Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

29
 
2.  Proteksionizm  strategiyası  (latınca  “protectio”  –  müdafiə,  himayədarlıq 
deməkdir) – daxili bazarın xarici rəqabətdən müdafiə strategiyasıdır. O əsasən ixrac 
yönümlü istehsalı stimullaşdırma və bu və ya digər dərəcədə idxal əvəzləyiciləri ilə 
ə
laqədardır.  Əgər  milli  istehsal  rəqabətqabiliyyətli  deyilsə,  sahibkarlar  strukturunun 
təzyiqi ilə hökumətlər tərəfindən bu strategiya yürüdülür. Proteksionizm strategiyası 
inkişaf etməkdə olan ölkələrdə xüsusi tətbiq olunur.  nkişaf etməkdə olan ölkələr bu 
strategiyanı  struktur  dəyişikliklərin  gerçəkləşdirilməsi  və  milli  sənaye  sahələrinin 
idxal əvəzlənməsi məqsədi ilə dəstəklənməsi üçün tətbiq edirlər; 
26
 
3.  Azad  ticarət  strategiyası  –  xarici  ticarət  məhdudlaşdırmalarının  minimuma 
endirilməsidir.  Əsasən  bu  strategiya  xarici  bazarda  lider  mövqeyə  sahib,  yerli 
ə
mtəələrinin  rəqabətqabiliyyətliliyinin  zədələnməsindən  ehtiyat  etməyən  ölkələr 
tərəfindən  tətbiq  olunur.  dxal  edilən  məhsulların  daxili  istehsal  ilə  rəqabət 
aparmadığı və ya mühüm istehsal sahələri üçün xammal olduğu ölkələrdə strategiya 
daha çox azad ticarətə yönəldilir; 
4. Defisitli bazarın doldurulması strategiyası – “proteksionizmin əksi”. Yalnız 
milli bazarın böyük defisiti zamanı effektlidir. Bu strategiya zamanı yerli bazarda hər 
kəs üçün yer olur.
27
    
Ə
nənəvi olaraq hesab olunurdu ki, ölkə maraqlarına ən çox cavab verən azad 
ticarətdir.  Azad  ticarətin  həyata  keçirilməsi  ilə  dövlət  xarici  ticarətə  birbaşa  təsirini 
məhdudlaşdırmış olur və ticarətin sərbəst faktorlar – tələb və təklif əsasında inkişaf 
etməsinə imkan yaradır. Məhz azad ticarət, ticarət edən ölkələrdən hər birinə məhsul 
buraxılışı miqdarını artırmağa imkan verir.
 
Beləki, təcrübədə tamamilə azad ticarətə 
heç vaxt rast gəlinmir. Bütün ölkələrin hökumətləri əmtəə və xidmətlərin beynəlxalq 
axınına bu və ya digər formada məhdudiyyətlər qoyurlar.  
Proteksionizm  siyasəti  isə  milli  bazarın  xarici  rəqiblərin  təsirindən  tarif  və 
tarifsiz  tənzimləmə  metodlarının  köməyi  ilə  müdafiə  olunmasıdır.  Proteksionizm 
siyasətinin  konkret  formaları  müxtəlifdir.  Onlar,  milli  səviyyədə  idxal  və  ixrac 
                                                            
26
 Prof. Dr. Karluk Rıdvan, “Uluslararası Ekonomi”,  stanbul, 1996 
27
 Halil Seyidoğlu, “Uluslararası  ktisat”, Kurtiş Matbaası,  stanbul, 1999 


30
 
rejimini, nəzarət qaydalarını, qarşılıqlı gömrük vergi və rüsumlarını və s. əhatə edən 
iki və çoxtərəfli razılaşmaların bağlanması yolu ilə reallaşdırılır.
28
  
qtisadiyyat elmi bütün olaraq proteksionizmə mənfi yanaşır. Proteksionizmin 
tərəfdarları bəzi ölkələrin işgüzar və siyasi  çevrələrində  hələ  də  mövcuddurlar.  Çox 
ölkələrin hökumətləri  xarici iqtisadi  siyasətlərini  müəyyən  edərkən  bir tərəfdən,  hər 
necə  olursa  olsun  milli  məhsullarının  dünya  bazarında  rəqabətqabiliyyətliliyini 
artıraraq  ixrac  miqdarını  çoxaltmağa  çalışırlar,  digər  tərəfdən  isə  xarici  malların 
daxili  bazarda  rəqabətqabiliyyətliliyini  aşağı  salaraq  idxalı  məhdudlaşdrımağa 
çalışırlar. 
Müasir  proteksionizm  –  əsasən  çoxşəkilli  və  gizli  təzahürlüdür.  Gömrük 
tarifləri əvəzinə tarifsiz müdafiə metodları geniş tətbiq olunur. Proteksionist hərakat 
çox  vaxt  seçici  xarakter  daşıyır,  daha  doğrusu  ayrı-ayrı  sahələrin  konkret  mal  və 
ə
mtəələrinə qarşı və o cümlədən, bəzi ölkələr əleyhinə istifadə olunur. Proteksionizm 
mövqeyi  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrə  nisbətən,  inkişaf  etməkdə  olan  və 
keçid iqtisadiyyatlı ölkələrdə daha güclüdür.
29
  
Faktiki olaraq bu gün çoxəsrli dilemma mövcuddur: nə yaxşıdır – azad ticarət 
yoxsa  proteksionizm  –  sona  qədər  həll  olmamış  qalır.  Beynəlxalq  ticarət  tarixində 
müxtəlif dönəmlər olmuşdur ki, bəzən tərəzinin gözü bir tərəfə, bəzən isə digər tərəfə 
meyl etmişdir. Ancaq xarici ticarət təcrübəsi bir qayda olaraq son ekstremal formanı 
almamışdır.
30
  
Dövlətlər  tərəfindən  bu  və  ya  digər  strategiyaların  həyata  keçirilmə  şərtləri 
bütün  əmtəələrə  və  bazarlara  tətbiq  edildiyi  zaman  sərt  sayılır.  Şərtlər  ayrı-ayrı 
ə
mtəələrə və bazarlara tətbiq edildiyi zaman yumşaq olur. Yumuşaqlıq çox ölkələrə 
öz  fəaliyyətlərində  bir  neçə  xarici  iqtisadi  strategiyanı  birləşdirməyə  imkan  verir. 
Məsələn: “Ümumi bazar” ölkələri bir-birləri ilə kənd təsərrüfatı məhsullarının ticarəti 
zamanı  proteksionizmə  üstünlük  verirlər.  Bununla  birgə  digər  tərəfdən  azad  ticarət 
strategiyasına üstünlük verilir. ABŞ və Yaponiya bir çox əmtəələr üçün azad ticarət 
                                                            
28
 «Внешняя политика, ее цели и задачи», статья /     
   http://www.telenir.net/gosudarstvo_i_pravo/politologija_shpargalka/p43.php 
29
 «Современная политика протекционизма», статья /  
    http://www.grandars.ru/student/nac-ekonomika/protekcionizm.html 
30
 «Внешнеэкономическая политика государства», статья / http://extremo-norte.diary.ru/p148212350.htm?oam 


31
 
prinsiplərini  dəstəkləyirlər,  ancaq  avtomobil  istehsalı  sahəsində  bu  ölkələr  arasında 
qarşılıqlı proteksionizm mövcuddur. Bu isə çox hallarda “ticari müharibələrə” gətirib 
çıxarır.  
“Ticari  müharibə”  –  beynəlxalq  ticarət  yolunda  ifrat  məhdudlaşdırma 
formasıdır.  O,  özündə  iki  ölkə  hökumətləri  tərəfindən  öz  daxili  bazarlarına  idxal 
məhsullarının  daxil  olmasına  məhdudiyyət  qoyulmasının  qarşılıqlı  qəbul  edilməsini 
ifadə edir. Əlbəttə bu cür “müharibələrdə” bu gün atışma eşidilmir və qan tökülmür, 
ancaq bunlar olmadan da təhditin mövcud olduğu bir gerçəkdir.  
Məsələn,  1992-ci  ildə  ABŞ  və  Çin  bu  cür  müharibənin  eşiyində  idi.  Səbəbi, 
Çin Xalq Respublikasının ABŞ-dan idxal olunan məhsulların yoluna birbaşa qadağa, 
kvota, lisenziya və keyfiyyət standartlarına riayət olunması ilə bağlı artırılmış tələblər 
formasında  qoyduğu  baryerləri  ləğv  etməkdən  imtina  etməsi  olmuşdur.  Çin 
hökumətinin bu cür davranışına reaksiya çox sərt olmayacaqdı əgər, sonuncular ABŞ 
ilə ticarətdə əhəmiyyətli ölçüdə üstünlük əldə etməyə müvəffəq olmasaydılar. 1991-ci 
ildə  onlar  Amerikadan  aldıqlarından  daha  çox  yəni,  12,7  miyard  dollar  dəyərindən 
çox  onlara  mal  satdılar.  Məhz  bu  hadisə  ABŞ  hökumət  nümayəndələrindən  birini 
aşağıdakıları  bəyan  etməyə  vadar  etdi:  “Çin  tez  bir  zamanda  beynəlxalq  ticarət 
sistemində  əhəmiyyətli  fiqura  çevriləcək. Biz bu həcmdə  ticarətə  malik olan ölkəyə 
öz  qaydalarını  diktə  etməyə  imkan  verə  bilmərik.  Əgər  onlar  ixracdan  gəlir  əldə 
etmək istəyirlərsə, eyni zamanda idxala da icazə verməlidirlər”.  
ABŞ  hökuməti  müvafiq  olaraq,  Çindən  idxal  olunan  geniş  çeşiddə  əmtəələrə 
yüksək  gömrük  rüsumları  (illik  4  milyard  dollar  həcmində)  tətbiq  edəcəyi  ilə  bağlı 
Çini  hədələdi.  Bununla  da  ABŞ  bazarlarında  Çin  mallarının  qiyməti  iki  dəfə  artdı. 
Cavab olaraq Çin hökuməti bəyan etdi ki, onlar bu təqdirdə Amerikan mallarına və o 
cümlədən,  Amerikadan  idxal  olunan  kompüter,  təyyarə,  avtomobil  və  s.  əmtəələrə 
cəzalandırıcı gömrük tarifləri tətbiq edəcəklər. Həm də eyni həcmdə yəni, 4 milyard 
dollar həcmində. 
“Ticari  müharibələrin”  təcrübəsi  daha  çox  inkişaf  etmiş  ölkələrə  göstərdi  ki, 
burada hər iki tərəf uduzacaq və yaxşı olardı ki, “hərbi hərakatın” başlanmasına yol 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə