Microsoft Word Dovl?t qullugu haqq?nda qanun doc



Yüklə 157,02 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix19.10.2018
ölçüsü157,02 Kb.
#74631
1   2   3   4   5   6   7

 22.6.  Dövlət  qulluqçusuna  hakimiyyət  səlahiyyəti  vermək  barədə  qərar  qəbul  edilməsi  ilə 

eyni  zamanda  müvafiq  səlahiyyətin  icrasına  görə    onun  üçün  qanunvericiliklə  müəyyən  edilən 

məbləğdə əlavə haqq müəyyən edilir.  

 22.7.  Dövlət  qulluqçusuna  vəzifədə  qulluq  stajına  görə  xidmətin  ikinci  ilindən  başlayaraq 

ə

lavə  haqq  verilir  və  həmin  haqq  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  artırılır.  Haqqın 



məbləği  qanunvericiliklə müəyyən edilir. Bu maddə Azərbaycan Respublikasının Baş  naziri və 

onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan 

Respublikası  mərkəzi  icra  hakimiyyəti  orqanının  rəhbəri  və  onun  müavinləri,  Naxçıvan  Muxtar 

Respublikasının  mərkəzi  icra  hakimiyyəti  orqanının  rəhbəri  və  onun  müavinləri,  yerli  icra 

hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur.

 

 



 22.8.  Dövlət  qulluqçusu  üçün  hakimiyyət  səlahiyyətinin  icrasına  görə  əlavə  haqq  təyin 

edilməsi qaydası Azərbaycan Respublikasının  müvafiq Qanunu ilə müəyyən edilir. 

 

M a d d ə   2 3 .



 Dövlət qulluqçularının pensiya təminatı  

 23.1.  Dövlət  qulluqçularının  pensiya  təminatı  üçün  əsas  və  onun  qaydası  bu  maddənin 

müddəaları nəzərə alınmaqla Azərbaycan  Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. 

 23.2.  Dövlət  qulluqçusunun  pensiyasının  məbləği  dövlət  qulluğunda  xidmət  illərindən  və 

dövlət  məvacibinin  məbləğindən  asılıdır.  Dövlət    pensiyası  verilməsi  üçün  lazım  olan  xidmət 

illərinin minimum həddi 5 ildir. 

23.3.  Müvafiq  qanunvericiliyə  uyğun  olaraq  pensiya  yaşına  çatmasına  və  ya  əlilliyinə  görə 

könüllü  işdən  çıxmış  və  dövlət  qulluğunda  xidmət  illərinin  minimum  həddinə  malik  olmayan 

dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. 

 

23.4.  Dövlət  qulluqçusunun  pensiyasının  və  müavinətinin  məbləği  fəaliyyətdə  olan  dövlət 



qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır.  

23.5. Dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun dul arvadına (ərinə), anasına 

(atasına),  ölənin  himayəsində  olmuş  və  22    yaşına  çatmamış  işləməyən  qızına  (oğluna) 

pensiyanın qanunvericiliklə müəyyən edilən faizi ödənilir. 

 

 



M a d d ə   2 4 .

 Dövlət qulluqçularının mükafatlandırılması  

 24.1.  Dövlət  qulluqçusunun  vəzifə  borclarını  yerinə  yetirərkən  səylə  çalışması  hərtərəfli 

mükafatlandırılır.  Dövlət  qulluqçularının    mükafatlandırılmasının  növləri  və  qaydaları 

qanunvericiliklə müəyyənləşdirilir. 

 24.2. Dövlət qulluqçularının xidmətdə peşəkarlıq səviyyəsinin artması və vəzifə borcuna və 

andına  sədaqəti  dövlət  tərəfindən    qiymətləndirilməlidir.  Onun  xidmətlərinin  dövlət  tərəfindən 

təsdiq edilməsi «Vətənə xidmətə görə» ordeninin üç dərəcəsi, «Dövlət  qulluğunda fərqlənməyə 

görə»  medalı  ilə,  digər  orden  və  medallarla  təltif  olunmasından,  habelə  Azərbaycan 

Respublikasının fəxri adlarını  almasından ibarətdir. Dövlət qulluqçularının orden və medallarla 

təltif  olunması  və  onlara  fəxri  adların  verilməsi  haqqında  əsasnamələr  və    qaydalar 

qanunvericiliklə müəyyən edilir. 

 

M a d d ə   2 5 .



 Dövlət qulluqçularının məsuliyyəti  

 25.1. Dövlət qulluqçularına həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və yaxud lazımi 

şə

kildə  yerinə  yetirilməməsi,  həmçinin  bu    Qanunla  müəyyən  edilmiş  məhdudiyyətlərə  əməl 



olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb  olur. 

 25.2.  Dövlət  qulluqçuları  bu  Qanunun  18-ci  maddəsində  nəzərdə  tutulan  tələbləri 

pozarlarsa, onlara qarşı aşağıdakı intizam tənbeh  tədbirləri tətbiq oluna bilər: 

 25.2.1. töhmət; 




 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 

 25.2.3. həmin dərəcədən olan, lakin vəzifə maaşı aşağı olan işə keçirilməsi; 

 25.2.4. daha aşağı dərəcəli işə keçirilməsi; 

 25.2.5. ixtisas dərəcəsinin aşağı salınması; 

 25.2.6. ixtisas dərəcəsindən məhrum edilməsi; 

 25.2.7. dövlət qulluğundan azad edilməsi. 

 25.3.  Bu  Qanunun  25.2.4-cü,  25.2.5-ci,  25.2.6-cı  və  25.2.7-ci  maddələrində  göstərilən 

intizam  tənbeh  növləri  dövlət  qulluqçusunun  işlədiyi  dövlət  orqanının  rəhbəri  tərəfindən  tətbiq 

olunur 

 25.4.  Tətbiq  olunmuş  intizam  tənbeh  tədbirinin  ləğv  edilməsi  üçün  7  gün  ərzində  yuxarı 



dövlət qulluğunu idarəetmə orqanına şikayət  vermək olar. Bu zaman intizam tənbeh tədbiri 10 

gün ərzində həmin orqan tərəfindən ya ləğv olunmalı, ya da qüvvədə saxlanmalıdır.  Çıxarılmış 

intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası bu maddənin müddəaları nəzərə alınmaqla 

Azərbaycan Respublikasının  müvafiq qanunvericiliyi ilə müəyyən edilir. 

 

 25.5.  Dövlət  qulluqçuları  qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  və  qaydada  inzibati 



məsuliyyətə və cinayət məsuliyyətinə cəlb oluna  bilərlər. 

 25.6.  Dövlət  qulluqçuları  onların  təqsiri  üzündən  dəymiş  zərər  üçün  qanunvericiliklə 

müəyyən  edilmiş  qaydada  maddi  məsuliyyət  daşıyırlar.    Dövlət  qulluqçularının  qanunauyğun 

hərəkətləri  nəticəsində  dəymiş  zərərin  əvəzi  tam  həcmdə  dövlət  büdcəsinin  vəsaiti  hesabına 

ödənilir. 

(çıxarılıb) 

 

 

M a d d ə   2 6 .



 Qanunsuz göstərişin yerinə yetirilməsi üstündə dövlət qulluqçusunun 

məsuliyyəti  

 26.1. Dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün cavabdehdir. 

 26.2.  Rəhbər  işçinin  göstərişini  qanunsuz  sayan  dövlət  qulluqçusunun  etirazına 

baxmayaraq,  həmin  rəhbər  işçi  öz  göstərişini  qüvvədə    saxlayırsa  və  ondan  yuxarı  vəzifəli 

rəhbər işçi həmin göstərişi ləğv etmirsə, dövlət qulluqçusu məsuliyyətdən azad olunur. 

V   f ə s i l  



 DÖVLƏT QULLUĞU KEÇMƏ 

 

M a d d ə   2 7 .



 Dövlət qulluğuna girmək hüququ  

 27.1.  Azərbaycan  Respublikasının  16  yaşına  çatmış,  irqindən,  milliyyətindən,  dilindən, 

cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən,   yaşayış  yerindən,  dinə münasibətindən, 

ə

qidəsindən,  ictimai  və  digər  birliklərə  mənsubiyyətindən  asılı  olmayaraq  müvafiq  vəzifənin  



tələblərinə uyğun  peşə hazırlığına malik olan vətəndaşlarının dövlət qulluğuna girmək hüququ 

vardır. 


 27.2. Hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda götürülə bilməz: 

 27.2.1.  onun  fəaliyyət  qabiliyyətinə  malik  olmaması  və  ya  məhdud  fəaliyyət  qabiliyyətinə 

malik olması məhkəmənin qərarı ilə təsdiq  edilərsə; 

 27.2.2.  məhkəmə  onu  müəyyən  müddətə  dövlət  vəzifəsi  tutmaq  hüququndan  məhrum 

etmişsə; 

 27.2.3.  bilavasitə  tabeliyində  və  ya  nəzarəti  altında  işləyəcəyi  dövlət  qulluqçusu  ilə  yaxın 

qohumluq və ya qudalıq (ər-arvadlar, onların  valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi 

olduqda; 

 

 27.2.4. qanunvericiliklə müəyyən edilmiş başqa hallarda. 




Yüklə 157,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə