Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

28 
 
müəyyənləşdirir və təsdiq edir. Həmçinin, pul siyasətinin alətlərinə dair qərarlar qəbul 
edir,  o  cümlədən  uçot  dərəcəsini,  özünün  əməliyyatları  üzrə  faiz  dərəcələrini,  açıq 
bazarda əməliyyatların şərtlərini müəyyən edir. 
•  milli  valyutanın  pul-kredit  tənzimlənməsini  və  sabitliyinin  təmin  olunmasını 
həyata keçirir. 
1. Banknotların təkbaşına emissiyası. 
     Banknotlara, yəni ümummilli kredit pullarının emissiyası hüququ qanunverici 
qaydada  dövlətin  təmsilçisi  qismində  çıxış  edən  ölkənin  milli  bankına  həvalə 
olunmuşdur.Banknotlar borc öhdəliklərinin hamı tərəfindən qəbul edilmiş son ödəniş 
vasitəsidir. Lakin nəzərə almaq lazımdır ki, hal-hazırda banknotlar sənaye baxımından 
inkişaf  etmiş  ölkələrin  pul  kütləsinin  cüzi  hissəsini  təşkil  edir,  ona  görə  də  həmin 
ölkələrdə mərkəzi bankların emissiya monopoliyası funksiyası bir qədər az əhəmiyyət 
kəsb  edir.  Bu  ölkələrdə  pul-kredit  siyasətinin  başlıca  vəzifəsi  nağdsız  emissiyanın 
tənzimlənməsidir.Nağdsız emissiyanın əsas mənbəyi kommersiya banklarıdır. 


29 
 
 
 
2.Banklar  bankı.  Mərkəzi  bank  hüquqi  və  fiziki  şəxslərlə  bilavasitə  işləmir  , 
çünki onun başlıca müştəriləri kommersiya banklarıdır. 


30 
 
Ə
ksər dövlətlərdə kommersiya bankları kassa ehtiyatlarının bir hissəsini mərkəzi 
bankda saxlamağa borcludur.Bu cür ehtiyatlar məcburi xarakter daşıyır. Mərkəzi bank 
məcburi  ehtiyatların  bankların  passivlər  üzrə  öhdəliklərinə  minimum  nisbətini 
müəyyən edir.Mərkəzi bank ənənəvi olaraq dörd əsas funksiyanı yerinə yetirir: 

 
banknotların inhisarçı emissiyasını həyata keçirir; 

 
banklar bankı kimi çıxış edir; 

 
hökumətin bankiri kimi çıxış edir; 

 
             banknotların inhisarçı emissiyasını həyata keçirir; 
     Bəzi ölkələrdə mərkəzi banklar təkbaşına və ya maliyyə nazirliyi, yaxud digər 
dövlət  orqanı  ilə  birgə  kommersiya  bankları  və  qeyri-bank  kredit  təşkilatlarının 
fəaliyyətinə nəzarət edir. 
3.
 
Dövlətin bankiri. Mərkəzi bank hökumətin kassiri qismində onun kassiri və 
kreditoru  kimi  çıxış  edir.  Burada  hökumətin  və  hökumət  idarələrinin  hesabları 
açılmışdır. Əksər dövlətlərdə mərkəzi bank büdcənin kassa icrasını həyata keçirir. 
4.
 
Mərkəzi bankın sadalanan funksiyaları onun tərəfindən dördüncü funksiyanın 
yerinə  yetirilməsi  -  ölkənin  bütün  pul-kredit  sisteminin  tənzimlənməsi  və  milli 
valyutanm  sabitliyinin  təmin  edilməsi  üçün  obyektiv  şərait  yaradır.  ndiki 
mərhələdə bu funksiya mərkəzi bankın ən mühüm funksiyasıdır. 
     Valyutanın sabitliyinin təmin edilməsi və iqtisadiyyatın pulla təmin olunması 
arasında  dəqiq  sərhəd  yoxdur,  çünki  pulun  dəyərinin  (yəni  valyutanın  sabitliyinin) 
idarə  olunması  qismən  də  olsa,  pul  kütləsinin  (pulun  həcminin)  idarə  olunması 
vasitəsilə  baş  verir  və  sonuncu  yenə  də  mərkəzi  bankların  bazardakı  fəaliyyəti 
vasitəsilə həyata keçirilir. 
     Mərkəzi  banklar  pul  kütləsinin  idarə  olunması  üçün  valyuta  siyasətinin 
alətləri kimi aşağıdakılardan istifadə edir: 

 
minimum ehtiyat siyasəti; 

 
diskont və lombard siyasəti; 

 
açıq bazar siyasəti. 


31 
 
Dünya iqtisadiyyatında Mərkəzi Bank instutlanın fiınksiyalarını nəzərdən 
keçirək : 
ngiltərə Bankı aşağıdakı funksiyaları yerinə yetirir: 
*kommersiya  və  digər  mərkəzi  banklar,  həmçinin  hökumət  üçün  bank  rolunu 
oynayır; 
*pul siyasətini reallaşdırır; 
*banknotların emitenti olur və başqaları. 
Birinci funksiyanın yerinə yetirilməsi zamanı  ngiltərə Bankı ştərilərin üç iri 
qrupuna xidmət edir.
 
Birincisi  -  kommersiya  banklarıdır.Bütün  klirinq  bankların  ngiltərə  Bankında 
hesabları  var.  Klirinq  əməliyyatlarda  klirinq  bankların  ngiltərə  Bankındakı  hesab- 
larından  istifadə  olunur.Banklar  hesabda  müəyyən  məbləğə  malik  olmalı  və  onu 
aşmamalıdırlar.  Fəaliyyətlərini  Böyük  Britaniyada  həyata  keçirən  bütün  banklar 
özlərinin  bütün  depozitlərinin  cəminin  0,35%-ni  ngiltərə  Bankının  hesabında 
(depozit) saxlayırlar. Ehtiyatların bu norması  ngiltərə bankının əsas gəlir mənbəyidir. 
kinci qrup  digər ölkələrin mərkəzi banklarıdır.Xarici ölkələrin mərkəzi bankları 
ngiltərə Bankında qızıl saxlayır və hesablara malik olur, Londondakı işləri  ngiltərə 
Bankı vasitəsilə apara bilirlər. 
Üçüncüsü  -  hökumətdir.Hökumətin  ngiltərə  Bankında  hesabları  olur.Beləliklə, 
büdcəyə  gedən  ödənişlər,  vergilər  və  büdcədən  sosial  ehtiyaclara  gələn  ödənişlər 
ngiltərə Bankının hesabları vasitəsilə keçir. 
     Böyük  Britaniyanın  pul  siyasətinin  əsas  məqsədi  qiymət  stabilliyinin  əldə 
edilməsidir.  Qiymətlərin  optimal  səviyyəsinin  saxlanması  indiki  zamanda  iki 
istiqamətə  malikdir:  nflyasiya  səviyyəsinin  2,5%  və  daha  az  olması,  monetar 
siyasətin  daha  açıq  (sərbəst)  rejimi.  ngiltərənin  pul  siyasətinin  mühüm  aləti  faiz 
dərəcələrinin səviyyəsinin tənzimlənməsidir. 
     Monetar  siyasətin  alətlərindən  biri  ngiltərə  Bankının  açıq  bazardakı 
ə
məliyyatlarıdır.  O  ilk  dəfə  XX  əsrdə  30-cu  illərin  əvvəllərində  tətbiq  olunmağa 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə