Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

25 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1.2. Mərkəzi Bankın quruluşu və funksiyaları. 
Mərkəzi  Bank  öz  fəaliyyətində  sərbəstdir,  onun  səlahiyyətləri,  vəzifə  və 
funksiyaları  Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə  və  «Azərbaycan 
Respublikasının Milli Bankı haqqında» Qanunu ilə müəyyənləşdirilir. 
Azərbaycan Respublikasının Milli Bankı haqqında» Azərbaycan Respublikasının 
Qanunu 2004 -cü il 12 dekabrda qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikası 
Mərkəzi  Bankının  hüquqi  statusunu,  onun  məqsəd,  funksiya  və  səlahiyyətlərini, 
habelə idarəetmə və təşkilati strukturunu müəyyən edir, dövlətin mərkəzi bankı kimi 
dövlət  hakimiyyəti  orqanları  ilə  və  digər  şəxslərlə  münasibətlərini  tənzimləyir. 
Azərbaycan  Respublikası  Konstitusiyasına  müvafiq  olaraq  Mərkəzi  Bank  dövlətin 
müstəsna  mülkiyyətindədir.Mərkəzi  Bankın  məqsədi,  funksiya  və  səlahiyyətləri 
Azərbaycan 
Respublikasının 
Konstitusiyası 
ilə 
və 
bu 
Qanunla 
müəyyənləşdirilir.Mərkəzi 
Bank 
öz 
fəaliyyətində 
həmçinin 
Azərbaycan 
Respublikasının  digər  qanunvericilik  aktlarını  və  Azərbaycan  Respublikasının 
tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.Markəzi Bank dövlət orqanıdır, 
onun Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və adı yazılmış möhürü 
vardır.Mərkəzi  Bank  müstəqil  balansa,  nizamnamə  kapitalına  və  digər  əmlaka 


26 
 
malikdir.Mərkəzi Bankın nizamnamə kapitalı 50 mln.manatdır. Milli Bank balansında 
olan əmlaka qanunvericiliyə uyğun olaraq sahiblik, istifadə və sərəncam hüquqlarını 
həyata  keçirir.Qanunla  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  Mərkəzi  Bankın 
razılığı  olmadan  kapitalının  və  digər  əmlakının  özgəninkiləşdirilməsinə  yol 
verilmir.Bu qanunun 5ci və 6-cı maddələrini gözdən keçirək :  
Maddə 5. Milli Bankın funksiyaları 
 5.0. Öz məqsədlərinə nail olmaq üçün Milli Bank:  
5.0.1. dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;  
5.0.2.  nağd  pul  dövriyyəsini  təşkil  edir,  Azərbaycan  Respublikası 
Konstitusiyasının  19-cu  maddəsinin  II  hissəsinə  və  bu  Qanuna  müvafiq  olaraq,  pul 
nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;  
5.0.3. manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən 
edir və elan edir; 
 5.0.4.  qanunvericiliyə  uyğun  olaraq  valyuta  tənzimini  və  nəzarətini  həyata 
keçirir;  5.0.5.  sərəncamında  olan  beynəlxalq  qızıl-valyuta  ehtiyatlarını  saxlayır  və 
idarə edir; 5.0.6. qanunvericiliyə uyğun olaraq hesabat tədiyə balansını tərtib edir və 
ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir;  
5.0.7.  «Banklar  haqqında»  Azərbaycan  Respublikası  Qanununa,  bu  Qanuna  və 
onlara müvafiq qəbul etdiyi normativ xarakterli aktlara uyğun olaraq bank fəaliyyətini 
lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə 
nəzarəti həyata keçirir;  
5.0.8.  ödəniş  sistemlərinin  fəaliyyətini  təşkil  edir,  əlaqələndirir,  tənzimləyir  və 
onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir;  
5.0.9.  bu  Qanunla  və  digər  qanunlarla  nəzərdə  tutulmuş  başqa  funksiyaları 
həyata keçirir. 
 Maddə 6. Milli Bankın müstəqilliyi Azərbaycan Respublikasının Konstitusiyası 
və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən, Milli 
Bank müstəqildir və bu zaman hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə 


27 
 
orqanları, fiziki və hüquqi şəxslər onun fəaliyyətinə hər hansı bir səbəbdən bilavasitə, 
yaxud  dolayı  yolla  məhdudiyyət  qoya  bilməz,  qanuna  zidd  təsir  və  müdaxilə  edə 
bilməz. 
      Mərkəzi  Bank  Azərbaycan  dövlətinin  maliyyə  agenti  kimi  çıxış  edə  bilər, 
dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə səlahiyyətləri daxilində yardım edə 
bilər.  Mərkəzi  Bank  Azərbaycan  Respublikasının  dövlət  büdcəsi  kəsirinin  birbaşa 
maliyyələşdirilməsi  üçün  dövlətə  kredit  vermir.  Dövlət  büdcəsində  qisamüddətli 
vəsait  çatışmazlığı  yarandıqda,  Mərkəzi  Bank  müvafıq  icra  hakimiyyəti  orqanı  ilə 
bağlanmış  müqaviləyə  əsasən  gəlir  gətirən  dövlət  borc  qiymətli  kağızları  ilə  təmin 
edilməsi şərti ilə dövlətə ən çoxu 6 ay müddətinə və cari ildə ödənilmək şərti ilə milli 
valyutada  (manatla)  kredit  verə  bilər.  Belə  kreditlərin  verilmiş  və  ödənilməmiş 
hissəsinin  ümumi  məbləği  son  üç  il  ərzində  dövlət  büdcəsinin  orta  gəlirlərinin  3 
faizindən çox ola bilməz. Mərkəzi Bank tərəfindən Azərbaycan dövlətinin buraxdığı 
borc qiymətli kağızların alınması dövlətə kreditlərin verilməsi hesab olunur. 
     Mərkəzi  Bank  müvafıq  icra  hakimiyyəti  orqanı  ilə  razılaşdırılmış  şərtlərlə 
dövlət  xəzinədarlıq  hesablarına  xidmət  göstərir.Pul-kredit  siyasətinin  həyata 
keçirilməsi ilə əlaqədar tələb olunduqda Mərkəzi Bank  müvafiq icra hakimiyyəti ilə 
razılaşdırılmış şərtlərlə dövlətdən müddətli depozitlər qəbul edə bilər. 
Mərkəzi  Bank  Azərbaycan  Respublikasının  dövlət  hakimiyyəti  orqanlarının
habelə dövlət və büdcədənkənar dövlət fondlarının bank hesablarına xidmət  göstərə 
bilər. 
Mərkəzi Bankın təşkilati strukturuna  darə Heyəti, mərkəzi aparat, ərazi idarələri 
daxildir.  Mərkəzi  Bankın  mərkəzi  aparatı  daxili  audit  bölməsindən,  habelə  ldarə 
Heyətinin  müəyyən  etdiyi  digər  struktur  bölmələrdən  ibarətdir,  Mərkəzi  Bankın 
mərkəzi  aparatına  daxil  olan  bütün  struktur  bölmələri  və  qurumları  darə  Heyəti 
tərəfindən təsdiq edilmiş əsasnamələrə uyğun olaraq fəaliyyət göstərir. Mərkəzi Bank 
darə  Heyəti  tərəfındən  idarə  olunur.  Mərkəzi  Bankın  darə  Heyətinin  səlahiyyətləri 
ondan  ibarətdir  ki,  o,  hər  il  üçün  dövlətin  pul-kredit  və  valyuta  siyasətini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə