Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

38
 
məntiqi  D.  Rikardonun  müqaisəli  xərclər  konsepsiyası  ilə  eynidir.  Müqaisəli 
üstünlüklər konsepsiyasının müqaisəli xərclər konsepsiyasından fərqi ondan ibarətdir 
ki, burada anlayış dəqiqləşdirilmişdir. Müqaisəli üstünlüklərin reallaşdırılması yalnız 
büsbütün rəqabət şəraitində mümkündür. Müqaisəli xərclər konsepsiyası bütöv olaraq 
iqtisadi liberalizasiya şəraitində tətbiq edilir. Neoklassiklər dünya bazarında tələb və 
təklifin  nisbətini  gözdən  keçirirlər.  Bu  onlar  tərəfindən  beynəlxalq  mübadilə  əmsalı 
kimi  qəbul  edlir.  Sahibkarların  xarici  iqtisadi  fəaliyyətdən  əldə  etdikləri  mənfəət 
ölkələr arasında bölüşdürülür.
40
  
Müasir  şəraitdə  klassiklərin  dövründə  mövcud  olmayan  çox  saylı  faktorların 
təsiri  nəticəsində  xarici  iqtisadi  fəaliyyət  mürəkkəbləşmişdir:  monopoliya  və 
oliqopoliyanın  bazar  hökmranlığı,  inflyasiya,  dövlətin  iqtisadiyyatda  rolunun 
gücləndirilməsi  və  s.  Neoklassik  məktəbin  nümayəndələri  olan  E.  Heckscher  və 
Bertil  Gotthard  Ohlin,  D.  Rikardonun  müqaisəli  xərclər  modelinin  şəklini 
dəyişdirərək  və  John  Bates  Clarkın  son  hədd  səmərəlilik  nəzəriyyəsindən  istifadə 
edərək onların təsirini öyrənmişlər. Onlar ehtimal edirdilər ki, iş qüvvəsi və kapitalla 
təmin  olunma  səviyyəsi  eyni  olmayan  və  beynəlxalq  əmək  bölgüsündə  iştirak  edən 
iki  ölkədən  nisbətən  çox  iş  qüvvəsinə  və  nisbətən  az  kapitala  sahib  olan  ölkədə 
ə
məyin qiyməti ucuz, ancaq kapitalın qiyməti isə yüksək olacaq.  stehsal faktorlarının 
bu  şəkildə  qeyri-bərabər  bölgüsü  nəticəsində  qeyd  olunan  ölkələr  arasında  xarici 
ticarət  qarşılıqlı  əlverişli  olacaq.  Əgər  birinci  ölkə  əmək  tutumlu  əmtəələrin 
istehsalında  ixtisaslaşacaqsa,  ikinci  ölkə  isə  kapital  tutumlu  əmtəələrin  istehsalında 
ixtisaslaşacaqdır.  Bu  model  texnologiya  əsasında  beynəlxalq  əmək  bölgüsünü 
tərənnüm edir.  
Sahibkarların  xarici  iqtisadi  fəaliyyətinin  effektivliyini  müəyyən  edən  və 
abstrakt  prinsip  sayılan  müqaisəli  xərclər  nəzəriyyəsi  və  onların  sonrakı 
modifikasiyası,  beynəlxalq  ticarəti  və  xarici  iqtisadi  münasibətləri,  bütün  olaraq 
ölkənin  istehsal  imkanlarının  sərhədlərini  genişlətməyə  imkan  verən  istehsalın  daha 
bir faktoru olduğunu qeyd edir. 
                                                            
40
 Д. Рикардо, «Сочинения», В 5 т, Государственное издательство политической литературы, Москва, 1955, Т1 


39
 
Neoklassik  iqtisadi  təlimin  xüsusiyyəti  dövlətin  təsərrüfat  fəaliyyətində 
minimum  iştirakından  ibarətdir.  Buna  görə  də,  milli  hökumətin  proteksionist 
tədbirləri  neoklassiklər  tərəfindən  dünya  bazarına  çıxışı  məhdudlaşdıran  baryerlər 
kimi  qeyd  olunur.  Dövlətlər  müqaisəli  xərcləri  yüksək  olan,  ancaq  müqaisəli 
üstünlükləri  aşağı  olan  istehsal  sahələrini  dəstəkləyirlər.  Dövlətlərin  proteksionist 
siyasəti idxal olunan əmtəələrə rüsumların tətbiq edilməsindən ibarətdir. Bu isə milli 
iqtisadiyyatın  effektiv  sahələrinin  inkişafını  çətinləşdirir  və  kifayət  qədər  effektiv 
olmayan  sahələrdə  isə  durğunluğa  gətirib  çıxarır.  Bu  formada  dövlətlərin 
proteksionist  siyasəti  sərbəst  ticarət  prinsiplərinin  və  müqaisəli  üstünlüklər 
prinsiplərinin reallaşdırılmasına imkan vermir.
41
  
XX  əsrdə  sərbəst  ticarət  nəzəri  mücərrədliyə,  azad  ticarət  prinsipi  ideoloji 
quruluşa  çevrildi.  Ancaq  dünya  bazarında  müxtəlif  proteksionist  formalar  üstünlük 
təşkil  edir.  Xarici  iqtisadi  münasibətlərdə  dəyişən  dominant  alternativ  neoklassik 
konsepsiyalarda vətənpərvərliyi meydana gətirdi. Bu cür konsepsiyalar xarici iqtisadi 
münasibətlərin  analizinə  dair  digər  yanaşmalardan  törəyən  institusional  və  keynsçi 
konsepsiyalardır.  
John  Maynard  Keynesin  fəaliyyəti  XX  əsrin  30-cu  illərinə  təsadüf  edir.  O, 
iqtisadi liberalizmi tənqid etmiş və dövlətlər tərəfindən “gecə gözətçisi” rolunun icra 
edilməsini  bazar  sistemi  üçün  bütövlükdə  təhlükəli  hesab  etmişdir.  Keyns  dövlətin 
milli  iqtisadiyyata  təsiri  ilə  bağlı  tədbirlər  sistemini  işləyib  hazırlamışdır.  O 
cümlədən,  xarici  ticari  fəaliyyətdə  idxalın  məhdudlaşdırılmasını  və  ixracın  isə 
subsidiyalaşdırılmasını tövsiyyə etmişdir. Belə ki, ucuz qiymətlərlə əmtəələrin ixracı 
dünya  bazar  seqmentinin  ələ  keçirilməsinə  imkan  yaradır.  Bu  cür  dempinq  siyasəti 
istehsalın genişləndirilməsini və işsizliyin azaldılmasını təmin edir.  
Keynsin ideyaları sonrakı iqtisadi araşdırmalar üçün istiqamətləndirici oldu. 
qtisadi  təlimlərdə  xarici  iqtisadi  fəaliyyətin  analizinin  Postkeynsçi  istiqaməti 
neoklassik məktəb ilə zidiyyət təşkil edir. Tətbiq edilmə nəzər nöqtəsindən daha çox 
maraq  doğuran  neqativ və  pozitiv inteqrasiya  konsepsiyalarıdır.  Neqativ inteqrasiya 
konsepsiyası,  istehsal  faktorlarının  bir  ölkədən  digərinə  axınına  mane  olan 
                                                            
41
 К. Р. Макконнел, С. Л. Брю, «Экономикс: принципы, проблемы, политика», В 2 т, Республика, Москва, 1992 


40
 
monopolist  və  administrativ  baryerlərin  tədricən  ləğvini  təklif  edir.  Pozitiv 
inteqrasiya  konsepsiyası  isə,  iqtisadiyyat  sahəsində  problemlərin  həllinə 
istiqamətlənmiş  vahid  koordinasiyalı  siyasətin  müxtəlif  dövlətlər  tərəfindən  işlənib 
hazırlanmasını  və  qəbul  edilməsini  təklif  edir.  Koordinasiyalı  siyasət  növbəti 
tədbirləri  özündə  cəmləşdirir:  ölkə  daxilində  makroiqtisadi  tarazlığın  qorunub 
saxlanılması;  qiymətlərin  dövlət  tənzimlənməsi;  kənd  təsərrüfatı  istehsalı  sferasında 
proteksionizm;  iqtisadiyyatın  planlaşdırılması;  ardıcıl  maliyyə  siyasəti;  tədiyyə 
balansında  stabilliyin  qorunub  saxlanılması;  gömrük  ittifaqının  yaradılması  və  s. 
Milli dövlətlərin yuxarıda qeyd olunan funksiyalarının milli orqanların yurisdiksiyası 
altına ötürülməsi şərti ilə inteqrasiya prosesləri pozitiv olur. Bu ideyaya əsaslanaraq 
Jan Tinbergen işçi qüvvəsinin məşğulluq səviyyəsinə və miqrasiyasına nəzarət edən, 
beynəlxalq  ticarəti  və  valyuta  konvertasiyasını  tənzimləyən  dünya  hökumətinin 
yaradılması ideyasını irəli sürmüşdür.
42
  
1980-ci  illərdə  Kembridjdə  iqtisadi  siyasətin  Kembridj  qrupu  adlanan  elmi 
istiqaməti formalaşdı. Qurucusu Nicholas Kaldor sayılır. O, “ixrac yönümlü iqtisadi 
artım”  modelini  təklif  etmişdir.  Bu  modeldə  Kaldor,  investiya  qoyuluşları  üzərində 
artıq  qənaətləri  qeyri-bərabər  situasiyaların  əsas  səbəbi  hesab  edərək  Keynsin 
mövqeyindən  uzaqlaşmışdı.  qtisadiyyatları  yüksək  dərəcədə  qapalı  olan  bölgələrdə 
investisiya  qoyuluşları  və  əmanətlərin  uyğunsuzluğu  aktual  problemdir. 
qtisadiyyatları  xarici  ticarət  yönümlü  olan  və  aktiv  ticarət  balansı  olan  ölkələrdə 
məşğulluq  səviyyəsi  əhəmiyyətli  ölçüdə  xarici  iqtisadi  faktorlardan  asılıdır.  Buna 
görədə bu ölkələrdə ixracın stimullaşdırılması mütləqdir. O qeyd etmişdir ki, “bütün 
tez inkişaf etmiş ölkələrin artım tempi ixrac sayəsində mümkün olur”.  qtisadiyyatın 
ixrac  yönümlü  olması  iqtisadi  artım  üçün  ölkələrin  resurs  potensialının  istifadəsinə 
imkan verir. 
Kaldor konsepsiyası şərq regionlarda (Yaponiya, Cənubi Koreya, Tayvan, Çin) 
reallaşdırılmışdır. 
Kaldorun ideyalarına əsaslanaraq “yeni Kembridj məktəbi” fəaliyyətə başladı. 
Onun  nümayəndələri  Jean-Baptiste  Sayin  klassik  qanunundan  istifadə  etdilər:  təklif 
                                                            
42
 Дж. М. Кейнс, «Общая теория занятости, процента и денег», Гелиос АРВ, Москва, 2002 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə