Microsoft Word ekologiya doc



Yüklə 327,11 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix20.10.2017
ölçüsü327,11 Kb.
#5988
1   ...   5   6   7   8   9   10   11   12   13

 

41

verildi və növbəti ildən başlayaraq həmin gün bütün dünyada 



təntənəli şəkildə qeyd olunmağa başlandı.  

 

17 iyun – Ümumdünya quraqlıq və səhralaşma  



ilə mübarizə günü 

 

Səhralaşma - qlobal ekoloji və sosial - iqtisadi problemdir. 

Bununla  əlaqədar 1994-cü ildən 170 dövlətin imzaladığı 

səhralaşma ilə mübarizə haqqında Konvensiya qüvvədədir. 17 

iyunda qeyd olunan “Ümumdünya quraqlıq və  səhralaşma ilə 

mübarizə günü” 1994-cü ildə BMT-nin Baş Assambleyası 

tərəfindən elan olunmuşdur. Elə  həmin il Birləşmiş Millətlər 

Təşkilatı  tərəfindən səhralaşma ilə mübarizə haqqında 

Konvensiya qəbul edilmişdir. Konvensiyada dövlətlərə 

səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın 

zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması 

təklif olunur.  

 

16 sentyabr – Beynəlxalq ozon təbəqəsinin  

mühafizəsi günü 

 

Nazik qaz sipəri olan ozon təbəqəsi Yer kürəsini günəşin 



məhvedici radiasiyasından qoruyur və beləliklə, planetimizdə 

həyatı mühafizə edir. Yer kürəsində olan bütün canlıları 

ultrabənövşəyi  şüalanmadan qoruyan ozon qatının qorunması 

problemi dünya ölkələri üçün birinci dərəcəli problemlərdən 

sayılır. Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir: 

“Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru”. 1994-cü ildə 

BMT-nin Baş Assambleyası sentyabr ayının 16-nı “Beynəlxalq 

ozon təbəqəsinin mühafizəsi günü” elan etmişdir. Bu gün ozon 

təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal 

protokolunun tarixə salınması  məqsədilə  təyin olunmuş  və 

dövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin 

təbliğatına həsr etmək təklif edilmişdir. “Ozon təbəqəsinin 

qorunması haqqında” Vyana Konvensiyasında  əks olunan və 



 

42

sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal 



protokolunda həyata keçirilən ozon təbəqəsinin qorunması 

beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçılar tərəfindən 

öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin 

istehsalı  və istehlakının tamamilə dayandırılması müəyyən 

olunmuşdur. Bu gün Vyana Konvensiyasına 173 dövlət 

qoşulmuşdur. 

  

        22-28 sentyabr – Ümumdünya Dəniz günü 

 

1978-ci ildən Beynəlxalq Dəniz Təşkilatı (BDT) 

“Ümumdünya Dəniz gününü” qeyd edir. Bu günün tarixi hər 

dövlət üçün həmin ölkənin Beynəlxalq Dəniz Təşkilatının 

üzvləri tərəfindən təyin olunur. Azərbaycanda isə bu tarix 29 

sentyabra təsadüf edir. Bu gün ictimaiyyətin diqqəti gəmiçiliyə 

və dənizlərin mühafizəsinə cəlb olunur.  

1977-ci ilin noyabrında keçirilmiş Hökumətlərarası  Dəniz 

Təşkilatı Assambleyasının 10-cu sessiyasında qərara alınmış 

“Ümumdünya Dəniz günü” 1978-ci ildən qeyd olunur. 1980-ci 

ilə kimi bu gün 17 martda qeyd olunurdu. Hazırki dövrdə isə bu 

gün sentyabrın axırıncı həftəsi qeyd olunur.  

Bütün dünyada bu bayramın keçirilməsinin məqsədi 

ictimaiyyətin, hökumət və özəl strukturların diqqətini 

dənizlərin və onların bioresurslarının qorunmasına cəlb 

etməkdir. Ənənəvi olaraq Dəniz günü dənizlərin və okeanların 

insanlar üçün əhəmiyyətindən, sualtı dünyanın sərvətlərindən 

və həmçinin hər bir Yer planeti sakininin onun qorunması üçün 

nə edə biləcəyindən bəhs edən konkurs, festival formasında 

keçirilir. Adətən ictimai təşkilatlar bu bayramı  dənizlərin 

qorunması, çimərliklərin təmizlənməsi üçün mitinqlərin və 

yürüşlərin keçirilməsi ilə qeyd edirlər.  



              


 

43

3-4 oktyabr- Beynəlxalq quşlara  müşahidə                   



günü 

      Belə günlər “Quşların mühafizəsi” ictimai birliyinin 

təşəbbüsü ilə keçirilir və orada bütün istəyənlər iştirak edirlər. 

Aksiya zamanı hazırkı  ərazidə hansı növ quşlara rast gəlinir, 

hansı miqdarda, onların özünü aparma xüsusiyyəti, və s. 

müəyyən edilir. Bu aksiyanın  əsas məqsədi geniş kütlənin, 

qanadlıların həyatı barədə bilməyə  həvəsləndirmək və onların 

mühafizəsi problemlərinə diqqəti yetirmək, belə ki, insanların 

fəaliyyəti və ətraf mühitin çirklənməsi nəticəsində bəzi növlərin 

sayı  əhəmiyyətli dərəcədə azalmış, yaxud kökü kəsilmək 

təhlükəsindədirlər. Aksiyanın iştirakçıları öz tədqiqatlarının 

quşların mühafizəsi təşkilatına göndərir və belə  nəticələr 

işlənir, eyniləşdirilir və xəbər verilir. 

4 oktyabr – Ümumdünya heyvanların  

                              mühafizəsi günü 

 

Bu gün hər bir insan “insanların dostları” olan heyvanlar və 



onların həyatının yaxşılaşdırılması barədə düşünməlidir.  

İlk dəfə olaraq 1983-cü ildə fermalarda və sallaqxanalarda 

öldürülən milyonlarla heyvanın iztirabını insanların nəzərinə 

çatdırmaq üçün “Ümumdünya heyvanların mühafizəsi günü” 

keçirilmişdir.  

4 oktyabr tarixi təsadüfi olaraq seçilməmişdir. Bu gün 

heyvanların müdafiəsinə qalxan ilk kəslərdən olan Mahatma 

Qandinin ad günüdür. Həmçinin, bu gün müqəddəs Fransisko 

Assizkonun ölüm günü kimi yad olunur. Orta əsr  İtaliyasında 

yaşamış əfsanəvi zahid nəinki Fransis ordeninin əsasını qoyan, 

həmçinin heyvanların müdafiəçisi və himayəçisi kimi yad 

olunur. Buna görə  də bir çox rəssamlar öz əsərlərində 

müqəddəs Fransisi heyvan və quşların əhatəsində təsvir ediblər.  

 



Yüklə 327,11 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə