Microsoft Word Dovl?t qullugu haqq?nda qanun doc



Yüklə 157,02 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix19.10.2018
ölçüsü157,02 Kb.
#74631
1   2   3   4   5   6   7

 7.1.  Azərbaycan  Respublikasının  qanunvericilik  aktları  ilə  müəyyən  edilmiş  hüdudlarda 

Azərbaycan  Respublikasının  məqsəd  və    funksiyalarını  həyata  keçirən,  qanunvericiliyə  uyğun 

olaraq və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır.  

 7.2. Dövlət orqanının bölməsi bu orqanın qanunvericilik aktlarında nəzərdə tutulmuş, yaxud 

müəyyən  edilmiş  qaydada  təsis  olunan  elə    struktur  hissəsidir  ki,  özünə  həvalə  edilmiş 

funksiyalar çərçivəsində həmin orqanın səlahiyyətlərinin bir hissəsini həyata keçirir. 

M a d d ə   8 .

 Dövlət orqanlarının təsnifatı  

8.1. Dövlət orqanları öz səlahiyyətlərinə görə aşağıdakı təsnifata bölünür:  

8.1.1.  əsas  səlahiyyətləri  Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə  müəyyən  edilən 

Azərbaycan Respublikasının  ali dövlət orqanları – Azərbaycan Respublikası Prezidentinin  cra 

Aparatı, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirilməsini bilavasitə 

təmin  edən  digər  orqanlar,  Azərbaycan  Respublikası  Milli  Məclisinin  Aparatı,  Azərbaycan 

Respublikası  Konstitusiya  Məhkəməsinin  Aparatı,  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin 

Aparatı, habelə Məhkəmə-Hüquq Şurasının Aparatı (1-ci kateqoriya dövlət orqanları); 

 

8.1.2.  əsas  səlahiyyətləri  Azərbaycan  Respublikasının  Konstitusiya  ilə  müəyyən  edilən 



yuxarı  dövlət  orqanı  və  Naxçıvan  Muxtar  Respublikasının  ali  dövlət  orqanı  –  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  Aparatı  və  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 

Aparatı (2-ci kateqoriya dövlət orqanları);  

8.1.3.  əsas  səlahiyyətləri  Azərbaycan  Respublikasının  Konstitusiyası  və  ya  Azərbaycan 

Respublikasının  Konstitusiya  qanunları  ilə  müəyyən  edilən  dövlət  orqanları  –  Azərbaycan 

Respublikasının  nsan  hüquqları  üzrə  müvəkkilinin  (Ombudsmanın)  Aparatı,  Azərbaycan 

Respublikası  apellyasiya  məhkəmələrinin  aparatları,  Naxçıvan  Muxtar  Respublikası  Nazirlər 

Kabinetinin Aparatı, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatı (3-cü kateqoriya 

dövlət orqanları); 

8.1.4.  əsas  səlahiyyətləri  Azərbaycan  Respublikasının  Konstitusiyasına  əsasən  qanunla 

müəyyən  edilən  dövlət  orqanları  –  Azərbaycan  Respublikası  Mərkəzi  Seçki  Komissiyasının 

Aparatı,  Azərbaycan  Respublikası  Hesablama  Palatasının  Aparatı,  Naxçıvan  Muxtar 

Respublikası  qtisad  Məhkəməsinin  Aparatı,  Ağır  Cinayətlərə  dair  şlər  üzrə  Azərbaycan 

Respublikası Məhkəməsinin Aparatı, Ağır Cinayətlərə dair  şlər üzrə Azərbaycan Respublikası 

Hərbi  Məhkəməsinin  Aparatı,  Beynəlxalq  Müqavilələrdən  rəli  Gələn  Mübahisələrə  dair 

Azərbaycan Respublikası  qtisad Məhkəməsinin Aparatı (4-cü kateqoriya dövlət orqanları);  

8.1.5.  əsas  səlahiyyətləri  Azərbaycan  Respublikası  Konstitusiyasının  113-cü  maddəsində 

nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları – Azərbaycan Respublikası mərkəzi 

icra hakimiyyəti orqanlarının aparatları (5-ci kateqoriya dövlət orqanları); 

8.1.6.  əsas  səlahiyyətləri  Azərbaycan  Respublikası  Konstitusiyasının  120-ci  maddəsində 

nəzərdə  tutulmuş  qaydada  müəyyən  edilən  dövlət  orqanları  –  Azərbaycan  Respublikasının 

Nazirlər Kabineti yanında və ya onun qərarı ilə yaradılan orqanların aparatları, Naxçıvan Muxtar 

Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatları (6-cı kateqoriya dövlət orqanları); 

8.1.7.  əsas  səlahiyyətləri  Azərbaycan  Respublikası  Konstitusiyasının  113-cü  və  124-cü 

maddələrində  nəzərdə  tutulmuş  qaydada  müəyyən  edilən  dövlət  orqanları  –  yerli  icra 

hakimiyyəti orqanlarının aparatları, mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli 

bölmələri  və  yanında,  tabeliyində  olan  regional  orqanları;  əsas  səlahiyyətləri  Azərbaycan 

Respublikasının Konstitusiyasına əsasən qanunla müəyyən edilən yerli dövlət orqanları – rayon 

(şəhər)  məhkəmələrinin,  hərbi  məhkəmələrin  və  yerli  iqtisad  məhkəmələrinin  aparatları  (7-ci 

kateqoriya dövlət orqanları).  

8.2. Dövlət orqanlarının bölmələri onlara həvalə edilmiş funksiyalara görə aparıcı və köməkçi 

bölmələrə bölünür (1-ci – 7-ci kateqoriya dövlət orqanlarının bölmələri).  

8.3. Konkret dövlət orqanlarının və onların bölmələrinin müvafiq kateqoriyalara aidiyyəti 

Azərbaycan Respublikasının qanunvericiliyi əsasında müəyyən edilir. 



 

I I I   f ə s i l  




 DÖVLƏT QULLUĞU VƏZ FƏS  

M a d d ə   9 .



 Dövlət qulluğu vəzifəsinin anlayışı  

 Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktları ilə müəyyən edilən ştat quruluşu və 

ş

tat  cədvəlinə  uyğun  olan  struktur    vahididir.  Həmin  vəzifəni  tutan  şəxsin  səlahiyyət  və 



funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. 

 

 



M a d d ə   1 0 .

 Dövlət orqanlarında vəzifələrin təsnifatı  

10.1.  Dövlət  orqanlarında  vəzifələr  həmin  vəzifələrin  funksiyalarının  məzmunundan, 

səlahiyyətlərinin  mənbəyindən  və  tutulması  üsullarından  asılı  olaraq  inzibati  və  yardımçı 

vəzifələrə bölünür. 

 

(çıxarılıb) 



 

10.4. Siyasi vəzifələri tutan şəxslərin hüquqi statusu başqa qanunvericilik aktları ilə müəyyən 

olunur  və  bu  Qanunda  başqa  hal  nəzərdə  tutulmayıbsa,  bu  Qanunun  qüvvəsi  onlara  şamil  

edilmir. 

 

10.5.  nzibati  vəzifələr  1-ci  –  7-ci  kateqoriya  dövlət  orqanları  aparatları  və  bölmələri 



rəhbərlərinin,  onların  müavinlərinin,  habelə  dövlət  qulluğunda  çalışan  mütəxəssislərin 

vəzifələridir.  nzibati  vəzifə  tutan  şəxsin  hüquqi  statusu  müvafiq  orqanın  səlahiyyətlərini 

müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.  

10.6.  Yardımçı  vəzifələr  1-ci  –  7-ci  kateqoriya  dövlət  orqanlarında  texniki  işləri  həyata 

keçirən  dövlət  qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv  qeydiyyatçısı, liftçi, sürücü və 

sair  işçilərin)  vəzifələridir.  Yardımçı  vəzifə  tutan  şəxsin  hüquqi  statusu  müvafiq  orqanın 

səlahiyyətlərini  müəyyən  edən  qanunvericilik  aktları  ilə,  habelə  vəzifə  təlimatları  ilə  müəyyən 

edilir. 


 

M a d d ə   1 1 .



  nzibati və yardımçı vəzifələrin təsnifatı  

11.1.  nzibati vəzifələrin aşağıdakı təsnifatı vardır: 

11.1.1.  inzibati  vəzifələrin  birinci  təsnifatı  –  1-ci  kateqoriya  dövlət  orqanları  aparat 

rəhbərlərinin  və  işlər  müdirlərinin  vəzifələri,  Azərbaycan  Respublikası  Prezidentinin 

səlahiyyətlərinin  həyata  keçirilməsini  bilavasitə  təmin  edən  digər  orqanların  rəhbərlərinin 

vəzifələri;  

11.1.2. inzibati vəzifələrin ikinci təsnifatı – Azərbaycan Respublikası Prezidentinin müşaviri 

(köməkçisi)  vəzifəsi,  1-ci  kateqoriya  dövlət  orqanları  bölmə  rəhbərlərinin  vəzifələri,  2-ci 

kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri;  

11.1.3. inzibati vəzifələrin üçüncü təsnifatı – 1-ci kateqoriya dövlət orqanları bölmə rəhbərləri 

müavinlərinin vəzifələri, 1-ci kateqoriya dövlət orqanları işlər müdirləri müavinlərinin vəzifələri, 2-

ci kateqoriya dövlət orqanları rəhbərləri müavinlərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları 

bölmə rəhbərlərinin vəzifələri, 3-cü kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri;  

11.1.4.  inzibati  vəzifələrin  dördüncü  təsnifatı  –  1-ci  kateqoriya  dövlət  orqanları 

mütəxəssislərinin  vəzifələri,  2-ci  kateqoriya  dövlət  orqanları  bölmə  rəhbərləri  müavinlərinin 

vəzifələri, 3-cü kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin vəzifələri, 4-cü və 5-ci kateqoriya 

dövlət  orqanları  aparat  rəhbərlərinin  və  onların  müavinlərinin  vəzifələri,  7-ci  kateqoriya  dövlət 

orqanı – Bakı şəhər  cra Hakimiyyəti başçısının müavinlərinin vəzifələri; 

 

11.1.5. inzibati vəzifələrin beşinci təsnifatı - 2-ci kateqoriya dövlət orqanları mütəxəssislərin 



vəzifələri,  3-cü  kateqoriya  dövlət  orqanları  bölmə  rəhbərləri  müavinlərinin  vəzifələri,  4-cü 

kateqoriya  dövlət  orqanları  bölmə  rəhbərlərinin  və  onların  müavinlərinin  vəzifələri,  5-ci 

kateqoriya  dövlət  orqanları  bölmə  rəhbərlərinin  və  onların  müavinlərinin  vəzifələri,  6-cı 

kateqoriya  dövlət  orqanları  aparat  rəhbərlərinin  və  onların  müavinlərinin  vəzifələri,  7-ci 

kateqoriya – yerli icra hakimiyyəti orqanları başçıları müavinlərinin vəzifələri;  



Yüklə 157,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə