilərilə təsvirlər 
arasında  əlaqə qurmaqdır. Tapşırığın nəticəsində  şagirdlər  “düzənlik  ərazilərdə 
əhali hər yerdə bərabər məskunlaşa bilər”, “quraq iqlimdə əhali ərazidən keçən çay 
sahilində məskunlaşa bilər”, “dağlıq ərazilərdə əhali qismən əlverişli dərələrdə və 
kiçik məntəqələrdə  məskunlaşa bilər” fikirlərinə  gəlməlidir. Müəllim suallarla 
şagirdləri istiqamətləndirə bilər.  
 Mövzunun mənimsənilməsi oxu və sualvermə üsulu ilə yerinə yetirilə bilər. Şa-
girdlər mətni hissələrə bölməklə oxuyur, digər şagirdlər ona sualla müraciət edirlər.  
Orta sıxlıq = əhalinin sayı : ərazinin sahəsi 
ALT 
STANDARTLAR
3.1.1. Əhalinin regionlar üzrə paylanmasını şərh edir.  
3.1.2. Kontur xəritədə əhalinin sıx məskunlaşdığı əraziləri 
qeyd edir. 
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ
 
Əhalinin yerləşməsinə təsir edən amilləri şərh edir. 
Xəritə üzərində əhalinin sıx məskunlaşma ərazilərini
 
qruplaşdırır.  
 
 
Çap üçün deyil


 
122
Düsturu  əsasında müxtəlif məsələləri həll etməyin mümkün olduğunu izah edir. 
“Əhalinin məskunlaşması” xəritəsi şagirdlərə VI sinifdən tanış olsa da, VII sinifdə  
şagirdlər xəritəyə  əsasən müəyyən nəticələr çıxarmağı bacarmalıdırlar. Onlar Cə-
nub, Cənub  Şərqi və  Şərqi Asiyada, Avropada əhalinin sıxlığının yüksək,  Şimali 
Afrikada, Şimali Amerikanın şimalında, Avstraliyada, Asiyanın şimalında isə sey-
rək olmasını təbii komponentlərlə əlaqələndirirlər. Dərsin davamında  şagirdlər əha-
li məskunlaşmasına təsir edən təbii, iqtisadi və tarixi amilləri qruplaşdırmalıdırlar.  
 
 Öyrəndiklərinizi tətbiq edin

 
Seyrək Sıx 
Skandinaviya yarımadası, Orta Sibir yay-
lası, Ərəbistan yarımadası, Qrenlandiya 
adası, Amazon ovalığı  
Hindistan yarımadası, Böyük Britaniya 
adası, Mesopotamiya ovalığı, Böyük Çin 
düzənliyi, Kaliforniya yarımadası 
 
Nə öyrəndiniz. 
Təbii şəraitin fərqli olduğu ərazilərdə əhalinin sıxlığı fərqlidir. Relyef, iqlim, tor-
paq örtüyü, əhalinin yerləşməsinə  təsir edən  təbii amillərdir. Sənaye və  kənd 
təsərrüfatının inkişafı əhalinin məskunlaşmasına təsir edən iqtisadi amillər hesab 
olunur. Keçmiş zamanlardan ticarət yolları boyunca əhalinin məskunlaşması  ta-
rixi amillərlə bağlıdır.    
 
Öyrəndiklərinizi yoxlayın. 1 – 7 nəfər; 2 – 107 nəfər 
 Qiymətləndirmə meyarları: şərhetmə, qruplaşdırma 
 
I səviyyə II 
səviyyə 
III  səviyyə IV 
səviyyə 
Əhalinin yerləşmə-
sinə təsir edən amil-
ləri müəllimin kö-
məyi ilə şərh edir. 
Əhalinin yerləşmə-
sinə təsir edən amil-
ləri çətinliklə  şərh 
edir.  
Əhalinin yerləşmə-
sinə təsir edən amil-
ləri əsasən  şərh 
edir. 
Əhalinin yerləşmə-
sinə təsir edən amil-
ləri ətraflı şərh edir. 
Xəritə üzərində 
əhalinin sıx və sey-
rək məskunlaşdığı 
əraziləri müəllimin 
köməyi ilə  qruplaş-
dırır. 
Xəritə üzərində 
əhalinin sıx və sey-
rək məskunlaşdığı 
əraziləri çətinliklə 
qruplaşdırır. 
 
Xəritə üzərində 
əhalinin sıx və sey-
rək məskunlaşdığı 
əraziləri əsasən 
qruplaşdırır. 
Xəritə üzərində 
əhalinin sıx və 
seyrək məskunlaş-
dığı əraziləri düz-
gün qruplaşdırır. 
 
Çap üçün deyil


 
123
Dərs 48  / Mövzu:
 
PRAKTİK DƏRS. DÜNYA ƏHALİSİNİN DİL     
                               TƏRKİBİ VƏ ƏHALİNİN MƏSKUNLAŞMASI  
 
 
 
Mövzunun tədris edilməsində  əsas məqsəd  şagirdlərin xəritə üzərində  tədqiqat 
aparmaq, plan üzrə verilən suallara cavab vermək və yaşadığı  məhəllin məskun-
laşma modelini qurmaqdır.   
 Praktik dərsdə 2 tapşırıq təqdim edilmişdir.  
 1-ci tapşırıq fərdi yerinə yetirilə bilər.  
 
 2-ci tapşırığın layihə kimi qruplarla yerinə yetirilməsi daha faydalı olardı. Bu 
halda tapşırığın şərti və izahı əvvəlki dərsdə verilir. Dərsdə isə nəticələrin təqdimatı 
və müzakirəsi keçiriləcəkdir. Müəllim şagirdləri qruplara bölüb hərəsinə bir ərazi 
müəyyən edə bilər.  
Qiymətləndirmə meyarları: şərhetmə, əlaqələndirmə  
 
I səviyyə II 
səviyyə 
III  səviyyə IV 
səviyyə 
Əhalinin dil ailələ-
rinə görə xəritə üzə-
rində məskunlaşma-
sını çətinliklə şərh 
edir. 
Əhalinin dil ailə-
lərinə görə xəritə 
üzərində məskun-
laşmasını müəlli-
min köməyi ilə  
şərh edir.  
Əhalinin dil ailələ-
rinə görə xəritə üzə-
rində məskunlaşma-
sını əsasən və ləng 
şərh edir.  
Əhalinin dil ailə-
lərinə görə xəritə 
üzərində məskun-
laşmasını düzgün 
və çevik  şərh edir.  
Təbii və iqtisadi 
amillərlə məskun-
laşma modellərini 
çətinliklə əlaqələn-
dirir.   
 
Təbii və iqtisadi 
amillərlə məskun-
laşma modellərini 
müəllimin köməyi 
ilə əlaqələndirir.   
 
Təbii və iqtisadi 
amillərlə məs-
kunlaşma model-
lərini əsasən əlaqə-
ləndirir.   
 
Təbii və iqtisadi 
amillərlə məs-
kunlaşma model-
lərini sərbəst olaraq 
əlaqələndirir.   
 
ALT 
STANDARTLAR
3.1.1. Əhalinin regionlar üzrə paylanmasını şərh edir.  
 
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ
 
Əhalinin dil ailələrinə görə xəritə üzərində məskunlaş-
masını şərh edir.  
Təbii və iqtisadi amillərlə məskunlaşma modellərini 
əlaqələndirir.   
 
Çap üçün deyil


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə