Microsoft Word Geo 7 mv-az-capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə41/47
tarix23.01.2018
ölçüsü3,69 Kb.
#22032
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

 
116
Dərs 44  / Mövzu:
 
TÜRK DÜNYASI BİRLİYİ 
 
 
Yeni mövzunun tədrisində  əsas məqsəd türk xalqlarının məskunlaşmasına təsir 
edən amillərin  şərh və türk dövlətlərinin yaratdığı birliyin onların inkişafında 
əhəmiyyətini müəyyənləşdirməkdir.   
   Motivasiya mərhələsi dərslikdə verilən  şəkil  əsasında qurula bilər. Müəllim 
suallarla  şagirdləri “güc birlikdədir” ideyasına istiqamətləndirə bilər. Bu zaman 
çalışmaq lazımdır ki, şagirdlər dövlətlərin təcrid olunmuş  vəziyyətdə mövcud 
olmasının mümkünsüzlüyü nəticəsinə gəlsinlər.  
 “Fəaliyyət”də verilmiş tapşırığın qruplarla yerinə yetirilməsi məqsədəuyğun-
dur. Şagirdlər türk xalqlarının birliyinin simvolu kimi bayrağın qəbul edilməsinin 
zəruriliyi nəticəsinə  gəlməlidirlər. Onlar yeni bayrağın rənginin Qazaxıstan, gü-
nəşin Qırğızıstan, ayparanın Türkiyə, ulduzun isə Azərbaycan bayrağından götürül-
düyünü təhlil edirlər.     
 Yeni mövzunun izah edilməsini ardıcıl suallar metodu, yaxud cütlərlə oxu 
üsulu ilə yerinə yetirə bilərsiniz. Şagirdlər mətni abzaslar üzrə hissə-hissə oxuyaraq 
hər abzası oxuduqdan sonra ikinci şagird oxunan hissədən sual verir, birinci şagird  
isə cavablandırır. Sonra onlar rollarını dəyişirlər. Müəllimin “Türk xalqlarının yeni 
dövlətlər yaratmaq tələbatı nədən yaranırdı?” sualı ilə şagirdlərə müraciət etməsi 
də  mətnə marağın artmasına səbəb ola bilər. Dərsi izah edərkən türk dövlətlərini 
xəritədə göstərilmək məqsədəuyğundur. Mövzunu İQS üsulu ilə də mənimsətmək 
mümkündür.   
ALT 
STANDARTLAR
3.2.1 Ölkələri tipoloji xüsusiyyətlərinə görə təhlil edir. 
3.2.2. Xəritə üzərində ölkələri tipoloji xüsusiyyətlərinə 
görə qruplaşdırır. 
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ 
Türk birliyinə daxil olan dövlətlərin xüsusiyyətlərini şərh 
edir. 
Türk birliyinə daxil olan ölkələri xəritə üzərində qrup-
laşdırır. 
 
Çap üçün deyil


 
117
 Öyrəndiklərinizi tətbiq edin. 
 
 
 
Nə öyrəndiniz.  Dövlətlər iqtisadi inkişaflarını gücləndirmək məqsədilə birliklə
yaradırlar. Azərbaycan tarixi kökləri ilə ona yaxın olan Türk dünyasına daxil-
dir. Türk dünyası arasındakı əlaqələr Türk birliyinin yaranmasına imkan verir. 
 
 Öyrəndiklərinizi yoxlayın. 
Türkiyə Azərbaycan Qazaxıstan Türkmənistan Qırğızıstan Özbəkistan 
Ankara Bakı 
Astana 
Aşqabad 
Bişkek 
Daşkənd 
 
Qiymətləndirmə meyarları: sadalama, qruplaşdırma 
I səviyyə II 
səviyyə 
III  səviyyə IV 
səviyyə 
Türk birliyinə daxil 
olan dövlətlərin 
xüsusiyyətlərini 
şərh etməkdə 
çətinlik çəkir. 
Türk birliyinə daxil 
olan dövlətlərin 
xüsusiyyətlərini 
müəllimin köməyi 
ilə şərh edir. 
Türk birliyinə daxil 
olan dövlətlərin 
xüsusiyyətlərini 
əsasən düzgün şərh 
edir. 
Türk birliyinə daxil 
olan dövlətlərin 
xüsusiyyətlərini 
sərbəst şəkildə şərh 
edir. 
Türk birliyinə daxil 
olan ölkələri xəritə 
üzərində qruplaş-
dırmaqda çətinlik 
çəkir. 
Türk birliyinə daxil 
olan ölkələri xəritə 
üzərində səhvlərlə 
qruplaşdırır. 
Türk birliyinə daxil 
olan ölkələri xəritə 
üzərində sərbəst 
qruplaşdırır. 
Türk birliyinə daxil 
olan ölkələri xəritə 
üzərində sərbəst 
qruplaşdırır və sər-
həd ölkələrini sada-
layır. 
 
Dərs 45/ Mövzu:
 
DÖVLƏTLƏRİN İDARƏ EDİLMƏSİ FORMALARI 
 
 
ALT 
STANDARTLAR
3.2.1. Ölkələri tipoloji xüsusiyyətlərinə görə təhlil edir.  
3.2.2. Xəritə üzərində ölkələri tipoloji xüsusiyyətlərinə 
görə qruplaşdırır. 
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ
 
Ölkələrin idarə edilməsinə görə müxtəlifliyini izah edir. 
İdarəetmə formasına görə ölkələri materiklər üzrə qrup-
laşdırır. 
Qırğızıstan
Türkiyə ilə həmsərhəddir
Xəzər və Aral dənizinə 
çıxışları var
 
Tyan-Şan dağlarında 
yerləşir
 
Türkiyə 
Xəzərə çıxışı yoxdur, 
Qırğızıstanla 
həmsərhəddir
 
Azərbaycan
Qazaxıstan
Özbəkistan
Türkmənistan
Yarımadada yerləşir
 
Qərbdən Xəzər, cənubdan 
İran ilə həmsərhəddir 
Çap üçün deyil


 
118
 
Yeni mövzunun tədris edilməsində əsas məqsəd dünya ölkələrinin idarəetmə quru-
luşunda olan müxtəlifliyi izah etmək və onları materiklər üzrə qruplaşdırmadır.  
 Şagirdlərdə motivasiya yaratmaq üçün dərslikdə olan şəkil kifayət edə bilər. 
Lakin müxtəlif resurslardan istifadə edərək tacqoyma və inauqurasiya tədbirlərinə 
aid videomaterial, slaydları nümayiş etdirmək olar. Bu mövzu ilə şagirdlər ilk dəfə 
tanış olduğundan müəllimin istiqamətləndirici rolu vacibdir.  
 “Fəaliyyət”də verilmiş tapşırıq motivasiyanın davamı olub, şagirdlərin təlim 
nəticələrinin reallaşmasına doğru istiqamətləndirir. Şəkil əsasında müəllim şagird-
ləri idarəetmə orqanlarının fərqli olmasına dair nəticəyə gəlməsi üçün suallar verə 
bilər. Respublikamızda olan idarəetmə üsulu ilə  Səudiyyə  Ərəbistanındakı müqa-
yisə edilə bilər. 
 Dünya ölkələrinə dair biliklərin yada salınması və “Ən böyük ölkələr hansılar-
dır”, “Dənizsahili ölkələr hansılardır?”, “Materikdaxili hansı ölkələrin adını deyə 
bilərsiniz?” və s. kimi suallar verməklə yeni mövzuya başlamaq olar. “Dövlət nə-
dir?” sualını verməklə dərslikdəki mətndən onun cavabının tapılmasını tapşırmaq 
olar. Dərslikdəki mətnlə tanışlıq müəllimin sualları əsasında da reallaşa bilər.  Bu-
nun üçün şagirdlər mətni hissə-hissə oxuyub müəllimin suallarına cavab verir.  
 Öyrəndiklərinizi tətbiq edin. Nəzərdə tutulmuş tapşırıq cütlərlə, yaxud qrup-
larla yerinə yetirilə bilər – onlardan biri respublika, digəri isə monarxiya ölkəsinin 
nümayəndələri olmaqla Venn diaqramını doldurur. Bu işi fərdi olaraq dəftərdə də 
yerinə yetirmək mümkündür.  
Nə öyrəndiniz. Yer kürəsində müəyyən sərhəd daxilində siyasi varlıq olan dövlət 
müstəqil bir qurumdur. İdarə edilməsinə görə  respublika  xalq tərəfindən seçilir. 
Hakimiyyətin vərəsə yolu ilə keçdiyi idarəetmə forması isə monarxiya adlanır.  
 Öyrəndiklərinizi yoxlayın. 1. 
Dövlət 
formaları 
Avropa Asiya  Şimali 
Amerika
Cənubi 
Amerika 
Afrika Avstraliya 
Monarxiya Böyük 
Britaniya 
Norveç 
Yaponiya  
BƏƏ 
Bruney  
Səudiyyə 
Ərəbistanı 
 
 
Mərakeş Avstraliya 
Respublika Fransa 
Almaniya 
İtaliya 
Türkiyə 
Pakistan 
İsrail 
ABŞ Braziliya 
Çili 
Niger 
Əlcəzair 
 
 
Çap üçün deyil


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə