Microsoft Word Dovl?t qullugu haqq?nda qanun doc



Yüklə 157,02 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix19.10.2018
ölçüsü157,02 Kb.
#74631
1   2   3   4   5   6   7

11.1.6.  inzibati  vəzifələrin  altıncı  təsnifatı  –  3-cü,  4-cü  və  5-ci  kateqoriya  dövlət  orqanları 

mütəxəssislərinin  vəzifələri,  6-cı  kateqoriya  dövlət  orqanları  bölmə  rəhbərlərinin  və  onların 

müavinlərinin  vəzifələri,  7-ci  kateqoriya  dövlət  orqanları  aparat  rəhbərlərinin  və  onların 

müavinlərinin vəzifələri;  

11.1.7.  inzibati  vəzifələrin  yeddinci  təsnifatı  –  6-cı  kateqoriya  dövlət  orqanları 

mütəxəssislərinin  vəzifələri,  7-ci  kateqoriya  dövlət  orqanlarının  mərkəzi  icra  hakimiyyəti 

orqanlarının  ikili  tabelikdə  olan  yerli  bölmələri  və  yanında,  tabeliyində  olan  regional  orqanları 

rəhbərlərinin, yerli icra hakimiyyəti orqanlarının bölmə rəhbərlərinin vəzifələri;   

11.1.8. inzibati vəzifələrin səkkizinci təsnifatı – 7-ci kateqoriya dövlət orqanlarının – mərkəzi 

icra  hakimiyyəti  orqanlarının  ikili  tabelikdə  olan  yerli  bölmələri  və  yanında,  tabeliyində  olan 

regional  orqanları  rəhbərləri  müavinlərinin  vəzifələri,  yerli  icra  hakimiyyəti  orqanları  bölmə 

rəhbərləri müavinlərinin vəzifələri;  

11.1.9.  inzibati  vəzifələrin  doqquzuncu  təsnifatı  –  7-ci  kateqoriya  dövlət  orqanlarının  – 

mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri və yanında, tabeliyində 

olan  regional  orqanları  mütəxəssislərin  vəzifələri,  yerli  icra  hakimiyyəti  orqanları  bölmə 

mütəxəssislərinin  vəzifələri,  yerli  icra  hakimiyyəti  orqanlarının  ərazi  vahidləri  üzrə 

nümayəndələrinin  vəzifələri,  rayon  (şəhər)  məhkəmələri,  hərbi  məhkəmələr  və  yerli  iqtisad 

məhkəmələri aparatlarının mütəxəssislərinin vəzifələri. 

 

11.2. Yardımçı vəzifələrin aşağıdakı təsnifatı vardır: 



11.2.1.  yardımçı  vəzifələrin  birinci  təsnifatı  -  1-ci  və  2-ci  kateqoriya  dövlət  orqanlarında 

texniki vəzifələr; 

11.2.2.  yardımçı  vəzifələrin  ikinci  təsnifatı  -  2-ci  və  3-cü  kateqoriya  dövlət  orqanlarında 

texniki vəzifələr; 

11.2.3.  yardımçı  vəzifələrin  üçüncü  təsnifatı  -  3-cü  və  4-cü  kateqoriya  dövlət  orqanlarında 

texniki vəzifələr; 

11.2.4. yardımçı vəzifələrin dördüncü təsnifatı - 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 

texniki vəzifələr; 

11.2.5. yardımçı vəzifələrin ikinci təsnifatı - 5-ci və 6-cı kateqoriya dövlət orqanlarında texniki 

vəzifələr; 

11.2.6.  yardımçı  vəzifələrin  altıncı  təsnifatı  -  6-cı  və  7-ci  kateqoriya  dövlət  orqanlarında 

texniki vəzifələr. 

11.3. Bu Qanunun 11.1-ci maddəsində göstərilən inzibati vəzifələrin birinci təsnifatı istisna 

olmaqla, ikinci-üçüncü təsnifat vəzifələri tutan şəxslərin müvafiq ixtisas dərəcəsi (o cümlədən 

həmin vəzifə üçün nəzərdə tutulmuş daha yüksək ixtisas dərəcəsi) alması üçün dövlət 

orqanında azı yeddi illik qulluq stajı və müvafiq vəzifədə azı üç illik fasiləsiz əmək stajı olmalı, 

dördüncü-yeddinci təsnifat vəzifələri tutan şəxslərin isə bundan ötrü dövlət orqanında azı beş 

illik qulluq stajı olmalıdır. Bu halda həmçinin vəzifəli şəxsin funksiyalarının məzmunu, 

peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. Bu maddənin birinci cümləsində müəyyən 

edilmiş hər hansı tələbə cavab verməyən vəzifəli şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün 

müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Üçüncü təsnifat vəzifələrində çalışan dövlət 

qulluqçularına 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi o halda verilə bilər ki, həmin 

şə

xslərin uyğun dövlət orqanlarında azı on illik qulluq stajı , müvafiq vəzifədə isə azı beş illik 



qulluq stajı olsun. Bu halda həmçinin vəzifəli şəxsin funksiyalarının məzmunu, peşəkarlığı və 

idarəçilik təcrübəsi nəzərə alınır.



  

 

Qeyd: 

1.

  11.3-cü 



maddənin 

müvafiq 


olaraq 

1-ci 


cümləsində 

"dövlət 


orqanı"  və 

dördüncü  cümləsində  "uyğun  dövlət  orqanlarında"  dedikdə,  dövlət  qulluqçusunun  hazırda 

işlədiyi  (vəzifə  tutduğu)  dövlət  orqanı,  habelə  dövlət  qulluqçusunun  bir  təsnifat  daxilində 

bərabər statuslu vəzifəyə keçdiyi həmin təsnifata daxil olan dövlət orqanı nəzərdə tutulur. 




11.3-cü maddənin müvafiq olaraq birinci və üçüncü cümlələrində "müvafiq vəzifədə" dedikdə 

dövlət  qulluqçusunun  hazırda  dövlət  qulluğu  keçdiyi  dövlət  orqanında  tutduğu  dövlət  qulluğu 

vəzifəsi nəzərdə tutulur. 

i[19]


 

M a d d ə   1 2 .



  nzibati və yardımçı vəzifələrin təsnifat toplusu  

12.1.  nzibati va  yardımçı vəzifələrin təsnifat toplusuna vəzifələrin  ixtisas  dərəcələri,  adları, 

dərəcələr üzrə bölgü və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxil edilir. 

12.2.  nzibati  va  yardımçı  vəzifələrin  təsnifat  toplusu  dövlət  orqanlarının  ştat  cədvəllərinin 

yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır.  nzibati və 

yardımçı  vəzifələrin  təsnifat  toplusu  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir. 

 

M a d d ə   1 3 .



  nzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri  

13.1.  nzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin həmin 

vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını təmin edir.  

13.2.  nzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa 

ali  təhsili  olduqda,  o,  ixtisasını  dəyişdirib  iddiasında  olduğu  inzibati  vəzifənin  profilini 

öyrənməlidir.  

13.3.  Yardımçı  vəzifə  iddiasında  olan  şəxsin  müvafiq  orta  təhsili  olmalıdır.  Həmin  şəxsin 

başqa  orta  təhsili  və  ya  ümumi  orta  təhsili  olduqda,  o,  hazırlığını  dəyişdirib  iddiasında  olduğu 

yardımçı vəzifənin profilini öyrənməlidir.  

13.4.  nzibati  və  yardımçı  vəzifələri  tutmaq  üçün  əlavə  tələblər  qanunvericiliklə  və  vəzifə 

təlimatları ilə müəyyən edilir. 

 

I V   f ə s i l  



 DÖVLƏT QULLUQÇUSU 

M a d d ə   1 4 .



 Dövlət qulluqçusu  

 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət 

büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu  vəzifəsini tutan və Azərbaycan Respublikasına 

sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. 

 14.2.  İnzibati  vəzifə  tutan  və  hakimiyyət  səlahiyyətləri  alan  dövlət  qulluqçusu  dövlət  vəzifəli 

şəxsdir. (çıxarılıb) 

 

 

M a d d ə   1 5 .



 Dövlət qulluqçusunun andı  

 15.1.  And  Azərbaycan  Respublikası  ilə  dövlət  qulluqçusu  arasında  açıq  hüquqi  borc  və 

sədaqət münasibətlərini təsdiq edir. 

 15.2. Vətəndaş dövlət qulluğuna daxil olarkən belə bir and içir: 

 «Azərbaycan  Respublikasına  sadiq  olacağıma,  onun  Konstitusiyasına  dönmədən  əməl 

edəcəyimə,  dövlət  sirrini  və  xidməti  sirri    qoruyacağıma,  dövlət  qulluğunun  mənə  verdiyi 

hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə,  var 

gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm». 

 15.3.  Andiçmə  təntənəli  şəraitdə  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  altında 

Azərbaycan Respublikasının Konstitusiyasına əl  basmaqla həyata keçirilir. 

 15.4.  Andiçmə  bir  dəfə  olur.  Andın  imzalanmış  mətni  dövlət  qulluqçusunun  şəxsi  işində 

saxlanılır. 

 15.5.  Dövlət  qulluğunun  ayrı-ayrı  növlərində  andın  status  xüsusiyyətləri  Azərbaycan 

Respublikasının qanunvericilik aktlarında müəyyən  edilir. 




Yüklə 157,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə