Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   2   3   4   5   6   7   8   9   ...   34

19 
 
clası Çin Xalq Bankının bank təsisatları, aktivlərin idarə olunması şirkətlərin, inam 
və  investisiya  şirkətləri  və  digər  depozit  maliyyə  institutları  üzrə  nəzarət 
funksiyalarını  ayırmaqla  Dövlət  Şurasının  Təşkilatı  Struktur  slahatı  üzrə  Qərarını 
təsdiqləmişdir.  Nəticədə  maliyyə  sektoruna  nəzarət  məqsədilə  Çin  Bank  Nəzarət 
Komissiyası  yaradılmışdır.2003-cü  ilin  27  dekabr  tarixində  Onuncu  Milli  Xalq 
Qurultayının Daimi Komitəsi Çin Xalq Bankının ümumi maliyyə sabitliyi və maliyyə 
xidmətləri  təminatının  qorunması  üçün  monetar  siyasətin  hazırlanması  və  icrası 
rolunun gücləndirilməsi məqsədilə qanuna düzəlişi təsdiqləmişdir. 
     Çin  Xalq  Bankının  fəaliyyəti  Dövlət  Şurasının  təlimatları  əsasında  monetar 
siyasətin  formalaşdırılması  və  həyata  keçirilməsi,  maliyyə  risklərinin  qarşısının 
alınması və həll olunması və maliyyə sabitliyinin qorunmasından ibarətdir. 
     Türkiyə cümhuriyyəti mərkəzi bankı-Osmanlı  mperiyası dövründə xəzinə 
ə
məliyyatları,  pul  və  kredit  köçürmələri,  qızıl  və  xarici  valyuta  ilə  ticarət, 
xəzinədarlıq,  kreditorlar,  müəssisə  və  təşkilatlar  tərəfindən  icra  olunurdu.  Osmanlı 
mperiyasının  xarici  köçürmələrini  həyata  keçirmək  üçün  ilk  dəfə  1847-ci  ildə 
Osmanlı Hökuməti  “Bank-ı  Dersaadet”in yaradılmasına  icazə vermişdi.  1856-cı  ildə 
isə fransız və ingilis kapitalının iştirakı ilə Osmanlı Bankı yaradılmış və 1863-cü ildən 
etibarən  isə mərkəzi bankın  funksiyalarını  həyata keçirməklə dövlət bankı  statusunu 
almışdır. 
   Türkiyədə  Mərkəzi  Bankın  qurulması  cümhuriyyət  dövrünə  təsadüf 
edir.Osmanlılar  dövründə  bank  və  buna  bənzər  kredit  təşkilatları  az  idi.  Osmanlı 
Bankı Mərkəzi Bankın funksiyalarını yerinə yetirirdi.Banka Osmanlı  mperiyası üçün 
banknot çıxarmaq və dövlətin xəzinə əməliyyatlanın aparmaq səlahiyyəti verilmişdir. 
     Cumhuriyyətin  qurulduğu  ilk  illərdəOsmanlı  Bankının  fəaliyyətinin 
uzadılması 
problemi ortaya çıxmışdır. Cümhuriyyətin idarəediciləri iqtisadi vəziyyətin yeni 
bank 
təsis etməyə imkan vermədiyi üçün, Osmanlı Bankının səlahiyyət müddəti 1935-


20 
 
ci ilə 
qədər uzadılmışdır. Yeni müqaviləyə hökmətin banknot ixrac edə biləcək dövlət 
bankı təsis etmək halında Osmanlı Bankının etiraz etmək haqqı olmayacağını bildirən 
bir  qərar  daxil  edilmişdir.  1926-cı  ildən  etibarən  Mərkəzi  Bank  təsis  edilmə 
hazırlıqları  başlanılmış,  11.6.1930-cu  ildə  1715  saylı  Q.S.M.V.  qanunu  qəbul 
edilmişdir. 
3.10.1931-ci  ildə  Mərkəzi  Bank  təsis  edilmiş,  1.1.1932-ci  ildən  fəaliyyətə 
başlamışdır. 
1715saylı  qanunda  bankın  əsas  maqsədi  “ölkənin  iqtisadi  inkişafına  kömək 
etmək” 
olaraq müəyyən edilmişdir. Bu məqsədi həyata keçirmək üçün banka: Reeskont 
nisbətini  müəyyən  etmək  və  pul  bazarını  tənzimləmək;  Xəzinə  əməliyyatları 
aparmaq;  və  hökmətlə  birlikdə  türk  pulunun  dəyərinin  qorunması  üçün  tədbirlər 
görmək vazifələri verilmişdir. 
     Qüvvədə   olduğu müddətdə 1715 saylı  qanunda  müxtəlif  dəyişikliklər 
edilərək, günün tələblərinə uyğun olması təmin edilmişdir. Bu dəyişikliklər, daha çox 
xəzinəyə  və  K T-lərə  kreditlər  verilməsinə  müvafıq  olaraq  edilmişdir.Buna  görə  də 
bankın  əsas  işi,  aktiv  pul  siyasəti  aparmaqdan  çox,  dövlət  sektorunun  maliyyə 
kəsirlərini örtmək olmuşdur. 
     1715  saylı  qanun,  26.1.1970-ci  ilə  qədər,  yəni  1211  saylı  qanun  qəbul 
edilənədək -40 il qüvvədə qalmışdır. Mərkəzi Bank qanunu 26.1.1970-ci il 1211 saylı 
qanun  ilə  dəyişdirilmişdir.  Mərkəzi  Bank  haqqında  14  yanvar  1970-ci  il  tarixində 
qəbul  olunmuş  qanunda  Mərkəzi  Bankın  əsas  məqsədi  kimi  qiymət  sabitliyinə  nail 
olunması və saxlanılması göstərilmişdir. 1 2 1 1  saylı Qanun ilə Mərkəzi Bank günün 
iqtisadi  tələblərinə  uyğun  olaraq  yenidən  təşkilatlandırılmış,  vəzifə  və  səlahiyyətlər 
yenidən  müəyyənləşmişdir.  1211  saylı  qanuna  görə  bankın  əsas  vəzifələri 
aşağıdakılardır: 
1)
 
Pul  və  kredit  siyasətini  inkişaf  planlarına  və  illik  proqramlara  uyğun 


21 
 
şə
kildə aparmaq; 
2)
 
Hökmətlə  birlikdə  milli  pulun  daxili  və  xarici  dəyərini  qorumaq 
məqsədilə tədbirlər görmək; 
3)
 
Milli pulun həcmini və tədavülünü tənzimləmək; 
4)
 
Banklara  pul  vermə  əməliyyatlarının  qanunla  göstərilən  sərhədlər 
daxilində həyata keçirmək. 
     1211 saylı qanun ilə Mərkəzi Bankına kredit əməliyyatlarında tətbiq edəcəyi 
reeskont,  diskont  və  faiz  nisbətlərini  müəyyənləşdirmək,  borc  pul  vermə,  əmanət 
faizIəri,  disponbilite  və  qarşılıqlar  mövzusunda  yüksək  planlama  təşkilatı  vasitəsilə 
Nazirlər Kabinetinə təklif vermə və tətbiq ediləcək pul siyasətinin inkişaf planları və 
illik proqramlara uyğunluğunu təmin etmə və bank sektorunu apardığı əməliyyatların 
bu qanunlara uyğunluğuna nəzarət etmək səlahiyyəti verilmişdir. 
     5.5.2001-ci ildə 4651 saylı Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı qanununda 
dəyişiklik edilməsinə dair qanun rəsmi qəzetdə yayınlanmışdır.Bu qanun ilə TCMB- 
nın  əsas  məqsədinin  qiymət  dayanıqlığını  təmin  etmək  olduğu  və  bankın  ölkənin 
siyasətinin  müəyyən  edilməsində  və  tətbiqində  yeganə  səlahiyyətli  və  məsuliyyətli 
orqan  olduğu  bildirilmişdir.Qanuna  görə  bankın  əsas  hədəfınə  zidd  olmamaq  şərtilə 
bank  hökumətin  böyümə  və  məşğullluq  siyasətlərini  dəstəkləyə  bilər.Bundan  başqa 
bank  əsas  hədəf  olan  inflyasiyayla  mübarizənin  fəal  olaraq  aparılması  məqsədilə 
inflyasiya  hədəfini  hökümətlə  birlikdə  müəyyən  etməklə  vəzifələndirilmişdir.Bank 
qiymət  dayanıqlığını  təmin  etmə,  inflyasiya  ilə  mübarizə  aparmaq  üçün  müasir 
dövrdəki  mərkəzi  bankçılıqda  istifadə  edilən  pul  siyasəti  vasitələrini 
müəyyənləşdirməli və istifadə etməlidir. 
     Avropa  Birliyi  ölkələrinin  vahid  pul  sistemini  tənzimləyən  ilk  maliyyə 
müəssisəsi  Avropa  valyuta  institutu  idi  (AV ).AV   1994-cü  ildə  yanvarın  1-də 
fəaliyyətə başlamışdır. Maastrixt müqaviləsinə uyğun şəkildə yaradılmış Avropa 
valyuta  institutu  Frankfurt-Mayndakı  mənzil  qərargahı  ilə  Avropa  valyuta 
ə
məkdaşlıq fondunu əvəz etdi. AV -nun əsas vəzifələri aşağıdakılar idi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə