Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   2   3   4   5   6   7   8   9   ...   34


 
 
 
I  FƏS L.Dünya  iqtisadiyyatında  Mərkəzi  Bank  institutlarının 
yeri. 
1.1
  Mərkəzi Bankların yaranması və fəaliyyət istiqamətləri. 
 
     Bank  sisteminə  malik  istənilən  ölkənin  pul-kredit  sistemlərinin  əsasını 
mərkəzi  banklar təşkil edir. 
Müasir dövlətin bank sistemində mərkəzi bankın əsas rolu və mövqeyi 
bu  ölkədə  bazar  iqtisadiyyatının  səviyyəsi  və  xarakteri  ilə  müəyyənləşir  ki,  bu 
münasibətləri  sabit hesab  etmək  düzgün  olmazdı.  Bunun  ən parlaq  tərənnümü  bazar 
münasibətlərinin müxtəlif mərhələlərində mərkəzi bankın rolunun dəyişməsidir. 
Mərkəzi bank fikri, əsasən bazarın və ümumiyyətlə maliyyə sektorunun gələcək 
inkişafının  dövlətin  tənzimləyici  orqanı  olan  mərkəzi  banksız  qeyri  mümkün 
olduğunu  ortaya  çıxaran  bazar  münasibətlərinin  inkişaf  etdiyi  dövlətlərdə 
yaranmışdır. 
     Əksər  qərb  ölkələrində  XIX  əsrin  ortaları  XX  əsrin  əvvəllərində  mərkəzi 
bankın  funksiyaları  müəyyən  banklarla  həyata  keçirilirdi.  Beləliklə  də  1848-ci  ildə 
Fransa  bankı  ölkənin  vahid  emissiya  mərkəzi  oldu.  Bundan  sonra  1874-cü  ildə 
Reyxsbank  və  spaniya Bankı, 1913-cü ildə  ABŞ-da FES vahid emissiya mərkəzinə 
çevrildi. 
lk  mərkəzi  bankların  dünya  bank  sistemində  yaranması  isə  bundan  əvvələ 
təsadüf  edir.  lk  mərkəzi  bank  1668-ci  ildə  yaranmış  sveç  Mərkəzi  bankı  olan 
Riskbank  olmuşdur.  Bundan  bir  qədər  sonra,  1694-cü  ildə  banknot  emissiya  etmək 
hüququna malik olan  ngiltərə Bankı yaranmış oldu. Yeni bank tərəfindən buraxılan 
və  qızıla  sərbəst  dəyişdirilən  banknotlar  etibarlı  ödəmə  vasitəsinə  çevrilərək 
ngiltərənin  dövriyyəsinə  daxil  olmuş  oldu.  Bir  yarım  əsrə  yaxın  ngiltərə  Bankı 



 
1694-cü  ildə  yazılmış  kral  xartiyasına  (əlyazma)  əsasən  müəyyənləşmiş  prinsiplərə 
uyğun ölkədə mərkəzi bank rolunu yerinə yetirmiş oldu. Bu rol qanuni olaraq 1884-cü 
ildə Robert Pil Aktı əsasında möhkəmləndi. 
     «Aşağıdan  yuxarıya»  doğru  inkişaf  edən  ngiltərə  Bankından  fərqli  olaraq 
Rusiya Dövlət Bankı 1860-cı ildə «yuxarıdan» təsdiq edildi. Bu zaman, əgər 
Almaniyada  Reyxsbank  və  ngiltərə  Bankı  sərbəst  kredit-emissiya  mərkəzləri 
kimi çıxış edirdilərsə, Rusiya Dövlət Bankı Maliyyə Nazirliyinə tabe idi. 
    Bank  sırasından  mərkəzi  bankın  ayrılması  ölkədə  ikipilləli  bank  sisteminin 
yaranması deməkdir.Bu pillənin başında isə aydın məsələdir ki, mərkəzi bank durur. 
Öz  növbəsində  onu  da  qeyd  etmək  lazımdır  ki,  ikipilləli  bank  sisteminin 
yaranmasının vacibliyi bazar münasibətlərinin ziddiyyətli xarakterindən qaynaqlanır. 
Belə  ki,  bir  tərəfdən  bu  münasibət  xüsusi  maliyyə  resurslarından  sərbəst  istifadəni 
tələb  edir  ki,  bu  da  ikipilləli  bank  sisteminin  aşağı  pilləsinin  elementləri  ilə  təmin 
olunur, digər tərəfdən isə, bu münasibətlərə dövlət tənzimlənməsi vacibdir ki, bu da 
xüsusi institutun - mərkəzi bankın olmasını tələb edir. 
     Beləliklə  də,  mərkəzi  bankların  yaranması  bir  növ  tarixi  kəşfdir  ki,  bu  da 
özlüyündə  sahibkarlıqda  sərbəstliyi  qorumaqla  bazara  effektiv  yiyələnməyə  imkan 
yaradır. lkin formada mərkəzi bank termini ən iri bank anlayışına uyğun gəlirdi.Lakin 
getdikcə  mərkəzi  banklar  bir  sıra  spesifik  funksiyaları  monopoliya  etdilər  və  tarixi 
inkişafın müəyyən mərhələsində isə dövlətlər bu bankları milliləşdirməyə başladılar. 
Bununla yanaşı mərkəzi bankların mahiyyəti və prinsipləri dəyişməz olaraq qaldı 
və  prinsiplər  dövlətlə  iqtisadiyyat  arasında  vasitəçilik  etmək,  ölkəyə  kredit  axmının 
tənzimləməkdən ibarət idi.Mərkəzi bankın üzərinə hansı funksiya düşürsə-düşsün bu 
bank həmişə tənzimləyici orqan olaraq qalır. 
     Beləliklə mərkəzi bank, ilk növbədə dövlətlə iqtisadiyyat arasında vasitəçidir 
və vasitəçi kimi qanunvericiliklə təsdiqlənmiş alətlər vasitəsilə pul və kredit axımını 
tənzimiəyən bir təşkilatdır. 
     Federal ehtiyat sistemi-1913-cü ildə Federal ehtiyat sistemi (FES) haqqında 



 
qanunun qəbul edildiyi dövrdə ABŞ-da 20000 bank faliyyət göstərirdi.Onların 7000-i 
emissiyalı milli banklar idi, qalanları isə öz ştatlarının qanunları ilə fəaliyyət göstərir 
və banknotların emissiya hüququna malik deyildilər.ABŞ-ın bütün ərazisi 12 dairəyə 
bölünmüşdür. Hər bir dairədə kapitalı 4 milyon dollardan 
az  olmayan  federal  ehtiyat  bankı  təsis  edilmişdir.  Əvvəllər    Federal    ehtiyat 
sisteminin əsas məqsədi bank böhranlarında və birja çaxnaşmalarında banklara kömək 
etməkdən  ibarət  idi.1914-cü  ildən  1922-ci  ilə  qədərki  dövrdə  on  iki  federal  ehtiyat 
bankının  rəsmi  nümayəndələri  dövri  şəkildə  məsləhətçi  görüşlər  və  iclaslar 
keçirirdi.Bu  iclaslarda  monetar  siyasətin  istiqamətləri  hazırlanırdı.Federal  ehtiyat 
sisteminin  təşəkkülü  dövründə  ictimai  -siyasi  faktorlar  federal  ehtiyat  banklarına  bu 
təşkilatın fəaliyyətində əsas rol oynamaq imkanı verirdi. 
Federal  ehtiyat  sistemi  üç  səviyyədən  ibarətdir:  idarəçilər  şurası,  12  federal 
ehtiyat bankı, FES-in üzvü olan 6000 -ə qədər bank. Bundan başqa, FES -ə iki komitə 
daxildir: Açıq bazar üzrə federal komitə və Federal məsləhət şurası. 
     Federal  ehtiyat  bankları  darəçilər  şurası  direktivlərinin  bələdçiləridir  və 
ABŞ-ın  pul  siyasətinin    reallaşdırılmasında    mühüm  rol  oynayırlar.  Onlar  hər  həftə 
Ş
ura qarşısında hesabat verir, şura isə daxil olan məlumatı cəmləyərək hazırlayır  və 
hər həftənin  sonunda  hesabatı   nəşr  etdirir.Ehtiyat banklarının  daha əhəmiyyətlisi 
və nüfuzlusu  Nyu -Yorkun federal ehtiyat bankıdır (Federal Rreserve Bank of  New 
York).Ehtiyat  bankların  fılialları  25  şəhərdə  işləyir.Federal  ehtiyat  banklarının  ərazi 
üzrə bölüşdürülməsi cədvəl 2.3.-də göstərilmişdir. 
Cədvəl 1.1. 
 
Federal ehtiyat banklarının yerləşdirilməsi 
 
Dairənin 
nömrəsi 
Şə
hər 
Dairənin 
nömrəsi 
Şə
hər 

Boston 

Çikaqo 

Nyu-York 

Sent-Luis 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə