Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   2   3   4   5   6   7   8   9   10   ...   53

20
 
daxili bazarın ən çox ekstensiv genişləndirilməsi nisbətən tez gözlənilir. Buna görədə, 
onlarda  istehsalın  kifayət  qədər  yüksək  artım  tempinin  proqnozlaşdırılmasına 
baxmayaraq, beynəlxalq əmək bölgüsünə cəlb olunma dərəcəsində (miqyasda deyil) 
nisbi enmə mümkündür.  
Beynəlxalq təşkilatlar da öz növbəsində xarici iqtisadi siyasi problemlərin həlli 
ilə  məşğul  olurlar.  Birləşmiş  Millətlər  Təşkilatı  –  universal  və  ən  nüfuzlu  müasir 
beynəlxalq  təşkilatdır.  Valyuta-maliyyə  fəaliyyəti  beynəlxalq  təşkilatların  xətti  ilə 
icra  edilir:  Beynəlxalq  Yenidən  Qurma  və  nkişaf    Bankı,  Beynəlxalq  Maliyyə 
Korporasiyaları,  Beynəlxalq  nkişaf  Assosiasiyaları,  Beynəlxalq  Valyuta  Fondu.  Bu 
təşkilatlar formal olaraq BMT-nın ixtisaslaşdırılmış təşkilatları sayılırlar.
12
  
nteqrasiya – iqtisadi siyasətin beynəlxalq koordinasiyasının yüksək formasıdır. 
nteqrasiya  dayanıqlı  iqtisadi  əlaqələrin  inkişafının  obyektiv  prosesini  və  iqtisadi 
səviyyələrinə  görə  yaxın  olan  milli  təsərrüfatlardakı  əmək  bölgüsünü  özündə  ehtiva 
edir. O, xarici iqtisadi mübadilə və istehsal sferasını əhatə edərək, milli təsərrüfatları 
bir-birinə sıx bağlayır və regional təsərrüfat kompleksini yaradır.   
nteqrasiya  xarakteri  daşıyan  bölgə  ittifaqlarına  Cənubi  Amerika  Ölkələrinin 
Vahid  Bazarı  (MERCOSUR  –  Mercado Común  del  Sur),  And  Paktı  (Andean  Pact)
Mərkəzi  Amerika  Ortaq  Bazarı  (CACM  –  Central  American  Common  Market)
Cənub-Şərqi  Asiya  Ölkələri 
ttifaqı  (ASEAN  –  Association  of  South 
East Asian Nations) 
aid  edilə  bilər.  MERCOSUR  dünyada  böyüklüyünə  və  təsir 
gücünə görə üçüncü inteqrasiya ittifaqı sayılır. (Cədvəl 1.1.) 
Cədvəl 1.1. 
Dünyanın üç ən böyük regional birliyinin müqaisəsi 
Birliklər 
ÜDM 
(trilyon dollar ) 
Ə
hali  
(milyon nəfər) 
Ə
razi  
(milyon m
2

Ə
hali başına 
ÜDM  
(min dollar) 
NAFTA 
13,8 
434,7 
21,6 
31,7 
EU 
11,7 
457 

26,9 
MERCOSUR 
2,1 
235 
11,9 
8,7 
 
                                                            
12
 Лебединец И. Н., «Глобалистика: Энциклопедия», Москва, 2003, с. 731-734 


21
 
Beynəlxalq iqtisadi birlik və ittifaqların yaranması üzv ölkələr arasında istehsal 
münasibətlərinin inkişafına səbəb olduğu kimi, eyni zamanda, müxtəlif ittifaqlara üzv 
olan ölkələr arasında iqtisadi münasibətlərə əngəl olur və iqtisadi birliklər daxilində 
ə
mtəə axının bir yerə toplanması ilə nəticələnir.
13
  
Beynəlxalq  təhlükəsizliyin  iqtisadi  aspektlərinə  gəlincə.  Beynəlxalq 
münasibətlərin  müxtəlif  sferalarında  dövlətlərin  maraqlarının  toqquşması 
qaçınılmazdır.  Maraqların  toqquşması  krizislərin  və  konfliktlərin  mənbəyi  sayılır. 
Beynəlxalq  iqtisadi  birliklərin  yuxarıda  sadalanan  maraqları  mütləq  beynəlxalq 
təhlükəsizlik sisteminin (qlobal və regional) formalaşdırılmasını diktə edir.  
Müxtəlif  ölkələrin  eyni  olmayan  inkişaf  səviyyələri  və  beynəlxalaq  iqtisadi 
münasibətlərdə onların maraqlarının üst-üstə düşməməsi tərəflərin mövqelərini qeyri-
bərabər  edir  və  hətta  iqtisadi  şantaj  kimi  təzyiq  imkanları  yaranır.  Bəzən  “varlı”  və 
“kasıb”  ölkələrin  beynəlxalaq  iqtisadi-ticari  və  pul-maliyyə  əməliyyatlarında 
qarşılıqlı  əlaqəsi  məhz  belə təşəkkül tapmışdır.  Bütün bunlar dünya  iqtisadiyyatının 
təhlükəsizliyini  təhdid  altında  qoyur.  Hərbi  sahələrə  məxsus  əvvəllər  tətbiq  edilən 
təhlükəsizlik  anlayışı  müasir  şəraitdə  iqtisadi,  ekoloji,  humanitar  və  siyasi 
münasibətlərə yayılmışdır. Bu bir tərəfdən hərbi təhlükəsizlik faktorlarının müəyyən 
devalvasiyası, digər tərəfdən isə milli təhlükəsizlikdə iqtisadi, siyasi, ekoloji və digər 
komponentlərin rolunun yüksəlməsi ilə əlaqədardır. Bununla belə təsərrüfat həyatının 
beynəlmiləlləşdirilməsinin müasir forması dövlətlərin qarşılıqlı asılılığını keyfiyyətcə 
yeni səviyyəyə qaldırdı və milli təhlükəsizlik haqda ənənəvi təsəvvürlərə iqtisadi ölçü 
verərək əhəmiyyətli düzəliş gətirdi. Bu gün bu və ya digər dövlətin həyati əhəmiyyət 
daşıyan  xarici  xammal  mənbələrinə  və  ya  enerji  daşıyıcılarına  çıxışının 
məhdudlaşdırılması və ya onların satış bazarlarından məhrum edilməsi həmin ölkədə 
istehsalın aşağı düşməsinə, inflyasiyanın partlamasına və onun iqtisadi potensialının 
aşağı düşməsinə səbəb olur. Bu formada yaradılmış ərzaq defisiti kəskin beynəlxalq 
konfliktlərə və s. çevrilə biləcək daxili siyasi sarsılmalara gətirib çıxarır. 
                                                            
13
 «Этапы международной экономической интеграции стран», статья /  
    http://www.grandars.ru/student/mirovaya-ekonomika/ekonomicheskaya-integraciya.html 


22
 
Beynəlxalq təhlükəsizlik müdafiə sisteminin formaları onların qeosiyasi əhatə 
dairəsinin  genişliyindən,  üzv  ölkələrin  inkişaf  səviyyəsindən,  müdafiə  meyllərindən 
(siyasi, iqtisadi, hərbi) və s. asılı olaraq müxtəlif ola bilər. 
qtisadi  təhlükəsizlik  (beynəlxalq  və  milli)  dünyəvi  xarakter  daşıyır  və  bütün 
dövlətlərin  müxtəlif  maraq  dairələri  ilə  bağlıdır.  Əvvəlcədən  iqtisadi  təhlükəsizlik 
haqda  məsələ  inkişaf  etməkdə  olan  ölkələrdə  yaranmışdı.  Bu  öz  əksini  kollektiv 
iqtisadi təhlükəsizlik haqda Braziliya konsepsiyasında (1974-cü il) tapdı. 1985-ci ildə 
beynəlxalq iqtisadi təhlükəsizlik problemi ilk dəfə BMT-nin müzakirəsinə verildi. 
Beynəlxalq iqtisadi təhlükəsizlik hər hansı ölkənin iqtisadi maraqlarına qəsdlə 
zərər yetirmək məqsədi daşıyan ölkələrin iqtisadi qarşılıqlı fəaliyyətidir. Bu müvafiq 
beynəlxalq hüquq mexanizmi ilə tənzimlənir. 
Müasir  dünya  təcrübəsində  iqtisadi  təhlükəsizliyin  əsas  təmin  edilmə  yolları 
aşağıdakılardır:  müxtəlif  təzyiq  vasitələrinin  köməyi  ilə  arzu  olunmayan 
fəaliyyətlərin qarşısının alınması, ayrı-ayrı dövlətlər səviyyəsində qanun pozucularına 
qarşı  əməli  təsir  vasitələrinin  tətbiqi.  Buraya  güc  vasitələrini  həyata  keçirən  və  ya 
tamamlayan  siyasi  proses  və  onların  qanuniləşdirilməsi  də  daxildir.  Bütün  bu 
tədbirləri həyata keçirməsi üçün dövlətin iqtisadi gücünün müəyyən səviyyədə olması 
tələb olunur.
14
 
Beynəlxalq  iqtisadi  təhlükəsizliyin  təmin  olunmasının  digər  yoları,  ənənəvi 
olaraq  beynəlxalq  və  regional  səviyyədə  müxtəlif  birlik  və  blokların  yaradılması 
vasitəsilə  güclərin  tarazlığının  təmin  olunmasıdır.  Belə  ki,  güc  vasitələri  daha  çox 
həqiqi məcbur etmə vasitəsi formasını alır, belə ki onları istifadə etmək çox baha başa 
gəlir.  qtisadi  qarşılıqlı  asılılıq  hər  iki  tərəf  üçün  adətən  sərfəlidir,  ancaq 
münasibətlərin pozulması hər iki tərəf üçün qarşılıqlı zərərə səbəb olur.   
Milli  iqtisadi  təhlükəsizlik  –  daxili  istehsal  prosesinin  normal  fəaliyyətini 
pozan, əhalinin həyat səviyyəsini sarsıdan, cəmiyyətdə sosial gərginliyi artıran və o 
cümlədən,  dövlətin  özü  üçün  təhlükə  törədən  daxili  və  xarici  arzu  olunmaz 
faktorlardan iqtisadiyyatın müdafiəsidir. 
                                                            
14
 
«Экономические аспекты мира и безопасности», статья / http://www.sakharov.ru/meo/meo2/33.htm 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə