Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   2   3   4   5   6   7   8   9   ...   34

13 
 
Alman federal bankı. 
     Alman  federal  bankının  mənzil  qərargahı  Frankfurt-  na-Maynda 
yerləşir.Rəhbəredici  orqan  Mərkəzi  şuradır.Mərkəzi  şura  ölkənin  pul  siyasətini 
müəyyənləşdirir.  Bank  strukturuna  şuradan  başqa  Alman  federal  bankının  idarəsi, 
torpaqların  mərkəzi banklarının 9 idarəsi və 130 əsas şöbə və fılialı daxildir (1999-cu 
ilə  qədər  onların  sayı  147  idi,  fılialın  2-si  1999-cu  ildə,  15-i  2000-  ci  ildə  ləğv 
edilmişdi). Mərkəzi şuraya, «Bundesbank»ın ali orqanına «Bundesbank»ın prezidenti 
başçılıq edir. Bundan başqa, şuraya vitse-prezident və torpaqların mərkəzi banklarının 
doqquz başçısı daxildir. 
     «Bundesbank»ın  icraedici  orqanı  Direktorlar  şurasıdır.Direktorlar  şurasına 
«Bundesbank»ın prezidenti, vitse-prezidenti və altıya qədər üzvü daxildir.Direktorlar 
ş
urası üzvlərinin namizədliyini federal hökumət təklif edir. 
     Namizədlər  «Bundesbank»ın  Mərkəzi  şurası  tərəfindən  bəyənildikdən  sonra 
iddiaçılar AFR prezidenti tərəfindən səkkiz illik müddətə vəzifəyə təsdiq edilirlər. Bu, 
Alman  federal  bank  müdiriyyətinin  müstəqilliyini  və  müdafıəsini  təmin 
edir.Cəmiyyətdə  «Bundesbank»ın  nüfuzu  çox  böyükdür.Onun  idarəetməsi 
qanunvericiliklə federasiya nazirliyinə bərabər tutulur. 
     Pul - kredit sisteminin fəaliyyətinə nəzarəti «Bundesbank»dan başqa, Nəzarət 
üzrə federal bank xidməti (NFBX) həyata keçirir. Nəzarət üzrə federal bank xidməti 
Maliyyə  nazirliyinə  tabe  olur.Bankların  itkilərdən  müdafiəsi  və  hədsiz  borcların 
xəbərdar  edilməsi  üçün  Almaniyada  kredit-maliyyə  müəssisələrinin  müştərək 
təşkilatları  yaradılmışdır.Hal-  hazırda  doqquz  müstəqil  cəmiyyət  fəaliyyət 
göstərir.Onlar kreditlərin təminatı üzrə federal cəmiyyətdə birləşmişlər. 
1992-ci il noyabrın 1-dən etibarən federal bank haqqında qanunun qəbul cdilmiş 
dəyişikliklərinə  uyğun  olaraq  Alman  federal  bankının  təşkilat  strukturu  birləşmiş 
Almaniyanın  dövlət  quruluşunun  nəzərə  alınması  şərti  ilə  dəyişdirildi.  Torpaqların 
mərkəzi  banklarının  sayı  doqquza  düşdü.Onların  beşi  iki-üç  federal  torpağa  şamil 
edilən səlahiyyətlərə malikdir. 


14 
 
     1991-ci ilin dekabrında Maastrixt şəhərində avronun mərhələli şəkildə tətbiq 
edilməsi  barədə  Müqavilənin  imzalanmasından  sonra  alman  pul  sistemində  radikal 
dəyişikliklər  başladı.Avropa  birliyi  ölkələri  öz  valyuta-  iqtisadi  siyasətlərini 
konverqensiya  kriteriyalarının  yerinə  yetirilməsinə  yönəltməyə  başladılar.1994-cü 
ildə yanvarın 1-də Avropa valyuta institutunun əsası qoyuldu. 1999-cu il yanvarın 1-
də  Avropa  ittifaqının  15  ölkəsindən  11-i  qeyri-nağd  avronu  tətbiq  edərək,  öz 
valyutalarının kurslarını  yeni vahid valyutaya nəzərən qeyd etdilər. Artıq 2002-ci ilin 
birinci  yarısında  12  ölkə  avronu  nağd  dövriyyəyə  tətbiq  edərək  öz  milli  pul 
vahidlərindən imtina etdi.Beləliklə, 2002-ci ildə AFR markadan imtina edərək vahid 
Avropa valyutasına keçdi. 
     1999-cu  ildən  sonra  «Bundesbank»  artıq  monetar  siyasətdə  aparıcı  rol 
oynamırdı.  O,  bu  rolu  Avropanın  mərkəzi  bankına  verərək,  özü  mərkəzi  bankların 
Avropa sisteminin sistem yaradan elementi oldu. Nağd avronun tətbiqindən sonra 
«Bundesbank»ın  yeni  funksiyası  markanın  yox,  avronun  emissiyasıdır.Qalan 
məsələlərdə  isə  Alman  federal  bankı  yenə  də  alman  və  Avropa  monetar  siyasətinin 
lokomotivi olaraq qalır. 
      Fransa  bankı.Avropanın  ən  qədim  mərkəzi  banklarından  biri  olan  Fransa 
Bankı 1800-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilmişdir.1803-cü ildə Banka 
təqdim  edilmiş  və  1806-cı  ildə  təsdiq  olunmuş  emissiya  hüququ  1945-ci  ilə  qədər 
dörd dəfə təzələnmişdir.Doqquz əyalət emissiya bankının udulmasından sonra 1848-ci 
ildən başlayaraq Fransa Bankı ölkənin bütün ərazisində inhisarçı emissiya hüququnu 
ə
ldə etdi. 
     1936-cı  ilə  qədər  Fransa  Bankını  15  «reqent»dən  ibarət  olan  Şura  idarə 
edirdi.Lakin 1936-cı ildə Şura artıq 20 direktordan ibarət olan Baş şura ilə əvəzləndi. 
1945-  ci  il  2  dekabr  qanunu  ilə  Fransa  Bankının  kapitalı  dövlətə  verildi  və  bu 
səbəbdən də, o indiyədək dövlət müəssisəsi statusunu saxlamaqdadır. 
Monetar siyasətin hazırlanmasında və reallaşdırılmasında Fransa Bankının nisbi 
müstəqilliyinə  baxmayaraq,  frankın  paritetinin  və  mübadilə  kursu  rejiminin 


15 
 
müəyyənləşdirilmə  məsələləri  ilə  hökumət  məşğul  olur.Fransa  Bankı  isə  yalnız 
frankın və xarici valyutaların nisbətini dövlətin adından və monetar siyasətin ümumi 
istiqamətləri çərçivəsində tənzimləyir.Fransanın monetar siyasətinin əsas məqsədi ilə 
1994-cü  ildən  inflyasiya  səviyyəsinin  konkret  göstəricisi  müəyyənləşdirilmişdir.Bu 
isə inflyasiyanın targetinq siyasətini reallaşdıran ölkələr sırasına Fransanı aid etməyə 
imkan verir. 
     Monetar siyasət üzrə Şurasınm səlahiyyətlərinə dövlətin monetar taktika və 
strategiyasının hazırlanması, əsas pul aqreqatlarının müəyyənləşdirilməsi və monetar 
siyasətin  son  məqsədlərinin  əldə  edilməsini  təmin  edən  digər  göstəricilərin 
müəyyənləşdirilməsi daxildir.Şuraya Bankın müdiri başçılıq edir.Ondan başqa Şuraya 
nazirlər şurası tərəfindən təyin edilmiş səkkiz üzv daxildir. 
     Fransa Bankının operativ fəaliyyətinə Baş Şura rəhbərlik edir.Baş Şura kadr 
məsələləri  ilə,  Bank  gəlirinin  müəyyənləşdirilməsi  və  başqa  işlərlə  məşğul 
olur.Təşkilati  olaraq  Baş  Şuraya  monetar  siyasət  üzrə  Şura,  Nazirlər  şurasının, 
xəzinədarlığın və digər strukturların nümayəndələri daxildir. 
     Fransa Bankının ərazi müəssisələri şəbəkəsi təşkilati olaraq coğrafı prinsiplə 
qurulmuşdur.Hər  bir  ərazi  müəssisəsi  öz  coğrafı  zonasında  fəaliyyət  göstərir  və  bu 
zona adətən, inzibati vahidlərin (departamentlərin və dairələrin) sərhədləri ilə üst- üstə 
düşür.Ərazinin  ölçüsü  nəzərə  alınır.Belə  ki,  66  departamentdə  bir  neçə  ərazi 
müəssisəsi, 30 departamentin hərəsində isə bir ərazi müəssisəsi fəaliyyət göstərir. 
Fransa  Bankının  ərazi  müəssisələr  şəbəkəsinin  qurulmasının  funksional 
prinsipləri  onların  profil  etibarilə  ixtisaslaşması  və  fəaliyyətinin  konkret 
istiqamətləridir. Onlar arasında aşağıdakıları göstərə bilərik: 
*nağd  və  qeyri  nağd  pul  dövriyyəsinin  və  hesablaşma  sistemlərinin 
idarərəetməsi; 
*xarici əməliyyatların idarəetməsi (o cümlədən ödəniş balansı işində iştirakı); 
*bank sisteminə nəzarət və risklərin yoxlanması; 
*qeyri  maliyyə  müəssisələri  barədə  məlumatların  toplanması,  analizi  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə