Microsoft Word Dovl?t qullugu haqq?nda qanun doc



Yüklə 157,02 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix19.10.2018
ölçüsü157,02 Kb.
#74631
1   2   3   4   5   6   7

 15.6. Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər and içmirlər. 

 

M a d d ə   1 6 .



 Dövlət qulluqçularının ixtisas dərəcələri  

 16.1.  Dövlət  qulluqçusunun  ixtisas  dərəcəsi  onun  ixtisas  səviyyəsini  göstərir,  onun  tuta 

bildiyi dövlət qulluğu növlərinin və dövlət  vəzifələrinin təsnifat siyahısını müəyyənləşdirir, dövlət 

qulluqçusuna vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək  hüququ 

verir. 

16.2.  nzibati vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir: 



16.2.1.  inzibati  vəzifələrin  birinci  təsnifatı  üzrə  –  həqiqi  dövlət  müşaviri,  1-ci  dərəcə  dövlət 

müşaviri və 2-ci dərəcə dövlət müşaviri; 

 

16.2.2.  inzibati  vəzifələrin  ikinci  təsnifatı  üzrə  –  1-ci,  2-ci  və  3-cü  dərəcə  dövlət  müşaviri, 



dövlət qulluğunun baş müşaviri; 

 

16.2.3.  inzibati  vəzifələrin  üçüncü  təsnifatı  üzrə  –  3-cü  dərəcə  dövlət  müşaviri,  dövlət 



qulluğunun baş müşaviri və dövlət qulluğunun müşaviri; 

 

16.2.4. inzibati vəzifələrin  dördüncü təsnifatı üzrə  – dövlət qulluğunun  baş müşaviri, dövlət 



qulluğunun müşaviri, və dövlət qulluğunun kiçik müşaviri; 

 

16.2.5.  inzibati  vəzifələrin  beşinci  təsnifatı  üzrə  –  dövlət  qulluğunun  müşaviri,  dövlət 



qulluğunun kiçik müşaviri, və 1-ci dərəcə dövlət qulluqçusu; 

 

16.2.6. inzibati vəzifələrin altıncı təsnifatı üzrə – dövlət qulluğunun kiçik müşaviri, 1-ci dərəcə 



dövlət qulluqçusu, və 2-ci dərəcə dövlət qulluqçusu; 

 

16.2.7. inzibati vəzifələrin yeddinci təsnifatı üzrə – 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə 



dövlət qulluqçusu və 3-cü dərəcə dövlət qulluqçusu; 

 

16.2.8.  inzibati  vəzifələrin  səkkizinci  təsnifatı  üzrə  –  2-ci  dərəcə  dövlət  qulluqçusu,  3-cü 



dərəcə dövlət qulluqçusu və kiçik dövlət qulluqçusu; 

 

16.2.9. inzibati vəzifələrin doqquzuncu təsnifatı üzrə – 3-cü dərəcə dövlət qulluqçusu, kiçik 



dövlət qulluqçusu. 

 

16.3. Yardımçı vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:  



 16.3.1.  yardımçı  vəzifələrin  birinci  təsnifatı  üzrə  —  dövlət  qulluğunun  baş  referenti,  dövlət 

qulluğunun böyük referenti; 

 16.3.2. yardımçı vəzifələrin ikinci təsnifatı üzrə — dövlət qulluğunun böyük referenti, dövlət 

qulluğunun 1-ci dərəcə referenti; 

 16.3.3. yardımçı vəzifələrin üçüncü təsnifatı üzrə — dövlət qulluğunun 1-ci dərəcə referenti, 

dövlət qulluğunun 2-ci dərəcə referenti; 

 16.3.4.  yardımçı  vəzifələrin  dördüncü  təsnifatı  üzrə  —  dövlət  qulluğunun  2-ci  dərəcə 

referenti, dövlət qulluğunun 3-cü dərəcə referenti; 

 16.3.5. yardımçı vəzifələrin beşinci təsnifatı üzrə — dövlət qulluğunun 3-cü dərəcə referenti, 

dövlət qulluğunun kiçik referenti; 

 16.3.6. yardımçı vəzifələrin altıncı təsnifatı üzrə — dövlət qulluğunun kiçik referenti. 

 

 



M a d d ə   1 7 .

  xtisas dərəcələrinin verilməsi  

17.1.  xtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq surətdə dövlət qulluqçusunun 

ixtisasına,  tutduğu  vəzifəyə  və  qulluq  stajına  uyğun  olaraq,  habelə  əvvəllər  verilmiş  dərəcə 

nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək 

dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.  

17.2. Bu Qanunun 16-cı maddəsində müvafiq inzibati vəzifələr üçün müəyyən edilmiş ixtisas 

dərəcələri çərçivəsində daha yüksək ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:  

17.2.1.  dördüncü  -  altıncı  təsnifat  vəzifələri  üçün  –  həmin  vəzifələrdə  qulluq  3  il  təşkil 

etməlidir;  

17.2.2. yeddinci – doqquzuncu təsnifat vəzifələri üçün – həmin vəzifələrdə qulluq müddəti 2 

il təşkil etməlidir; 

 



Bu  Qanunun  16-cı  maddəsində  müvafiq  yardımçı  vəzifələr  üçün  müəyyən  edilmiş  ixtisas 

dərəcələri çərçivəsində daha yüksək ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir: 

birinci – üçüncü təsnifat vəzifələri üçün – həmin vəzifələrdə qulluq müddəti ardıcıl olaraq 2 il 

təşkil etməlidir.  

17.3.  Dövlət  qulluğunun  kiçik  referentindən  dövlət  qulluğunun  baş  müşavirinədək  ixtisas 

dərəcələri  dövlət  qulluqçusunun  şəxsi  ərizəsi    əsasında  verilir.  Ərizəyə  ixtisas  dərəcəsi  xahiş 

edilən  ixtisas  dərəcəsindən  aşağı  olmayan  iki  dövlət  qulluqçusunun  zəmanətləri,  habelə  

iddiaçının təhsilini təsdiq edən sənədlər və onun xidməti vərəqəsi əlavə edilir. 

 

17.4.  xtisas  dərəcələrinin  verilməsi  qaydası  Azərbaycan  Respublikasının  müvafiq 



qanunvericiliyi ilə müəyyən edilir.  

17.5.  3-cü  dərəcə  dövlət  müşaviri  və  ondan  yuxarı  olan  ixtisas  dərəcələri  Azərbaycan 

Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü və 32-ci bəndlərində nəzərdə tutulmuş 

qaydada  verilir.  Bu  ixtisas  dərəcələri  alan  dövlət  qulluqçusuna  müvafiq  hüquqi  akt  və  vəsiqə  

verilir. 

17.6.  Bu  Qanunun  25.2.6-cı  və  33.1.5-ci  maddələrində  nəzərdə  tutulmuş  hallar  istisna 

olmaqla,  dövlət  qulluğuna  xitam  verildiyi  bütün  hallarda  dövlət  qulluqçusu  ona  verilmiş  ixtisas 

dərəcəsini saxlayır. 

 

 

M a d d ə   1 8 .



 Dövlət qulluqçusunun əsas vəzifələri  

 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 

 18.0.1.  qanunvericiliyi  və  dövlət  orqanlarının  qəbul  etdikləri  başqa  normativ  hüquqi  aktları 

həyata keçirməli; 

 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri 

yerinə yetirməli; 

 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 

 18.0.4.  başqa  dövlət  qulluqçularının  işini  çətinləşdirən,  yaxud  işlədiyi  dövlət  orqanının 

nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol  verməməli; 

 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz 

səlahiyyətləri hüdudunda onları qərəzsiz  həll etməli; 

 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 

 18.0.7.  dövlət  sirrini  və  qanunla  mühafizə  edilən  digər  sirri  həmişə,  o  cümlədən  işdən 

çıxdıqdan, istefaya və ya pensiyaya getdikdən  sonra da saxlamalı; 

 18.0.8.  vəzifə  borcunun  yerinə  yetirilməsi  vaxtı  daxil  olan  və  vətəndaşların  şəxsi  həyatı, 

şə

rəfi və ləyaqəti ilə bağlı məlumatları gizli  saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna 



edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 

 18.0.9. qulluq etdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə 

hesabatı verməli, orada əlavə gəlirlərin  mənbəyini, növünü və məbləğini göstərməli; 

 18.0.10.  qanunvericilikdə  müəyyən  edilmiş  hallarda  və  qaydada  müvəqqəti  olaraq  başqa 

yaşayış yerinə keçməli, başqa yerdə işləməli və  ya başqa vəzifələri icra etməli; 

 18.0.11.  qanunvericilikdə  müəyyən  edilmiş  hallarda  və  qaydada  öz  fiziki  və  əqli 

qabiliyyətinin  və  ya  tapşırılan  funksiyaların  icrasına    yararlı  olmasının  müəyyən  edilməsi  üçün 

tibbi komissiyalarda müayinə keçməli; 

 18.0.12. qulluq etikası normalarına əməl etməlidir. 

 

M a d d ə   1 9 .



 Dövlət qulluqçusunun əsas hüquqları  

 19.0. Dövlət qulluqçusu aşağıdakı hüquqlara malikdir: 

 19.0.1.  vəzifə  borcunu  yerinə  yetirmək  üçün  dövlət  orqanlarından,  ictimai  birliklərdən, 

müəssisə,  idarə  və  təşkilatlardan  müəyyən    edilmiş  qaydada  lazımi  informasiya  və  materiallar 

tələb etmək və almaq; 



Yüklə 157,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə