Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

32
 
verilməsin. Bütün bunlar beynəlxalq ticarətdə ixracın könüllü məhdudlaşdırılmasına 
səbəb oldu.  
Ucuz  Yapon  avtomobillərinin  ixracından  dolayı  ABŞ  və  Yaponiya  daima 
“ticari  müharibənin”  eşiyində  durur.  ABŞ  iqtisadiyyatında  avtomobil  sənayesinin 
ə
nənəvi  olaraq  xüsusi  rol  oynadığını  (səbəbsiz  deyildir  ki,  ABŞ  folkloruna  Genri 
Fordun  bir  statı  daxil  olmuşdur:  “  “Ford”  üçün  yaxşı  olan,  “Amerika”  üçün  də 
yaxşıdır”)  nəzərə alsaq, onun ətrafında hansı ehtirasların qaynadığını təsəvvür etmək 
çətin deyil. Yaponiya hökuməti Yapon avtomobillərinin ABŞ-na ixracının qarşısının 
alınacağı  qorxusunu  dəf  etmək  üçün,  Amerika  mallarının  idxalına  qoyulan 
məhdudiyyətləri yumşaltmalı oldu. 
Beynəlxalq ticarət sferasında konfliktlərin yüksək dərəcədə mümkünlüyü və o 
cümlədən,  “ticari  müharibələrin”  ağır  nəticələri  XX  əsrdə  bir  çox  ölkələri  dünya 
bazarının təşkilinə dair yeni metodların axtarışına məcbur etdi.
31
    
Strategiyanın  birinci  variantı  ABŞ,  Yaponiya  və  Qərbi  Avropanın  beynəlxalq 
rəqabət mərkəzləri üçün xarakterikdir. Bütövlükdə hər üç mərkəz üçün liberal sənaye 
iqtisadiyyatı  xasdır,  lakin  qlobal  konteksdə  ölkələrin  xarici  iqtisadi  siyasəti  onların 
milli  iqtisadiyyatları  üçün  şərait  yaradılmasına  istiqamətlənib.  ABŞ  ilə  beynəlxalq 
ə
məkdaşlığın  qurulması  təcrübəsində  hazırkı  strategiya  açıq  aşkar  görünür.  Qeyd 
etmək  lazımdır  ki,  Amerika  tərəfdaşlığı  daha  zəif  ölkələrlə  əməkdaşlıq  təcrübəsinə 
ə
saslanır. ABŞ-ın xarici iqtisadi siyasətində həmin fakt öz əksini tapmamışdır.  kinci 
dünya müharibəsindən sonra Yaponiya və Almaniya ilə qarşılıqlı fəaliyyətə üstünlük 
vermişdi.  Müharibədə  bu  ölkələrə  qələbə  çalan  ABŞ  müttəfiqlərin  xeyrinə  maliyyə 
yükləmələrinin  yenidən  bölüşdürülməsinə  başladı.  Buna  görə  də,  Amerikan 
anlayışına görə siyasətdə bərabər hüquqluluq şərt deyil və asanlıqla qeyd etmək olar 
ki,  bütün  zamanlarda  ABŞ  qüvvələr  balansının  köhnə  strategiyasını  həyata  keçirir. 
Bir  faktıda  gizlətmək  olmaz  ki,  70-ci  illərin  ortalarında  ABŞ  Cənub  Şərqi  Asiya 
ölkələrinə  münasibətdə  ehtiyatlı  strateji  mövqe  seçdi  və  20  ildən  sonra  bu 
gözlənilməyən  “Asiya  çağırışı”  nəticəsində  Amerika  iqtisadiyyatının  nüfuz  dairəsi 
                                                            
31
 Yang Jiechi, “China’s New Foreign Relations for a Complex World” article /  
    http://www.ciis.org.cn/english/2014-03/11/content_6733146.htm 


33
 
daraldı.  Amerika  xarici  iqtisadi  strategiyanın  hansı  elementindən  istifadə  etsə  də  o, 
maraqlarını beynəlmiləl problemlərdə ifadə etməyə çalışaraq öz maraqlarını istənilən 
qitədə  müdafiə  edir,  beynəlxalq  iqtisadi  və  maliyyə  təşkilatlarının  müşavirələrində 
qərarların  qəbuluna  liderlik  edir  və  beynəlxalq  münasibətlər  iyerarxiyasında  öz 
statusunu  qaldırır.  ABŞ-ın  rəsmi  kursunda  milli  dövlətlərin  dünya  birliyinə 
inteqrasiyasına  köməklik  göstərmək  cəhdi  də  qeyd  olunur.  Lakin  təcrübədə  isə 
rəqiblərin  maraq  sferalarının  məhdudlaşdırılması  və  istənilən  ərazi  miqyasında 
situasiyalarn  inkişafına  təsir  etmək  üçün  şərait  yaratmaq  tendensiyası  ortaya  çıxır. 
Oxşar  taktika  müəyyən  ölçüdə  ABŞ-ın  nüvə  üstünlüyü  ilə  müəyyənləşən  qarşılıqlı 
fəaliyyət modeli çərçivəsindən çıxmamasına səbəb olur.
32
  
Strategiyanın  ikinci  variantı  iki  ali  dövlətin  qarşılıqlı  fəaliyyəti  çərçivəsində 
hansısa  qüvvələr  balansının  pozulması  ilə  müəyyən  edilir.  ttifaqın  süqutu  və 
həmçinin  dövrü  gözləmələr  böhranı  keçmiş  SSR ,  Mərkəzi  və  Orta  Asiyada  və  o 
cümlədən,  Cənub  Şərqi  Asiya  ərazisində  eksponsiyanın  qeyri  hərbi  metodlarının 
aktivləşdirilməsinə  və  bir  sıra  ölkələrin  yüksək  iqtisadi  inkişaf  tempinə  səbəb  oldu. 
Bu  ölkələrin  iqtisadiyyatlarının  intensiv  inkişafı,  hər  bir  ölkənin  yüksək  tələbatlı 
malların  ixracını  artırmaq  üçün  hər  məkanda  əhəmiyyətli  ölçüdə  tutumlu  bazarları 
artırmalarındadır.  Bu  idxala  kömək  etmiş  və  stimullaşdırmışdı.  Hazırkı  situasiya 
göstərir  ki,  ölkələr  öz  tələbatlarını  kifayət  qədər  yüksək  səviyyədə  təmin  edə 
bilmirlərsə, bir o qədər də xarici bazarın xidmətinə yönələcəklər və tərəfdaş ölkələrin 
qarşılıqlı iqtisadiyyat əlaqələri baş verəcək. 
Müasir  dünya  belədir  ki,  öz  şüurunun  “hüdud  səviyyəsində”  olan  bir  çox 
dövlətlər  dünya  arenasında  oynaya  bildikləri  rolu  oynayır.  Təcrübə  göstərir  ki, 
dövlətin iqtisadi inkişafı təkcə təbii resursların effektiv istifadəsinə səbəb olmur, həm 
də iqtisadi inkişaf və təbii resursların zənginliyi anlayışları arasında əks əlaqə yaradır. 
Xammal  təminatı  inkişafın  həlledici  amili  olmasına  baxmayaraq,  xarici  iqtisadi 
strategiyada ikinci dərəcəli amildir. Ölkələrin hazırkı qrupu öz strategiyalarında elmi 
texniki  nəaliyyətlərin  milli  iqtisadiyyata  tətbiqi  və  rentaların  aradan  qaldırılmasını 
tətbiq  edirlər.  “Asiya  pələnglərinin”  xarici  iqtisadi  strategiyası  hər  şeydən  əvvəl  öz 
                                                            
32
 “International Economic Policy”, article / http://2001-2009.state.gov/r/pa/ho/pubs/8521.htm 


34
 
sosial  iqtisadi  inkişafını  təmin  etmək,  eləcə  də  öz  dövlətlərinin  yerini  və  rolunu 
proqnozlaşdırmaq,  beynəlxalq  xarici  siyasətin  metod,  forma  və  mahiyyətini 
müəyyənləşdirmək,  müxtəlif  prinsipial  yanaşmaları  əlaqələndirməkdir.  Yapon 
iqtisadiyyatına  “uyğunlaşma”  modelinin  formalaşması  sənaye,  ictimai-istehsal  və 
sosial strukturlarda yenidənqurmadır. 30 il müddətində kapital, texnologiya və digər 
maliyyə və əmtəə axınlarının hərəkəti bir neçə dövlət “eşalonu”nu yaratdı.
33
  
Birinci  “eşalon”  yeni  sənayeləşmiş  ölkələr  qrupudur,  ikinci  “eşalon”  Cənub 
Şə
rqi  Asiya  ölkələridir.  Cənubi  Asiyanın  bütün  ölkələri  isə  üçüncü  “eşalon” 
ölkələrinə aiddir.  nkişaf modelinin belə piramidası ədəbiyyatda “ucuz qazlar dəstəsi” 
adlanır və ya inkişafın gövdəsi sayılır.  nkişafın gövdəsi sayılan Yapon iqtisadiyyatı 
udan mövqedə durur. Asiya-Sakit Okean regionuna qeyri-qərb inkişaf modeli tətbiq 
edilməklə  və  Amerikan  hökumətinin  qurduğu  maneələr  keçilməklə  ixrac  imkanları 
genişləndi.  “Asiya  drakonları”  öz  ölkələrindən  ABŞ  və  qərb  ərazisinə  gizli  əmtəə 
ixracına başladı.
34
   
Üçüncü varianta aid strategiya Qazağıstanın müstəqil inkişaf illərini əhatə edir. 
Müstəqil  inkişaf  strategiyası  xarici  iqtisadi  əlaqələrdə  qəbul  edilən  ölçüdə  enmələrə 
və müəyyən ölçüdə qeyri mütəşəkkilliyə səbəb oldu. Milli dövlətlər dünya birliyinə 
inteqrasiyaya kömək edən dövlətlərarası subyektlər statusunu əldə etdi. Təcrübədə isə 
rəqiblərin  maraq  dairələrini  məhdudlaşdırmaq  və  istənilən  ərazi  miqyasında 
vəziyyətin inkişafına təsir etmək üçün şəraitin yaradılma tendensiyası meydana çıxır. 
Oxşar  taktikanı  ABŞ-ın  nüvə  üstünlüyü  ilə  müəyyənləşən  təsir  modelində  görmək 
olar.  Beynəlxalq  iqtisadi  münasibətlərin  subyekti  statusunu  əldə  edən  Azərbaycan 
Respublikası MDB-nə üzv olan bir çox ölkə kimi ümumdünya təsərrüfatının inkişafı 
prosesində  qəbul  edilən  əlaqə  normaları  ilə  silkələndi.  Bu  normalar  tərəfdaşlar 
arasında  əlaqə  imkanlarını  müəyyən  edir.  Mahiyyəti  milli  iqtisadiyyatın  xarici 
mühitlə əlaqə konsepsiyasından ibarətdir. Üçüncü tərtib – dünya təsərrüfatının əlaqə 
vasitələri ilə  manevr etmə  imkanıdır.  Geoiqtisadiyyatın inkişafı  o  qədər  dinamik  və 
dəyişkəndir ki, dövlətlər hadisələri əvvəlcədən görməli, dünya geoiqtisadi tarazlığına 
                                                            
33
 Линдерт П. Х., «Экономика мирохозяйственных связей», Москва, 199, с. 520 
34
 Зиядуллаев Н., «Современная экономическая ситуация в СНГ», статья-анализ /          
    http://institutiones.com/general/1328-sovremennaya-ekonomicheskaya-situaciya.html 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə