Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   2   3   4   5   6   7   8   9   ...   34

10 
 

Filadelfiya 

Minneapolis 

Klivlend 
10 
Kanzas-Siti 

Riçmond 
11 
Dallas 

Atlanta 
12  
San-
Fransisko 
 
Hər  bir  federal  ehtiyat  bankının  öz  şurası  var.  Şura  bank  əməkdaşları  olmayan 
doqquz  direktordan  ibarətdir.  Federal  ehtiyat  bankları  əsasən  FES-in  qiymətli 
kağızlarda  olan  yatırım  paylarına  uyğun  faizlərdən,  daha  az  səviyyədə  FES-də  olan 
valyutaların  faizlərindən,  həmçinin  depozit  müəssisələrinə  verilən  borcların 
faizlərindən və valyuta nəzarətindən gəlir götürürlər. 
     FES özünün mövcud olduğu ilk iki onillikdə vahid monetar siyasətə nail ola 
bilmədi.  Bu  isə  sonralar  bütün  FES-də  qismən  dəyişikliklərin  aparılması  zərurətini 
doğurdu.1940-cı  ildən  70-ci  illərə  qədər  Bretton-Vud  valyuta  sistemi  fəaliyyət 
göstərirdi.Bretton-Vud  valyuta  sistemi  ABŞ-ın  pul-kredit  sisteminin  müəyyən  dövr 
üçün  stabilləşməsinə  kömək  edirdi.Lakin  dollar  standartının  böhranı  təkcə  bütün 
dünya valyuta sistemində yox, ayrı ayrı ölkələrin kredit sistemlərində də islahatların 
aparılması  zərurətinə  gətirib  çıxardı.  1970-ci  ildə  ABŞ-da  «Bank  holdinq  şirkətləri 
haqqında»  Akta,  «Beynəlxalq  bank  işi  haqqında»  Akta  (1978),  «Tam  məşğulluq  və 
balanslaşdırılmış inkişaf haqqında» Akta (1978), «Depozit müəssisələrin işinə dövlət 
müdaxiləsinin  ləğv  edilməsi  və  valyuta  nəzarəti  haqqında»  Akta  (1980)  düzəlişlər 
tətbiq edilmişdir. 
     Kanada bankı ölkənin mərkəzi bankı - Kanada bankı səhmdar müəssisə kimi 
1934-cü  ildə  təsis  edilmişdir.  Onun  səhmlərinin  sahibləri  kommersiya  bankları, 
onların qulluqçuları və xaricilər ola bilməzdi. Kanada Bankı 1935-ci ildə martın 11-də 
fəaliyyət  göstərməyə  başladı.  Mərkəzi  bank  1938-ci  ildə  şəxsi  sahibkarların 
səhmlərinin hökumət tərəfindən alınması yolu ilə milliləşdirilmişdir. Kanada Bankı öz 
fəaliyyətinə görə parlament qarşısında məsuliyyət daşıyır və yerinə yetirilən iş barədə 
ona  vaxtaşırı  hesabat  verir.  Bundan  başqa,  mərkəzi  bank  hökumətin  maliyyə  agenti 


11 
 
olur.Maliyyə nazirinin müavininin daxil olduğu Direktorlar şurasını hökumət təyin 
edir. 
     Kanada 
Bankının 
fəaliyyət 
məqsədləri 
onun 
nizamnaməsində 
müəyyənləşdirilmişdir: 
*dövlətin  iqtisadi  maraqları  çərçivəsində  pul  dövriyyəsinin  və  kreditin 
tənzimlənməsi; 
*milli pul vahidi kursunun stabilliyi, həmçinin onun təsiri vasitəsilə istehsalatın, 
ticarətin, qiymətlərin və məşğulluğun ümumi səviyyəsinin dövri dəyişmələrinin aşağı 
düşməsi (pulların təsir çərçiəvəsində mümkün olan qədər); 
*ümumilikdə,  dövlətin  iqtisadi  və  maliyyə  vəziyyətinin  yaxşılaşmasına  kömək 
etmək. 
     Kanada  bankı  banklar  bankıdır,  çünki  o,  klirinq  sisteminə  nəzarət 
edir.Lisenziyalı kommersiya bankları və digər maliyyə institutları bu sistem vasitəsilə 
qarşılıqlı hesablaşmaları həyata keçirirlər. 
     Hər bir kommersiya bankı Kanada bankında nağd ehtiyatların müəyyən orta 
məbləğini  saxlamalıdır.Bu  məbləğ  Kanada  Bankının  banknoltları  ilə,  depozitlər  və 
avuarlar  şəklində  olmalıdır.Xəbərdarlıqla  götürülən  əmanətlər  üzrə  4%-lik  ehtiyat 
tələbi  əvəzinə  və  tələbli  depozitlər  üzrə  12%-lik  ehtiyat  tələbi  əvəzinə  1980-ci  ilin 
banklar  haqqında  qanunu  ilə  yeni  dərəcələr  -  uyğun  olaraq  3%  və  10% 
müəyyənləşdirilmişdir.Həm  də  ilk  500  milyon  dollar  üçün  xəbərdarlıqlı  əmanətlər 
üzrə  ehtiyat  tələbi  yalnız  2%  təşkil  edir.  Məcburi  ehtiyat  dərəcələrinin  azaldılması 
mərhələlərlə  3,5  il  ərzində  həyata  keçirdi.  Kassada  olan  nağd  pul  ehtiyat  tələblər 
məbləğindən  çıxılırdı. lkin  qiymətləndirməyə  əsasən,  göstərilən  dəyişikliklər 
bankların  rezerv  ayırmalarını  təqribən  əllidə  biri  qədər  aşağı  salmalı  idi.  Bir  ildən 
artıq  müddət  üçün  qeyri  nağd  depozitlər  (non  -encashable  derosits)  üzrə,  həmçinin 
bəzi  digər depozitlər  üzrə  ehtiyat  tələbləri, qeyri  bank  təşkilatlarının  -CBA  (Kanada 
bank müdirlərinin assosiasiyası) üzvlərinin əmanətləri, o cümlədən qeyri rezidentlərin 
Kanada  valyutasında  olan  əmanətləri  ləğv  olunmuşdur.  Ehtiyat  tələbləri  tam 


12 
 
mülkiyyətdə yerləşən xarici flliallara, həmçinin bütöv və ya qismən mülkiyyətdə olan 
faktorinq və lizinq şirkətlərinin depozitlərinə tətbiq edilmişdir. 
Kanada Bankı daima ÜDM ölçülərində dəyişmələrin azaldılması və məşğulluğun 
artırılması  üzrə  tədbirləri  həyata keçirir.Ölkə  stabil  ÜDM  siyasətini və  inflyasiyanın 
ortamüddətli  göstəricilərinin  azalmasından  uzunmüddətli  göstəricilərə  tədrici  keçid 
siyasətini  yürüdür.Ümumilikdə,  inflyasiya  səviyyəsinin  largetləşdirmə  siyasəti 
monetar hakimiyyəti daha uzaqgörən olmağa və cari vəziyyətdə  təmərküzlə birlikdə 
taktiki yox, strateji məqsədləri reallaşdırmağa vadar etdi. 
      ngiltərə Bankı dünyanın qədim mərkəzi bankıdır. Bu bank dörd əsr bundan 
ə
vvəl, demək olar ki, müflisləşmiş hökumətlə maliyyəçilər - kreditorlar qrupu ara- 
sındakı  sövdələşmə  nəticəsində  yaranmışdır.  Rəsmi  olaraq  isə  1844-cü  ildə 
ölkənin  parlamenti  qanun  qəbul  etdi  (Robert  Pil  aktı).Bu  qanun  ngiltərə  Bankı 
üzərində  banknotların  müstəsna  emitent  funksiyasını  təsbit  etdi.  1844-cü  il  qanunu 
ngiltərə  Bankının  seyfində  saxlanan  qızıl  külçələrlə  və  ya  qızıl  pullarla  təmin 
olunmayan  pul  kütləsinin  banknotlarda  ölçüsünü  müəyyənləşdirdi.  Məqsəd 
banknotların  hədsiz,  ifrat  emissiyasının  aradan qaldırılması  və bununla  da  təsərrüfat 
sisteminin  pul  kütləsinə  olan  tələbatmm  adekvat  təminatına  kömək  göstərmək  idi. 
Banknotların  emissiyası  bankın  kommersiya  fəaliyyətindən  ayrılmağa  başladı 
(kreditlərin təqdim edilməsi). Bankın kommersiya fəalyyəti tədriclə azalır və  ngiltərə 
Bankı daha çox mərkəzi banka bənzəyirdi. 
     Hal-hazırda  ngiltərə Bankının fəaliyyəti 1946-cı ildə qəbul edilmiş  ngiltərə 
Bankı  haqqında  qanunla  tənzimlənir.Bu  qanuna  əsasən,  səhmdar  kapital  xəzinəyə 
verilmiş,  onun  keçmiş  sahibləri  isə  dövlət  istiqrazları  şəklində  yaxşı  kompensasiya 
almışlar.Bu  kompensasiya  səhmlərin  nominal  dəyərini  4  dəfə  üstələyirdi.Beləliklə, 
Bank hökumət aparatının bir hissəsi olmasa da, bank rəhbərlərindən məlumat almaq 
və onlara tövsiyələr vermək səlahiyyətinə malik idi.  ngiltərə Bankı öz tövsiyələrinin 
və  ya  xahişlərinin  yerinə  yetirlməsini  təmin  etmək  üçün  xəzinənin  sanksiyası  ilə 
istənilən banka direktivlər verə bilərdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə