Microsoft Word Dovl?t qullugu haqq?nda qanun doc



Yüklə 157,02 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix19.10.2018
ölçüsü157,02 Kb.
#74631
1   2   3   4   5   6   7

 19.0.2. dövlət qulluqçusunu işə götürmək və işdən azad etmək hüququna malik olan vəzifəli 

şə

xsdən  öz  qulluq  vəzifələrinin  yazılı    surətdə  təsbit  edilməsini  və  onların  icrası  üçün  şərait 



yaradılmasını tələb etmək; 

 19.0.3. dövlət maaşı almaq; 

 19.0.4.  ixtisasının  artması  və  qulluq  vəzifələrinin  yerinə  yetirilməsinə  münasibəti  nəzərə 

alınmaqla  qulluqda  irəli  çəkilmək  və  ya  dövlət    maaşının  məbləğinin  artırılması  iddiasında 

olmaq; 

 19.0.5.  elmi  və  yaradıcılıq  fəaliyyəti  ilə  məşğul  olmaq,  işlədiyi  dövlət  orqanı  rəhbərinin 



icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə  məşğul olmaq; 

 19.0.6.  əmanətlərdən  (depozitlərdən),  qiymətli  kağızlardan,  rentadan  və  icarədən  gəlir 

götürmək; 

 19.0.7.  ilk  tələbdən  öz  şəxsi  işinin  bütün  materialları  ilə,  şəxsi  işə  tikilməli  olan  rəylər  və 

digər sənədlərlə tanış olmaq, habelə öz  izahatlarının şəxsi işə tikilməsini tələb etmək; 

 19.0.8.  şərəf  və  ləyaqətinə  xələl  gətirən  məlumatları  təkzib  etmək  üçün  xidməti  təhqiqat 

aparılmasını tələb etmək; 

 19.0.9.  müvafiq  orqanlarda  və  məhkəmədə  öz  qanuni  hüquqlarını  və  mənafeyini  müdafiə 

etmək; 

 19.0.10. həmkarlar ittifaqlarında birləşmək; 



 19.0.11. işlədiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin 

qanuniliyi  və  ya  dürüstlüyü  dövlət    qulluqçusunda  şübhə  doğurursa,  həmin  göstərişin  və  ya 

ə

mrin yazılı şəkildə ona verilməsini tələb etmək; 



 19.0.12.  qanunvericilikdə  başqa  hal  nəzərdə  tutulmayıbsa  və  bu,  dövlət  qulluqçusu 

funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə,  ictimai birliklərdə üzv olmaq; 

 19.0.13. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və 

müvafiq təlim keçmək, habelə təhsil  məqsədilə məzuniyyət almaq; 

 19.0.14.  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  məzuniyyətlər  (sosial 

məzuniyyətlər,  özünün  və  ya  ailə  üzvlərinin    müalicəsi  ilə  əlaqədar  və  elmi  məzuniyyətlər), 

özünün və ya ailə üzvlərinin əlilliyi ilə əlaqədar pensiyalar və müavinətlər almaq. 

 

M a d d ə   2 0 .



 Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər  

 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 

 20.1.1. dövlət orqanlarında əlavə ödənişli vəzifə tutmağa; 

 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, işlədiyi dövlət orqanı rəhbərinin icazəsi 

olmadan pedaqoji və başqa ödənişli  fəaliyyətlə məşğul olmağa; 

 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili 

olmağa; 

 20.1.4.  istefaya  getdikdən,  işdən  və  ya  pensiyaya  çıxdıqdan  sonra  Azərbaycan 

Respublikasının qanunvericiliyi  ilə müəyyən edilmiş  müddət ərzində  öz qulluq fəaliyyətinə  aid 

olan  və  dövlət  sirri  və  ya  qanunla  mühafizə  edilən  digər  sirr  olan  məsələlər  barədə  

informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 

 20.1.5.  işlədiyi  dövlət  orqanı  rəhbərinə  bildirmədən  xarici  ölkənin  vəsaiti  hesabına  oraya 

getməyə; 

 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 

 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 

 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət 

orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 

20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 

 

20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə 



ayrı  qayda  nəzərdə  tutulmayıbsa,  xəbərdarlıq    aldıqdan  sonra  otuz  gün  ərzində  o,  dövlət 

qulluğuna,  yoxsa  başqa  fəaliyyətə  üstünlük  verdiyini  özü  üçün  müəyyən  edərək  gəldiyi  qərar  

barəsində qulluq etdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. 



 

M a d d ə   2 1 .  



Dövlət qulluqçuları üçün təminatlar  

 21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: 

 21.1.1. dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər 

ödənişlər; 

 21.1.2. lazımi qulluq şəraiti; 

 21.1.3. haqqı ödənilən məzuniyyət; 

 21.1.4. dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası; 

 21.1.5. təkrar hazırlıq və ixtisasartırma; 

 21.1.6.  dövlət  orqanları  ləğv  edilərsə  və  ya  ştatlar  ixtisara  düşərsə,  vəzifə  maaşına  və 

ixtisasa  uyğun  işə  düzəlmə  və  ya  başqa  dövlət    orqanında  tutduğu  vəzifəyə  uyğun  vəzifə 

tutmaqda üstünlük; 

 21.1.7. pensiya təminatı və dövlət sosial sığortası; 

 21.1.8.  qulluq  vəzifələrinin  icrası  ilə  əlaqədar  olaraq  qanunla  müəyyən  edilmiş  qaydada 

sığorta; 

 21.1.9.  icra  edilən  vəzifə  öhdəliklərinin  xarakteri  nəzərə  alınmaqla  xidməti  nəqliyyat  və  ya 

müvafiq kompensasiya almaq; 

 21.1.10.  dövlət  qulluqçusunun  vəzifə  öhdəliklərinin  icrası  ilə  əlaqədar  olaraq  ona  və  onun 

ailə üzvlərinə qarşı törədilən zorakılıqdan,  hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun və 

onun ailə üzvlərinin müdafiəsi. 

21.2. (Çıxarılıb) 

 

21.3.  Dövlət  qulluqçusu  bu  Qanunun  25-ci  maddəsində  nəzərdə  tutulmuş  hallardan  başqa 



yalnız öz razılığı ilə aşağı maaşlı vəzifəyə keçirilə  bilər. 

 21.4.  Dövlət  hakimiyyəti  orqanlarının,  habelə  dövlət  orqanları  rəhbərliyinin  tərkibinin 

dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas  deyildir. 

 21.5.  Yardımçı  vəzifələr  tutan  dövlət  qulluqçuları  üçün  təminatlar  Azərbaycan 

Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir. 

 

M a d d ə   2 2 .



 Dövlət məvacibi  

 22.1.  Dövlət  məvacibi  dövlət  qulluqçusuna  pul  ilə  ödənilən  haqdır.  Dövlət  məvacibinin 

məbləği  səlahiyyət  həcmindən,  məsuliyyət    dərəcəsindən,  tələb  olunan  peşəkarlıq 

səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. 

 22.2.  Dövlət  məvacibi  vəzifə  maaşındın,  mükafatlardan  və  vəzifə  maaşına  əlavələrdən 

(dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq  stajına və s. görə verilən əlavələr) ibarətdir. 

22.3.  nzibati  vəzifələrin  9-cu  təsnifatı  üzrə  dövlət  qulluqçusunun  maaşının  məbləği 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati vəzifələr üçün müəyyən edilən minimum 

vəzifə  maaşına  bərabər  tutulur.  Yardımçı  vəzifələrin  6-cı  təsnifatı  üzrə  dövlət  qulluqçusunun 

maaşının  məbləği  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  yardımçı  vəzifələr  üçün 

müəyyən  edilən  minimum  vəzifə  maaşına  bərabər  tutulur.  Dövlət  qulluqçuları  üçün  vəzifə 

maaşlarına  məbləği  dövlət  qulluğu  vəzifələrinin  təsnifatına  uyğun  müəyyən  edilir.  Hər  sonrakı 

təsnifatın  vəzifə  maaşı  əvvəlkindən  qanunvericiliklə  müəyyən  edilmiş  faiz  miqdarında  yuxarı 

olmalıdır.  Hər  kəs  dövlət  qulluğu  vəzifəsinə  təyin  edilərkən  onun  vəzifə  maaşının  müəyyən 

edilməsi haqqında qərar qəbul olunur. 

 

22.4. Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət 



orqanlarında  vəzifə  maaşları  üçün  artıq  əmsal  müəyyən  edilir.  Əmsalın  müəyyən  edilməsi 

qaydası, onun təyin edilməsi üçün əsas və onun məbləği Azərbaycan Respublikasının müvafiq  

qanunu ilə müəyyən edilir. 

 22.5.  Dövlət  qulluqçularının  vəzifə  maaşlarına  Azərbaycan  Respublikasının  Qanununa 

müvafiq surətdə yerli əmsallar müəyyən edilir. 



Yüklə 157,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə