30
annotasiya verilir. Təsvirin sol tərəfində kitabın şifrəsi, sağ
tərəfində isə MKS-nin bölməsinin adı göstərilir.
Bülleten ayda bir dəfə buraxıla bilər və oxucular
tərəfindən operativ istifadə olunmaq üçün sistemin bütün
bölmələrinə, həmçinin xidmət ərazisində yerləşən idarə və
təşkilatlara göndərilir.
Xalqımızın ən əziz bayramı olan Novruz bayramı
ərəfəsində, ulu öndərimizin arzu və istəklərinin həyata
keçirilməsini fəaliyyətinin əsas istiqamətlərindən biri hesab
edən Heydər Əliyev Fondu yeni bir layihəni reallaşdırdı.
Fondun prezidentinin şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış
“Hərəyə bir ağac əkək” devizli layihənin icrasına Əzizbəyov
rayonundan başlanıldı. Layihənin əhəmiyyətini yetərincə
qiymətləndirən Bakı şəhərinin digər təşkilatları da bu aksiyaya
qoşularaq minlərlə ağac əkdilər. Kitabxanalar da bu aksiyaya
qoşularaq məktəblərlə əlaqə saxlayıb, uşaqlara bu layihənin
əhəmiyyətini, səhralaşmaya qarşı bir tədbir kimi ağacların
əkilməsininin, parklar salınmasının vacibliyi haqda söhbətlər
apararaq işin əhəmiyyətini başa salmalıdırlar. Məktəbyanı
sahələrdə ağacların əkilməsini və təmizlik işlərinin aparılmasını
tövsiyə etməlidirlər.
Bu işin islam dinində də təqdir olunduğunu aşağıdakı
hədisdə də görürük. Məhəmməd Peyğəmbərin bir hədisində
deyilir: yaxın əsabələrinin biri soruşur ki, nə edək ki, savab
yükümüz bir az da ağır gəlsin? Peyğəmbər Əleyhissalam cavab
verir ki, ömrünüzə bir gün qaldığını bilsəniz də yenə ağac əkin,
ən böyük savab ondadır.
Uşaq və gənc oxucular arasında ekologiyaya aid disput
və sual-cavab gecələrinin keçirilməsi məqsədəuyğundur.
Disputun maraqlı cəhəti orasındadır ki, o, eyni məsələ ətrafında
müxtəlif baxışları toqquşdurur, iştirakçıları düşündürür.
Disputun hazırlanması və keçirilməsi vaxtı, disputun
auditoriyası, hansı oxucu kateqoriyası üçün hazırlandığını
müəyyən etmək lazımdır. Disputun müvəffəqiyyəti onun
mövzusundan çox asılıdır. Dəqiq, aydın, konkret ad böyük
təşkiledici əhəmiyyətə malikdir. Mövzunun adı mübahisə və
31
onda iştirak etmək həvəsi doğurmalıdır. Onun keçirilməsinə
oxucu fəallarını cəlb etmək olar. Bura mütəxəssisləri, ictimai
təşkilatların nümayəndələrini, yuxarı sinif şagirdlərini və disput
hansı oxucu qrupu üçün təşkil edilirsə həmin qrupdan da bir
neçə nəfəri daxil etmək məqsədəuyğundur. Aparıcı mövzunu
dərindən bilməli, məsələni kəskin və maraqlı qoymağı
bacarmaqla, məsələni sübut etməyə qadir olan adam olmalıdır.
Mübahisə doğuran məsələlərə aydınlıq gətirmək lazım olduqda
suallara cavab verə bilməlidir. Mövzu ətrafında 4-6 sualla
kifayətlənmək olar. Bunlar mövzunun əsas məsələlərini əhatə
etməli, məntiqi ardıcıllıqla düzülməlidir ki, müzakirə həmin
ardıcıllıqla getsin. Disputun suallarını müəyyən etmək
aparıcının (kitabxanaçının) vəzifəsidir. Hazırlıq işi mövzunun
və onun suallarının müəyyən edilməsi ilə bitmir. O, (aparıcı)
disputa hazırlaşan, onda fəal iştirak edən adamlara kömək
göstərməlidir. Təşkilati məsələləri həll etdikdən sonra aparıcı
giriş sözü söyləməlidir. Bu zaman müzakirəyə verilmiş
mövzunun əhəmiyyəti, əsas suallar, müzakirənin ümumi
istiqaməti göstərilməlidir. Giriş sözündə müzakirə edilən
problem haqqında mübahisəli fikirlər olduğunu söyləmək,
oxucuları mövzu ətrafında və onun sualları ətrafında çıxış
etməyə, öz münasibətlərini bildirməyə çağırmaq lazımdır.
Aparıcı son sözü ilə disputa yekun vurur.
Məsələn, “Səhralaşma - dünyanın qlobal problemi” adlı
disputun suallarını veririk:
1.Səhralaşma dedikdə nə başa düşürsünüz?
2.Səhralaşmanı yaradan amillər hansılardır?
3. Yaşıllıqların salınmasının əhəmiyyəti nədir?
4. Azərbaycan ərazisində səhralaşmanın iqlim amillərinə
necə təsir göstərir?
5. Ermənilərin törətdikləri yanğınların səhralaşmada rolu.
6.”Hərəmiz bir ağac əkək” layihəsinin rəhbəri kimdir?
Müxtəlif məsələləri izah etməkdə sual-cavab gecələrinin
rolu əvəzsizdir. Belə sual-cavab gecələri bir mövzulu (müəyyən
bilik sahəsinə aid) və çoxmövzulu olurlar. Gecənin xarakterini
müəyyən edib, tədbirin nə vaxt keçiriləcəyi yer və vaxt barədə
32
elan asılır. Suallar toplandıqdan sonra onlar qruplaşdırılır və
müyəyyən edilir ki, hansı sahənin mütəxəssislərini dəvət etmək
lazımdır.
Gecənin təşkilində köməkçi
əyani illüstrasiya
materiallarından, sərgi və fotomaterialları və bu məsələlərin
geniş izahı verilmiş ədəbiyyatı oxuculara tövsiyə etmək, video
çəkilişlərdən, sənədli filmlərdən və İnternet səhifələrində olan
məlumatlardan istifadə etmək yaxşı olardı. Sual-cavab gecəsi
ona yekun vurulması ilə başa çatır və gecədə iştirak edənlərin
cavablarının onları nə dərəcədə qane etdiyi, gələn gecənin hansı
mövzuya həsr etmək lazım gəldiyini nəzərə almaları zərurətini
bildirmələri vacibdir. Aşağıda ekologiyaya aid bir sual-cavab
gecəsinin nümunəsini veririk:
1. Ekologiya elmi nəyi öyrədir?
2. Ətraf mühit dedikdə nə başa düşürsünüz?
3. İqlim dəyişmələri nə kimi problemlər yaradır?
4. Ekoloji hüquq nədir?
5.“Təbiəti mühafizə və təbiətdən istifadə haqqında”Azərbay
can Respublikasının Qanunu nə vaxt qəbul olunub?
6. Azərbaycanda hansı qoruqlar var?
7. Xüsusi qorunan ərazilər hansılardır?
8. “Qırmızı kitab” nə üçün yaradılıb? Niyə bu kitaba
“Qırmızı kitab” deyirlər?
9.”Qırmızı kitab”a daxil olmuş və xüsusi mühafizə olunan
bitki və heyvan növlərindən hansını tanıyırsınız?
10.Çernobıl hadisələri nə vaxt baş verib və onun fəsadları?
Bu gün XXI əsrin astanasında olduğumuz atom və
kosmos dövrü heç də uzaq keçmişə bənzəmir, cəmiyyətin
sürətlə inkişaf etdiyi indiki zamanda təbiətlə insan arasındakı
münasibətdə arzu olunmaz qorxulu bir mənzərə yaranmışdır.
Göz görə-görə təbiətin istismarı elə bir dərəcədə
qüvvətlənmişdir ki, təbii sərvətlər daha tez tükənməyə
başlamışdır. Hazırda elmi texniki inqilab az da olsa ekoloji
tarazlığa pis təsir göstərməklə hava hövzəsini, dəniz
Dostları ilə paylaş: |