Microsoft Word ekologiya doc


Ekoloji günlərin yaranma tarixi



Yüklə 327,11 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix20.10.2017
ölçüsü327,11 Kb.
#5988
1   ...   5   6   7   8   9   10   11   12   13

 

37

Ekoloji günlərin yaranma tarixi 

 

2 fevral – Ümumdünya su - bataqlıq hövzələri 

günü 

 

2 fevral 1971-ci ildə  İranın Ramsar şəhərində “Sudaüzən 



quşlar üçün beynəlxalq  əhəmiyyət daşıyan su-bataqlıq 

hövzələrinə dair” Konvensiya imzalanmışdır.  



 

    21 mart – Ümumdünya meşə günü 

 

Bu gün meşələrin  əkilməsi və yaşıllıqların sayının 



artırılmasının mühümlüyü ilə bağlıdır. Bu gün meşələrin 

qorunması zlanının müəyyən edilməsi üçün dövlət orqanları və 

beynəlxalq təşkilatlar tərəfindən qeyd olunur.  

 

22 mart – Ümumdünya su resursları  günü 

 

BMT-nin Baş Assambleyası 22 dekabr 1992-ci il, 47/193 



nömrəli qətnaməyə  əsasən 22 mart tarixini “Ümumdünya su 

resursları günü” elan etmişdir. Bu günün keçirilməsinin 

məqsədi su resurslarının mənimsənilməsinin hansı  səviyyədə 

olmasının, iqtisadi və sosial rifahın səmərəliliyinin 

yüksəldilməsinə  təsirinin müəyyən edilməsi və bu barədə 

maarifləndirilmənin təmin edilməsidir.  



        

23 mart – Ümumdünya meteorologiya günü 

1960 ildə Ümumdünya meteoroloji təşkilat 23 mart tarixini 

Ümumdünya meteoroloji gün kimi qeyd etməyi qərara 

almışdır. Bu günü qeyd etməkdə  məqsəd – əhalinin 

sağlamlığını təminində meteorologiya və meteoroloji xidmətin 

mühümlüyünə diqqəti cəlb etməkdir. Hər il bu gündə insanlara 




 

38

meteoroloji xidmətin mənasını başa salan təzə  şüar seçilir 



(

www.wmo.ch/index-en.html

). 

   1 aprel – Beynəlxalq quşlar günü 

 

1906-cı il aprel ayının 1-də quşların mühafizəsinə dair 



Beynəlxalq Konvensiya imzalanmışdır. Bu gündə  məktəblilər 

və quş  həvəskarları bağlarda və parklarda yem təknələri və 

sığırçın yuvaları asır, quş yuvalarını yeniləmək və  təzədən 

tikməklə quşların köçüb gəlməsinə hazırlaşırlar.  

 

      

18-22 aprel – Parklara yürüş günü 

 

“Parklara yürüş”-  ətraf mühitin problemlərinə ictimai 



diqqəti cəlb etmək, nadir təbiət landşaftlarını, komplekslərini 

və obyektlərini qorumaq məqsədi daşıyan beynəlxalq 

bayramdır.  

İlk dəfə “Parklara yürüş” 1990-cı ildə Amerika Birləşmiş 

Ştatlarında ABŞ-ın Milli Parklar və  Təbiəti Mühafizə 

Assosiasiyasının təşəbbüsü ilə keçirilmişdir. İndi isə bu bayram 

ABŞ-da kütləvi tədbir şəklində keçirilir və hər il 1 milyondan 

artıq insan bu tədbirdə iştirak edir.  

1995-ci ildə “Parklara yürüş” ilk dəfə olaraq keçmiş SSRİ 

ərazisində keçirilmişdir. Rusiya Federasiyasının müxtəlif 

bölgələrində 20 qoruq və Milli park bu tədbirin təşkilatçıları 

kimi çıxış etmiş  və  iştirakçıların ümumi sayı 5 min nəfərdən 

çox olmuşdur. 1996-cı ildə “Parklara yürüş”ün coğrafiyası daha 

da genişlənir, yerli tədbirlər 120-dən çox yerdə keçirilir, şagird, 

tələbə, jurnalist, inzibati dövlət nümayəndələri və 

sahibkarlardan ibarət olan iştirakçıların sayı 70-100 min nəfərə 

çatmışdır. 1997-ci ildə Belarusiyanın qoruqları və Milli parkları 

Qazaxıstan, Özbəkistan, Tacikistan və  Qırğızıstanın xüsusi 

qorunan  əraziləri ilə birgə ilk dəfə olaraq “Parklara yürüş” 

günündə iştirak etmişlər.  

 



 

39

      22 aprel – Yer günü 

 

Əsası C.Sterlinq Mortan tərəfindən qoyulan Yer gününün 



bayram edilməsi XIX-cu əsrin 40-cı illərindən başlayır. 1872-ci 

ildə C. Morton Nebraska ştatının il ərzində bir günün ətraf 

ərazinin yaşıllaşmasına həsr edilməsi təklifi ilə  çıxış edir və 

birinci ağac  əkmə günü milyona yaxın ağac  əkilir.  

1882-ci il 22 aprel tarixindən başlayaraq “Ağac günü” 

Nebraska hökuməti tərəfindən ştatın rəsmi bayramı kimi qeyd 

olunur. 1970-ci ildən başlayaraq  ətraf mühitin əhəmiyyətinin 

təbliğatı, onun ilkin formada qorunub saxlanılması, planetin 

təbii ehtiyatlarının tükənməsi və s. sahələri  əhatə etməsi ilə 

əlaqədar olaraq bayram “Yer günü” adlandırılmışdır.  

Artıq 30 ildir ki, dünyanın bir çox ölkəsində Yer günü qeyd 

olunur.  Əgər 1970-ci ildə birinci Yer gününün qeyd 

olunmasında 20 milyon insan iştirak etmişsə, indi bu rəqəm on 

dəfə çoxdur. Bu gün yalnız maarifləndirmə tədbirləri (sərgilər, 

mühazirələr, söhbətlər) təşkil olunmur, həmçinin mühafizə 

olunan təbiət ərazilərinə maddi kömək üçün vəsaitlər yığılır.  



              

12 may - Ekoloji təhsil günü 

       Bu  gün,  əsasən, tədris müəssisələrinin müəllim və 

tələbələri tərəfindən ekoloji təhsilin vacibliyi, ekoloji şüurun 

formalaşması  və dövlətlərarası  təcrübə mübadiləsinin 

əhəmiyyətini diqqətə  cəlb etmək üçün qeyd edilir. Bu gün 

ekoloji məsələlərə  həsr edilmiş konfransların və seminarların, 

dəyirmi masaların təşkil edilməsi və keçirilməsi yolu ilə qeyd 

edilir. Həmin bayram uşaq bağçalarından tutmuş, ali təhsil 

müəssisələrinədək – bütün təhsil müəssisələrində qeyd edilir. 

             15 may – Beynəlxalq iqlim günü  

      Bu  gün  meteoroloqlar  tərəfindən  İndiki və  gələcək 

nəsillərin firavanlığı üçün resurs olan iqlimin qorunmasının 



 

40

mühümlüyünün elan edilməsi günü kimi qeyd edilir. İqlim 



dəyişkənliyi, hava, kəskin təbiət çevrilişləri ərzaq, həyat, əmlak 

təhlükəsizliyinə, su ehtiyatlarına, bütün ölkələrin dayanıqlı 

inkişafına əhəmiyyətli təsir göstərir.(İqlim dəyişməsi

 ilə əlaqədar 

məlumat üçün bax: 

www.climate.org

 

       22 may – Beynəlxalq bioloji müxtəliflik  



günü 

 

2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası 



55/201 nömrəli qətnaməyə  əsasən 22 may tarixini “Bioloji 

müxtəliflik üzrə” Konvensiyanın qəbul olunması, həmçinin 

“Beynəlxalq bioloji müxtəliflik günü” elan etmişdir.  Əvvəllər 

isə 19 dekabr 1994-cü il tarixli, 44/119 nömrəli qətnamə ilə 

həmin gün dekabrın 29-da qeyd olunurdu. 

  

      23 may- Ekologiya və Təbii Sərvətlər  



                      Nazirliyi əməkdaşlarının peşə 

bayramı 

 

2007-ci il 16 may tarixində Prezident İlham  Əliyev 



tərəfindən hər il may ayının 23-ü Azərbaycan Respublikası 

Ekologiya və  Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə 

bayramının təsis edilməsi haqqında Sərəncam imzalanmışdır.  

 

       5 iyun – Ümumdünya ətraf mühitin  



mühafizəsi günü 

 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-



ci il 05 iyun tarixdə Stokholm şəhərində keçirilən iclasında 

ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. Problemin 

kəskinliyini,  əhali arasında ekoloji şüurun genişləndirilməsi

ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi 

vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 05 iyunun 

«Ümumdünya  ətraf mühit günü» kimi qeyd olunmasına qərar 




Yüklə 327,11 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə