Microsoft Word Dovl?t qullugu haqq?nda qanun doc



Yüklə 157,02 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix19.10.2018
ölçüsü157,02 Kb.
#74631
1   2   3   4   5   6   7

 27.3.  Dövlət  qulluğuna  qəbul  edilən  şəxsin  dövlət  qulluğunda  işləməsinin  mümkün  olub-

olmaması  qabaqcadan  yoxlanıla  bilər.  Yoxlamanın    qaydası  qanunvericiliklə  müəyyən  edilir. 

Şə

xsi (ailə) həyatın təfsilatı yoxlanmamalıdır. 



 

M a d d ə   2 8 .



 Dövlət qulluğuna qəbul  

 28.1. Dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər. 

 

 28.2.  nzibati vəzifələrin altıncı – doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr boşaldıqda 



müvafiq  dövlət  qulluğunu  idarəetmə  orqanı    həmin  vəzifələrin  tutulması  üçün  müsabiqə  elan 

edir.  


 28.3.  Müsabiqədə  iştirak  etmək  istəyənlər  sənədlərini  müsabiqə  elan  edilən  gündən 

etibarən 30 gün ərzində müvafiq dövlət qulluğunu  idarəetmə orqanına təqdim edirlər. 

 28.4.  Müsabiqə  sənədlərin  qəbulu  başa  çatdıqdan  sonra  10  gün  ərzində  keçirilir  və  vahid 

test  imtahanından  və  söhbətdən  ibarət  olur.  Müsabiqənin    elan  edilməsi,  keçirilməsi  və 

yekunlarına dair müvafiq qərarın qəbul  edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq 

qanunvericiliyi ilə müəyyən edilir. 

 

 28.5.  Test  imtahanından  müvəffəqiyyətlə  çıxanlar  söhbətə  buraxılırlar.  Test  nümunələri 



Azərbaycan  Respublikasının  müvafiq  qanunvericiliyi  ilə  müəyyən  edilən    ilə  müəyyən  edilmiş 

qaydada hazırlanır və təsdiq olunur. 

 

 

 28.6. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmadıqda, müsabiqədən keçmiş namizədlər 



dövlət  orqanı  rəhbərinə  təqdim  olunurlar.    Dövlət  orqanının  rəhbəri  təqdim  olunmuş 

namizədlərdən  birini  seçərək  öz  qərarı  ilə  bir  il  müddətinə  stajçı  kimi  qulluğa  götürür  və  boş  

vəzifəyə təyin edir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işinə göz 

qoyur  və  staj  müddəti  qurtardıqdan  sonra    stajçının  dövlət  qulluğuna  götürülməsinin 

məqsədəuyğun  olub-olmadığı  barədə  tövsiyə  təqdim  edir.  Qanunvericiliklə  başqa  qayda 

nəzərdə  tutulmadıqda, tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi (kontrakt) bağlamaq yolu 

ilə  iki  illik  sınaq  müddəti  ilə  işə  qəbul  edilir.    Kontraktda  sınaq  müddəti  ərzində  işin  şərtləri 

müəyyənləşdirilir.  Sınaq  müddəti  ilə  işə  qəbul  kontraktının  nümunəsi  Azərbaycan  

Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilən  qaydada  təsdiq  olunur.  Sınaq  müddəti 

ə

rzində  kontrakt  pozulmayıbsa,  həmin  müddət    qurtardıqdan  sonra  dövlət  orqanının  rəhbəri 



kontraktın şərtlərinə əməl etməklə işləmiş şəxsin daimi dövlət qulluğuna götürülməsi haqqında  

ə

mr  verir  və  bu  şəxslə  müvafiq  kontrakt  bağlanır.  Sınaq  müddəti  ilə  bağlı  digər  məsələlər 



qanunvericiliklə müəyyən edilir. 

 

 28.7.  Daimi  dövlət  qulluğuna  qəbul  Azərbaycan  Respublikasının  adından  müvafiq  dövlət 



orqanının sənədi ilə təsdiq edilir. 

 

M a d d ə   2 9 .



  nzibati vəzifələrin tutulması  

 29.1.  nzibati  vəzifələrin  birinci—  beşinci  təsnifatlarına  uyğun  olan  vəzifələrin  tutulması 

müsahibə və qulluqda yüksəliş yolu ilə həyata keçirilir. 

 

 29.2.  nzibati vəzifələrin altıncı— doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr müsabiqə 



nəticələrinə  əsaslanan  müvafiq  dövlət  qulluğunu    idarəetmə  orqanının  tövsiyəsi  nəzərə 

alınmaqla  tutulur.  Boşalmış  vəzifənin  tutulması  üçün  namizəd  seçilərkən  müsabiqə  vaxtı 

aşağıdakılar  nəzərə alınmalıdır: 

 

 29.2.1. ixtisas dərəcəsi; 



 29.2.2. attestasiyanın nəticələri; 

 29.2.3.  boşalmış  vəzifənin  tələblərinə  uyğun  olaraq  təkrar  hazırlıq  keçilməsi  və  ixtisasın 

artırılması. 

 29.3.  Müsabiqədə  başqa  hakimiyyət  qolunda  dövlət  qulluğu  keçən  dövlət  qulluqçuları  da 

iştirak edə bilərlər. 

 29.4.  Müvafiq  dövlət  qulluğunu  idarəetmə  orqanı  dövlət  orqanının  rəhbərinə  boşalmış 

vəzifənin  tutulması  üçün  ən  azı  3-4  namizəd  təqdim    edir.  Dövlət  orqanının  rəhbəri  onlardan 



birini  seçərək  həmin  vəzifəyə  təyin  edir.  Dövlət  orqanının  rəhbəri  dövlət  qulluğunu  idarəetmə 

orqanının  tövsiyəsi  ilə  razılaşmadıqda,  yaranmış  fikir  ayrılığı  Azərbaycan  Respublikasının 

Dövlət  Qulluğunu  darəetmə  Şurası  tərəfindən  müəyyən  edilmiş  qaydada  aradan  qaldırılır 

(tövsiyə qüvvədə saxlanılır və namizədlərdən biri təyin olunur və ya tövsiyə rədd edilir). Dövlət 

qulluğunun  idarəetmə    orqanının  tövsiyəsi  qüvvədə  saxlanılarsa,  dövlət  orqanının  rəhbəri 

namizədlərdən birini mütləq boşalmış vəzifəyə təyin etməlidir. Həmin  tövsiyə rədd edildikdə isə 

boşalmış  vəzifənin  tutulması  üçün  bu  Qanunun  29.3-cü,  29.4-cü  və  29.5-ci  maddələrinin 

müddəaları  nəzərə    alınmaqla,  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilmiş qaydada müsabiqə elan edilir və  keçirilir.  

 29.5.  Müsabiqəyə  ixtisas  dərəcəsi  boşalmış  vəzifəyə  uyğun  gələn  ixtisas  dərəcəsinin 

təsnifatından ən çoxu iki təsnifat aşağı olan dövlət  qulluqçuları buraxılırlar. 

 

 M a d d ə   3 0 .  Dövlət qulluğunun şərtləri 

 30.1.  Dövlət  qulluğunda  iş  vaxtı  həftədə  40  saatdır.  Dövlət  qulluqçularının  ayrı-ayrı 

kateqoriyaları üçün qanunla müddəti qısaldılmış iş vaxtı  müəyyən edilə bilər. 

 30.2. Qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda 

ə

vəzi  ödənilmədən  5  saata  qədər  artıra  bilər.  ş    vaxtı  5  saatdan  çox  artırılanda  işlədiyi  hər 



saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir. 

 30.3. Dövlət qulluqçularına ildə  bir dəfə 30 təqvim günü qədər  haqqı ödənilən məzuniyyət 

verilir. Uzun illər işləməyə görə haqqı ödənilən  əlavə məzuniyyət aşağıdakı qaydada verilir: 

 30.3.1. 5 ildən 10 ilədək əmək stajına görə —2 təqvim günü; 

 30.3.2. 10 ildən 15 ilədək əmək stajına görə—4 təqvim günü; 

 30.3.3. 15 ildən çox əmək stajına görə —6 təqvim günü; 

 

 30.4. Xidməti ezamiyyətə göndərilən dövlət qulluqçusu aşağıdakılarla təmin olunur: 



 30.4.1.  mehmanxanada  və  ya  xidməti  yaşayış  sahəsində  yer,  altı  aydan  çox  müddətə 

ezamiyyətə göndəriləndə isə ayrıca xidməti mənzil  sahəsi; 

 30.4.2. iş yeri, rabitə vasitələrindən istifadə etmək imkanı; 

 30.4.3. digər zəruri texniki xidmətlər və sosial-məişət xidmətləri, o cümlədən onu göndərən 

orqanın vəsaiti hesabına xidmətlər.  

30.5.  Müvəqqəti  olaraq  başqa  yerə  qulluğa  keçirilən  dövlət  qulluqçusunun  ailəsini  özü  ilə 

aparmağa  ixtiyarı  vardır.  Ona  müəyyən  edilmiş    yaşayış  normalarına  uyğun  gələn  məişət 

ləvazimatı  ilə  komplektləşdirilmiş  xidməti  mənzil  verilir,  habelə  əvvəl  işlədiyi  yerdəki  yaşayış 

sahəsi saxlanılır. Dövlət qulluqçusunun ailə üzvlərinə işə və ya təhsil müəssisəsinə düzəlməkdə 

kömək  göstərilir,  məktəbəqədər  uşaq  müəssisələrində  yer  verilir  və  lazım  gəldikdə,  onu 

göndərən  orqanın  vəsaiti  hesabına  haqqı  ödənilən  tibbi  xidmət  göstərilir.  Müvəqqəti    olaraq 

başqa yerə qulluğa keçirilməklə bağlı olan başqa məsələlər Azərbaycan Respublikasının Əmək 

Məcəlləsi ilə tənzim olunur. 

 30.6.  Yardımçı  vəzifələr  tutun  dövlət  qulluqçularının  əmək  münasibətləri  bu  Qanunun 

müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. 

 

 



M a d d ə   3 1 .

 Dövlət qulluqçularının attestasiyası  

 31.1.  nzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu beş ildə bir dəfədən çox 

olmayaraq attestasiyadan keçirilməlidir. 

 31.2.  Attestasiya  kollegial,  obyektiv  surətdə,  müstəqil  mütəxəssislərin  cəlb  edilməsi  ilə 

keçirilir.  Attestasiya  komissiyasının  tərkibini  və  attestasiyanın  nəticələrini  müvafiq  dövlət 

qulluğunu idarəetmə orqanı təsdiq edir. Dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlmədiyi  

hesab edilərsə, onun aşağı vəzifəyə keçirilməsi və ya azad edilməsi məsələsi qoyulur. 

 31.3. Attestasiya zamanı dövlət qulluqçusunun peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətləri 

qiymətləndirilir və onun tutduğu vəzifəyə  uyğun gəlib-gəlmədiyi barədə nəticə çıxarılır. 

 31.4. Attestasiyanın əsas məqsədləri aşağıdakılardır: 




 31.4.1. 

dövlət 


qulluqçusunun 

tutduğu 


vəzifəyə 

uyğun 


gəlib-gəlmədiyinin 

müəyyənləşdirilməsi; 

 31.4.2.  işçinin  potensial  imkanlarından  istifadə  etmək  mümkünlüyünün  aşkara  çıxarılması, 

onun peşə səriştəliyini artırmağa  stimullaşdırılması; 

 31.4.3.  qulluqçunun  ixtisasının,  peşə  hazırlığının  yüksəldilməsinə  və  ya  təkrar  hazırlıq 

keçməsinə zərurət dərəcəsinin  müəyyənləşdirilməsi; 

 31.4.4.  kadrların  irəli  çəkilməsinin  uzunmüddətli  planını  tərtib  etmək  imkanının  təmin 

edilməsi,  habelə  dövlət  qulluqçusunun  vaxtında  vəzifədən  azad  edilməsi  və  ya  daha  aşağı 

ixtisaslı işə keçirilməsi. 

 31.5.  Attestasiya  ümumi  kadr  potensialının  aşkara  çıxarılmasına  və  dövlət  orqanının 

funksional təyinatının optimal surətdə təmin edilməsinə  kömək göstərməlidir. 

 31.6.  Attestasiyanın  keçirilməsinin  konkret  müddətləri,  habelə  cədvəli  müvafiq  dövlət 

qulluğunu idarəetmə orqanı tərəfindən təsdiq edilir və  attestasiyanın başlanmasına ən geci 1 ay 

qalmış attestasiyadan keçən işçilərin nəzərinə çatdırılır. 

 31.7. Tutduğu vəzifədə 1 ildən az işləmiş dövlət qulluqçuları, stajçılar növbəti attestasiyadan 

keçməli deyildirlər. Uşağa qulluq etmək üçün  məzuniyyətdə olan qadınlar işə çıxdıqdan sonra 

bir ildən tez olmayaraq növbəti attestasiyadan keçməlidirlər. 

 31.8.  Attestasiyanın  keçirilməsi  üçün  sədrdən,  katibdən  və  azı  beş  komissiya  üzvündən 

ibarət  tərkibdə  attestasiya  komissiyası  təsdiq  edilir.  Tərkibi  vaxtaşırı  dəyişən  attestasiya 

komissiyasına yüksək ixtisaslı mütəxəssislər, dəvət edilmiş elmi ekspertlər daxil olurlar. 

 31.9. Attestasiyadan keçməli olan hər bir dövlət qulluqçusuna attestasiyanın başlanmasına 

ə

n  azı  2  həftə  qalmış  onun  bilavasitə  rəhbəri    tərəfindən  hazırlanmış  xidməti  xasiyyətnamə 



verilir.  Xasiyyətnamədə  işçinin  şəxsiyyətinə  hərtərəfli  qiymət  verilir,  fərdi  xüsusiyyətləri,  güclü  

və  zəif  cəhətləri,  keçən  dövr  ərzindəki  işinin  nəticələri  göstərilir.  Sonrakı  attestasiyalarda 

komissiyaya həmçinin əvvəlki attestasiyanın  attestasiya vərəqəsi təqdim edilir. 

 31.10.  Attestasiyadan  keçən  işçi  onun  barəsində  verilən  xasiyyətnamə  ilə  qabaqcadan, 

attestasiyaya ən azı 2 həftə qalmış tanış olmalıdır. 

 31.11.  şçi attestasiyadan keçirilərkən onun işlədiyi struktur bölməsinin rəhbəri orada iştirak 

etməlidir.  Attestasiya  komissiyası  attestasiyadan    keçən  işçinin  fəaliyyəti  haqqında  onun 

məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir. 

 31.12. Dövlət qulluqçusu üzrlü səbəb olmadan attestasiya komissiyanın iclasına gəlmədikdə 

komissiya attestasiyanı onsuz keçirə bilər. 

 31.13.  Dövlət  qulluqçusunun  attestasiyanın  nəticələri  əsasında  attestasiya  komissiyası 

aşağıdakı qiymətlərdən birini verə bilər: 

 31.13.1. tutduğu vəzifəyə uyğun gəlir; 

 31.13.2. işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, bir ildən sonra təkrar 

yoxlamadan keçmək şərti ilə tutduğu  vəzifəyə uyğun gəlir; 

 31.13.3. tutduğu vəzifəyə uyğun gəlmir. 

 31.14.  Attestasiya  komissiyası  attestasiyanın  nəticələri  əsasında  ayrı-ayrı  dövlət 

qulluqçularının qazandıqları müvəffəqiyyətlərə görə  mükafatlandırılması, müvafiq vəzifələr üzrə 

vəzifə  maaşlarının  dəyişdirilməsi,  vəzifə  maaşlarına  əlavələr  müəyyən  edilməsi,  əlavələrin  

dəyişdirilməsi və ya ləğv edilməsi, irəli çəkilmək üçün ehtiyata daxil edilməsi, vəzifəsinin aşağı 

salınması  və  ya  tutduğu  vəzifədən  azad    edilməsi  haqqında  tövsiyələr  verə  bilər,  habelə 

attestasiyadan keçən şəxslərin ixtisasının yüksəldilməsi, qulluq fəaliyyətinin, işinin  nəticələrinin 

yaxşılaşdırılması  barədə  təkliflər  irəli  sürə  bilər.  Bu  halda  komissiya  müvafiq  təkliflər  irəli 

sürərkən hansı mülahizələrə  əsaslandığını göstərməlidir. 

 31.15.  Dövlət  qulluqçusunun  fəaliyyətinə  verilən  qiymət  komissiyanın  tövsiyələri 

attestasiyadan keçən şəxsin iştirakı olmadan açıq səsvermə  yolu ilə qəbul edilir. 

 31.16.  Attestasiya  və  səsvermə  təsdiq  edilmiş  tərkibdə  olan  attestasiya  komissiyasının 

üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir.  Səsvermənin nəticələri səs çoxluğu ilə 

müəyyən  edilir.  Səslər  bərabər  olduqda  attestasiyadan  keçən  dövlət  qulluqçusu  tutduğu 

vəzifəyə  uyğun  gələn  sayılır.  Attestasiya  komissiyasının  üzvü  olan  dövlət  qulluqçusu 




attestasiyadan  keçərkən  səsvermədə  iştirak  etmir.  Attestasiyanın    nəticələri  səsvermədən 

dərhal sonra dövlət qulluqçusuna bildirilir. 

 31.17.  Attestasiyanın  nəticələri  (qiymət  və  tövsiyələr)  bir  nüsxədə  tərtib  edilən,  sədr,  katib 

və attestasiya komissiyasının səsvermədə iştirak  etmiş üzvləri tərəfindən imzalanan attestasiya 

vərəqinə (əlavəyə) yazılır. 

 31.18.  Attestasiyadan  keçən  dövlət  qulluqçusunun  attestasiya  vərəqi  və  xasiyyətnaməsi 

onun  şəxsi  işində  saxlanılır  və  onların  bir  surəti    attestasiyadan  keçən  dövlət  qulluqçusuna 

verilir. 

 31.19. Attestasiya komissiyasının verdiyi qiymət və tövsiyələr nəzərə alınmaqla və qüvvədə 

olan  qanunvericiliyə  riayət  edilməklə  ayrı-ayrı    dövlət  qulluqçularının  qazandıqları 

müvəffəqiyyətlər  müqabilində  maddi  və  mənəvi  cəhətdən  mükafatlandırılması,  onların  vəzifə 

maaşına  əlavələr müəyyən edilməsi, əlavələrin dəyişdirilməsi və ya ləğv edilməsi, iş ixtisasının 

artırılmasına  göndərilməsi,  dövlət  qulluqçusunun    vəzifəsinin  yüksəldilməsi  və  ya  aşağı 

salınması,  attestasiyanın  nəticələrinə  görə  tutduğu  vəzifəyə  uyğun  gəlmədiyi  aşkara  çıxan 

dövlət    qulluqçusunun  vəzifədən  azad  edilməsi  haqqında  qərarlar  qəbul  edilir  və  ya 

attestasiyadan  keçən  şəxsin  diqqəti  qulluq  vəzifələrinin    icrasındakı  nöqsanlara  və  ya 

fəaliyyətinin nəticələrinin zəif olmasına cəlb edilir. 

 31.20. Həmin qərarlar dövlət qulluqçusunun attestasiyadan keçdiyi gündən sonra ən geci 2 

ay  müddətində  qəbul  edilir.  Bu  müddət    keçdikdən  sonra  həmin  attestasiyanın  nəticələri 

ə

sasında dövlət qulluqçusunun vəzifə maaşının aşağı salınmasına, ona əlavənin  azaldılmasına 



və ya ləğv edilməsinə, dövlət qulluqçusunun vəzifədən azad edilməsinə icazə verilmir. 

 31.21.  Dövlət  qulluqçusunun  xəstə  və  məzuniyyətdə  olması  vaxtı  həmin  2  ay  müddətinə 

daxil edilmir. 

 31.22.  Dövlət  qulluqçusu  attestasiyanın  nəticələrindən  yuxarı  dövlət  qulluğunu  idarəetmə 

orqanına şikayət edə bilər. 

 

M a d d ə   3 2 .



 Dövlət qulluğunda irəli çəkilmək hüququ  

 32.1  Dövlət  qulluqçusu  daha  yüksək  dərəcəli  vəzifəyə  təyin  edilməsi,  habelə  ona  daha 

yüksək ixtisas dərəcəsi verilməsi yolu ilə, habelə  müsabiqə nəticəsində dövlət qulluğunda irəli 

çəkilə bilər. 

 32.2.  Dövlət  qulluğunda  irəli  çəkilmək  hüququ  dövlət  qulluqçularının  öz  vəzifələrini 

müvəffəqiyyətlə  və  vicdanla  yerinə  yetirməsi,  boşalmış    vəzifə  olması,  habelə  boşalmış 

vəzifənin  tələblərinə  uyğun  olaraq  təcrübə,  təkrar  hazırlıq  keçməyin  və  ixtisas  artırmağın 

nəticələri nəzərə  alınmaqla həyata keçirilir. 

 32.3.  Qulluqçunun  irəli  çəkilməsindən  imtina  edilməsi  barədə  qanunvericilikdə  müəyyən 

olunmuş  qaydada,  yəni  yalnız  müsabiqənin  və  ya    attestasiyanın  keçirilməsi  qaydasının 

pozulduğu hallarda şikayət etmək olar. 

 32.4. Yeni vəzifəyə təyinat Azərbaycan Respublikasının adından həyata keçirilir və müvafiq 

orqanın sənədi (vəsiqəsi) ilə təsdiq edilir. 

 

M a d d ə   3 3 .



 Dövlət qulluğuna xitam verilməsi  

33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 

33.1.1. (çıxarılıb)  

 33.1.2.  inzibati  vəzifə  tutan  və  ixtisas  dərəcəsi  olan  dövlət  qulluqçusunun  könüllü  olaraq 

işdən çıxması; 

 

33.1.3. inzibati vəzifə tutan dövlət qulluqçusunun işdən azad edilməsi; 



 33.1.4. yardımçı vəzifə tutan dövlət qulluqçusunun əmək qanunvericiliyinə müvafiq surətdə 

işdən azad edilməsi; 

 33.1.5. Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə əlaqədar olaraq işdən azad 

edilməsi; 




 33.1.6.  bir  ildən  çox  müddətə  azadlıqdan  məhrum  edilməyə  səbəb  olan  cinayət 

məsuliyyətinə cəlb edilməsi. 

33.2. (çıxarılıb) 

 

33.2.1.  vəzifə  səlahiyyətlərinin  müddətinin  başa  çatması  nəticəsində  istefa.  Belə  istefaya 



çıxana 12 aylıq vəzifə maaşı məbləğində  birdəfəlik haqq verilir və həmin haqdan vergi tutulmur; 

 33.2.2. vəzifəyə seçən və ya təyin edən orqanın və ya rəhbərin qərarı ilə icbari istefa; 

 33.2.3 ailə şəraitinə və ya səhhətinə görə qulluqçunun şəxsi xahişi ilə istefa; 

 33.2.4.  vəzifəyə  seçmiş  və  təyin  etmiş  orqanın  və  ya  rəhbərin  qərarı  ilə  prinsipcə 

razılaşmamaq nəticəsində istefa. 

 33.3.  Dövlət  qulluqçusu  müvafiq  qanunvericiliyə  uyğun  olaraq  pensiya  yaşına  çatmasına 

görə  könüllü  işdən  çıxdıqda,  ona  ümumi  qaydada  hesablanmış  aylıq  pensiyasının  6  misli 

məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. 

33.4.  Dövlət  qulluqçusu  könüllü  işdən  çıxdıqda,  əgər  dövlət  orqanının  rəhbərliyinin  qərarı 

olarsa, könüllü işdən çıxmaq haqqında ərizəni verdikdən sonra üç ay ərzində dövlət qulluğunu 

davam etdirməlidir.  

33.4.1.  yaş  həddinə,  yəni  65  yaşa  çatmasına  görə  istefa.  Bu  cür  istefaya  çıxanlara 

hesablanmış pensiyanın 6 aylıq məbləği qədər birdəfəlik haqq verilir və ondan vergi tutulmur; 

33.4.2.  Azərbaycan  Respublikasında  müəyyən  edilmiş  pensiya  yaşına  çatdıqda  könüllü 

pensiyaya  çıxma.  Bu  cür  pensiyaya  çıxanlara  hesablanmış  pensiyanın  6  aylıq  məbləği  qədər 

birdəfəlik haqq verilir və ondan vergi tutulmur; 

33.4.3.  inzibati  vəzifələrin  birinci—  altıncı  təsnifatlarına  uyğun  olan  vəzifələri  tutan  dövlət 

qulluqçusunun  1-ci,  2-ci  və  3-cü  kateqoriya  dövlət  orqanları  rəhbərlərinin  təqdimatı  ilə 

Azərbaycan  Respublikasının  qanunvericilik,  müvafiq  icra  və  məhkəmə  hakimiyyəti  orqanının 

qərarı  ilə  müvəqqəti  istefası.  Müvəqqəti  istefaya  göndərilən  dövlət  qulluqçusu  “ehtiyatda”  olan 

sayılır.  Müvəqqəti  istefa  dövründə  ona  vəzifə  maaşı  ödənilir.    Dövlət  qulluğuna  qaytarıldıqdan 

sonra ona əvvəlki vəzifəsi, yaxud həmin dərəcədən olan başqa vəzifə verilə bilər; 

33.4.4. dövlət qulluqçusu öz istəyi ilə istefaya çıxdıqda, əgər tərəflərin sazişində (kontraktda) 

digər şərt nəzərdə tutulmayıbsa, dövlət qulluqçusu istefa haqqında ərizə verdikdən sonra üç ay 

ə

rzində qulluğunu davam etdirməlidir; 



33.4.5.  inzibati  vəzifələrin  birinci—  altıncı  təsnifatlarına  uyğun  olan  vəzifələri  tutan  dövlət 

qulluqçularının  yuxarı  orqanın  və  ya  rəhbərin  qərarından  və  hərəkətindən  narazılıq  əsasında 

istefası.  stefa qəbul edildikdə dövlət qulluqçusuna 6 ay ərzində maaş verilir. 

33.5. Dövlət qulluqçusunun bu Qanunun 33.1.3-cü maddəsində nəzərdə tutulduğu kimi azad 

edilməsinə müvafiq orqanın rəhbərinin qərarı ilə aşağıdakı hallarda icazə verilir: 

33.5.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan əsaslarla; 

 

33.5.2.  əgər  dövlət  vəzifəsinin  tutulması  Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatının 



statusu  ilə  bir  araya  sığmırsa,  Azərbaycan    Respublikası  Milli  Məclisi  deputatının 

səlahiyyətindən əl çəkməkdən imtina etməsi; 

 33.5.3. dövlət qulluğundan kənarda bu Qanunla qadağan olunmuş başqa işə keçmə. 

 

 33.6.  Əmək  müqaviləsində  (kontraktda)  başqa  şərt  nəzərdə  tutulmayıbsa,  ixtisas  dərəcəsi 



olmayan dövlət qulluqçusu öz istəyi ilə işdən  çıxmaq barədə ərizə verdiyi gündən ən çoxu 3 ay 

müddətində işdən azad edilir. 

 33.7. Dövlət qulluqçusu öz istəyi ilə və onu həmin vəzifəyə təyin etmiş rəhbərin razılığı ilə 

haqqı ödənilmədən uzunmüddətli məzuniyyətə  göndərilə bilər. 

I V   f ə s i l  

 YEKUN MÜDDƏALAR 

M a d d ə   3 4 .



 Dövlət qulluğu keçmənin digər məsələləri  

 Bu  Qanunda  və  ona  uyğun  qəbul  edilmiş  qanunvericilik  aktlarında  tənzimlənməyən  dövlət 

qulluğu  keçmə  ilə  bağlı  digər  məsələlər  Azərbaycan    Respublikasının  əmək  qanunvericiliyi  ilə 

tənzimlənir. 

 



M a d d ə   3 5 .

 Qanunun qüvvəyə minməsi  

 Bu Qanun 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir. 

 

 

 Azərbaycan Respublikasının Prezidenti  HEYDƏƏL YEV 

 Bakı şəhəri, 21 iyul 2000-ci il 

  



 926-IQ 



 

 

 

                                                 



 

Yüklə 157,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə